Tibb bacısı

1.219 elementdən 341-360 arası göstərilir.

Sual № 341

Venadaxilinə damcı üsulu ilə dərman yeridilərkən xəstənin vəziyyəti necə olmalıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156. “ Təhsil “ Bakı 1998
Venadaxilinə damcı üsulu ilə maye yeritmək digər inyeksiyalara nisbətən uzun sürür , ona görə bu inyeksiya zamanı xəstə uzandırılır, ona rahat vəziyyət verilir.

Sual № 342

İnsulinlə müalicə zamanı baş verə biləcək ağırlaşma hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil “Bakı 1998
Lipodistrofiya insulin yeridilməsi zamanı rast gəlinir və inyeksiya yerində piy toxumasının itməsi ilə xarakterizə olunur. Lipodistrofiyanın baş verməməsi üçün insulin vurulan yerlər tez-tez dəyişilməlidir.

Sual № 343

İnyeksiya yerini işləmək üçün neçə dərəcəli spirtdən istifadə edilir?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 48. “Çıraq” 2008
İnyeksiya ediləcək yeri 700 spirtdə isladılmış steril tamponla silinir, burada başlıca məqsəd aseptika qaydalarına əməl olunmasıdır.

Sual № 344

Venadaxili inyeksiyanın ani ölümlə nəticələnən ağırlaşması hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir ki, bu da ani olaraq xəstənin ölümünə səbəb olur.

Sual № 345

Mədə-bağırsağı qıcıqlandıran dərman maddələrini nə vaxt qəbul etmək lazımdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev. Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Həzm traktını qıcıqlandıran dərmanlar ( məs. indometasin, dəmir preparatları və s.) yeməkdən sonra həkimin göstərişindən asılı olaraq su ilə qəbul edilir.

Sual № 346

İnyeksiya (dərialtı, əzələdaxili) yerində infiltrat əmələ gələrsə nə etmək vacibdir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 160. “ Təhsil” Bakı 1998
İnfiltrat zamanı inyeksiya nahiyəsində ağrılı,bərk törəmə əllənir, bu yeridilən dərmanın yaxşı sorulmaması nəticəsində baş verir. İnfiltrat zamanı müalicəyə tez başladıqda müsbət nəticə alınır. Əsas müalicə infiltratın sorulmasını sürətləndirən isidici proseduralar – yerli isidici kompreslər,ultrabənövşəyi şüalarla şüalanma, ultrayüksək tezlikli cərəyanın tətbiqi olmalıdır.

Sual № 347

Yağlı steril məhlulları hansı üsulla yeritmək olmaz?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Yağlı məhlulların səhvən venaya yeridilməsi zamanı ağciyər damarlarında yağ emboliyası baş verə bilər. Bu zaman xəstədə ürək nahiyəsində qəflətən ağrı, boğulma, öskürək, döş qəfəsinin yuxarı hissəsində dərinin göyərməsi baş verir.

Sual № 348

Dərman maddələrinin parenteral yeridilməsinə aiddir:

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar inyeksiya yolu ilə yeridilir. Yuxarıda sadalananlardan əzələdaxili və venadaxilinə dərmanların yeridilməsi inyeksiya yolu iə baş verdiyindən bunlar parenteral yeridilmə sayılır.

Sual № 349

Havanın damar mənfəzinə keçməsi hansı ağırlaşmaya səbəb olur?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Şpris, yaxud qanköçürmə sistemindən havanın qan damarlarına keçməsi nəticəsində hava emboliyası baş verir, bu da xəstənin qəfləti ölümünə səbəb olur.

Sual № 350

Dərman maddələrinin venadaxili yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
Dərmanların vena daxilinə yeridilməsi təcili hallarda tez arzu olunan nəticəni almağa imkan verir. Lakin buna baxmayaraq, bir sıra ağırlaşmaların baş verə biləcəyinə görə bu manipulyasiya təcrübəli orta tibb işçisi tərəfindən aparılmalıdır.

Sual № 351

Venadaxili inyeksiya zamanı iynə damara hansı dərinlikdə yeridilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 154. “ Təhsil” Bakı 1998
Vena daxilinə inyeksiya zamanı dərmanlar əsasən dirsək büküşü nahiyəsindən dirsək venasına yeridilir. Həmçinin dərmanı said və əlin venalarından, uşaqlarda isə gicgah venasından da yeritmək olar. Bu zaman iynənin hansı dərinlikdə yeridilməsi damarların yerləşməsindən asılıdır.

Sual № 352

Vena daxili yeridilən 10%-li kalsium-xlorid səhvən dəri altına düşərsə tibb bacısı həmin nahiyəyə nə yeritməlidir ?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 161. “ Təhsil” Bakı 1998
Vena daxilinə yeridiən 10 %-li kalsium- xlorid məhlulu səhvən dəri altına düşərsə, bu zaman tibb bacısı həmin hahiyəyə fizioloji məhlul yeridərək, soyuq qoymalıdır.

Sual № 353

Təmizləyici imalənin aparılması üçün nədən istifadə olunur?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 203. “ Təhsil” Bakı 1998
Təmizləyici imalə zamanı istifadə olunan ləvazimatlar bunlardır: tutumu 1-2 litr olan Esmarx parçı, şüşə, plastmas və ya ebonit ucluq, vazelin, müşəmbə və nəcis qabı.

Sual № 354

Təmizləyici imalə qoyulan zaman ucluq hansı dərinliyə yeridilməlidir (sm-lə)?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq” 2008
Təmizləyici imalə zamanı ucluğa vazelin sürtüb,onu buraraq ehmalca xəstənin anusuna yeridirlər. Əvvəllcə ucluq 3-4 sm göbəyə tərəf, sonra isə 5-8 sm büzdümə parallel yeridilir, yəni ucluq cəmi 10-12 sm bağırsqğq yeridilir.

Sual № 355

Təmizləyici imalə qoyulan zaman xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” . Səh. 41. “Çıraq” 2008
Təmizləyici imalə aparmaq üçün xəstə sol böyrü üstə kuşetkaya və ya çarpayının kənarına yaxın uzadırılır, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.

Sual № 356

Ağır xəstənin dərisini hər gün hansı məhlulla silmək lazımdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
Ağır xəstələr uzun müddət yataqda qaldıqda onlarda yataq yaraları əmələ gələ bilər. Bunun qarşısını almaq üçün tibb bacısı belə xəstələrin dərisini hər gün 10%-li kamfora spirtində isladılmış tamponla silməli və sildiyi nahiyələri həmin tamponla da yüngül masaj etməlidir

Sual № 357

Xəstənin dodaqlarında çatlar əmələ gəldikdə tibb bacısı nə ilə işləməlidir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 56. “ Təhsil” Bakı 1998
Ağır , özünə qulluq edə bilməyən xəstələrin ağzına tibb bacısı qulluq etməlidir. Belə xəstələrin dodaqlarının qurumasının qarşısını almaq üçün və ağız bucağında olan çatların profilaktikası məqsədilə dodaqlara gündə bir neçə dəfə vazelin yağı sürtülməlidir.

Sual № 358

Ikinci dərəcəli yataq yarasının əlaməti hansıdır?

  Ədəbiyyat:C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 63. “ Təhsil” Bakı 1998
Yataq yarası mikrosirkulyasiyanın pozulması nəticəsində dəri, dərialtı və digər yumşaq toxumalarda əmələ gələn distrofik, yaralı- nekrotik prosesdir. Prosesin klinik şəkli belə başlayır : I mərhələdə dəri avazıyır, sonra qızarır; II mərhələdə qızarmış nahiyədə ödem və suluqlar əmələ gəlir; III mərhələdə bu suluqların yerində yara və nekroz əmələ gəlir.

Sual № 359

Üçüncü dərəcəli yataq yarasının müalicəsi necə aparılmalıdır?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh 53. “Çıraq” 2008
Yataq yarasını III mərhələsində nekroz əmələ gəlir .Belə halda müalicə ancaq cərrahi yolladır. Nekrozun sərhədləri aydın seçildikdə cərrahi yolla ölmüş toxumalar kəsilib götürülür və yaraya 1% -li kalium- permanqnat məhlulu ilə isladılmış steril salfet qoyulur, sarğı gündə 2-3 dəfə dəyişilir.

Sual № 360

Soyuq kompresi neçə dəqiqədən bir dəyişirlər?

  Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” .Səh. 56. “Çıraq” 2008
Soyuq kompreslər əzilmə, travma və qanaxmalar zamanı qoyulur.Belə kompreslər yerli soyuma əmələ gətirir və həmin yerdəki qan damarlarının daralmasına, az qan gəlməsinə səbəb olur,ağrını azaldır. Soyuq kompres zamanı tənzif soyuq suda isladıb sıxır və lazım olan yerə qoyulur, 2-3 dəqiqədən sonra tənzif isinir, ona görə onu yenidən isladıb qoyurlar.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×