Tibb bacısı

1.219 elementdən 561-580 arası göstərilir.

Sual № 561

Doğulduqdan sonra Hepatit B-yə qarşı ilk peyvənd nə vaxt vurulur?

  Ədəbiyyat: “ Təcrübədə immunlaşdırma” .Modul 2. Bakı 2010 ,səh 10
Yenidoğulmuşlar arasında hepatit B-yə yoluxma hallarının qarşısını almaq üçün uşaq doğulduqdan sonra 12 saat ərzində bu xəstəliyə qarşı peyvənd vurulur. Ədəbiyyat: “Təcrübədə immunlaşdırma” Modul 2. Bakı 2010 ,səh 10

Sual № 562

Yenidoğulmuşa gigiyenik vanna nə vaxt təyin olunur ?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 ,səh 34
Gigiyenik vannalar uşağın dərisini təmizləyir və sağlamlaşdırılması üçün aparılır. Gigiyenik vannalar göbək ciyəsi düşəndən 1-2 gün sonra aparılmalıdır.

Sual № 563

Ilk patronaj nə vaxt aparılır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ”Bakı 2007 səh 35
Uşaq doğum evindən evə yazıldıqdan sonra ilk 3 gün ərzində məsləhət üçün sahə tibb bacısı və həkim tərəfindən yoxlanılmalıdır. Bu ilk patronaj adlanır.

Sual № 564

Xardal yaxması qoyarkən nəyə fikir verilməlidir ?

  Ədəbiyyat: Л.A.Исaева,Л.К.Бaжenoвa.»Детские Болезни» Мockвa 1986, 306
Xardal iltihabı prosesin sorulmasına kömək edir.Onun təsirindən damarlar genəlir- qan dövranı yaxşılaşır.Xardal qoyarkən dərinin vəziyyətinə və həssaslığına fikir verilməlidir.

Sual № 565

Hipoksiyanın qısa müddətli dölə təsirindən nə qeyd olunur?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya” Bakı 2007 səh 145
Hipoksiya – yəni O2 aclığı bətndaxili və bətnxarici ola bilər, bu zaman cift qan dövranı pozulur – dölün bədəninə 02 az daxil olur və O2 aclığı baş verir. Bunun təsirindən dölün ürək döyüntüləri çoxalır yəni taxikardiya əmələ gəlir.

Sual № 566

Eksikoz dedikdə nə başa düşülür?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 56
Mədə bağırsaq infeksiyaları zamanı orqanizmin qusma və ishal nəticəsində çoxlu su itirməsi nəticəsində əmələ gələn susuzluğa eksikoz deyilir.

Sual № 567

Südəmər uşaqlarda hipotrofiya (çəkinin normadan az olması) nə zaman baş verir?

  Ədəbiyyat: A.A. Əyyubova .“Uşaq xəstəlikləri .”Bakı 2008
Hipotrofiya xroniki qida pozğunluğudur. Səbəbi xroniki xəstəliklər, ana südünün az olması – hipoqalaktiya və südün keyfiyyətsiz olması nəticəsində qidanın həzmi pozulur, uşağın çəkisi artmır, hətta azalır – hipotrofiya əmələ gəlir.

Sual № 568

Süd yarasının törədicisi nədir?

  Ədəbiyyat: A.A.Əyyubova.” Uşaq xəstəlikləri .“Bakı.2008,səh 90
Süd yarasını törədicisi kandida cinsinə aid maya göbələklərdir.

Sual № 569

Uşaqlarda yalançı inağ tutması zamanı hansı əlamətlər baş verir?

  Ədəbiyyat: A.A.Əyyubova .“Uşaq xəstəlikləri.” Bakı.2008,səh 205
Yalançı inaq kəskin larinqotraxeit zamanı əmələ gəlir. Səs telləri şişir, səs yarığı daralır, nəticədə uşaqda tənəffüs çətinləşir, hürücü öskürək və boğulma olur.

Sual № 570

Uşaq üçün duodenal zondun uzunluğu necə təyin ounur?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri. ”Bakı. 2008 ,səh 108
Duodenal zondlama həm diaqnostika həm də müalicə məqsədilə aparılır,xəstəliklər zamanı diaqnostika məqsədi ilə aparılır. Bunun üçün əvvəl zondun uzunluğu təyin edilməlidir. Bu qaş arasından göbəyə qədər olan məsafə ilə təyin edilir.

Sual № 571

Yenidoğulmuş uşağın əmizdirilmə müddəti maksimum necə dəqiqə olmalıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya”Bakı 2007 səh.72
Yenidoğulmuşlarda əmmə anadangəlmə refleksdir.Ona görə də sağlam uşaq döşü yaxşı tutur.İlk vaxtlar əmizdirmə müddəti 20-30 dəqiqə davam edir ki ,uşaq doysun.

Sual № 572

Qazanılma ürək qüsurları hansı xəstəlikdən sonra əmələ gəlir?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri .” Bakı.2008,səh 228
Revmatizm infeksion – allergik xəstəlik olub, ürək toxumasını daha çox zədələyir (miokardit, endokardit ,perikardit). Endokardit zamanı revmatik proses çox vaxt qapaqlar nahiyyəsini zədələyir və qazanılma ürək qüsurunu əmələ gətirir.

Sual № 573

Revmatizm zamanı uşaqda hansı üzv zədələnir?

  Ədəbiyyat: A.A. Əyyubova. “Uşaq xəstəlikləri ” Bakı.2008səh 229
Uşqalarda revmatizm zamanı əsasən ürək zədələnir. Ona görə deyilir ki, revmatizm oynaqları yalayır, ürəyi dişləyir.

Sual № 574

Sidiklə xaric olan şəkərə görə insulin hansı miqdarda təyin olunur ?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri ”Bakı 2008 səh 335
Şəkərli diabet xəstəliyi zamanı sidiklə ifraz olunan 4-5 qr şəkərə bir vahid insulun təyin edilir.

Sual № 575

Yenidoğulmuşlarda böyük əmgək hansı formada olur?

  Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 cтр 35
Yenidoğulmuşlarda böyük əmgək alın və təpə sümükləri arasında yerləşir, romb şəklində olur, adətən 12-15 aylığında bağlanır.

Sual № 576

Peyvənd otağında vaksinlər saxlanan soyuducularda temperatur neçə dəfə yoxlanılır?

  Ədəbiyyat: “Təcrübədə immumlaşdırma”Modul 2,.Metodik göstərişlər. Bakı, 2010,səh 15
Uşaq poliklinikasında vaksinasiya aparmaq üçün xüsusi peyvənd otağı olur. Otaqda vaksinləri saxlamaq üçün soyuducular qoyulur.Burada tələb olunan temperatur gözlənilməlidir (+2 +8) Ona görə gün ərzində 2 dəfə soyuducunun temperaturu yoxlanılır.

Sual № 577

Həll edilmiş AGDT ( göy öskürək, difteriya, tetanus əleyhinə) vaksinin istifadə müddəti nə qədərdir ?

  Ədəbiyyat: “ Təcrübədə İmmunlaşdırma” Modul 2, Metodik göstərişlər. Bakı, 2010,səh 7
Difteriya göyöskürək və tetanus əleyhinə kombinə olunmuş vaksin (AGDT) duru vaksindir. Sakit halda qaldıqda flakonda çöküntü əmələ gəlir.İstifadə etməkdən əvvəl çalxalamaq ,həll etdikdən sonra isə 5 gün müddətinə istifadə etmək lazımdır.

Sual № 578

Yenidoğulmuşlarda təmizləyici imalə nə vaxt aparılır?

  Ədəbiyyat: Л.А.Исаева.K.А.Баженова.”Детские Болезни” Mockвa1986 səh 369
Dispeptik əlamətlər (qusma, ishal) həzm pozğunluğu sayılır.Bəzən analar uşağı düzgün qidalandırmır onu çox yediirtməyə çalışır çox vaxt maye vermir və ya az verirlər.Nəticədə sadə dispepsiya deyilən xəstəlik baş verir.Belə halda uşağa təmizləyici imalə aparılır.

Sual № 579

Yenidoğulmuşların göbək qalığı necə işlənməlidir?

1) 3 % perekis
2) 70 % spirt
3) 5 % kalium permanqanat
4) 0, 5 %-li natrium sulfasil
5) 5 % -li natrium xlorid
6) 2 %-li natrium bikarbonat

  Ədəbiyyat: Л.A.Исаaeva,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986 ,стр 61
Yenidoğulmuşların göbək qalığı hal-hazırda işlənilmir. Aseptika-antiseptika qaydalarına riayət edilir. Buna baxmayraq, göbək qalığı gec sağalarsa, omfalit əlamətləri başlayarsa göbək qalığı işlənməlidir. Bu zaman 3%-li perekis 5%-li kalium permanqanat 70 dərəcəli spirtdən isifadə olnur.

Sual № 580

1 yaşda uşağın neçə dişi olmalıdır?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 65
Sağlam uşağın 6-7 ayından sağlam dişləri çıxmağa başlayır. İlk dəfə 2 aşağı 2 yuxarı sonra isə onların ətrafındakı süd dişləri çıxmağa başlayır.Beləliklə 1yaşda uşağın 8 dişi olur.n-4 formulu ilə hesablanır.( n-uşağın aylarının sayıdır) Məsələn, 12aylıq uşağın 12-4=8 dişi olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×