Tibb bacısı

1.219 elementdən 501-520 arası göstərilir.

Sual № 501

Doğulduqdan sonra yeni doğulma dövrü hansı müddət hesab edilir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı 2007 səh 30
Yeni doğulma dövrü təsnifata görə uşaq doğulan gündən 1 aya qədər olan müddətdir.

Sual № 502

Uşaqda raxit xəstəliyinin yaranmasının səbəbi ?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı ,2008 , səh 13.
Raxit uşaqlar arasında ən çox rast gəlinən xəstəlikdir. Orqanizmdə vitamin D-nin çatışmazlığı nəticəsində kalsium -fosfor mübadiləsinin pozulması baş verir. Kalsium orqanizmə az sorulur ki, nəticədə raxit xəstəliyi əmələ gəlir.

Sual № 503

Spazmofiliyaya uşağın hansı yaşlarında təsadüf edilir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 ,səh 31.
Spazmofiliya xəstəliyi ən çox 6-18 ay - 2 yaşadək uşaqlar arasında təsadüf edilir.

Sual № 504

İsitqacın yerli təsiri hansıdır?.

  Ədəbiyyat: “Tibb bacısının məlumat kitabı” Bakı 1994 səh 60
İsidqac bədəni isidir, damarı genişləndirir. Qan dövranını yaxşılaşdırır. İltihabı prosesin sorulmasına kömək edir.

Sual № 505

Qanda şəkərin artması necə adlanır ?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008səh 335
Normada qanda qlükozanın miqdarı 3,3-5,5 mmol/l olur. Qanda şəkərin artması hiperqlikemiya adlanır.

Sual № 506

Şəkərli diabet hansı üzvün hipofunksyasının nəticəsidir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008, səh 333.
Şəkərli diabet polietioloji xəstəlikdir. Xəstəliyin baş verməsində irsi amil də rol oynayır.Başlıca səbəb mədəaltı vəzin insulin sintezi və sekresiyasının pozulmasıdır. Uşaq yaşlarında boy artımı cinsi inkişafla əlaqədar oladuğundan insulinə tələbat yüksək olur. Bu isə insulyar aparatın tükənməsinə səbəb olur. Nəticədə diabet inkişaf edir.

Sual № 507

Qızılcanın aktiv immunizasiyası nə ilə aparılır?

  Ədəbiyyat: Təcrübədə immunlaşdırma metodik göstərişlər. Modul 2 səh 18
Diri qızılca vaksini. Qızılcanın aktiv immunizasiyası diri qızılca vaksini Q.P.M. ilə edilir. 1 və 6 yaşda dəri altına vurulur.

Sual № 508

Bronxial astmalı xəstə tutmalar zamanı hansı məcburi vəziyyət alır?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 192.

Sual № 509

Anafilaktik şok nədir ?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 208.
Anafilaktik şok – sürətli immunoloji reaksiya kimi, sensibilizasiya olmuş orqanizmə allergenin təkrar daxil olması zamanı tosqun hüceyrələrdən və bazofillərdən allergik iltihabi mediatorların xaric edilməsi nəticəsində əmələ gəlir. Etiologiyada əsasən: Dərman preparatları (antibiotiklər, hormonlar, vitaminlər, albumin, iltihabəleyhinə qeyri-steroid preparatlar). Klinika isə: hemodinamik pozulmaların(AT-nin enməsi) dərəcəsi ilə müəyyən edilir.

Sual № 510

İnağ nədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008,səh 205.
Yuxarı tənəffüs yollarının katarı, qızılca, qrip zamanı larinqotraxeobronxit olduqda baş verən , boğulma inaq adlanır.

Sual № 511

Yalançı inaq tutmasında ilk yardım nədən ibarətdir ?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri “Bakı 2008,səh 208.
Yalançı inaq tutmasında xəstədə narahatlıq qəflətən başlayır, səsi batır, tənəffüs səsli olur, boğulma baş verir. Bu zaman təmiz hava, ayağa isti vanna, xardal yaxması yaxşı kömək edir.

Sual № 512

Kollaps nədir ?

  Ədəbiyyat: Л,.A.Исaevа,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр218
Kollaps arterial təzyiqin kəskin surətdə aşağı düşməsi, periferik qan dövranının pozulması ilə müşahidə edilən, həyat üçün təhlükəli olan kəskin damar çatışmazlığıdır.

Sual № 513

Alimentar anemiyaya uşaq yaşının hansı dövründə rast gəlinir?

  Ədəbiyyat: Л.A.Исaeва,Л.К.Баженова.»Детские Болезни» Медицина 1986 стр 176
Uşaqlarda erkən yaş dövründə qan yaranma prosesi çox sürətlə gedir, qan yaradan orqanlar çoxlu miqdarda zülal, vitaminlər, mikroelementlər sərf edir. Ona görə də qidalanma və qulluğun pozulması infeksion amillər və s. uşaqlarda tezliklə anemiyaya gətirib çıxarır.

Sual № 514

Uşaqlarda enterebiozu nə törədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 139
Qurd invaziyaları içərisində uşaqlar arasında enteribioza daha çox təsadüf edilir. Xəstəliyi bizquyruq qurdlar törədir,yaşama müddəti 3-4 həftədir.

Sual № 515

Eksudativ – kataral diatez nədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 69
Eksudativ-kataral, diatez erkən yaşlı uşaqlar arasında rast gəlinir və 2-3 yaşa qədər davam edir.Əsaən dəri və selikli qişalar zədələnir,belə uşaqların dili xəritəyə bənzədiyi üçün “coğrafi dil”adlanır. EKD xəstəlik deyil sindromdur, onun əmələ gəlməsində genetik faktor da rol oynayır.

Sual № 516

Yenidoğulmuşların asfiksiyası zamanı ilk tədbir olaraq nə etmək lazımdır ?

  Ədəbiyyat: N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Əsas səbəblərdən biri də uşağın doğuş yollarından xaric olkarkən dölyanı mayeni udmasıdır.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası (təmizlənməsi) aparılmalıdır.N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145

Sual № 517

Daun xəstəliyi olan uşaqların görkəmi necə olur ?

  Ədəbiyyat: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Mockva1986 стр 560
Daun autosom tipli xromosom xəstəliyi olub, 15,21,22-ci xromosom-da patologiya ilə əlaqədar olur. Bu xəstəliyin özünəməxsus xüsusi kliniki əlamətləri olur. (kiçik göz yarığı,böyük dil, yaşlı alın yarım açıq ağız, qısa boy və s.)

Sual № 518

Uşaqlarda zəhərlənmədə ilk yardım nədən ibarətdir ?

  Ədəbiyyat: Л.A.Исаaeва,Л.К.Бaжeнoвa.»Детские Болезни» Moskva 1986 səh238
Zəhərlərin təsiri nəticəsində orqanizmdə əmələ gələn patoloji vəziyyət zəhərlənmədir. Zəhərlənməyə keyfiyyətsiz və köhnə qida, zəhərli bitkilər, dərman maddələri, məişət və istehsalatda tətbiq edilən kimyəvi maddələr və.s. səbəb olur. Orqanizmdən zəhəri tezliklə kənar etmək, bədəndə qalan zəhəri zərərsizləşdirmək üçün ilk növbədə mədə-bağırsağı yumaq lazımdır.

Sual № 519

Uşağın ağız boşluğunu hansı barmaqla yoxlamaq olar?

  Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh53
Yenidoğulmuşun ağız boşluğu kiçik olur. Ağız boşluğunun selikli qişası zərif, qan damarları ilə zəngindir. Ağız boşluğunu zədələməmək üçün çeçələ barmaqla yoxlama aparılır.

Sual № 520

Hipertermik sindrom zamanı uşağı soyuq suda isladılmış dəsmala bükmək üçün suyun temperaturu neçə dərəcə olmalıdır?

  Ədəbiyyat: N.Tağıyev Neonatologiya.Bakı 2007səh 44
Bədən temperaturunun 39 dərəcədən yuxarı olması hipertermiya sayılır. Əmələ gəlmə səbəbi müxtəlifdir. Əsas məqsəd gələcək ağırrlaşmaların qarşısını almaq üçün qızdırmanı dərhal salmaq lazımdır. Bu məqsədlə uşağı 20 dərəcə temperaturda su ilə isladılmış dəsmala bükmək lazımdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×