Tibb bacısı

1.219 elementdən 481-500 arası göstərilir.

Sual № 481

Uşaqda raxit xəstəliyinin profilaktikası üçün vitamin D-nin sutkalıq dozası nə qədərdir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15
Düzgün cavab – 400 mq. Raxit ümumi orqanizmin xəstəliyi olub vitamin D-nin çatşmazlığı və Ca F mübadiləsinin pozulması nəticəsində əmələ gəlir. Onun profilaktikası üçün uşağa sutkalıq spirtli və yağlı məhlul şəklində 400 mq vitamin D verilməlidilir. A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 15

Sual № 482

Anemiya zamanı qanda nə baş verir?

  Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 301
Anemiya qan azlığı olub, müxtəlif səbəblərdən əmələ gəlir. Qan itirmədən zülal,vitamin dəmir çatışmazlığından və s. Xəstəlik zamanı qanda əsasən Hb və eritrositlərin miqadarı azalır.

Sual № 483

Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur?

  Ədəbiyyat: A.A.Əyubova “Uşaq xəstəlikləri”Bakı 2008 səh 316
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan patologiyadır.

Sual № 484

Şəkərli diabet zamanı hansı orqanın funksiyasının pozulması baş verir?

  Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 333
Şəkərli diabet endokrin sistemin xəstəliyi olub, əmələ gəlmə səbəbi müxtəlifdir. Şəkərli diabet xəstəliyi mədəaltı vəzin insulin ifraz etmə funksiyasının pozulması nəticəsində baş verən xəstəlikdir.Uşaqların bütün yaş dövrlərində rast gəlinir.

Sual № 485

Uşaqlarda normada sidikdə şəkərin miqdarı nə qədər olmalıdır.

  Ədəbiyyat: Н Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 336
Normada sağlam insanın qanında şəkərin miqdarı . 80-120 və ya 3,3-5,5 mmol/1həddində olmalıdır.

Sual № 486

Eksudativ kataral diatezli uşağın qidalanmasında aşagıdakılardan hansı düzgün deyil?

1) Şəkər-ksilit və ya sorbitlə əvəz edilir.
2) Ət bulyonu verilir.
3) Balıqdan hazırlanmış qidalar verilir
4) Heyvani yağ-bitki yağı ilə əvəz edilir,
5) Xörək duzu azaldılır.
6) İnək südü verilir.

  Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008səh69
Eksudativ – kataral diatezli uşaqların mualicəsi zamanı qida rejimi də nəzərə alınmalıdır.Bu zaman şəkər ksilit və ya sorbitlə, heyvani yağ bitki yaği ilə əvəz olunmalıdir , xörək duzu azaldılmalıdır .

Sual № 487

Yenidoğulmuşun ağzında selikli qışada ərp :süd yarası aşkar edilir.Bu bilavasitə nəyə səbəb olur.

  Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 32
Süd yarası zamanı göbələklər ağızın selikli qişasında, dilin üzərində ağ ərp əmələ gətirir.Uşağın əmməsi çətinləşir. Uşaq narahat olur, pis yatır, çəkisi az artır.

Sual № 488

Uşağın ilk qidası olan ağız südünün (molozivo) yetişmiş südə nisbətən üstünlüyü nədir?

  Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
Molozivo və ya ağız südu – qatı , yüksək kalorili , yapışqana bənzər sarı rəngli mayedir . Yetişmiş ana südundən fərqli olaraq immunoglobulinlərlə zənqindir , bu da uşağı infeksiyalardan qoruyur.

Sual № 489

Təbii qidalanan 6 aylıq uşaq doymursa ana südünü əvəzedici nə vermək olar?

  Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 33
6 ayadək uşaqların yedizdirilməsində ana südü əsas rol oynayır. Əgər anada hipoqalaktiya (anaın südünün çatışmazlığı) muşahidə olunarsa, tərkibinə görə ana südünə yaxın adaptasiya olunmuş qarışıqlar verilir.

Sual № 490

Südəmər uşaq necə qidalanmalıdır?

  Ədəbiyyat: N.Tağıyev Neontologiya Bakı 2007 səh 34
Südəmər uşaq təbii bəslənərkən sərbəst qidalandırılmalıdır , yəni uşaq tələbatına görə qidalanmalıdır. Bu da prolaktin hormonunun ifrazını stimulyasiyaına,süd ifrazının artmasına səbəb olur.

Sual № 491

Uşaq nə vaxta qədər ana südü ilə qidalanmalıdır?

  Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 13

Sual № 492

Südəmər uşaq əmizdirdikdən sonra qusursa nə etməli?

  Ədəbiyyat: N. Tağıyev Neonatologiya Bakı 2007 səh 135
Südəmər uşaqlarda bəzən əmizdirildikdən sonra şaquli vəziyyətdə tutmaq lazımdır. Belə etdikdə, uşağın südlə udduğu hava xaric olur və qusma dayanır.

Sual № 493

6 aylığına kimi uşağın qidalanması üçün ən optimal qidalanma üsulu hansıdır?

  Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
6 ayadək uşaq üçün ən effektli üsul təbii qidalanmadır.Çünki, 6 ayadək ana südü uşağın tam təlabatını ödəyir,və uşaq bütün lazımı qida maddələrini alır.

Sual № 494

Tənzimləyici qidalara hansı qidalar aiddir?

  Ədəbiyyat: N. Tağıyev Neonatologiya 2007 səh 136
Tənzimləyiçi qidalar orqanizmin yağlara , karbohidratlara , zulallara, vitaminlərə olan ehtiyacının ödənilməsi üçün təyin edilir.Bu meyvə və tərəvəz şirəsi, kəsmik, yumurta sarısı və s. ola bilər

Sual № 495

Əlavə qida uşağın hansı ayından təyin edilir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp82
Əlavə qidalar sudəmər uşağın zülallara , mineral duzlara , yağlara olan təlabatını ödəmək uçun uşağın 6 ayından təyin edilir.

Sual № 496

Aşağıdakı qidalardan hansı əlavə qidaya aiddir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp82
Südəmər uşağın 4-5 aylığından sonra artan tələbatını ödəmək uçun əlavə qida təyin edilir . Bu sıyıqlar , tərəvəz püresi ola bilər.

Sual № 497

Raxit xəstəliyi olan və südə allergiyası olan uşaqlar üçün sıyıqlar necə hazırlanır?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 80
Raxit zamanı südəmər uşağın mikroelementlərə ehtiyacı yüksək olduğu üçün , sıyıqlar məsləhət görulür . Südun zülalı obligat allergen olduğu üçün , sıyıqlar tərəvəz həlimində və ya suda hazırlanır.

Sual № 498

Hansı uşaqlarda tərəvəz püresi daha erkən müddətdə təyin edilir?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтp 84
Raxitli , anemiyali , yarımçıq doğulmuş uşaqlara tərəvəz püresi erkən təyin edilir ki , yaranmiş mineral defisiti qida ilə aradan qaldırılsın.

Sual № 499

Sadə qarışıqlar nə ilə hazırlanır?

  Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 108
Sadə qarışıqlar düyü həlimi və qatıqla, düyü həlimi və südlə 5% şəkər qatmaqla hazırlanır. Bu qarışığın kaloriliyi yüksək olur, tez sorulur. Bağırsağı qıcıqlandırmır.

Sual № 500

Süni qidalanmaya keçməyin səbəbi ola bilməz?

  Ədəbiyyat: N.Tağıyev “Neontologiya” 2007 səh45
Anaın südü heç olmadıqda uşağı süni qidalandırmaq lazım gəlir.Bu zaman uşağa ana südünün tərkibinə uyğunlaşdırılmış sadə süd qarışıqları və adaptasiya olunmuş qarışıqları verilir.Ana südünün çox olması süni qidalanmaya keçməyin səbəbi ola bilməz.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×