Tibb bacısı
1.219 elementdən 241-260 arası göstərilir.
Sual № 241
Stasionarda müalicə alan xəstəyə narkotik maddə tətbiq etdikdə tibb bacısının səhvi hansıdır?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 128 . “ Təhsil ” Bakı 1998.
Bütün istifadə edilən narkotiklərin boş ampulaları şöbənin baş tibb bacısına verilir, əvəzində yenisi alınır. Narkotik maddələrin boş ampulaları yalnız xəstəxananın baş həkiminin yaratdığı xüsusi komissiyanın iştirakı ilə məhv edilir.
Sual № 242
Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı hansı formanı doldurmalıdır?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 51 ; 34. “ Təhsil ” Bakı 1998.
Stasionarda səhər növbəni təhvil verməzdən əvvəl tibb bacısı xəstələrin hərəkəti və çarpayı fondu barədə olan vərəqi forma - 007/u doldurur. Forma 003/u qəbul şöbəsində doldurulur, xəstəlik tarixçəsinin titul vərəqidir. Forma 001/u xəstələrin daxil olma jurnalına alınan məlumatların qeyd edilməsidir. Forma 066/u “Stasionardan çıxan xəstənin statistik vərəqi” dir, tibb bacısı tərəfindən bunun pasport hissəsi və sol yarısı doldurulur. Forma 1-84 palata tibb bacısı tərəfindən bufet və mətbəx üçün yazılan tələbnamədir.
Sual № 243
Bədən temperaturu 1 dərəcə artdıqda ürək döyüntüsü necə dəyişir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 29 “ Çıraq ” 2008.
Bədən temperaturu 1 dərəcə qalxanda ürək döyüntüsü 10 vurğu artır . Qızdırma zamanı ürək yığılmalarının artması və bədənin temperaturunun qalxması ilə yanaşı tənəffüs də tezləşir.
Sual № 244
Spastik qəbizlik zamanı xəstəyə hansı imalə edilir?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.50 “Azərnəşr” Bakı 1984
İmalə üçün istifadə olunan yağlar qızdırılır və axşamdan düz bağırsağa yeridilir.Qızdırılmış yağ məhlulu həm spazmı aradan qaldırır,həm də eyni zamanda bərkimiş nəcisin xaric olmasını təmin edir.
Sual № 245
Spirometriya hansı məqsədlə istifadə olunur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” Səh. 8 “ Çıraq ” 2008
İnsanın fiziki inkişafının: boynun, bədən kütləsinin, döş çevrəsinin, əzələ gücünün, tənəffüs funksiyasının təyin edilməsi ümumilikdə antropometriya adlanır. Spirometriya ağciyərlərin tənəffüs həcminin ölçülməsinə deyilir. Spirometriya vasitəsilə ağ ciyərlərin həyat tutumunu təyin edilir. Spirometriya sağlam şəxsləri, xüsusən idmançıları müayinə edərkən, sanatoriyalarda, ağciyər və ürək xəstəlikləri zamanı tətbiq edilir.Norma kişilərdə 3500-4500 sm3, qadınlarda 2500-3500 sm3–dir. Spirometriyanı, ümumilikdə antropometriyanı tibb bacısı aparır.
Sual № 246
Sifon imaləsini aparmaq üçün hansı məhlulu hazırlamaq lazımdır?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.49-50 “Azərnəşr” Bakı 1984
Adi təmizləyici imalələr kömək etmədikdə zəhərlənmələrdə bağırsaqları yumaq üçün ən yaxşı üsül sifon imaləsidir. Sifon imaləsi üçün 10-12 litr 380 C-yə qədər isidilmiş qaynanmış su götürülür. Bu miqdarda maye bağırsaqların zəhərli maddələrdən təmizlənməsini təmin edir.
Sual № 247
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli müalicə kimi hansı imalədən istifadə olunur?
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 43
Yoğun bağırsaqda iltihabi proses olduqda yerli iltihabəleyhinə və dezinfeksiya edici vasitə kimi dərman imalələri istifadə olunmalıdır.Digər növ imalələr adətən yoğun bağırsağın təmizlənməsi üçün istifadə olunur.
Sual № 248
Hirudoterapiya zamanı hansı nahiyələrə zəli qoymaq olmaz?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.41 “ Çıraq ” 2008.
Hirudoterapiya zamanı əlin ovuc səthinə və ayağın altına zəli qoymaq olmaz, çünki bu nahiyələrdə dəri çox qalın olur, zəli oraya dişlərini batıra bilmir. Həmçinin səthi yerləşən vena və arteriyaların üzərinə zəli qoymaq olmaz, çünki bu yerlərdə dəri çox nazik olduğundan ,bu arzuolunmaz nəticələrə gətirib çıxarar.
Sual № 249
Qadınlarda sidik kisəsini kateterizasiya etmək üçün hansı kateterdən istifadə olunur?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.64 “Azərnəşr” Bakı 1984
Qadınlarda sidik kanalı qısa olduğu üçün (5-6sm),sidik kanalına kateter yeritmək çətinlik törətmir. Travmatik fəsadların baş verməməsi üçün tibb bacısı FOLEY yumşaq kateterindən istifadə etməlidir.
Sual № 250
Dərialtı inyeksiya zamanı maksimum nə qədər maye yeritmək olar?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.63 “ Çıraq ” 2008
Dərialtı inyeksiyalar zamanı dərman maddələri orqanizmin dərialtı piy təbəqəsi ilə zəngin, lakin magistral arteriya və venalar olmayan nahiyələrinə yeridilir. Məs, budun ön xarici səthinə, qarnın ön yan səthinə və s. Bu nahiyələrdə qan damarları dərində olduğu üçün məhlul gec sorulur ,ona görə də dərialtına maksimum 2 ml maye yeritmək olar.
Sual № 251
Xəstənin rektoromanoskopiyaya hazırlanmasında aşağıdakılardan hansından istifadə olunur?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 345
Rektoromanoskopiya düz və S-vari bağırsağın rektoskop vasitəsi ilə müayinə metodudur. Bu metoddan düz və S-vari bağırsağın şişləri, eroziya, qansızmalarını aşkara çıxarmaq üçün istifadə olunur. Düzgün nəticə almaq üçün rektoromanoskopiyadan əvvəlki gün axşam və müayinə günü səhər təmizləyici imalə
Sual № 252
Damcı üsulu ilə venaya məhlul yeridilən zaman iynənin ucu trombla tutularsa tibb bacısı nə etməlidir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 60 “ Çıraq ” 2008.
İynənin ucundakı trombun venanın mənfəzinə düşməməsi üçün tibb bacısı iynəni dəyişməlidir.
Sual № 253
Xəstədə gəyirmə baş verərsə bu nəyi göstərir?
Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq” 2008.
Gəyirmə xəstəlik deyil, xəstəliyin əlamətidir. Mədədən qida borusuna keçən hava ağız. Ədəbiyyat: N.R.Paleyevi redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 56 “ Çıraq” 2008.
Sual № 254
Xəstədə meteorizm olduqda aşağıda sadalanan yardımlardan hansı effekt vermir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56“ Çıraq ” 2008
Meteorizm bağırsaqlarda patoloji qaz əmələ gəlməsidir, bu zaman qarın çox köpür. Adətən meteorizm enterokolitlərdə, qarın boşluğunda aparılan əməliyyatlardan sonra, qara çörək, tərəvəz, süd və s. kimi qidalardan sonra da əmələ gəlir. Xəstədə meteorizm olduqda mədənin yuyulması heç bir effekt vermir, digər cavablarda göstərilən yardımlar isə meteorizmi əhəmiyyətli dərəcədə azaldır. Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.56 “ Çıraq ” 2008 .
Sual № 255
Göstərilənlərdən hansı dərmanların enteral yolla yeridilməsinə aiddir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.130 . “ Təhsil ”
Dərmanlar orqanizmə 3 yolla daxil edilir: xaricə, enteral, parenteral. Enteral yolla dərmanlar dil altına qoymaqla, ağızdan və düz bağırsaqdan yeridilir. Ağızdan dərmanlar həb, draje, mikstura şəklində yeridilir.Vena daxili və dəri içinə yeritmə dərmanların parenteral, yəni həzm traktından kənar,gözə damızdırmaq və dəriyə sürtmək isə xaricə işlədilməsidir.
Sual № 256
Əzələ daxili inyeksiya sağrının hansı nahiyəsində(kvadrantında) aparılır?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh . 152 . “ Təhsil ” Bakı 1998.
Sağrı nahiyəsi gözəyarı 4 kvadranta bölünür və inyeksiya yalnız üst xarici kvadrantda aparılır. Bu kvadrantı tapmaq üçün xəyali olaraq V bel fəqərəsinin tinli çıxıntısını bud sümüyünün böyük burması ilə birləşdirən xətt çəkilir , bu xəyali xəttin yuxarısında sağrının üst xarici kvadrantı yerləşir və inyeksiya da həmin nahiyəyə edilir. Digər nahiyələrdən sinir-damar dəstələri keçdiyi üçün bu nahiyələrə inyeksiya edilmir.
Sual № 257
Mədənin yuyulmasına əks-göstəriş hansıdır?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh .190 .” Təhsil ” Bakı 1998.
Mədə diaqnostika və müalicə məqsədilə yuyulur. Qida borusundan qanaxma zamanı zondun mexaniki təsirindən qanaxmanın daha da güclənəcəyinə görə bu zaman mədənin yuyulması əks-göstəriş sayılır.
Sual № 258
Aşağıda göstərilənlərdən hansı zondun ucunun mədədə olmadığını göstərir?
Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ” .Səh. 57 “ Çıraq ” 2008
Mədə zondlaması zamanı zondun düzgün yeridilməsi vacib şərtlərdəndir, çünki zond düz yeridilmədikdə mədəyə deyil, traxeyaya düşə bilər . Bu zaman xəstədə boğulma, öskürmə, göyərmə olur, belə hallar olduqda zond dərhal çıxarılıb, yenidən salınmalıdır.
Sual № 259
İnyeksiyadan dərhal sonra xəstədə təngnəfəslik, taxikardiya, huşun itməsi baş verərsə bu hansı ağırlaşmanın baş verdiyini göstərir?
Ədəbiyyat: C.N.Hacıyev : R.Y.Əliyev . Xəstələrə qulluq .Səh. 162 . “ Təhsil ” Bakı 1998.
Anafilaktik şok inyeksion ağırlaşmaların ən ağır formasıdır.Əsas əlamətləri: təngnəfəslik, arterial təzyiqin enməsi, taxikardiya, huşun itməsidir. Bu əlamətlər bir neçə saniyədən- 30-40 dəqiqə ərzində baş verir, əsasən antibiotiklər, zərdablar yeridildikdə yaranır. Bu zaman dərhal dərmanın yeridilməsi dayandırılmalıdır və şok əleyhinə tədbirlərə başlanılmalıdır.
Sual № 260
Lipodistrofiya (inyeksiya yerində piy toxumasının itməsi) əsasən hansı dərmanın yeridilməsindən sonra müşahidə olunur?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.160 . “ Təhsil ” Bakı 1998
Lipodistrofiya inyeksiya ağırlaşması olub, əsasən insulin vurulan xəstələrdə rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur, səbəbi məlum deyil. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir. İnsulin inyeksiya olunan nahiyə spirtlə deyil su ilə silinməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?