Tibb bacısı
1.219 elementdən 261-280 arası göstərilir.
Sual № 261
Müayinə üçün əsnəkdən material götürərkən tibb bacısı aşağıda sadalananlardan hansını düz etmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.51 Bakı 2008.
götürürAnaliz üçün materialı əsnəkdən steril pambıq tamponla götürülür, bu zaman dili şpatellə tutub saxlayırlar; yaxmanı zədələnmiş nahiyə ilə sağlam selikli qişa arasındakı sərhəddən götürülür. Yemək yeyən kimi və ya ağzı dezinfeksiyaedici məhlulla yaxaladıqdan dərhal sonra yaxma götürmək olmaz, çünki bu analizin göstəricisini dəyişə bilər.
Sual № 262
Nəbzi hansı arteriyalarda saymaq mümkündür?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.64 Bakı 2008.
Nəbzi səthi arteriyalarda və bilavasitə əllə tutmaq mümkün olan yerlərdə sayırlar. Nəbzi adətən mil arteriyasında tuturlar, əgər bu nahiyədə nəbzi tutmaq mümkün olmasa gicgah, yuxu və bud arteriyalarında da saymaq olar.
Sual № 263
Stasionarda müalicə alan zaman yataq rejimində olan xəstəyə aşağıda sadalananlardan hansına icazə verilir?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh. 31. “ Təhsil ”Bakı 1998.
Stasionarda müalicə alan xəstəyə xəstəliyin ağırlıq dərəcəsindənasılı olaraq həkim 5 rejim təyin edir: ciddi yataq, yataq, yarımyataq, ümumi və sərbəst rejim. Ciddi yataq rejimində xəstəyə hətta yataqda belə hərəkətə icazə verilmir; yataq rejimində o ancaq yataqda hərəkət edə bilər, durmağa icazə verilmir; yarımyataq rejimində yalnız ayaqyoluna gedə bilər; ümumi rejimdə yalnız şöbədə, sərbəst rejimdə isə xəstəxananın həyətində gəzə bilər, lakin xəstəxananın ərazisindən çıxmağa icazə verilmir.
Sual № 264
Böyüklərdə mədənin yuyulması üçün neçə litr təmiz su lazımdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
Mədənin yuyulması müalicə və diaqnostik məqsədlə aparılır. Bunun üçün yoğun mədə zondundan istifadə olunur. 30-350C temperaturda 10 litr su götürülür.
Sual № 265
Sadalanan simptomlardan hansı həzm sistemi xəstəliklərinin əsas simptomlarındandır?
Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 187. “ Təhsil ” Bakı 1998 .
Qusma mürəkkəb, qeyri-iradi aktdır, bu zaman mədə möhtəviyyatı mədədən ağız vasitəsilə xaricə atılır. Qusma əsasən həzm sistemi xəstəliklərində, bəzən də mərkəzi sinir sistemi xəstəliklərində müşahidə olunur. Sadalanan digər simptomlar isə əsasən tənəffüs və ürək-qan-damar sistemi xəstəliklərində müşahidə olunur.
Sual № 266
Yataq yaralarının profilaktikasına nə aiddir?
1) Yataq ağlarının tez-tez dəyişdirilməsi
2) Xəstəyə tənəffüs gimnastikası etdirmək
3) Yataq ağlarının həftədə bir dəfə dəyişdirilməsi
4) Xəstənin dərisinin dezinfeksiya edici məhlullarla silinməsi
5) Xəstəni rejimlə qidalandırmaq
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 58-59
Uzun müddət yataqda olan xəstələr tez-tez tərlədiyindən islanmış ağların vaxtaşırı dəyişdirilməsi və dərinin dezinfeksiyaedici məhlullarla silinməsi yataq yaralarının yaranmasının qarşısını alır.
Sual № 267
Qusuntu kütləsinin laboratoriyaya göndərmək lazım gəldikdə tibb bacısı aşağıda sadalananlardan nəyi düz etmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 33 Bakı 2008
saxlayırQusuntu kütləsini dərhal laboratoriyaya göndərmək mümkün deyilsə onu isti deyil, sərin yerdə saxlamaq lazımdır, çünki istinin təsirindən orada çürümə prosesi sürətlənir və bu da analizin göstəricisini dəyişə bilər. Xəstə sutkada bir neçə dəfə qusarsa, hər dəfə qusuntunu ayrıca qaba yığmaq lazımdır, çünki qusuntunun keyfiyyətcə və miqdarca fərqinin diaqnostika üçün böyük əhəmiyyəti vardır. Qusuntunun miqdarını dəqiq bilmək üçün onu üstü dərəcələnmiş bankaya yığmaq lazımdır.
Sual № 268
Növbətçilik (növbəni qəbul etmək və təhvil vermək) zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının səhvidir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 68“ Çıraq ” 2008.
Xəstələrin ardıcıl müalicəsinin mühüm amillərindən biri növbənin başqasına təhvil verilməsidir. Tibb bacısı onu əvəz edən şəxs gəlməyincə postdan gedə bilməz.
Sual № 269
Bədənin hansı nahiyələrində temperatur digər nahiyələrdən 1 dərəcə yüksək olur?
1) Düz bağırsaqda
2) Uşaqlıqda
3) Qoltuqaltında
4) Qasıqda
5) Dizaltı çuxurda
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 82“ Çıraq ” 2008
Düz bağırsaqda və uşaqlıqda selikli qişa olduğundan temperatur digər nahiyələrdəkindən 1 dərəcə yüksək olur.
Sual № 270
Yetkin şəxsdə sakit halda tənəffüs hərəkətlərinin sayı 1 dəqiqədə neçə olur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 83“ Çıraq ” 2008.
Böyük adam sakit halda dəqiqədə orta hesbla 16-20 dəqiqəyə qədər nəfəs alır. İş zamanı, hərəkət etdikdə, qızdırma zamanı mübadilə yüksək olduğu üçün 1 dəqiqədə tənəffüsün sayı artır.
Sual № 271
Təngnəfəsliyi olan xəstəyə yardım edərkən aşağıdakılardan hansı tibb bacısının səlahiyyətinə aid deyil?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 84“ Çıraq ” 2008.
Tənginəfəslik tənəffüs hərəkətlərinin çətinləşməsi olub, tənəffüs hərəkətlərinin tezliyinin və dərinliyinin dəyişməsi ilə xarakterizə olunur. Tənginəfəslik zamanı tibb bacısı xəstəyə tənginəfəsliyi aradan qaldıran dərmanlar təyin edilməsindən başqa bütün digər göstərilən yardımları edə bilər. Tənginəfəsliyi aradan qaldıran dərmanı isə yalnız həkimin təyinatından sonra xəstəyə verə bilər.
Sual № 272
Ev şəraitində tibb bacısı xəstəyə hansı əməliyyatı apardıqda mütləq həkimin icazəsi olmalıdır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.85 “ Çıraq ” 2008.
Venaya məhlul yeritmək üçün müəyyən göstərişlər olmalıdır ki, bu göstərişləri də ancaq xəstənin vəziyyətinə uyğun olaraq həkim verə bilər, eyni zamanda venaya məhlul yeridərkən digər cavablarda göstərilən yardımlardan fərqli olaraq, müəyyən ağırlaşmalar ola bilər. Ona görə evdə xəstənin venasına inyeksiya etmək ancaq zəruri hallarda olduqda, həm də mütləq həkimin göstərişi əsasında edilə bilər.
Sual № 273
Palata tibb bacısı müayinə üçün xəstədən hansı materialı götürə bilməz?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 87“ Çıraq ” 2008.
Palata tibb bacısı həkimin təyinatı ilə xəstədən analiz üçün material yığır ( sidik, nəcis, bəlğəm, selik və s.), bunları laboratoriyaya göndərir, analizin cavablarını vaxtında alıb, xəstəlik tarixinə yapışdırır. Plevral maye isə yalnız plevranın punksiyası zamanı həkim tərəfindən götürülür.
Sual № 274
Sadalananlardan hansı məktəb tibb bacısının vəzifəsi deyil?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh.90“ Çıraq ” 2008.
Məktəbin tibb bacısı bütün profilatika işlərinin yerinə yetirilməsində həkimin daimi köməkçisidir. Məktəbliləri auskultasiya etməkdən başqa yuxarıda sadalanan bütün işlər məktəb tibb bacısınin səlahiyyətlərinə aiddir. Məktəbliləri auskultasiya edib diaqnoz qoymaq isə məktəb həkiminin vəzifəsidir.
Sual № 275
Tibb işçisinin şəxsi gigiyenasının pozulmasına aşağıda göstərilənlərdən hansı aiddir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 90“ Çıraq” 2008.
Xəstəxana daxili infeksiyanın qarşısını almaq üçün tibb işçisinin iş paltarında xəstəxananın ərazisindən kənara çıxması qadağandır.
Sual № 276
Uzun muddət yataqda olan xəstədə yataq yaraları hansı nahiyədə müşahidə edilmir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.52 “ Çıraq ” 2008
Adətən yataq yaraları uzun müddət yataqda qalan xəstələrdə bədənin yataqla təmas edən sahələrində əmələ gəlir. Tipik hallarda xəstə arxası üstə yatdığından omada, kürəkdə, ənsədə,dabanda yataq yarası əmələ gəlir. Arxası üstə yatan xəstədə qarın nahiyyəsində yataq yarası əmələ gəlmir.
Sual № 277
Hansı xəstəliklər zamanı xəstə passiv vəziyyətdə olmalıdır?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.107 “ Çıraq ” 2008.
Xəstənin yataqda 3 cür vəziyyəti olur: fəal, passiv, məcburi. Xəstə yataqda oturur, çevrilirsə fəal vəziyyət sayılır; xəstə yataqda uzanıb sərbəst hərəkət edə, çevrilə, baçını, qolunu qaldıra bilmirsə passiv vəziyyət sayılır; xəstə öz vəziyyətini yüngülləşdirmək üçün aldığı vəziyyət isə məcburu vəziyyət sayılır. Kəskin miokard infarktı zamanı hər bir hərəkət ürəyin işini artırdığı üçün tibb bacısı xəstənin passiv vəziyyətdə olmasına nəzarət etməlidir.
Sual № 278
Xəstəlik tarixi yazarkən göstərilənlərdən hansı tibb bacısının vəzifəsinə aid deyil?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh.99 “ Çıraq ” 2008.
Xəstəlik tarixi xəstəxanada və ya hər hansı başqa bir müalicə - profilaktika müəssisəsində olan hər xəstə üçün ilk dəfə doldurulan əsas tibbi sənəddir. Tibb bacısı laboratoriya, rentgenoloji, elektrokardoiqrafiya məlumatları və başqa analizlərin cavablarını xronoloji qaydada xəstəlik tarixinə yapışdırır. Bütün müalicə müddətində xəstənin üzərində aparılan müşahidələri isə xəstəlik tarixinə həkim yazır.
Sual № 279
Poliklinikada ambulator karta tibb bacısı aşağıda göstərilənlərdən nəyi qeyd edə bilər?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 99 “ Çıraq ”2008.
Poliklinikada xəstəlik tarixini ambulator kart əvəz edir. Həkim buraya xəstəliyin baş verməsi barədə əsas məlumatları, xəstənin evində apardığı müalicələrin nəticələrini qeyd edir, gündəlik yazır. Tibb bacısı isə laboratoriya analizlərinin cavablarını xronoloji qaydada karta əlavə edir və dispanserizasiyanın hesabatını aparır.
Sual № 280
Qusma zamanı tibb bacısı xəstəyə necə yardım göstərilməlidir?
1) Xəstənin alnına əli ilə dayaq verməlidir
2) Mədəni yumalıdır
3) Ağız boşluğunu təmizləməlidir
4) Epiqastral nahiyəyə buz qovuğu qoymalıdır
5) Təmizləyici imalə aparmalıdır
Ədəbiyyat:В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 164
Qusma zamanı xəstələrin boğulmasını qarşısını almaq üçün tibb bacısı xəstənin başını tutmalı (əgər yataq xəstəsidirsə başını yana çevirməli). Qida qalıqlarının tənəffüs yoluna düşməməsi üçün ağız boşluğunu təmizləməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?