Tibb bacısı

1.219 elementdən 461-480 arası göstərilir.

Sual № 461

Skarlatinanın törədicisi hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 460
Skarlatina kəskin infeksion xəstəlikdir. Törədicisi β hemolitik steptokokkdur. Əsas klinik əlamətləri ümümi intoksikasiya, angina ,hiperemiya fonunda xirda nöqtəli səpgilərdir.

Sual № 462

Skarlatina zamanı əsas əlamət hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 461
Skarlatina xəstəliyinin daim müşahidə olunan klinik əlaməti anginadır. Bu kataral follikulyar lakunar formalı angina ola bilər. Bu zaman prossesə regional limfotik vəzilər də qoşulur.

Sual № 463

Skarlatina xəstəliyinə yoluxan uşaqlar neçə gün izolə edilir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 462
Skarlatinaya yoluxmuş uşaqla təmasda olanlar 7 gün ərzində izolyasiya edilir və hər gün termometriya, dəri və selikli qidaların müayinəsi aparılır. Ocaqda sabun, soda məhlulu ilə təmizlik işi aparılır.

Sual № 464

Qızılca xəstəliyinin törədicisi hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 463
Qızılca yüksək qızdırma ilə müşahidə olunan yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma hava - damcı yolu ilə baş verir.Qızılca səpgiləri ayrı-ayrı çəhrayı ləkə və papula şəklində olur. Xəstədə konyuktvit əlamətləri ilk gündən başlayır. Xəstəlik mənbəyi xəstə insandır. Xəstəliyin törədicisi qızılca viruslarıdır.

Sual № 465

Su çiçəyinə yoluxmuş uşaqla kontaktda olan uşaq neçə gün izolə (karantində) olmalıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 470
Su cicəyinə yoluxmuş uşaqla təmasda olan uşağa 21 gün karantin təyin edilir. Uşaqlar hər gün termometriya edilir və müayinədən keçirilir.

Sual № 466

Bağırsaq infeksiyaları zamanı eksikoz və toksikoz müşahidə olunursa, mübarizə üçün əsas terapevtik prinsip hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 səh 482
Bağırsaq infeksiyalari zamanı su və elekrolitlərin itkisi baş verir. Bu itkini bərpa etmək ücün parenteral yolla duz məhlulları yeridilir.

Sual № 467

Hepatit A xəstəliyinin yoluxma yolu hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
Hepatit A zamanı infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Sual № 468

Hepatit B xəstəliyinin yoluxma yolu hansıdır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 488
Hepatit B parenteral yolla yoluxur, yəni dərinin tamlığı pozulduqda qan və qan əvəzedicilər yeridilən zaman aseptika,antiseptika qaydalarına riayət edilmədikdə yoluxma baş verə bilər.

Sual № 469

Hepatit A zamanı inkubasiya dövrü nə qədər davam edir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 487
Hepatit A-nın inkubasion dövrü bir aydır. Hepatit A xəstəlinin infeksiya mənbəyi xəstə və rekonvalestentlərdir. Qida məhsulları, su və kontakt- məişət yolu ilə də xəstəliyə yoluxma baş verir.

Sual № 470

Hepatit B zamanı inkubasiya dövrü nə qədər davam edir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
Hepatit B zamani inkubasion dövr 6 həftədən 6ayadək davam edə bilər.

Sual № 471

Hepatit A xəstəliyi olan uşaqla təmasda olan uşaq üçün karantin neçə gündür?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 489
Hepatitə yoluxmuş uşaqla kontaktda olanlar 35 gün ərzində izolyasiya edilir. Bu müddət ərzində termometriya keçirilir, dərinin, sidiyin nəzarəti aparırılır.

Sual № 472

Adları cəkilən bakterial infeksiyalardan hansını idarə olunan xəstəliyə aid etmək olar?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 1 Bakı 2010 səh7
Vaksini mövcud olan infeksion xəstəliklər – idarə olunan xəstəliklər adlanır. Sadalanan infeksion xəstəliklərdən difteriya – idarə olunandır.

Sual № 473

Hansı hallarda difteriyaya şübhəli şəxslərin udlağından bakterioloji müayinə üçün yaxma götürülür?

  Ədəbiyyat: Л.A.Исаeva,Л.К.Бaжenova.»Детские Болезни» Mockвa1986 стр 562
Difteriyalı xəstə ilə kontaktda olan şübhəli şəxslərin badamcıqlarında ərp olduqda bakterioloji müayinə aparılır.

Sual № 474

Aşağıda sadalanan vaksinlərdən hansı cansız vaksinlərə aiddir?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh 5
Vaksinlər 2 qrupa bölünür. : Canlı və cansız. Difteriya, göy öskürək və tetanusa qarşı kombinə olunmuş vaksin (AGDT) cansız vaksindir.Vaksinasiya 2-3-4 aylıqda aparılır revaksinasiya isə 18-aylıqda aparılır.

Sual № 475

Aşağıda sadalanan vaksinlərdən hansı canlı vaksinlərə aiddir?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010(Modul 2) (Metodik göstərişlər) səh5
Vaksinlər 2 qrupa bölünür: canlı və cansız. Qızılca, parotit və məxmərəyə qarşı vaksin (QPM) canlı vaksinlərə aiddir.Vaksinasiya 1və 6 yaşda aparılır.

Sual № 476

Cansız vaksinlərin əksəriyyəti hansı üsulla orqanizmə yeridilir?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul (Metodik göstərişlər) səh7-8
Cansız vaksinlər təhlükəsizlik qaydalarına riayət etməklə əzələ daxili yeridilir.

Sual № 477

Cansız vaksinlərin yeridilməsindən sonra daha çox hansı reaksiyalar müşahidə olunur?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 2 (Metodik göstərişlər)səh8-9
Adətən cansız vaksinlər yeridildikdən sonra yüngül postvaksinal reaksiya müşahidə olunur: 2 gün ərzində hərarət yüksəlir. Vaksinin yerində ağrı və şişkinlik ola bilər.

Sual № 478

Vaksinlər GEM-də (gigiyena və epidemiologiya mərkəzində )və tibb müəssisələrində hansı temperaturda saxlanılır?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Bakı, 2010 Modul 3 (Metodik göstərişlər)səh8
İnyeksiyaların təhlükəsizliyini təmin etmək üçün bütün vaksinlər gigiyena və epidemiologiya mərkəzində və tibbi müəssisələrində +2 C0 - +80 C-də saxlanılmalıdır.

Sual № 479

Zimnitski sınağı qiymətləndirilən zaman əsas diaqnostik amil hansıdır?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 267
Zimnitski sınağı ücün hər 3 saatdan bir sidik toplanır və 8 hissə sidiyin xüsusi çəkisi yoxlanılır.

Sual № 480

Qlomerulonefrit patologiyası zamanı duzsuz pəhriz təyin etmənin səbəbi nədir?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008 səh 268
Duzlu qida gəbul edərkən natrium duzları suyu toxumalarda saxlayır. Qlomerulonefrit zamanı bu duz arterial təzyiqin yüksəlməsinə,ödemin artmasına və eklampsiyaya gətirib çıxara bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×