Tibb bacısı
1.219 elementdən 441-460 arası göstərilir.
Sual № 441
Hamiləliyin antenatal risk faktoruna nə aid deyil?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007.səh.71
Uşaq orqanizminin əsas morfoloji və funksional xüsusiyyətləri , uşağın sağlam doğulması hamiləliyin düzgün gedişindən asılıdır. Narkoz isə doğuş vaxtı verildiyindən hamiləliyin antenatal risk qrupuna doğuş vaxtı narkoz vermə aid deyil.
Sual № 442
Yenidoğulmuşların asfiksiyası zamanı orta ağır asfiksiya neçə balla qiymətləndirilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 145 .
Asfiksiya xəstəlik deyil, müxtəlif səbəblər nəticəsində yaranan simptomlar kompleksidir.Asfiksiya zamanı ürək,qan-damar sistemi və həyat üçün vacib orqanların (beyin,ürək) qan təchizatı pozulur. Hər əlamət 2 balla qiymətləndirildikdə asfiksiyanın dərəcəsi Apqar şkalasına görə 5 əlamətlə qiymətləndirilir .Orta ağır asfiksiya Apqar şkalasına görə 4-5 balla qiymətləndirilir.8-10 yaxşı, 6-7 kafi, 4-5 bal orta ağır asfiksiya sayılır.
Sual № 443
Yenidoğulmuşların asfiksiyası zamanı ürək vurğularının sayını artırmaq üçün hansı preparat istifadə edilir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 146 .
Dölün asfiksiyası zamanı cift qan dövranı pozulur,dölün bədəninə oksigen az daxil olur və nisbi oksigen aclığı əmələ gəlir. Bu da boğulmaya səbəb olur, ürək döyüntülərinin sayı və ritmi dəyişir. Ürək vurğularının sayını artırmaq məqsədi ilə adrenalin preparatından istifadə edilir.
Sual № 444
Uşaq müəssisələrində əsaslı dezinfeksiya neçə faizli xloraminlə aparılır?
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” Səh.198” “Azərnəşr ”1990.
Dezinfeksiya iki şəkildə-cari və əsaslı aparılır. Əsaslı dezinfeksiya aparmaq üçün 5% li xloramin məhlulundan istifadə edilir. Hər hansı bir uşaq müəssisəsində (uşaq bağçası, məktəb və s.)uşaq infeksion xəstəliyi aşkar olunduqda mütləq dezinfeksiya tədbiri həyata keçirilməlidir.
Sual № 445
Yenidoğulmuşlarda yoluxucu dəri xəstəliklərinə nə aiddir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
Yenidoğulmuşlarda dəri və selikli qışalar zərif və tez zədələnən olur. Bu səbəbdən də onlara qulluq ehtiyatla aparılmalıdır. Əgər dəriyə düzgün qulluq edilməzsə, dərinin tamlığı pozularsa, dəridən infeksiya keçərək dərinin infeksion xəstəliyini : yenidoğulmuşun qovuqcuqlu xəstəliyi( vezikulopustuloz)əmələ gətirir.N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 183 .
Sual № 446
Tənəffüs çatışmazlığı sindromu hansı uşaqlar üçün xarakterikdir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 Səh 128 .
Çəkisi 2500 qramdan az ,boyu 35-45 sm doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır. Mərkəzi sinir sistemi, bir sıra orqan və sistemlər tam inkişaf etmədiyindən belə uşaqlarda bir sıra funksional pozğunluqlar meydana çıxır. Belə uşaqlarda tənəffüs çatışmazlığı sindromu tez inkişaf edir.
Sual № 447
Hepatit B əleyhinə vaksin hansı nahiyyəyə vurulur?
Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” (metodik göstərişlər) Modul 2 .2010səh.10
“B” virus hepatiti əleyhinə vaksin budun ön divar nahiyyəsinə vurulir.
Sual № 448
Yarımçıq doğulmuşların palatasında hərarət nə qədər olmalıdır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 125 .
Yarımçıq doğulmuş uşaqlara qulluğun təşkili böyük diqqət, səbr tələb edir. 24-260 otaq temperaturunda yarımçıq doğulmuş uşaqlar steril,isidilmiş əskilərlə bələnir, ilk tualet isidilmiş döşək üzərində tez bir zamanda aparılır ki, uşaq soyuqlamasın.
Sual № 449
Tənəffüsün dayanması necə adlanır?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. 2007. Səh 146 .
Apnoe tənəffüsün dayanması deməkdir. Ən çox yarımçıq doğulmuşlarda və ağır asfiksiyalar zamanı təsadüf edilir.
Sual № 450
Apqar şkalasına görə uşağın vəziyyəti neçə balla qiymətləndirildikdə uşaq döşə qoyulur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007Səh 147 .
Yeni doğulmuşların vəziyyəti Apqar şkalasına görə 8-10 bal sağlam uşaq sayılır. Belə uşağı döşlə əmizdirmək göstərişdir.
Sual № 451
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər neçə% itirə bilər?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 Səh 46 .
Vaxtından əvvəl doğulmuş uşaq öz çəkisini ilk günlər 150-300 qram itirə bilər ki, bu da onun qidalanmasının zəif olması , ana südünün az olması və sidiklə maye itirməsi nəticəsində baş verir.
Sual № 452
Vərəmli xəstəni aşkar etmək üçün hansı üsul vacibdir?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 430
Vərəm diaqnozu təsdiq etmək üçün tuberkulinlə Mantu sınağı qoyulur flüroqrafiya edilir , yoluxmuş uşaqlar ftiziatra göndərilir.
Sual № 453
Hansı halda mantu sınağı müsbət sayılır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 429
Mantu sınağı zamanı tuberkulin dəri daxili yeridilir və 72 saatdan sonra yoxlanılır. 5-12 mm diametri olan papula müsbət sayılır.
Sual № 454
Yüksək hərarət zamanı uşağa göstərilən yardıma daxil deyildir?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
Yüksək həraraət orqanizmin infeksiya qarşı reaksiyasıdır, bu uşaq orqanizminə mənfi təsir edir, ürək , tənəffüsün tezliyi artır,qıcolma ola bilər. Belə uşağa coxlu maye vermək, başa soyuq qoymaq, dərisini spirtlə, sirkə ilə silmək lazımdır. Kalorili qida əks göstərişdir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 160
Sual № 455
Tuberkulinin yeridilmə yolu hansıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр115
Mantu sınağı tuberkilinlə aparılır. Preparat hazır 5 ml (doza) və ya 3 ml (30 doza) steril standart məhlul şəklində buraxılır. Hər il 17 yaşına qədər birdəfəlik şpris ilə dəri içi yeridilir.
Sual № 456
Meninqokok bakteriyaları orqanizmə hansı yolla daxil olur?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 441
Meningitlə yoluxma zamanı meninqokoklar hava damcı yolu ilə yayılir. Giriş qapısı yuxarı tənəffüs yollarıdır.
Sual № 457
Meningit xəstəliyinin inkubasiya dövrü nə qədərdir?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 442
Sual № 458
Difteriya xəstəliyinin törədicisi nədir?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 449
Difteriya infeksion xəstəlikdir. Törədici Löfter çöpləridir. Daxil olduğu yerdə fibrinoz iltihab əmələ gətirir və infeksiya baş verir.
Sual № 459
Hansı xəstəlik zamanı antitoksiki zərdab təyin edilir?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр280
Diferiya yoluxmuş uşaqlar mütləq hospitalizasiya edilir və belə xəstələrə Bezredka üsulu ilə anatoksin yeridilir.Difteriyaya qarşı anotoksin tez və effektli dozada yeridildikdə (15000 bv – 50000 bv) xəstənin vəziyyəti yaxşılaşır.
Sual № 460
Hipoqlikemik komanın əsas yaranma səbəbi?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 135
Hipoqlikemik koma şəkərli diabetin insulinlə müalicəsi zamanı yarana bilər. İnsulinin artıq dozada vurulması ,onun dozasının çox olması nəticəsində yaranır. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 , səh 135
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?