Tibb bacısı

1.219 elementdən 281-300 arası göstərilir.

Sual № 281

Xəstəxanada aşağıda göstərilən dərman maddələrindən hansını soyuducuda saxlamağa ehtiyac yoxdur?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh.128 . “ Təhsil ” Bakı 1998.
Tez xarab olan dərmanlar, məsələn zərdablar, vaksinlər, məlhəmlər, şamlar söbədə olan soyuducuda 2-10 dərəcə temperaturda saxlanılmalıdır. Narkotik maddələr isə tez xarab olmadığına görə onları soyuducuda saxlamağa ehtiyac yoxdur.

Sual № 282

Xroniki böyrək çatışmazlığı zamanı qidada hansı maddələri məhdudlaşdırmaq lazımdır?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.178-179. “Azərnəşr” Bakı 1984
Xroniki böyrək çatışmazlığı zamanı qanda zülalların parçalanma məhsulları olan sidik cövhəri, sidik turşusu, kreatinin toplanır. Ona görə də xəstənin qidasında zülallar məhdudlaşdırılmalıdır.

Sual № 283

Xəstənin qidalanması zamanı göstərilən üsullardan hansı süni qidalanmaya aid deyil?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.129 “Çıraq” 2008.
Zond, fistula, imalə ilə və ya parenteral yolla (venaya və dərialtına) orqanizmə qida maddələri yeritmək süni qidalanma adlanır. Xəstəni süni qidalandırmaq üçün göstərişlər: qida borusunun daralması, udma aktının çətinləşməsi, qida borusunda və mədədə aparılan əməliyyatlardan sonra, komatoz vəziyyət, yeməkdən imtina edən psixozlar və s. Xəstənin qaşıqla yedizdirilməsi isə normal qidalanma üsulu olub, ya tibb bacısı tərəfindən, yaxud da xəstə tərəfindən həyata keçirilir.

Sual № 284

Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısının taktikası nədən ibarətdir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh. 163. “ Təhsil ”. Bakı 1998.
Xəstədə tənəffüs hərəkətlərini sayarkən tibb bacısı çalışmalıdır ki, xəstə bunu hiss etməsin, əks halda xəstə həyəcanlanar və tənəffüsün sayı, ritmi və dərinliyi dəyişə bilər. Buna görə xəstənin fikrini yayındırmaq məqsədilə bir əllə onun əlini elə tuturlar ki, sanki nəbzi yoxlayırlar, digər əli isə döş tipli tənəffüsü sayarkən döş, qarın tipli tənəffüsü sayarkən isə epiqastral nahiyəyə qoyurlar. Tənəffüs hərəkətləri 1 dəqiqə müddətində sayılır və alınan nəticə temperatur vərəqəsindəki “ tənəffüs sayı” hissəsinə qeyd edilir.

Sual № 285

Miokard infarktı olan xəstəyə tibb bacısı nəyi qadağan edə bilər?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq” 2008.
Qaz əmələ gətirən qidalar qarının köpməsinə səbəb olur, nəticədə diafraqma qalxır, ürəyin işi çətinləşir, tac damarlarda qan dövranı pisləşır, ona görə miokard infarktı keçirmiş xəstələrə qaz əmələ gətirən qidalar yemək qadağan edilir.

Sual № 286

Kəskin böyrək xəstəlikləri zamanı sadalananlardan hansı tibb bacısının vəzifəsi deyil?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.154 “ Çıraq ” 2008.
Kəskin böyrək xəstəlikləri zamanı sidiyin miqdarı azaldıqda Vişnevski üsulu ilə paranefral novokain blokadası aparlır. Paranefral blokadanı həkim aparır, tibb bacısı isə novokain blokadası aparmaqda həkimə kömək edir, alətləri və dərmanları hazırlayır, blokadadan sonra xəstənin vəziyyətinə nəzarət edir. Digər variantlarda göstərilənlər isə birbaşa tibb bacısının vəzifəsidir.

Sual № 287

Əzələ daxilinə inyeksiya zamanı ən çox nə qədər məhlul yeritmək olar?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq .Səh.152 . “ Təhsil ” Bakı 1998.
Əzələlər daha geniş qan və limfa damarları şəbəkəsinə malikdir ki, bu da dərmanların tez və tam sorulmasına şərait yaradır, bununla belə əzələ daxilinə 10 ml-dən çox məhlul yeritdikdə dərmanın sorulması ləngiyir, bu da infiltrat, absess, fleqmona kimi inyeksiya ağırlaşmalarına səbəb olur.

Sual № 288

Sadalananlardan hansı inyeksiyanın ağırlaşması deyil?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq . Səh. 160. “ Təhsil ” Bakı 1998.
Dəridə damar ulduzcuqlarının olması inyeksiya ağırlaşması deyil, qara ciyər sirrozu olan xəstələrdə dərinin üzərində kapilyarların genişlənib, ulduz şəklində görünməsidir. Digər variantlarda sadalananlar inyeksiya ağırlaşmaları olub, inyeksiya zamanı qaydalara düzgün riayət olunmaması nəticəsində baş verir.

Sual № 289

Xəstəni nəcisdə gizli qana görə müayinəyə hazırlayarkən qidadan hansı ərzaq çıxarılmalıdır?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.78 “Azərnəşr” Bakı 1984
Nəcisdə gizli qanı aşkar etmək üçün xəstə üç gün əvvəldən hazırlanır. Belə ki, xəstələr bu üç gün ərzində ət, balıq və onlardan hazırlanan qida qəbul etməməlidirlər. Əks halda müayinənin nəticəsi düzgün olmaya bilər.

Sual № 290

Daxili qanaxmalar zamanı xəstələri nəql edərkən onlara hansı vəziyyət verilməlidir ?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y. Əliyev . Xəstələrə qulluq . Səh. 45 . “ Təhsil ” Bakı 1998.
Xəstələrin nəql olunma formaları xəstəliklərin xarakterindən asılıdır və bu nəqlolunma qaydalarını tibb bacısı dəqiq bilməlidir. Daxili qanaxmalar zamanı xəstə arxası üstə, ayaqları dizdən bükülmüş vəziyyətdə uzanmalı, dizaltı nahiyələrə isə yastıq qoyulmalıdır.

Sual № 291

Qida zəhərlənmələri zamanı göstərilən təxirəsalınmaz yardım nə ilə başlanılır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.514 “Çıraq” 2008.
Qida zəhərlənmələri zamanı təxirəsalınmaz yardım mədənin yuyulmasından başlanır.Prosedur mədədən təmiz su gələnə qədər davam edir. Zond yeritmək mümkün olmadıqda xəstəyə su içirdilir və əsnəyi qıcıqlandırmaqla qusma yaradılır. Sonrakı yardımlar isə imalə,ağrılar olduqda atropin vurmaq, susuzlaşma olduqda maye köçürtmək, kollaps olduqda ürək-damar preparatları yeritmək və s. ibarətdir.

Sual № 292

Elektrotravma zamanı aşağıda göstərilən yardımlardan hansı qəti qadağandır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.521 “Çıraq” 2008.
Elektrik vurma zamanı əksər zərəçəkmişlərdə kəskin damar çatışmazlığı və tənəffüs pozğunluğu olur, ona görə zərərçəkmişin bu zaman torpağa basdırılması onun vəziyyətini daha da ağırlaşdırar. Digər bəndlərdə göstərilən yardımlar isə xəstənin vəziyyətini yaxşılaşmasına kömək edər.

Sual № 293

Poliuriya nədir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.90 “Azərnəşr” Bakı 1984; В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Gün ərzində normada insan 1,5 litrə qədər sidik ifraz edir. Poliuriya- bir gün ərzində ifraz olunan sidiyin miqdarının atrmasıdır. Bu ən çox şəkərli diabet xəstələrində müşahidə olunur.Poli-lat.çox,uro-sidik.

Sual № 294

Taxikardiya zamanı aşağıda göstərilən yardımlardan hansını tibb bacısı ancaq həkimin göstərişindən sonra edə bilər?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.519“ Çıraq” 2008
Ürək döyünməsi əsasən ürək xəstəliklərinin, nevrozların simptomudur. Ürək döyünməsi birdən- birə baş verdiyi və əzabverici tutma şəklində olduğu üçün təxirəsalınmaz yardım göstərilməsi vacibdir. Buna görə tibb bacısı həkim gələnədək tutmanın aradan qaldırılması üçün tədbirlər görür, azan sinirin qıcıqlanmasını artırmaq üçün göz almalarına, yuxu arteriyasına, günəş kələfinə əllə təzyiq edir, çünki azan sinirin qıcıqlanması ürək döyünməni azaldır. Antiaritmik dərmanları isə yalnız həkimin göstərişindən sonra yeridilir.

Sual № 295

Kəskin sol mədəcik çatışmazlığı(ürək astması) zamanı tibb bacısı xəstəyə yardım edərkən aşağıda göstərilənlərdən nəyi düz etmir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”.Səh.505 “Çıraq” 2008
Tibb bacısı kəskin sol mədəcik çatışmazlığı (ürək astması tutması )zamanı yalnız həkimin təyinatı ilə venaya hər hansı bir məhlulu köçürə bilər.Strofantin və korqlükon venaya sürətlə yeridildikdə ürəyin işi çox zəifləyər və bu da ürəyun qəflətən dayanmasına səbəb olar.

Sual № 296

Sadalananlardan hansı vərəm dispanserində işləyən sahə tibb bacısının səlahiyyətinə aid deyil?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.171 “Çıraq ”2008
Dispanser həkimi xəstəni müayinə etdikdən sonra lazım olan analizləri (rentgenoqrafiya, laboratoriya analizləri, tuberkulin sınağı və s.) təyin edir, sonra müvafiq müalicə aparır. Sahənin tibb bacısı isə xəstənin qəbulunda həkimə hər cür kömək edir: rentgenoloji və laborator müayinələrin nəticələrini həkimə gətirir, onları xəstəlik tarixinə ardıcıl yapışdırır, xəstəyə kartoteka açır və buraya xəstə barədə məlumatları yazır (dispanserə gəlməsini, hansı dərmanları və proseduranı qəbul etməsini, stasionara və ya sanatoriyaya göndərilməsini və s.)

Sual № 297

Mədə qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 235. “Maarif” 1974
Mədə qanaxması ağır fəsad olduğundan tibb bacısı sərbəst olaraq qərar vermək səlahiyyətinə malik deyil. Ona görə də ilk növbədə həkimə xəbər verməlidir.

Sual № 298

Hipoqlikemik koma zamanı həkim gələnədək tibb bacısının göstərdiyi yardımlardan hansı xəstənin vəziyyətini daha da ağırlaşdırar?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.511 “Çıraq ”2008.
Xəstənin hipoqlikemik komaya düşməsinə səbəb qanda şəkərin səviyyəsinin aşağı düşməsidir, bu da əsasən şəkərli diabeti olan xəstə insulin vurduqdan sonra yemək yemədikdə baş verir. Ona görə belə xəstəyə ilk yardım göstərərkən ilk növbədə qanda şəkərin səviyyəsini artırmaq lazımdır, bunun üçün xəstəyə şirniyyat verilir, venasına qlükoza məhlulu yeridilir. Bu halda insulin vurmaq isə xəstənin vəziyyətinin daha da ağırlaşdıra bilər.

Sual № 299

Nəbz kəsiri nədir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.65 “ Çıraq ” 2008.
Bəzən ürək xəstəlikləri zamanı sol mədəcik o qədər zəif yığılır ki, nəbz dalğaları periferiyaya gedib çıxmır, bu zaman ürək yığılmalarının sayı ilə nəbz vurğusunun sayı arasında fərq olur, buna nəbz kəsiri deyilir.

Sual № 300

Bakterioloji müayinə üçün sidik toplayarkən tbb bacısı nəyi düzgün etmir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”.Səh.78 “Çıraq” 2008.
Tibb bacısı bakterioloji analiz üçün sidiyi kateterlə götürür, bunun üçün xəstənin xarici cinsiyyət üzvlərini yuyur, uretranın ön hissəsini şırınqalayır, hətta bunları etdikdən sonra belə, sidiyin ilk porsiyasını tullayır, qalan porsiyalarını isə steril qaba yığıb, mümkün qədər tez analizə göndərir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×