Tibb bacısı
1.219 elementdən 181-200 arası göstərilir.
Sual № 181
Qanhayxırma zamanı tibb bacısı sərbəst olaraq hansı tədbiri görə bilməz?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 512 “Çıraq” 2008
Sual № 182
Xəstə civəli termometri sındırdıqda tibb bacısı nə etməlidir?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.96 “Azərnəşr” Bakı 1984
Sual № 183
Rektoromanoskopiya hansı orqanın müayinə üsuludur?
Ədəbiyyat:C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.215. “Təhsil” Bakı 1998.
Düz və siqmavari bağırsağın rektoskop adlanan cihazla müayinəsinə rektoromanoskopiya deyilir. Latınca “rekto”, yəni düz bağırsaq sözündən götürülüb.
Sual № 184
Anafilaktik şok dərman preparatlarının ən çox hansı yolla yeridilməsi zamanı baş verir?
Ədəbiyyat:Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
Dərman maddələri parenteral yolla yeridildikdə qana daha tez daxil olur. Buna görə də anafilaktik şok dərman preparatlarını ən çox bu yolla yeridilməsi zamanı baş verir. Ədəbiyyat: Г.П.Матвейков «Справочник терапевта». Минск «Беларусь». Səh. 735
Sual № 185
Kolonoskopiya hansı orqanın müayinə üsuludur?
Ədəbiyyat:C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
Yoğun bağırsağların kolonoskop vasitəsilə müayinəsi kolonoskopiya adlanır. “Kolon” latınca yoğun bağırsaq deməkdir. Ədəbiyyat: C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.214. “Təhsil” Bakı 1998.
Sual № 186
Yağ imaləsi nə vaxt aparılır?
Ədəbiyyat:C.N.Hacıyev. R.Y..Əliyev. Xəstələrə qulluq . Səh.205 “Təhsil” Bakı 1998.
Sual № 187
İnhalyasiya dərman maddələrinin hansı yolla orqanizmə daxil edilmə üsuludur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 50 “ Çıraq” 2008.
Sual № 188
Kişilər üçün istifadə olunan kateterin uzunluğu nə qədərdir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “Çıraq” 2008
Kişilərdə sidik kanalının uzunluğu 25-30 sm-dir, ona görə də sidik kanalının uzunluğuna müvafiq olaraq 30 sm-lik kateterdən istifadə olunur.
Sual № 189
Aşağıda sadalananlardan hansı böyük tibb bacısının vəzifəsinə aid deyil?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 89 “ Çıraq ” 2008.
Sual № 190
Öd kisəsinin rentgen müayinəsi üçün göstərilən maddələrdən hansı istifadə edilmir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 102 “ Çıraq ” 2008.
Xolesistoqrafiya yolu ilə orqanizmə kontrast maddə yeritmək və sonra rentgen şəkli çəkməklə öd kisəsinin və öd yollarının formasını, funksiyasını öyrənilir. Öd kisəsinin rentgen müayinəsi üçün tərkibində yod olan maddələrdən- xolevid, biliqnost və s. istifadə edilir . Barium bu zaman istifadə olunmur.
Sual № 191
Hansı vitamin suda həll olur?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “Çıraq” 2008
Vitaminlər 2 qrupa bölünür: suda həll olanlar və yağda həll olanlar. A,D,E,K vitaminləri yağda, C, B qrup, PP vtaminləri isə suda həll olan vitaminlərə aiddir. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.113. “ Çıraq 2008
Sual № 192
Hansı vitamin çatışmadıqda xəstədə "gecə və ya toyuq korluğu "olur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 116 “Çıraq” 2008
A vitamini süddə, qaymaqda, xamada, kərə yağında, yumurtanın sarısında, qaraciyərdə və s. olur. A hipovitaminozunun erkən əlaməti gecə korluğu, selikli qişanın və dərinin quruluğudur.
Sual № 193
Hansı duz sümüklərin normal inkişafı üçün əsas əhəmiyyət daşıyır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.117. “ Çıraq ” 2008
Kalsium duzları orqanizmə sümüklərin normal böyüməsi üçün, bundan başqa qanın laxtalanması üçün, damar keçiriciliyini azaltmaq üçün lazımdır. Kalsiumun əsas mənbəyi süd, kəsmik, soya və göyərtidir. Kalsiuma gündəlik tələbat 1qr-dır.
Sual № 194
Meteorizm hansı sistemin xəstəliklərinin əsas simptomlarındandır?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 56 “Çıraq” 2008.
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür, əsasən bağırsaq diskineziyası zamanı, enterokolit zamanı, qarın boşluğunda aparılan operasiyalardan sonra əmələ gəlir. Meteorizmi azaltmaq üçün xəstəyə aktivləşmiş kömür verilir, lazım gəldikdə qaz çıxarıcı boru qoyulur. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq ” 2008.
Sual № 195
Nikturiya nədir?
Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” .Bakı 1998.
Nikturiya sidiyin miqdar pozğunluqlarına aid olub, sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir, əsasən ürək –damar çatışmazlığınin gizli formasında və böyrəklərin xroniki çatışmazlığı zamanı müşahidə olunur. Ədəbiyyat:C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh.224. “Təhsil” . Bakı 1998.
Sual № 196
Tibb bacısının sərbəst fəaliyyəti nədən ibarətdir?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984
Tibb bacısı həkimin bütün göstərişlərinə sözsüz əməl etməlidir, lakin bundan başqa onun sərbəst fəaliyyəti də vardır. Onlardan biri də gün ərzində xəstələrə nəzarət, onların istirahətini təşkil etməkdir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-7 “Azərnəşr” Bakı 1984
Sual № 197
Sidikdə şəkərin miqdarını təyin etmək üçün sidik necə toplanır?
Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998.
Sidiyi şəkərə yoxlamaq üşün xəstə səhər saat 8-də sidik ifraz edib, bu sidiyi tullayır, sonra səhəri gün səhər saat 8-ə kimi ifraz etdiyi sidiyi bir qaba toplayır, sonra tibb bacısı sidiyin ümumi miqdarını ölçür, qabı çalxalayıb, ondan 100-150 ml sidiyi təmiz, quru qaba töküb, laboratoriyaya göndərir.Ədəbiyyat: C.N. Hacıyev; R.Y. Əliyev. Xəstələrə qulluq. Səh.225. “Təhsil”. Bakı 1998.
Sual № 198
Zimnitski sınağı aparmaq üçün sidik neçə payda yığılır?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 228 “Təhsil” Bakı 1998.
Zimnitski sınağı böyrəklərin orqanizmin müxtəlif patoloji və fizioloji vəziyyətlərinə uyğunlaşma qabiliyyətini müəyyən etməyə imkan verir. Bu sınaq zamanı xəstənin sutka ərzində hər 3 saatdan bir ifraz etdiyi sidik 8 porsiyada toplanaraq laboratoriyaya göndərilir. Zimnitski sınağının köməyi ilə sutkalıq, gündüz və gecə ifraz olunan sidiyin miqdarını, hər porsiyadakı sidiyin miqdarını və xüsusi çəkisi təyin edilir.
Sual № 199
Böyrək daşı sancısı zamanı ilk yardım göstərərkən tibb bacısı xəstəyə hansı vanna tətbiq edə bilər?
Ədəbiyyat:N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
Böyrək daşı sancısı zamanı ilk yardım kimi isti vanna tətbiq edilə bilər.İsti vannanın təsirindən sidik axarlarının spazmı aradan götürülür və daşın xaric olması asanlaşır,xəstənin vəziyyəti yaxşılaşır. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158. “ Çıraq ” 2008
Sual № 200
Qəbizlik zamanı xəstəyə hansı qidadan istifadə etmək məsləhət görülür?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984
Qəbizlik-müxtəlif səbəblərdən bağırsağın boşalmasının ləngiməsidir. Qəbizliyi aradan götürmək üçün xəstəyə bitki mənşəli (çuğundur, kələm, qara gavalı və s.) qida qəbulu məsləhət görülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.40 “Azərnəşr” Bakı 1984
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?