Tibb bacısı
1.219 elementdən 301-320 arası göstərilir.
Sual № 301
Disfagiya nədir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı ”. Səh.35 “ Çıraq” 2008.
Disfagiya udma aktının pozulması olub, qida topasının qida borusu ilə irəliləməsinə mane olan üzvi və ya funksional pozğunluq nəticəsində yaranır. Bu zaman xəstələr əvvəlcə bərk qidanı, sonralar isə hətta duru qidanı da uda bilmirlər.Dis-lat.pozulma deməkdir.
Sual № 302
Hipertonik imalə hansı məhlullarla aparılır?
1) 10%-li natrium-xloridlə
2) 20-30%-li maqnezium sulfat məhlulu
3) Çobanyastığı dəmləməsi ilə
4) Nişasta ilə
5) Xloral-hidrat ilə
6) Bitki yağı ilə
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq . Səh.206. “ Təhsil ”Bakı 1998.
Hipertonik imalənin təsir mexanizmi : Hipertonik məhlullar bağırsağın selikli qişasını qıcıqlandıraraq qəbizlik zamanı duru nəcis ifrazına səbəb olur. Hipertonik imalə aparmaq üçün 50 – 100 ml 10 % - li natrium – xlorid və ya 20 – 30 % - li maqnezium – sulfat məhlulunu 37 -38 dərəcə qızdırıb, düz bağırsağa yeridirlər. Lakin hipertonik imalə bağırsağın selikli qişasını qıcıqlandırdığı üçün mümkün qədər az istifadə olunur.
Sual № 303
Anuriya nədir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Anuriya sidik ifrazının tam kəsilmədir. Ən çox XBÇ (xroniki böyrək çatışmazlığı)-da şişlərdə, daş xəstəliklərində rast gəlinir.
Sual № 304
Işuriya nədir?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 123
İşuriya-sidik kisəsinin boşalmasının mümkün olmamasıdır. Bu vəziyyət ən çox sidik çıxarıcı kanalda mexaniki maneə olduqda (daş, şiş, çapıq və s.) baş verir.
Sual № 305
Sonuncu qida qəbulu mədə zondlanmasından nə qədər əvvəl olmalıdır?
Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 106
Mədə zondlanması zamanı mədə tam boş olmalıdır. Ona görə də müayinədən əvvəlki gün axşam sonuncu qida qəbul olunmalıdır.
Sual № 306
Döş sümüyü arxasında deşici, yandırıcı ağrıların olması zamanı tibb bacısının taktikası?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
Döş sümüyü arxasında deşici, yandırıcı ağrılar olduqda tibb bacısı həkiməqədər yardım göstərməlidir. Burada tibb bacısının taktikası xəstənin hərəkətsizliyini təmin etməkdir (Miokard infarktına şübhə olduğuna görə).
Sual № 307
Stenokardiya tutması zamanı təxirəsalınmaz yardım?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.158 “Azərnəşr” Bakı 1984
Stenokardiya tutması ürəyin tac damarlarının spazmı nəticəsində baş verir (ürəyə gələn qanın miqdarı azalır) və döş sümüyü arxasında müxtəlif xarakterli ağrılarla müşayət olunur.Nitroqliserin damar divarını genişləndirdiyi ücün ağrının aradan qalxmasına səbəb olur.
Sual № 308
Xolesistoqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.501 “Çıraq” 2008
Xolesistoqrafiya öddaşı xəstəliyində və xroniki xolesistitlərdə öd kisəsinin rentgenoloji tədqiqidir.Xole-latinca öd,sistum-kisə,qrafira-şəkil deməkdir.
Sual № 309
Uroqrafiya hansı orqanın rentgenoloji müayinə metodudur?
Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.499 “Çıraq” 2008
Uroqrafiya sidik siseminin rentgenoloji tədqiqat üsuludur. Bu zaman kontrast maddə mexaniki üsulla-uretra vasitəsilə retroqrad yolla sidik kisəsinə və ya xüsusi sidik axarı kateter vasitəsilə böyrək ləyənciyinə daxil edilir. Uro-lat.sidik,qrafika-şəkil.
Sual № 310
Qəbul şöbəsində sanitar işləmə zamanı xəstə qəflətən huşunu itirdikdə tibb bacısının taktikası nədən ibarətdir?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 513 “Çıraq” 2008.
Xəstəni vəziyyətdən tez çıxartmaq üçün onu uzandırmaq, ayaqlarını qaldırmaq, onu sıxan paltardan azad etmək və ona təmiz hava gəlməsini təmin etmək lazımdır, bütün bu tədbirlər kömək etmədikdə ona naşatır spirtində isladılmış pambıq iylədilir, həkim çağırılır.
Sual № 311
Hipertonik kriz zamanı göstərilən qulluq elementləri hansılardır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.507. “Çıraq” 2008
Hipertonik kriz zamanı xəstədə güclü başgicəllənmə , ürəkbulanma və qusma olur. Ürəkbulanmanı azaltmaq ücün xəstəyə tərkibində atropin olan preparatlar- belladonna,belloid,belaspon verilir, qusma olduqdqa xəstən uzanıqlı vəziyyətdədirsə başı yana döndərilir, qusub qurtardıqdan sonra ağzını yaxalayırlar.
Sual № 312
Ürəyin işemik xəstəliyi zamanı xəstənin qidasında hansı məhsullar məhdudlaşdırılır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh.141 “Çıraq” 2008.
Xörək duzu orqanizmə çoxlu su qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır və nəticədə ürəyin işi və ürəyə düşən yük artır, bu baxımdan belə xəstələrə xörək duzunun miqdarı məhdudlaşdırılır.
Sual № 313
Arterial hipertoniya xəstəliyi zamanı hansı pəhriz məsləhət görülür?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb basının məlumat kitabı”. Səh. 138. “ Çıraq “ 2008.
Arterial hipertenziya zamanı xəstənin qidasında xörək duzunun və əgər xəstədə ürək çatışmazlığı varsa qəbul edilən mayenin miqdarını azaltmaq lazımdır, çünki duzlar çoxlu maye qəbul edilməsini tələb edir, bu da dövr edən mayenin miqdarını artırır, nəticədə təzyiq daha da yüksəlir.
Sual № 314
Nitroqliserinin effektiv təsiri qəbul edildikdən neçə dəqiqə sonra başlayır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 506 “Çıraq” 2008.
Stenokardiya zamanı ağrı tutmasını aradan qaldırmaq üçün xəstəyə dil altına həb şəklində və ya 2-3 damcı 1%-li nitroqliserin verilməlidir. Bu preparat 3-5 dəqiqə ərzində ağrını kəsir.
Sual № 315
Ağ ciyər qanaxması zamanı tibb bacısının taktikası nədən ibarətdir?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 511 “ Çıraq” 2008.
Ağciyər qanaxması zamanı qan çox vaxt ağciyərin aşağı şöbələrinə axır və bu da aspirasion pnevmoniyaya səbəb olur. Buna görə də qanaxma zamanı xəstəyə ilk yardım onun sakitləşdirilməsindən ibarətdir, həyəcanlanma və fiziki gərginlik qanaxmanı gücləndirə bilər.
Sual № 316
Bəlğəmi ümumi analizə görə yığmaq üçün xəstə nə ilə təmin olunmalıdır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı “ .Səh.15 “ Çıraq” 2008.
Analiz etmək üçün bəlğəmi təmiz quru bankaya yığılır. Bankanın üzərinə xəstənin adı, soyadı və atasının adı, analizin məqsədi, palata və şöbənin adı yazılmış kağız yapışdırılır.
Sual № 317
Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə nə zaman aparılır?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.203. “Təhsil “ Bakı 1998.
Xəstəni mədə zondlanmasına hazırlayarkən təmizləyici imalə aparılmasının heç bir əhəmiyyəti yoxdur. Təmizləyici imalə əsasən bağırsaq keçməməzliyi zamanı, qarın boşluğunda aparılacaq əməliyyatlardan əvvəl aparılır.
Sual № 318
Xəstənin mədə zondlanmasına hazırlanması necə həyata keçirilir?
Ədəbiyyat: C.N.Hacıyev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 194. “ Təhsil” Bakı 1998.
Mədə zondlanmasından bir gün əvvəl xəstə axşam saat 600-dan gec olmayaraq yüngül şam etməli, müayinə aparılan gün isə heç bir qida, maye, dərman qəbul etməməli və siqaret çəkməməlidir.
Sual № 319
Xəstənin qida borusu, mədə və 12 barmaq bağırsağın endoskopik müayinəsinə hazırlanması necə həyata keçirilir?
Ədəbiyyat:C.N.hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 212 “ Təhsil “ Bakı 1998
Endoskopik müyinə əsasən səhər, acqarına aparılır, çünki mədədə qida olduqda xəstədə qusmaya meyilli olur, bu da diaqnostikanın aparılmasını çətinləşdirir.
Sual № 320
Xəstənin mədə rentgenoqrafiyasına hazırlanması necə həyata keçirilir?
Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.210 “ Təhsil” Bakı 1998.
Həzm traktı orqanlarının, o çümlədən mədənin planlı rentgenoloji müayinəsi səhər acqarına aparılmalıdır. Müayinə aparılanadək xəstə qida, dərman və maye qəbul etməməlidir, siqaret çəkmək də qadağan edilməlidir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?