Tibb bacısı
1.219 elementdən 361-380 arası göstərilir.
Sual № 361
İsti kompresi neçə dəqiqədən bir dəyişirlər?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 56. “Çıraq” 2008
İsti kompresləri qoymaq üçün qalın parçanı isti suda isladıb sıxır və bədənə qoyurlar, üstündən müşəmbə və qalın yun parça qoyulur. Bu prosedur iltihab ocaqlarının tez sorulmasına kömək edir və ağrını kəsir. İsti kompress hər 10-15 dəqəqədən bir, soyuduqca dəyişilir.
Sual № 362
Gün ərzində bədən temperaturu hansı həddə dəyişir (C°)?
Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı” . Səh. 82. “Çıraq” 2008
Sağlam şəxsdə bədən temperaturu sabit olub səhər və axşam temperaturları arasındakı fərq az olur. Səhərlər temperatur 0,3- 0,8 dərəcə aşağı, axşam isə bir o qədər yuxarı olur, temperaturlar arasındakı bu fərq istiliyin əmələ gəlməsi və verilməsindən asılı olub , normada bu həddi aşmamalıdır.
Sual № 363
Febril bədən temperaturu hansı həddə dəyişir (C°)?
Ədəbiyyat:C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 103. “ Təhsil” Bakı 1998
Yüksəlmə dərəcəsinə görə zəif qızdırma, yəni febril temperatur 38,1- 39,0 həddində dəyişilir.Bu həddən yuxarı qızdırma piretik,aşağı isə subfebril qızdırma adlanır.
Sual № 364
Dərman maddələrinin hansı üsulla yeridilməsi enteral qəbul adlanır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dərmanlar enteral olraq 3 yolla qəbul edilir : dilin altına qoymaqla , ağızdan yəni peroral mədə-bağırsağa ötürülməklə, və düz bağırsaqdan yeritməklə.
Sual № 365
Bir xörək qaşığının tutumu nə qədərdir (ml-lə)?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Xörək qaşığının tutumu 15 ml – dir.
Sual № 366
Bir desert qaşığının tutumu nə qədərdir (ml-lə)?
Ədəbiyyat: C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Desert qaşığının tutumu 10 ml – dir.
Sual № 367
Bir çay qaşığının tutumu nə qədərdir (ml-lə)?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Dəmləmələr, miksturalar və sulu məhlullar bölgülü menzurkalarla və ya qaşıqla verilir. Bir çay qaşığının tutumu 5 ml – dir.
Sual № 368
Həzmi asanlaşdıran ferment preparatlarını nə vaxt qəbul etmək lazımdır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 135. “ Təhsil “Bakı 1998
Həzmi yaxşılaşdıran dərmanlar, məsələn panzinorm, festal, mədə şirəsi yemək zamanı qəbul edilməlidir.
Sual № 369
Yuxugətirici dərman maddələrini yatmazdan neçə dəqiqə əvvəl qəbul etmək lazımdır?
Ədəbiyyat:C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 135. “ Təhsil” Bakı 1998
Yuxugətici dərmanlar yatmazdan 30 dəqiqə əvvəl qəbul edilməlidir.
Sual № 370
Sidikdə zülalın olması necə adlanır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Sidikdə zülalın olması proteinuriya adlanır. “Protein”- zülal , “ uriya “ isə sidik deməkdir. Normada bir sutka ərzində insan 50 mq zülal ifraz edir.
Sual № 371
Böyrək sancısı zamanı bağırsağın peristaltikası necə dəyişir?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 220. “ Təhsil” Bakı 1998
Böyrək sancısı adətən böyrək daşı xəstəliyi, sidik axarlarının daşı, irinli xəstəliklər, sidikdə olan duzlar, axarların kəskin iltihabı, ödemi zamanı rast gəlinir. Böyrək sancısı zamanı bağırsaqlarda da ağrıdan spazm olur və nəticədə peristaltika zəifləyir.
Sual № 372
Sidik kanalının strikturası dedikdə nə nəzərdə tutulur?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 222. “ Təhsil” Bakı 1998
Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur.
Sual № 373
Sistit hansı orqanın iltihabıdır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 232. “ Təhsil” Bakı 1998
Sistit sidik kisəsinin iltihabı deməkdir. “ Sistis” latınca sidik kisəsi, “ it” isə iltihabı bildirən şəkilçidir.
Sual № 374
Ürək yığılmalarının sayı dəqiqədə 110 vurğudur - bu nədir?
Ədəbiyyat:C.N Hacıyev; R.Y.Əliyev, Xəstələrə qulluq. Səh. 180. “ Təhsil” Bakı 1998
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan çox olarsa bu taxikardiya adlanır.
Sual № 375
Arterial təzyiq 180-110 mm civə st-dur - bunu aşağıdakı hansı terminlə ifadə etmək olar?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
Arterial təzyiqin 140\90 mm.civə sütunundan yüksək olması hipertenziya sayılır.
Sual № 376
Ürək yığılmalarının sayı dəqiqədə 54 vurğudur – bu nədir?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 183. “ Təhsil” Bakı 1998
Ürək yığılmalarını sayı normada 1 dəqiqədə 70-80 vurğudur. Bundan az olarsa bu bradikardiya adlanır
Sual № 377
Xronik qastritin kəskinləşməsi zamanı rasiondan hansı qidalar çıxarılır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 78. “ Təhsil” Bakı 1998
Xroniki qastritin kəskinləşməsi zamanı mədənin selikli qişasını qıcıqlandıran və mədə şırəsini artıran qidalar məhdudlaşdırılır, xörəklər suda və ya buxarda hazırlanır. Yağlı , qızardılmış, çox isti və çox soyuq qidalar verilmir.
Sual № 378
Hansı bağırsağın qanaxması zamanı nəcisin rəngi qara olur?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 148. “Çıraq” 2008
12 barmaq bağırsağın xorası zamanı qanaxma nəticəsində nəcisin rəngi qara olur. Qan bağırsağın aşağı şöbələrinə keçənədək fermentlərinin təsirindən parçalanır və tündləşir.Bağırsağın yuxarıda sadalanan digər şöbələrindən qanaxma oldıqda isə qan öz rəngini dəyişmir.
Sual № 379
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən hansı preparatların qəbulu dayandırılmalıdır?
Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.195 .Москва. «Медицина « 1983.
Nəcisdə gizli qanın müayinəsinə xəstəni hazırlayarkən nəcisin rəngini dəyişən preparatların qəbulu dayandırılır. Məs: dəmir preparatları , barium və s. əks halda, bu analizin göstəricisini dəyişə bilər.
Sual № 380
Sutkalıq diurezin 350 ml-ə qədər azalması necə adlanır?
Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil” Bakı 1998
Sidik kanalının strikturası sidik kanalının daralmasıdır, bu zaman sidik ifrazı ləngiyir. Bu zaman xəstə sidiyə getmək üçün xeyli gücənir, lakin buna baxmayaraq, sidik nazik şırınqa ilə, yaxud damcı-damcı xaric olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?