Tibb bacısı
1.219 elementdən 541-560 arası göstərilir.
Sual № 541
Uşaqda hiperqlikemik komada ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 333
Hiperqlikemik koma qanda şəkərin normadan yuxarı olması nəticəsində əmələ gəlir. Bunun baş vermə səbəbi insulin çatışmazlığıdır.Ona görə də ilk yardımda insulin yeridilir.
Sual № 542
Uşaqda hipoqlikemik komada ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səs 334
Hipoqlikemik koma insulin dozası çox olduqda əmələ gəlir, qanda şəkərin miqdarı azalır,bu səbəbdən də, venaya 50-100mm 20%-li qlükoza məhlulu vurmaq lazımdır. Ədəbiyyat: A.A.Əyyubova, “Uşaq xəstəlikləri”. Bakı-2008, səh., 334
Sual № 543
Yenidoğulmuşun asfiksiyası zamanı ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2008,səh 33
Yenidoğulmuşlarda asfiksiyanın əmələ gəlmə səbəbləri çoxdur.Əsas səbəblərdən biri də uşağın doğuş yollarından xaric olkarkən dölyanı mayeni udmasıdır.Bu dölyanı maye tənəffüs yollarına düşdükdə boğulma-asfiksiya baş verir.İlk yardım olaraq yuxarı tənəffüs yollarının sanasiyası (təmizlənməsi) aparılmalıdır.N.Tağıyev Neonatologiya. Bakı 2007.səh 145
Sual № 544
Hemofiliya xəstəliyinin yaranmasına nə səbəb olur ?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.»Москва 1986 ,стр338
Hemofiliya –qanda laxtalanma prosesinin pozulmasi ilə müşahidə olunan patologiyadır.
Sual № 545
Eksudativ-kataral diatezin yaranmasının əsas səbəbi hansıdır?
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008,səh 69
Eksudativ – kataral diatez – konstitusiya anomaliyasıdır. Uşaqlarda adi qıcıqlara anormal reaksiya ilə nətiçələnir Bu reaksiya dəri və selikli gişalarin zədələnməsinə və iltlhabına ,su – duz mubadiləsinin pozulmasına gətirib çıxarır.. EKD-in əmələ gəlməsində irsi meyillilik də rol oynayır.
Sual № 546
Eksudativ-kataral diatezin müalicəsində hansı təsirə malik dərmanlardan istifadə edilir?
Ədəbiyyat: A.Əyyubova. Uşaq xəstəlikləri. Bakı, 2008, səh.69
Eksudativ – kataral diatez allergik vəziyyət olduğu uçun , müalicəsində antihistamin preparatlar işlədilir klaritin, tavegil, suprastin, enterosorbentler, vitaminlər təyin olunur.
Sual № 547
Larinqospazmın təhrik edilməsi nə vaxt daha tez-tez baş verir?
Ədəbiyyat: ЛA.Исaeвa,Л.К.Бaжеnoвa.»Детские Болезни» Mockвa1986 стр 202
Larinqospazm spazmofiliya xəstəliyinin bir formasıdır.Bu zaman qırtlaqda səs tellərinin spazmı olur,uşaq qışqırıb ağladıqda daha da artır.
Sual № 548
Kəskin qastrit zamanı uşaqlarda hansı əlamətlər baş verir?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 85
Qastrit mədənin selikli qişasının iltihabıdır, uşaqlarda ən çox qidalanmanın pozulması nəticəsində əmələ gəlir. Uşaqda epiqastral nahiyyədə ağrı, mədə bulanması, qusma, ümumi zəiflik bəzən hərarətin qalxması olur.
Sual № 549
Anadangəlmə ürək qüsuru ilə doğulmuş uşağın görünüşü necə olur?
Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008,səh 218
İlk gündən anadangəlmə ürək qüsuru ilə doğulmuş yüngül təngnəfəslik hiss edilir, getdikcə artır. Ağız ətrafında sianoz olur, uşaq ağlayanda göyərir.
Sual № 550
Hansı xəstəlik zamanı arxa boyun limfatik vəziləri palpasiya edilir(əllənir)?
Ədəbiyyat: N.Tağıyev “Neontologiya” Bakı 2007 səh45
Məxmərək səpgi ilə müşahidə olunan infeksion xəstəliklərə aiddir.Xəstəliyin əsas xarakter siptomu arxa boyun limfatik vəzilərinin palpasiya edilməsi yəni əllənməsidir.
Sual № 551
Uşağa oksigen hansı formada verilir?
Ədəbiyyat: N. Tağıyev “Neontologiya”Bakı 2007 səh 30
Oksigen verərkən mütləq nəmləşdirmək lazımdır ki, uşağın yuxarı tənəffüs yolları qıcıqlanmasın.
Sual № 552
Yenidoğulmuşlarda böyük əmgək hansı sümüklərin arasında yerləşir?
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986 ,стр35
Yeni doğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir.
Sual № 553
Uşaqlarda raxit hansı vitamin çatışmazlığı nəticəsində yaranır ?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri Bakı, 2008, səh 14.
Ultrabənövşəyi şüaların təsirindən dəridə olan vitamin D3 aktivləşərək D2 –yə çevrilir və orqanzmə daxil olur. Bu vitaminin çatışmazlığı nəticəsində raxit əmələ gəlir.
Sual № 554
Uşaqlarda tərləmə, ənsə nahiyəsində tükün tökülməsi hansı xəstəlik zamanı baş verir?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 15
Raxit xəstəliyi zamanı vegetativ sinir sisteminin pozğunluğu raxitin başlanğıc dövründə əmələ gəli,. Uşaq narahat olur yuxusu pozulur, çox tərləyir, başını yastığa sürtür, ənsə nahiyyəsinin tükü tökülür, uşaqda yüngül oyanıqlıq baş verir.
Sual № 555
Hipotireoz hansı üzvün funksional çatışmazlığıdır?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008 səh 370
Hipotireoz xəstəliyinə uşaqların bütün yaş qruplarında rast gəlinir. Qalxanvari vəzin inkişaf qüsuru və tiroid hormonunun çatışmazlığı nəticəsində əmələ gəlir.
Sual № 556
Dəmir defisitli anemiyanın kliniki əlamətləri nədir?
Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ” Bakı 2008,səh 301
Bətndaxili dövrdə hamiləliyin axırıncı iki ayında dəmir anadan dölə keçərək, onun orqanizmində toplanır. Ananın müəyyən xəstəlikləri (anemiyası, hamiləlik toksikozu, bətndaxili infeksiya və s.) dəmirin uşaq orqanizmində depo kimi yaranmasının pozulmasına səbəb olur. Uşaq doğulandan sonra dəmiri qida vasitəsi ilə alır. Hər iki halda dəmir çatışmazlığı dəmir- defisitli anemiyanın əmələ gəlməsinə səbəb olur. Belə uşağın dərisi quru olur, qabıq verir, tükləri tez tökülür. Uşaq torpaq, təbaşir və s. yeyir.
Sual № 557
Bətndaxili inkişaf dövrü neçə həftə davam edir.
Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” .”Bakı” 2007 Səh 136
38-40 həftəlik hamiləlik normal bətndaxili inkişaf dövrü sayılır.
Sual № 558
Təmizləyici imalə zamanı uşağın vəziyyəti necə olmalıdır ?
Ədəbiyyat: Л.A.Исaeва,,Л.К.Бaжenoвa »Детские Болезни» Moсkвa 1986, cтр 237
Təmizləyici imalə zamanı uşağı arxası üstə və ya sol böyrü üstə uzandırılır. Yeni doğulmuşlar arxası üstə, böyük uşaqlar sol tərəfi üstə . Çünki bu vəziyyətdə rezin ucluq düz bağırsağa yaxşı daxil olur.
Sual № 559
Helmintozların diaqnozu nəyə əsasən qoyulur ?
Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 138
Helmintozun diaqnozu nəcisin ümumi müayinəsinə əsasən qoyulur.
Sual № 560
Uşaq bayılarkən nə etmək lazımdır?
Ədəbiyyat: Tibb bacısının məlumat kitabı
Bayılmada ilkin yardım olaraq xəstəni uzandırmaq, ayaqlarını yuxarı qaldırmaq, onu sıxıcı paltardan azad etmək,naşatr iylətmək, hava gəlməsini təmin etmək, üzünə, sinəsinə soyuq su çiləmək lazımdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?