Tibb bacısı
1.219 elementdən 201-220 arası göstərilir.
Sual № 201
Stasionarda terapiya şöbəsində aşağıda göstərilən otaqlardan hansı olmur?
Ədəbiyyat:C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998
Sadalanan bütün otaqlar hər bir stasionar şöbədə olan əsas otaqlardır, cərrahi şöbədə isə bunlardan əlavə gips otağı, sarğı otağı, əməliyyat otağı olur. Ədəbiyyat: C.N.Hacıyev,R.Y.Əliyev. Xəstələrə qulluq. Səh 46 “Təhsil ” Bakı 1998
Sual № 202
Tibb bacısı zəliləri bankadan nə ilə götürməlidir?
Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974
Bütün zəliləri bankadan götürüb həcmi 50-100 ml olan kiçik qaba qoyurlar. Zəliləri əl ilə götürüb qoymaq lazımdır ki, onlar həm zədələnməsin, həm də ən yaxşısını seçmək mümkün olsun. Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 141-142. “Maarif” 1974
Sual № 203
Göstərilənlərdən hansı stasionar tipli müalicə müəssisəsidir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ” Bakı 1998.
Stasionar tipli müalicə müəssisələrində müalicə xəstə həmin müəssisədə yatdıqda aparılır, bu baxımdan xəstəxana stasionar tipli müalicə müəssisəsi hesab edilir. Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 19. “ Təhsil ”
Sual № 204
Xəstəxanada palatanın havası neçə saatdan bir dəyişdirilməlidir?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 23 . “ Təhsil” Bakı 1998.
Palatada havanın miqdarının gigiyenik normasına riayət olunmalıdır. Palatada bir xəstəyə düşən hava norması 25.m3 olmalı və hər bir saatdan bu hava dəyişdirilməlidir. Palatada havanı nəfəsliyi açmaqla və ya kondisioner vasitəsilə təmizləyirlər.
Sual № 205
Kəskin damar çatışmazlığı olan xəstə xərəkdə hansı vəziyyətdə nəql edilməlidir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil ”Bakı 1998.
Kəskin damar çatışmazlığı zamanı beyinə gedən qanın miqdarı kəskin azaldığı üçün xəstədə bayılma, kollaps baş verir.Ona görə də beyinə gedən qanın həcmini artırmaq üçün xəstəni xərəkdə, başı aşağı vəziyyətdə nəql edirlər.Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq .Səh. 43. “ Təhsil”Bakı 1998.
Sual № 206
Göstərilənlərdən hansı palata tibb bacısının səlahiyyətinə aid deyil?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bcısının məlumat kitabı ”. Səh. 87 “ Çıraq ” 2008
Palata tibb bacısı həkimin müalicə və gigiyena təyinatlarını yazır və dəqiq yerinə yetirir, həkim xəstəni müayinə etdikdə bu prosesdə iştirak edir, xəstənin vəziyyəti haqqında ona məlumat verir, bundan sonra xəstələrə nə kimi qulluq edilməsi barədə həkimdən göstərişlər alır, lakin həkimin xəstəyə verdiyi təyinatı dəyişməyə tibb bacısının ixtiyarı yoxdur. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bcısının məlumat kitabı ”. Səh. 87, “ Çıraq ” 2008
Sual № 207
Göstərilənlərdən hansı poliklinika tibb bacısının vəzifəsi deyil?
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 88 Bakı 2008.
Poliklinikada xəstəlik tarixində gündəlik yazmaq həkimin səlahiyyətinə aiddir, sadalanan digər vəzifələr isə poliklinika tibb bacısınin vəzifəsidir.
Sual № 208
Xəstəlik tarixçəsində olan temperatur vərəqində aşağıda göstərilənlərdən hansıları qeyd olunmalıdır?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 52 . “ Təhsil ” Bakı 1998.
Xəstəlik tarixçəsi tibb bacısının postunda saxlanılır, onu xəstəyə vermək olmaz. Tibb bacısı xəstənin hərarətinin dəyişməsini, nəbz və tənəffüsün sayını, arterial təzyiqi, diurezin miqdarını qrafik şəkildə xəstəlik tarixçəsində olan temperatur vərəqində qeyd edir.
Sual № 209
Rektal süni qidalanma nə vaxt əks - göstəriş sayılır ?
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.130“ Çıraq ” 2008.
Orqanizmin mayeyə və xörək duzuna olan tələbatını ödəmək üçün qida maddələrinin düz bağırsaqdan yeridilməsi rektal süni qidalanma adlanır. Düz bağırsağın sfinkterini qıcıqlandırmamaq və anusda çatlar əmələ gəlməməsi üçün rektal qidalanmanı tez-tez aparmaq tövsiyə edilmir. Anusda çatlar olduqda isə qanaxma təhlükəsi olduğuna görə rektal qidalanma aparmaq əks-göstərişdir. Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
Sual № 210
Xəstənin dərmana həssaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.48 “Çıraq”2008.
İnyeksiya zamanı orqanizmin dərmana,əsasən də antibiotiklərə reaksiyasını yoxlamaq üçün 0,01 ml dərman 15mm uzunluqlu iynə ilə dəri içinə yeridilir. Əgər xəstənin orqanizmi dərmana reaksiya verərsə həmin yer qızarır, şişir, hərarəti digər nahiyələrdən yüksək olur.Bu yerli reaksiya olduğundan ağır allergik fəsada səbəb olmur.
Sual № 211
Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən hansı əks - göstəriş sayılır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh. 48 “Çıraq”2008.
İnyeksiyadan sonra həmin nahiyənin bərkiməsi və qızarması yeridilən dərmanın pis sorulması nəticəsində olur, isti proseduraların təsirindən orada olan qan damarları genişlənir və dərmanın tez sorulmasına kömək edir. Bu zaman buz qovuğunun tətbiqi damarların daralmasına və dərmanın daha da çətin sorulmasına səbəb olar, ona görə bu zaman buz qovuğu işlətmək əks-göstəriş sayılır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48,“ Çıraq ”2008.
Sual № 212
Tibb bacısının işinin məqsədi nədən ibarətdir?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.6-8 “Azərnəşr” Bakı 1984
Poliklinikada xəstəlik tarixində gündəlik yazmaq həkimin səlahiyyətinə aiddir, sadalanan digər vəzifələr isə poliklinika tibb bacısınin vəzifəsidir.
Sual № 213
Xəstənin başının tüklü hissəsində pedikulyoz tapıldıqda hansı məhlul istifadə olunur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 26
Xəstənin başında sirkə tapıldıqda 28-300 C-də qızdırlmış sirkə turşusu məhlulu ilə 15-20 dəqiqə ərzində başın tüklü hissəsi işlənilir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 26
Sual № 214
Pedikulyozlu xəstənin müayinəsindən sonra otağın dezinfeksiyası üçün istifadə olunan məhlul hansıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
Pedikulyozlu xəstənin müayinəsindən sonra otaq 8 %-li izol məhlulu ilə dezinfeksiya olunur. Bundan başqa müayinədə iştirak edən tibbi personalın üst geyimləri də dezinfeksiya olunmalıdır. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 27
Sual № 215
Xəstənin qəbul otağından şöbəyə nəql olunma üsulunu kim təyin edir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 29
Xəstənin qəbul otağından şəbəyə nəql olunmasının 4 üsulu vardır: sərbəst, əlil arabası ilə, xərəkdə və sanitarların köməyi ilə. Xəstənin şöbəyə hansı üsulla nəql olunmasına qəbul şöbəsinin həkimi qərar verir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 29
Sual № 216
Tibb bacısı xəstəyə və onun ailəsinə qulluq qaydalarını öyrədərkən nəyə fikir verməlidir?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.7-8 “Azərnəşr” Bakı 1984
Tibb bacısı xəstədən başqa onun ailəsi ilə də yaxın təmasda olur. Xəstəyə və onun ailəsinə qulluq qaydalarını izah etməli, hansı əməliyyatı icra etməsinin yolverilməz olduğunu izah etməlidir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.7-8 “Azərnəşr” Bakı 1984
Sual № 217
Stasionarın qəbul şöbəsinin tibb bacısı hansı sənədi doldurmalıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 23-24
Xəstə stasionara qəbul zamanı qəbul şöbəsində qeydiyyatdan, həkim müayinəsindən və sanitar işləmədən keçir. Burada tibb bacısı xəstəlik tarixinin titul vərəqini(passport hissəsini) doldurur. Buraya aiddir: xəstənin adı, soyadı, atasının adı, yaşı, ünvanı, peşəsi və qəbul şöbəsinə daxil olduğu tarix və saat. Digər sənədləri palata tibb bacısı və şöbənin baş tibb bacısı doldurur.
Sual № 218
Sidik qəbulediciləri (ifrazat qabları) boşaltdıqdan sonra onları xloraminin hansı məhlulunda və neçə dəqiqə saxlamaq lazımdır?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.215 “Azərnəşr” Bakı 1984
Xəsətnin altına qoyulan ifrazat qabları əvvəlcə boşaldılır, sonra qaynar su ilə yaxalanır və dezinfeksiya üçün 15 dəq 1%-li xlormin məhlulunda saxlanılır.
Sual № 219
Ağır xəstələrin dərisini silmək üçün hansı məhlul istifadə olunur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 32-33
10%-li kamfora spirti yataq yaralarının profilaktikası üçün istifadə olunur.Yataq yaraları yataqla daha sıx təmasda olan büzdüm, kürək, daban və dirsək nahiyyələrində yerli qan dövranı pozulduğuna görə yaranır. 10%-li kamfora spirti yerli qan dövranını yaxşılaşdırıcı və dezinfeksiya edici təsirə malikdir.
Sual № 220
Ağır xəstələrin yataq ağlarını nə vaxt dəyişmək lazımdır?
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 30
Ağır xəstələrin vəziyyətini daha da ağırlaşdırmamaq üçün yataq ağlarını çirklənənən zaman dəyişirlər. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 30
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?