Tibb bacısı

1.219 elementdən 321-340 arası göstərilir.

Sual № 321

Sidiyin ümumi kliniki müayinəsi zamanı tibb bacısı sidiyi laboratoriyaya hansı müddətdə çatdırmalıdır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstərə qulluq. Səh. 225. “ Təhsil” Bakı 1998
Adətən sidiyi müayinə üçün səhərlər, xəstə yuxudan duran kimi toplayırlar. Təmiz qaba toplanmış sidik 1 saat ərzində analiz üçün laboratoriyaya göndərilir.

Sual № 322

Qidada yod çatmamazlığı hansı xəstəliyin əmələ gəlməsinə səbəb olur?

  Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.424 Москва. «Медицина» 1983.
Endemik ur zamanı qalxanabənzər vəzinin ölçüləri böyüyür, buna səbəb istifadə olunan suda və qidada yodun çatışmazlığıdır.

Sual № 323

Aşağıdakılardan hansı kliniki ölümün əsas əlamətlərinə aiddir?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev . Xəstələrə qulluq. Səh.242. “ Təhsil” Bakı 1998
Klinik ölüm ürək və tənəffüs dayandıqdan sonra bir neçə(3-6) dəqiqə davam edən haldır, xəstədə heç bir zahiri həyat əlamətləri olmur, lakin bu müddət ərzində toxumalarda, əsasən də beyin hüceyrələrində hələ geridönməz dəyişikliklər əmələ gəlmir, odur ki, bu müddət ərzində xəstəni həyata qaytarmaq mümükün ola bilir.

Sual № 324

Anafilaktik şokun əsas əlamətlərinə hansı aid deyil?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 504. “Çıraq” 2008.

Sual № 325

Aşağıdakılardan hansı xüsusi qulluğa aid deyil?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 121. “ Çıraq” 2008.
Ümumiyyətlə qulluq 2 növ olur.Ümumi və xüsusi.Ümumi qulluq profilindən asılı olmayaraq bütün şöbələrdə yatan xəstələrə göstərilir.(dərmanların paylanması,qidalandırma,sanitar –gigiyenik tədbirlər və s.)Xüsusi qulluq isə müvafiq şöbələrdə(cərrahi ,ginekoloji və s.) xəstənin diaqnozuna və vəziyyətinə görə aparılır.

Sual № 326

Sadalananlardan hansı kəskin miokard infarktı zamanı həkiməqədərki yardıma aiddir?

1) Nitroqliserin vermək;
2) Fiziki sakitliyi təmin etmək;
3) Təcili qospitalizasiya etmək
4) Kardioloji briqada çağırmaq;
5) Spazmolitiklər vermək

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitab”. Səh.506. “ Çıraq” 2008.
Miokard infarktı zamanı tac damarlarda qan dövranının kəskin pozulması nəticəsində ürək əzələsində nekroz əmələ gəlir.Bu zaman xəstəyə göstərilən ilk yardımın böyük əhəmiyyəti vardır.Bunun üçün xəstəyə ilk növbədə nitroqliserin vermək, fiziki sakitliyini təmin etmək və mütləq həkim çağırmaq lazımdır, çünki nitroqliserinin təsirindən ağrı kəsmədikdə narkotik analgetiklər yeridilməlidir , bunu etmək isə yalnız həkimin səlahiyyətindədir .

Sual № 327

Dərman maddələrinin sublinqval qəbulu dedikdə dərman maddələrinin necə qəbul edilməsi nəzərdə tutulur?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
Dərman maddələrinin subliqval qəbulu latın dilindən tərcümədə dilaltı deməkdir. “Linqva”- dil, “sub”- alt deməkdir və bu dərmanların enteral yolla qəbuluna aiddir.

Sual № 328

Dərman maddələrinin xaricə işlənmə üsulu hansıdır?

  Ədəbiyyat: C.N. Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 131. “ Təhsil” Bakı 1998.
Dərmanların xaricə tətbiqi dedikdə həmin maddələrin dəri , selikli qişalar ( göz, burun, qulaq və s.) və yara səthində işlədilməsi nəzərdə tutulur. Xaricə tətbiq edilən dərmanlar əsasən yerli, qismən isə rezorbtiv və reflektor təsir göstərir.

Sual № 329

Qazçıxarıcı borunu nə üçün bağırsaqda çox saxlamaq olmaz?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 202. “ Təhsil” Bakı 1998.
Qazçıxarıcı borunu ən çoxu 2 saatdan artıq bağırsaqda saxlamaq olmaz, əks halda düz bağırsağın selikli qişasında uzun müddət qıcıqlanma nəticəsində yara əmələ gələ bilər.

Sual № 330

Kateterizasiyadan əvvəl kateterə nə sürtülür?

  Ədəbiyyat: C.N. hac.yev; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 229. “ Təhsil” Bakı 1998.
Sidik kisəsindəki sidiyi boşaltmaq, yaxud ora müxtəlif dərmanlar yeritmək üçün kateterizasiyadan- sidik kisəsinə uretral kateterin salınmasından istifadə edilir, lakin kateteri yeritməzdən əvvəl mütləq onu steril vazelin yağı ilə silirlər, belə etdikdə kateter rahat salınır, onun keçdiyi nahiyələr zədələnmir.

Sual № 331

İnhalyasiya üsulu ilə hansı dərman maddələri yeridilir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq” 2008.
İnhalyasiya dərman maddələrinin nəfəslə bədənə daxil edilməsi yoludur.Nəfəs aldıqda qaz halında olan ( oksigen, karbon qazı), tez buxarlanan ( efir, xloroform), habelə narın toz halında olam maddələr ( aerozollar) udulur. İnhalyasiya zamanı çox vaxt dərman maddələrini buxar halında udurlar, bunun üçün xüsusu aparatdan- buxar inhalyatorundan istifadə edilir.

Sual № 332

Kapsula daxilə necə qəbul olunmalıdır?

  Ədəbiyyat: C.N.Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.135. “ Təhsil” Bakı 1998.
Bir sıra dərmanlar enteral yolla qəbul edildikdə həzm fermentləri tərəfindən parçalanır, bəzi dərmanlar mədənin selikli qişasını çox qıcıqlandırır və s. Bu kimi halları ardan qaldırmaq üçün bəzi dərmanlar daxilə kapsul şəklində qəbuledilməlidir.Kapsul daxilə bütöv,dəyişilməmiş halda şəkildə qəbul olunmalıdır.

Sual № 333

“Acqarnına” təyin olunmuş dərmanlar nə vaxt qəbul edilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998.
“Acqarına “ təyin olunmuş dərmanlar yeməkdən 30 dəqiqə əvvəl qurtum-qurtum su və ya südlə qəbul edilir, əsasən həzm traktını qıcıqlandırmayan dərmanlar belə verilir, həzm traktını qıcıqlqndıran dərmanlar isə ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra verilməlidir.

Sual № 334

Dərman maddələri hansı yolla yeridilməsi inhalyasiya adlanır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 50 “Çıraq “ 2008.
İnhalyasiya dərman maddələrinin nəfəslə (yəni tənəffüs yolu ilə)bədənə daxil edilməsi yoludur.

Sual № 335

“B” siyahısına aid dərman maddələri hansıdır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq “ 2008
“B” siyahısına çox güclü dərmanlar daxildir və bu dərmanlar stasionarda taxtadan qayrılmış ayrıca şkafda, qıfıl altda saxlanılır. Çox güclü dərmanların ehtiyatı 10 günlük tələbatdan çox olmamalıdır.

Sual № 336

“A” siyahısına aid dərman maddələri hansıdır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 108. “Çıraq” 2008
Stasionarda xüsusi şkafın qapısının içəri tərəfinə “ A” hərfi yazılır və şkafda saxlanılan zəhərli dərmanların siyahısı vurulur və həmçinin burada onların birdəfəlik ən yüksək dozası və sutkalıq dozası göstərilir.Burada saxlanılan zəhərli dərmanların ehtiyatı 5 günlük tələbatdan artıq olmamalıdır.

Sual № 337

Dəriiçi inyeksiya hansı nahiyədə aparılır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 150. “ Təhsil” Bakı 1998.
Dəriiçi inyeksiya əsasən diaqnostik məqsədlə,antibiotiklərə qarşı orqanizmin həssaslığını təyin etmək məqsədilə aparılır. Diaqnostik məqsədlə dəriiçi inyeksiya saidin ön səthinin aşağı hissəsində aparılır.

Sual № 338

Hansı nahiyəyə dərman maddələri əzələdaxili yeridilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil” Bakı 1998
Əzələ daxilinə yeridilən dərmanlar əzələlərdə qan dövranının güclü olması hesabına daha tez sorulur. Bu məqsədlə inyeksiya yaxşı inkişaf etmiş əzələyə, əsasən də deltayabənzər əzələyə edilir.

Sual № 339

Əzələdaxili inyeksiya zamanı baş verə biləcək ağırlaşma hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
Əzələdaxili inyeksiyalar zamanı rast gəlinən əsas ağırlaşma infiltratdır. Bu ağırlaşma əsasən əzələyə dərman qısa iynə ilə yeridildikdə dərmanın əzələyə çatmaması, dərialtına yeriməsi və burada da çətin sorulması nəticəsində əmələ gəlir.İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı ,bərk törəmə əllənir.

Sual № 340

Əzələdaxili inyeksiya zamanı iynənin uzunluğu nə qədər olmalıdır (mm-lə)?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 49. “Çıraq” 2008
Əzələdaxili inyeksiya zamanı iynə yaxşı inkişaf etmiş dərialtı piy qatından keçərək əzələyə çatmalıdır, ona görə bu zaman uzunluğu 80 mm olan iynə götürülməlidir, əks halda inyeksiya ağırlaşması olan infiltrat, abses əmələ gələr.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×