Tibb bacısı

1.219 elementdən 381-400 arası göstərilir.

Sual № 381

Gecə diurezinin gündüz diurezindən çox olması necə adlanır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 224. “ Təhsil” Bakı 1998
Nikturiya sidiyin miqdarca pozğunluqlarına aiddir. Nikturiya sutkalıq sidiyin miqdarının yarısının və ya daha çox hissəsinin gecələr ifraz olunmasına deyilir.

Sual № 382

Sutkalıq diurezin 2000 ml-dən çox olması necə adlanır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 223. “ Təhsil “Bakı 1998
Sidiyin kəmiyyət pozğunluqları 4 yerə bölünür : poliuriya, oliquriya, opsouriya, anuriya. Poliuriya sutkalıq sidiyin miqdarının 2000 ml-dən çox olmasına deyilir.

Sual № 383

Dəriiçi inyeksiyanı aparmaq üçün iynə hansı dərinlikdə yeridilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.Əks halda iynə dəri altına düşür.

Sual № 384

Steril yağlı məhlulu bədənə yeritmək üçün necə dərəcəyə qədər qızdırmaq lazımdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 152. “ Təhsil “Bakı 1998
Steril yağlı məhlulu bədənə yeritmək üçün onu 38 0- dək, yəni bədən temperaturuna uyğıun qızdırmaq lazımdır, çünki isidilmiş məhlul yaxşı sorulur, infiltrat, abses əmələ gəlmə riski azalır.

Sual № 385

Dəriiçi inyeksiyanı aparmaq üçün hansı uzunluqda iynə istifadə olunur (mm-lə)?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 150. “ Təhsil “Bakı 1998
Dəriiçi inyeksiya aparmaq üçün diametri 0,4 mm, uzunluğu isə 15 mm olan 1 ml-lik şpris götürülür, iynənin kəsiyi 40-45 dərəcə olur. İnyeksiya zamanı yalnız iynənin ucu- kəsik hissəsi dəriiçinə yeridilir.

Sual № 386

Dərialtına nə qədər yağlı məhlul yeritmək olar (ml-lə)?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 151. “ Təhsil” 1998
Əzələ daxilinə yeridilən yağlı məhlulun miqdarı 2 ml – dən çox olmamalıdır.Məhlul mütləq qızdırılmalıdır. Əks halda, məhlulun sorulması cətinləşir.

Sual № 387

Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 162. “ Təhsil” Bakı 1998
Dərman maddələrinin yeridilməsi zamanı baş verən allergik reaksiyanın ən ağır forması anafilaktik şokdur. Anafilaktik şok zamanı : dəri qızarır, qaşınır, öskürək tutmaları, təngnəfəslik,qusma, arterial təzyiqin enməsi, taxikardiya, aritmiya, huşun itməsi kimi əlamətlər baş verir.

Sual № 388

Parenteral yerdilmə zamanı dərman maddələrinin hansı forması istifadə olunur?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 137. “ Təhsil” Bakı 1998
Parenteral, yəni həzm traktından kənar yolla dərmanlar orqanizmə inyeksiya vasitəsilə, steril məhlul şəklində yeridilir.Əks halda orqanizmə infeksiyanın yoluxma təhlükəsi yarana bilər.

Sual № 389

İnsulin yeridildikdən sonra tibb bacısı xəstəyə hansı qulluğu göstərir?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Səh. 158. “Çıraq” 2008
İnsulin yeridildikdən 30 dəqiqə sonra tibb bacısı xəstəni yedizdirməlidir , əks halda xəstə hipoqlikemik komaya düşə bilər.

Sual № 390

İnsulin artıq dozada yeridildikdə hansı ağırlaşma baş verə bilər?

  Ədəbiyyat: В.М.Боголюбов. Внутренние болезни. Стр.437. Москва. «Медицина « 1983.
İnsulin artıq dozada yeridildikdə xəstədə hipoqlikemik koma baş verir, qanda şəkərin səviyyəsi düşür. Bu zaman xəstədə kəskin aclıq hissi , baş ağrısı, əsəbilik olur.Belə xəstəyə dərhal içməyə şirin çay verilir, vena daxilinə 20- 40 ml 40 %-li qlükoza məhlulu yeridilir.

Sual № 391

Hipertonik krizə şübhə olduqda tibb bacısı ilk növbədə nə etməlidir?

  Ədəbiyyat: Ədəbiyyat; В. М.Боголюбов, Внутренние болезни, стр.303. Москва,’’Медицина ‘’ 1983
Hipertonik kriz arterial təzyiqin kəskin qalxması deməkdir.Buna görə də yalnız arterial təzyiqi ölcməklə hipertonik krizin olub-olmamasını təsdiq etmək olar.

Sual № 392

Stasionarın qəbul şöbəsinə ağır xəstə daxil olduqda tibb bacısı ilk növbədə nə etməlidir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 14. “ Təhsil” Bakı 1998
Stasionarın qəbul şöbəsinə ağır xəstə daxil olduqda tibb bacısı ilk növbədə təcili həkim çağırmalıdır, sadalanan digər vəzifələr isə sonra yerinə yetirilir.

Sual № 393

Yüksək kalorili və güclü qidalanma hansı xəstəlik zamanı təyin edilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 88. “ Təhsil” Bakı 1998
Vərəm xəstəliyi zamanı qida rasionunda zülalların ,mineral maddələrin və vitaminlərin miqdarı artırılır, xəstə gündə 5 dəfə qidalanır, xəstəyə 11 № li pəhriz təyin edilir.Bu, xəstənin immunitetini artırmaqla yanaşı eyni zamanda vərəm əleyhi müalicənin effektini də artırır.

Sual № 394

Sıfır pəhriz nə zaman təyin olunur?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 90. “ Təhsil” Bakı 1998
Sıfır pəhrizi stolları həzm traktı orqanlarında cərrahi əməliyyat keçirmiş xəstələrə tətbiq edilir. Pəhrizin məqsədi bağırsağın köpməsini azaltmaq ,həzm üzvlərinin üzərinə düşən yükü azaltmaq , adi qidalanmaya əks-göstəriş olduğu hallarda xəstənin qidalanmasını təmin etməkdir.

Sual № 395

Isidici kompress üçün neçə qatlı tənzif salfetlərdən istifadə edilir?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 118. “ Təhsil”
İsidici kompreslər təmiz ,zədələnməsi olmayan dəriyə qoyulur .İsidici kompresi hazırlamaq üçün 8 qat bükülmüş tənzifdən, kompres kağızından, pambıq və bintdən istifadə edilir.

Sual № 396

İsitqaca göstəriş hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 121. “ Təhsil” Bakı 1998
İsitqacların istifadəsi quru istinin təsirindən əzələlərin yumşalması ,yerli qan dövranının həcminin artması, sorucu və ağrı kəsici effektə əsaslanır. Bu baxımdan soyuqlama zamanı isitqac göstəriş sayılır.

Sual № 397

Xəstə dərman preparatlarını qəbul edir:

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 129 “ Təhsil” Bakı 1998
Tibb bacısı dərmanları xəstənin yatdığı palatanın nömrəsini, xəstənin soyadını göstərməklə əvvəlcədən hazırlayır, gündə lazımi qədər həmin dərmanları paylayır və xəstənin dərmanı qəbul etməsinə nəzarət edir.

Sual № 398

Stasionarda dərman maddələrinin apteklərdən alınmasına kim cavabdehlik daşıyır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 126 “ Təhsil” Bakı 1998
Şöbədəki bütün palata və prosedura otağı tibb bacılırının verdiyi məlumatlara əsasən, şöbənin baş tibb bacısı xəstəxananin aptekinə tələbnamə yazaraq, dərman maddələrini oradan alır və dərmanların sayina və keyfiyyətinə görə cavabdehlik daşıyır.

Sual № 399

Qanburaxma zamanı turna nə zaman açılır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 156 “ Təhsil” Bakı 1998
Qanburaxma zamanı venepunksiyadan istifadə edilir. Bu əməliyyat zamanı turna qan götürülüb qurtardıqdan sonra açılır.İynə sonra çıxarılaraq dərhal yerinə tampon qoyulur və sıxılır.

Sual № 400

Ağ ciyərlərin kütləvi müayinə metodu hansıdır?

  Ədəbiyyat: C.N Hacıyev ; R.Y.Əliyev , Xəstələrə qulluq. Səh. 501 “ Təhsil”
Flüoroqrafiya ağciyərlərin kütləvi müayinə metodu olub, gün ərzində bu metodla 300-ə qədər şəxsi müayinədən keçirmək mümkün olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×