Tibb bacısı

1.219 elementdən 221-240 arası göstərilir.

Sual № 221

Qızdırmanın üçüncü dövründə aşağıdakılardan hansının tətbiq edilməsi vacibdir?

  Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 47
Temperatur yüksək olduqda orqanizm çoxlu maye itirdiyindən xəstə çoxlu miqdarda maye qəbul etməlidir. Qızdırmanın üçüncü dövründə temperatur endiyinə görə xəstədə arterial təzyiqin enməsi müşahidə edilir.Tünd şirin çayın və kofenin istifadəsi tərkibində kofeinin olmasına görə məqsədəuyğundur.

Sual № 222

Qızdırmanın inkişafında neçə dövr ayırd edilir?

  Ədəbiyyat:Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974
Qızdırmanın inkişafında 3 dövr ayırd edilir. I dövr-qızdırmanın qalxan dövrü, II dövr-qızdırmanın maksimal yüksəliş dövrü, III dövr-qızdırmanın enmə dövrü. Hər dövrün öz klinik mənzərəsi vardır və xəstələrə qulluq, hər dövrdə öz xüsusiyyətləri ilə xarakterizə edilir. Ədəbiyyat: Qaqunova Y.Y  “Xəstələrə ümumi qulluq”. Səh 123. “Maarif” 1974

Sual № 223

Aşağıdakılardan hansı dəri içinə yeridilir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. “Azərnəşr” Bakı 1984. Səh.56-57.
Dəri daxili inyeksiyalardan diaqnostika, yerli keyitmə, sınaq və peyvənd məqsədi ilə istifadə olunur. Tuberkulinlə peyvənd aparılır. Ona görə də tuberkulin dəri daxili inyeksiya edilir. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”.  “Azərnəşr” Bakı 1984. Səh.56-57. 

Sual № 224

Dərialtı inyeksiya hansı bucaq altında aparılır?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984
Dəri altı inyeksiya 45 dərəcəli bucaq altında aparılır,çünki bu bucaq altında yeridilən iynə bilavasitə dəri altı nahiyyəyə düşür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.57 “Azərnəşr” Bakı 1984

Sual № 225

Venadaxili inyeksiyadan əvvəl turnanın düzgün qoyulmasının göstəricisi nədir?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86
Vena daxili inyeksiyadan əvvəl turna düzgün qoyulmalıdır. Yalnız səthi venalar sıxılmalı, arteriyada qan axını pozulmamalı, nəbz hiss olunmalıdır. Turna düzgün qoyulduqda turnadan aşağı hissədə qanın venoz axını ləngidiyinə görə dəri göyərir. Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 86

Sual № 226

Meteorizm zamanı qaz çıxarıcı borunun yeridilmə dərinliyi nə qədər olmalıdır (sm - lə)?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114
Meteorizm zamanı əgər digər tədbirlər effekt vermirsə qaz çıxarıcı borudan istifadə olunur. Bu rezin boru olub, 50-sm uzunluğunda və diametri 1 sm-dir. Bir ucu vazelin sürtüldükdən sonra 20-30 sm dərinlikdə düz bağırsağa yeridilir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 114

Sual № 227

Yağ imaləsini aparmaq üçün bitki yağının miqdarı (ml - lə) nə qədər olmalıdır?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
Yağ imaləsini qəbizlik zamanı qoyurlar. Bunun üçün bitki yağları: günəbaxan, zeytun, vazilin yağları istifadə olunur. Bir imalə üçün 37-38 dərəcəyə qədər qızdırılmış 100 ml yağ götürülür. Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984

Sual № 228

Göstərilən inyeksiyalardan hansını tibb bacısı aparmamalıdır?

  Ədəbiyyat:C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ” Bakı 1998.
Bir sıra inyeksiyalar mürəkkəb olduğundan onları həkim aparır. Məsələn: arteriya daxilinə , ürək daxilinə, limfa damarlarına, onurğa kanalına və s. Lakin tibb bacısı bu əməliyyatlarda iştirak edir ,lazımi alətləri hazırlayır , ona görə də tibb bacısı bu sahədə minimum biliyə malik olmalıdır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq. Səh. 137. “ Təhsil ”, Bakı 1998.

Sual № 229

Xəstəyə oksigen verilməsi üçün ən çox hansı üsul istifadə olunur?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 223. “Maarif” 1974.
Burun xarici tənəffüs orqanı olduğundan xəstəyə burun kateteri ilə oksigen verilir. Bu proses xəstədə sərbəst tənəffüs aktı oduğu zaman mümkündür. Əks hallarda (uzunsov beyin zədələnmələri, Kvinke ödemi (qırtlaq əzələlərinin spazmı), endotraxeal anesteziya və s.) həkim tərəfindən köməkçi tənəffüs tətbiq olunur. Bu üsul xəstədə narahatlıq yaratmır.

Sual № 230

Xəstənin hərarəti yüksək olduqda ( qızdırmanın II dövründə) tibb bacısı ona aşağıda sadalanan yardımlardan hansını göstərməlidir?

  Ədəbiyyat: C.N. Hacıyev ;.R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı 1998.
Xəstənin hərarəti çox yüksək olduqda ağzı quruyur, dodaqları çatlayır, halsız olur Ona görə verilən maye xəstəyə müsbət təsir göstərir,soyuq kompres isə genəlmiş damarlara büzücü təsir göstərərək istilik verməni azaldır. Ədəbiyyat: C.N. Hacıyev; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 105. “ Təhsil ” Bakı  1998.

Sual № 231

10 saatda 5 litr mayeni damara yeritmək üçün tibb bacısı 1 saatda damara neçə litr maye yeritməlidir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y. Əliyev. Xəstələrə qulliuq . Səh. 156 “ Təhsil” Bakı 1980 .
Tibb bacısı yeridiləcək mayenin miqdarını tənasüb yolu ilə hesablayıb tapa bilər. 10 saatda- 5 litr1 saatda-  X litr          X = 5 l  x  1saat : 10saat =  0,5 l , yəni 500 ml

Sual № 232

Aşağıda göstərilən temperaturlardan hansı subfebril temperaturdur?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.
Yüksəlmə dərəcəsinə görə temperaturun bu növləri var: subfebril temperatur – 37 -38 dərəcə; febril temperatur – 38-39 dərəcə; yüksək qızdırma- 39-41 dərəcə; çox yüksək qızdırma – 41 dərəcədən yüksək. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev.  Xəstələrə qulluq . Səh . 103 . “ Təhsil ” Bakı 1998.

Sual № 233

Venepunksiya apararkən tibb bacısı aşağıda göstərilənlərdən nəyi düz etmir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 25 “ Çıraq” 2008.
Venepunksiya apararkən turnanın qoyulmasının başlıca şərti turnanın arterial axına mane olmamasıdır.Tibb bacısı bazunun ortasından turnanı elə bağlamalıdır ki, ancaq venalar sıxılsın, arteriyalar isə sıxılmasın. Arteriyalarda qan axınına mil arteriyasındakı nəbzə görə nəzarət edirlər, nəbz zəifdirsə və ya heç hiss olunmursa deməli turna çox sıxılmışdır. Ədəbiyyat:  N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 25“ Çıraq”  2008.

Sual № 234

Aşağıdakı hansı dərman forması orqanizmə enteral yolla qəbul edilmir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ” Bakı 1998.
Dərmanların mədə-bağırsaq traktından orqanizmə yeridilməsi enteral yolla yeridilmə adlanır. Dərmanlar enteral olaraq üç yolla yeridilir: dilin altına qoymaqla, ağızdan(peros) və düz bağırsaqdan yeritməklə. Məlhəmlər isə dərmanların xaricə tətbiqinə aiddir. Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 135. “ Təhsil ”Bakı  1998.

Sual № 235

Stasionarda A və B siyahısına daxil olan, xüsusi seyflərdə saxlanılan dərmanlar hansılardır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 127. “ Təhsil ” Bakı 1998.
Stasionarda A (narkotik analgetik preparatlar) və B (yuxu dərmanları, kodein və s.) siyahısına daxil olan dərmanlar xüsusi seyflərdə saxlanılır. Seyfin qapısının daxili tərəfində saxlanılan dərmanların siyahısı asılır və bu dərmanların maksimal birdəfəlik və sutkalıq dozaları göstərilir. Şöbədə narkotik dərmanlar 5 günlük, digər güclü təsirli dərmanlar isə 10 günlük tələbatı ödəyəcək miqdarda saxlanılır.

Sual № 236

Stasionarda xəstələrə dərman paylayarkən sadalananlardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?

  Ədəbiyyat: C.N. Əliyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 129 . “ Təhsil ” Bakı 1998.
Stasionarda dərman paylayarkən yuxarıda sadalananlardan  bir cavab istisna olmaqla, digər bütün cavablar tibb bacısının səlahiyyətinə aiddir. Tibb bacısı özbaşına həkimin təyin etdiyi dərmanı dəyişə, ləğv edə və ya yeni dərmanla əvəz edə bilməz, əgər buna təcili zərurət varsa o mütləq həkimi xəbərdar etməlidir.

Sual № 237

Hansı üsul dərmanların xaricə tətbiq edilməsinə aid deyil?

1) Kompres
2) Toz şəklində səpmək
3) Damcı şəklində dəri səthindəki yaraya damılatmaq
4) Dilin altına qoymaq
5) Yaranın üzərinə sürtmək
6) Dəri içinə yeritmək

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 131 . “ Təhsil ” Bakı 1998 .
Dərmanların xarici tətbiqi dedikdə həmin maddələrin, selikli qişalar və yara səthində işlədilməsi nəzərdə tutulur. Dərmanın dilaltı qəbulu və dəriiçinə yeridilməsi dərmanların daxilə tətbiq üsuluna aiddir.

Sual № 238

Hansı halda tibb bacısı xəstəyə qızdırıcı kompres qoymalıdır?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .
İsidici kompresin təsiri nəticəsində onun qoyulduğu nahiyədəki səthi və dərin qan damarları uzun müddət genişlənməyə məruz qalaraq, həmin nahiyəyə qan axınını artırır, venoz stazı aradan qaldırır və nəticədə ağrı və şişkinlik aradan qalxır, ona görə inyeksiyadan sonrakı infiltratlar zamanı isidici kompresin qoyuluşu göstəriş, sadalanan digər hallarda isə əks- göstəriş sayılır. Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 118 . “ Təhsil ” Bakı 1998 .

Sual № 239

Xəstəyə xardal yaxması qoyarkən tibb bacısı aşağıda göstərilənlərdən hansını düz etmir?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 115 . “ Təhsil ” Bakı 1998.
Xardalın müalicəvi təsiri onun tərkibində olan efir-xardal yağı ilə izah olunur. Bu yağ ancaq 40-45 dərəcə temperaturlu suda xardaldan ayrılaraq dərini qıcıqlandırır və damarları genişləndirir, nəticədə həmin nahiyəyə qan axını güclənir, orada qan və limfa dövranı yaxşılaşır, yerli toxumaların müqaviməti güclənir. Lakin xardalı soyuq suda islatdıqda xardal efiri ayrılmır və xardalla müalicə heç bir effekt vermir.

Sual № 240

Aşağıda göstərilən vəziyyətlərdən hansında tibb bacısı xəstəyə buz qovuğu tətbiq edə bilməz?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 122. “ Təhsil ” Bakı 1998.
Buz qovuğunun təsiri nəticəsində dəridə və daha dərində yerləşmiş üzvlərin damarlarında sıxılma baş verir, nəticədə həmin nahiyələrə qan axını azalır.Güclü böyrək sancıları əsasən böyrək daşı xəstəliyi zamanı yaranır, əgər bu zaman xəstəyə buz qovuğu tətbiq edilərsə soyuğun təsirindən spazm yaranır və daşın böyrəklərdən sidik axarlarına, oradan da sidik kisəsinə keçməsi çətinləşır, nəticədə xəstənin sancıları daha da güclənir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×