Tibb bacısı

1.219 elementdən 421-440 arası göstərilir.

Sual № 421

Vaxtından əvvəl doğulmuş uşaqlarda konyuqasion(fizioloji) sarılıq hansı əlamətlə səciyyələnir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 124 .
38-41 həftədən əvvəl doğulan, çəkisi 2500 qramdan az, boyu isə 45 sm-dən qısa olan uşaq vaxtından əvvəl doğulmuş sayılır və anatomik-fizioloji xüsusiyyətlərinə görə vaxtında doğulan uşaqdan fərqlənir. Belə doğulmuş uşaqlarda konyuqasion sarılığın gedişi uzun müddətli olur.

Sual № 422

Yenidoğulmuşun gözünün təmizlənməsində nədən istifadə edilir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 54 .
Göz zərif görmə orqanı olduğundan spirt,yod,perekis, yağ və s. mayelərlə gözü yumaq olmaz, əks halda selikli qişa qıcıqlanaraq zədələnər.Ona görə də yenidoğulmuşun gözünün təmizlənməsində qaynanmış sudan və 1%-li tetrasiklin məlhəmindən istifadə edilir.

Sual № 423

Sepsis nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
Sepsis hər hansı bir infeksiya ocağından bakteriyanın qan və limfa sisteminə düşərək orqanizmdə dövr etməsi nəticəsində baş verən xəstəlik olub, immunodefist fonunda inkişaf edir. Xəstəlik ümumi əlamətlərlə yanaşı, xəstədə yüksək qızdırma ilə də səciyyələnir.

Sual № 424

BCJ vaksinasiyasından sonra ilkin immun reaksiya nə vaxt yaranır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 50 .
BCJ vaksini yenidoğulmuşlara doğulduqdan sonrakı 3-5-ci gün vurulur. Məqsəd vərəmlə yoluxmanın qarşısını almaqdır. İmmunitet 8 həftəyə yaranır .

Sual № 425

Qarışıq qidalanma nə vaxt tətbiq edilir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 145 .
Qarışıq qidalanma uşağı doyuzdurma üçün tətbiq edilir. Qarışıq qidalanmaya keçməyə səbəb ana südünün çatışmazlığıdır.

Sual № 426

Bətndaxili infeksiyalara hansılar aiddir?

1) Sitomeqalovirus
2) B hepatit virusu
3) Məxmərək virusu
4) Herpes virusu
5) A hepatit virusu
6) Adenovirus

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 192 .
Sitomeqalovirus,məxmərək,herpes virusları bətndaxili infeksiya törədir.Bu viruslar cift vasitəsilə və ana südündən uşağa keçə bilər. Xəstəlik sepsis və pnevmoniya əlamətləri ilə özünü biruzə verir.

Sual № 427

Yenidoğulmuşlarda cinsi krizin əlamətləri hansı müddətdən sonra yox olur?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
Cinsi kriz cinsindən asılı olmayaraq yenidoğulmuş uşaqlarda:həm qızlarda,həm də oğlanlarda ola bilər. Ana bətnində hamiləliyin 4-cü ayında anadan dölə esterogen hormonu keçdiyindən, onun təsiri nəticəsində doğulduqdan sonra uşaqlarda ilk günlərdə cinsi kriz əmələ gəlir,2-3 həftə davam edir.

Sual № 428

Omfolit nəyin iltihabıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 234 .
Yenidoğulmuş uşağın göbəyi xüsusi qulluq tələb edir. Bu qulluq düzgün aparılmazsa göbək yarası infeksiyalaşır, nəticədə göbək və ətrafı toxumada iltihab baş verir. Bu isə omfolit adlanır.

Sual № 429

Hipoqalaktiya nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 132 .
Hipoqalaktiya ana südünün çatışmazlığı deməkdir. Bu zaman süd ifrazı azalır. Səbəbləri isə müxtəlifdir. Əsas səbəblərdən biri ananın və uşağın düzgün qidalanmamasıdır.

Sual № 430

Yenidoğulmuşlarda tranzitor hipertermiyanın səbəbi hansıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72.
Yenidoğulmuşlarda mərkəzi sinir sisteminin də digər üzvlər kimi funksional cəhətdən tam inkişaf etməməsi, istilik əmələ gəlməsi ilə istilik vermə arasında müvazinətin olmaması nəticəsində tranzistor hipertermiya baş verir.

Sual № 431

Yenidoğulmuşlarda ilkin çəkinin itməsinin səbəbi nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 35 .
Yenidoğulmuş uşaqda ilkin çəkinin itməsi baş verir.Bu çəki itkisi 200- 300 qrama qədər ola bilər. Səbəbi ilkin olaraq maye itkisi (çox sidik ifrazı) və ana südünün ilk günlər az ifraz olunması, eyni zamanda uşağın zəif əmməsidir.

Sual № 432

Yenidoğulmuşlarda hormonal krizə nə aiddir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 70 .
Hormonal krizə fizioloji mastit və fizioloji vulvovaqinit aiddir. Fizioloji mastit uşağın cinsindən asılı olmayaraq, uşağın həyatının 3-4 günü baş verir, 2-3 həftə ərzində tədricən yox olur. Müalicə tələb etmir. Fizioloji vulvovaginit qızlarda, doğulandan 6-7 gün sonra baş verir.Xüsusi müalicə tələb etmir. Cinsiyyət üzvlərini tez-tez ilıq kalium-permanqanat (1:50-ə) məhlulu ilə yumaq lazımdır.

Sual № 433

Yenidoğulmuşlarda dəri örtüklərinin tranzitor dəyişkənliyinə nə aiddir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 72 .
Uşaqlarda mərkəzi sinir sisteminin istilik tənzimi funksiyası kifayət qədər inkişaf etmədiyi üçün dərinin istilik vermə funksiyası zəif olur. Bu xüsusiyyət uşağın tez soyumasına və tez isinməsinə səbəb olur. Bu isə dəridə sadə və toksiki eritemanın əmələ gəlməsinə səbəb olur.

Sual № 434

Uşaq doğulan kimi hansı infeksiyanın profilaktikası aparılır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 33 .
Uşaq doğulan kimi qonoblenoreyyanın profilaktikası aparılır.Bu zaman 1%-li tetrasiklin, 0,5%-li eritromisin məlhəmindən və natrium sulfasil məhlulundan istifadə edilir.

Sual № 435

Vərəm əleyhinə peyvəndi kim vurmalıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı . 2007 səh38
Yenidoğulmuşlarda 3-5 ci gün vərəm əleyhinə BSJ vaksini vurulur. Peyvənd xüsusi otaqda xüsusi şprislə (1 qramlıq) ehtiyyatla, diqqətlə vurulmalıdır. Diqqətsizlik infeksiyanın yayılmasına səbəb ola bilər. Ona görə də BSJ vaksinini xüsusi hazırlıq keçmiş tibb bacısı vurmalıdır.

Sual № 436

Yenidoğulmuşun vəziyyəti doğularkən hansı şkala ilə qiymətləndirilir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 34 .
Yenidoğulmuşların vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir. Bu şkalaya görə uşaqda 5 əlamət: ürək döyünməsi, şərtsiz reflekslər, tənəffüsün sayı, əzələ tonusu , dərinin rəngi müayinədən keçirilərək müvafiq balla hesablanır .

Sual № 437

Yenidoğulmuşlarda əmələ gələn doğuş şişi nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
Doğuş şişi doğuş zədələri arasında birinci yeri tutur. Başda dərialtı toxumada, limfa və qan damarlarında olan durğunluq nəticəsində nöqtəvari qansızmalar və ödem əmələ gəlir. Adətən müalicə tələb etmir. Şiş 24-36 saatdan sonra , bəzi hallarda 2-3 gündən sonra sorulur.

Sual № 438

Yenidoğulmuşlarda baş beyin zədələnməsinin əsas əlaməti nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 163 .
Baş beynin zədələnməısi yenidoğulma dövrünün ağır patologiyası sayılır.Bu zaman baş beynin ödemi və kəllədaxili qansızmalar olur. Qansızmanın lokalizasıyasından asılı olaraq uşaqda müxtəlif əlamətlər baş verir. Vacib diaqnostik əlamət qıcolmadır.

Sual № 439

Hemolitik xəstəlik hansı hallarda baş verə bilər?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 207 Səh 306 .
Hemolitik xəstəlik anada rezus mənfi –Rh(-), uşaqda isə Rh(+) qan olduqda baş verir. Dölün rezus amili ana qanına keçdikdə anti – rezus əks cisimlər əmələ gəlir. Bunlar ciftdən keçərək dölün qanına düşür, döldə antigen-anti cism reaksiyası baş verir. Eritrositlərin hemolizə uğraması nəticəsində hemolitik xəstəlik əmələ gəlir.

Sual № 440

Doğum evində qonoblenoreyanın profilaktikası nə vaxt aparılır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007, Səh 198.
Qonoblenoreyanın profilaktikası bir dəfə, doğuşdan sonra ilk bir saat ərzində aparılır. Əsas məqsəd gələcəkdəə gözün qonokok infeksiyasından zədələnməsinin qarşısını almaqdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×