Tibb bacısı
1.219 elementdən 521-540 arası göstərilir.
Sual № 521
Uşaqlarda tənəffüs yollarının obstruksiyasını yaradan səbəb daha çox aşağıdakılardan hansı ola bilər?
Ədəbiyyat: N. Tağıyev Neonatologiya .Bakı 2007səh46
Uşaqlar oyuncaqlarla oynayarkən onları tez-tez ağızlarına aparırlar.Uşağın ağzına apardığı oyuncaq hissələri və digər bərk cisimlər uşaq nəfəs aldıqda nəfəs yoluna düşərək tənəffüs yollarının obstruksiyasına səbəb olur.
Sual № 522
Dəm qazı ilə zəhərlənmə zamanı ilkin əlamətlər hansılardır?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986səh 129
Dəm qazı ilə zəhərlənmə zamanı ilkin təsir sinir sistemi tərəfindən olur.Dəm qazının təsiri altında sinir sisteminin zədələnməsi üç dövrlə xarakterizə olunur.İlkin dövürdə aşağdakı əlamətlər baş verir:ümumi zəiflik alın və gicgah nahiyəsində baş ağrısı qulaqlarda ağırlıq hissi olur.
Sual № 523
Bayılma zamanı uşağa hansı vəziyyət verilməlidir ?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986 səh210
Bayılma huşu itirməklə müşayiət olunan beynin qısamüddətli qəfləti anemiyasıdır. Bu zaman əsas məqsəd beyinə gedən qanın həcmin artırmaq, beyin qan dövranını yaxşılaşdırmaqdır. Bu məqsədlə uşağı uzandıraraq ayaqlarını qaldırmaq lazımdır.
Sual № 524
Hipertermik sindrom zamanı uşağın bədən temperaturu neçə dəqiqədən bir ölçülməlidir?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986cтр212
Əgər uşağın bədən temperaturu 390 və ondan yuxarı qalxarsa bu hipertermiya sayılır. Bu zaman uşaq çox narahat olur, tənəffüs tezləşir, ürək vurğularının sayı artır, bəzən də qıcolma ola bilir.Uşağa ilk yardım edilir və 30- 60 dəqiqədən bir bədən temperaturu ölçülür.
Sual № 525
Hemofiliya xəstəliyi zamanı uşağa əsas preparatlar necə yeridilir?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. стр 260
Hemofiliya qanın laxtalanma sisteminin pozulması nəticəsində baş verən irsi xəstəlikdir. Xəstəliyin xarakter sinptomu qansızma və qanaxmalardır ( burundan, ağızboşluğundan dişdibindən və.s). Ona görə ilk növbədə əvəzedici müalicə aparılır. Yəni qan plazma,damardaxili yeridilir.
Sual № 526
Hemofiliya xəstəliyi olan uşaq soyuqlayarsa hansı dərmanı vermək olmaz?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.261
Hemofiliya xəstəliyinin xarakter əlamətlərindən biri qansızma və qanaxmadır. Belə vəziyyətdə asetilsalisil turşusu təyin etmək olmaz. Çünki bu qanı durulaşdıraraq qanaxmanı artırar.
Sual № 527
Tetanus əleyhinə anatoksin nə üçün vurulur ?
Ədəbiyyat: “Təcrübə immunlaşdırma” (metodik göstərişlər) Modul 2.Bakı 2010səh 8
Tetanus əleyhinə anatoksin aktiv immunitet yaradaraq uşağı tetanusa yoluxmadan qoruyur. Preparat maye halda flakonda və ya 1 dozalı şpris tubiklərdə buraxılır.
Sual № 528
Yenidoğulmuşların palatasında havanın temperaturu neçə dərəcə olmalıdır.?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр.30
Yenidoğulmuşların otağı təmiz və səliqəli olmalı, havası tez-tez dəyişdirilməlidir. Uşaqlarda termorequlyasiya pis olur, uşaq tez soyuqlayıb tez də isinir. Ona görə də uşaq otağının temperaturu daimi olaraq 220-230 olmalıdır.
Sual № 529
Uşaq praktikasında ən çox istifadə olunan hərarət salıcı dərman hansıdır ?
Ədəbiyyat: Əyyubova A.A “Uşaq xəstəlikləri” Bakı 2008 səh 422
Əgər uşaqda bədən temperaturu 39 0-ni keçərsə bu hipertermiya adlanır. Uşaq orqanizmində müxtəlif dəyişikliklər baş verir. Uşaq praktikasında hərarəti salmaq üçün ən çox parasitamol istifadə edilir.
Sual № 530
Uşaqlarda mədəni bir dəfəyə yumaq üçün nə qədər su tələb olunur?
Ədəbiyyat: Л. А. Исаева.Л. К. Баженова. .»Детские Болезни» Москва 1986. Стр 382
Uşaqlarda böyüklərə nisbətən mədənin tutumu az olur. Yenidoğulmuşlarda 30-35 ml, 1 yaşa qədər 250-300 ml, 1 yaşdan yuxarı 1000 ml . Ona görə də uşaqda mədəni yumaq üçün mayenin miqdarı uşağın hər kq çəkisinə 4 ml götürülür.
Sual № 531
Yenidoğulmuşlar üçün hansı zonddan isitfadə olunur?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”. Bakı 2007 Səh 30.
Yenidoğulmuşlarda mədəni udulmuş dölyanı sudan təmizləmək üçün mədə zondundan istifadə olunur. Zondun uzunluğu ağız boşluğunda qulağın sırğalığına qədər və xəncərbənzər çıxıntıdan 1 – 1,5 sm aşağı götürülür. Normativə görə bu zondun ölçüsü yenidoğulmuşlarda 5 f- 8 f götürülür.
Sual № 532
Fimoz nədir?
Ədəbiyyat: Ə.Əlizadə “Uşaq cərrahiyyəsi” 1996.səh 85
Pülük dəliyi o qədər daralır ki, cinsiyyət orqanının oradan çıxması çətinləşir. Bu isə sidik buraxmanı çətinləşdirir. Bu zaman sidikburaxma ağrılı və çətin olur, uşaq narahat olur. Belə vəziyyət fimoz adlanır.
Sual № 533
Uşaqlarda revmatizm zamanı oynaqların zədələnməsi necə xarakterizə olunur?
Ədəbiyyat: A.A.Əyyubova –Uşaq xəstəlikləri.Bakı 2008,səh 228
Revmatizm uşaqlar arasında ən çox rast gələn xəstəliklərdən biridir.Oynaqların zədələnməsi xarakterikdir. Əsasən iri oynaqlar şişir,qızarır,ağrılı olur.Oynaqların belə zədələnməsi uçucu xarakterdə olur.
Sual № 534
Raxit xəstəliyi zamanı uşaqlarda hansı əlamət olur?
Ədəbiyyat: A.A.Əyyubova –Uşaq xəstəlikləri.Bakı 2008.səh 14
Raxit xəstəliyinin kəskin dövründə uşaq fiziki və psixi inkişafdan geri qalır, tərlilik artır. Skletdə dəyişiliklər əmələ gəlir. Skletdə baş verən bu dəyişiliklər aşağı ətraflarda da biruzə verir. Ayaqlar əyilərək O və X-vari görkəm alır.
Sual № 535
Furozalidon və metronidozolla uşaqlarda hansı xəstəliyin spesifik müalicəsi aparılır?.
Ədəbiyyat: A.A.Əyyubova-Uşaq xəstəlikləri.Bakı 2008,səh 139
Lyamblioz 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxarı hissəsındə yaşayan parazit olub , çox vaxt uşaqlarda xolesistitə səbəb olur.Müalicəsində furozolidon və metranidozoldan istifadə olunur.
Sual № 536
Yenidoğulmuşlarda sepsisin əmələ gəlmə səbəbi hansıdır?
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 230
Yenidoğulmuşlarda dəri və selikli qişalar tez zədələnən olur. Dəriyə düzgün qulluq edilmədikdə, dərinin tamlığı pozulduqda dəri infeksiyalaşır,dərinin qovuqcuqlu xəstəliyi, bunun nəticəsində sepsis baş verir.
Sual № 537
Uşaqlar ən çox hansı yaşda məxmərək xəstəliyinə yoluxur?
Ədəbiyyat: Л.A.Исaеvа,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir Diaqnozu təsdiq edən simptom arxa boyun limfatik vızilərən əllənməsidir. Ən çox 1-7 yaş uşaqlar arasında təsadüf edilir.
Sual № 538
Polimorfizm (Ləkə-papula-vezikula-qabıq) hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986 стр 430
Su çicəyi infeksion xəstəlikdir. Xəstəliyin xarakterik xüsusiyyəti yüksək hərarətdir. 1-2 gün ara verməklə, yuksək temperatur fonunda yeni səpgi elementləri əmələ gəlir. Bunun nəticəsində dərinin bir sahəsində başqa başqa inkişaf mərhələsində olan səpgi elementləri və səpgilər meydana çıxır. Səpgilər papula, vezikula, qabıq şəklində olur. (Papula vezikula qabıq , yəni polimorfizm).
Sual № 539
Epidemik parotit zamanı baş verən ikitərəfli orxit nəyə səbəb olur?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр486
Yeniyetmə oğlanlarda parotit infeksiyasi orxit şəklində muşahidə oluna bilər. İltihabı proses 1-2 ay ərzində yumurtaların atrofiyasina gətirib çıxara bilər ki,bu da sonsuzluqla nəticələnir.
Sual № 540
Hepatit keçirmiş uşaq stasionardan sonra neçə ay nəzarətdə olmalıdır ?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр 280
Hepatit viris mənşəli kəskin infeksion xəstəlikdir.Bu virusun özü və toksini qaraciyər toxumasını zədələdiyi ücün əsas müalicə prinsipləri: qoruyucu rejim, pəhriz , virus əlehinə, dezintoksikasion terapiyadir. Hepatit keçirmiş uşaq stasionardan sonra 3 ay ərzində nəzarətdə olmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?