Tibb bacısı
1.219 elementdən 581-600 arası göstərilir.
Sual № 581
Yenidoğulmuşlar döşə ilk dəfə nə vaxt qoyulmalıdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 ,стр 28
Yenidoğulmuş uşağın vəziyyəti Apqar şkalasına görə qiymətləndirilir.Bu zaman uşağın və ananın vəziyyəti yaxşıdırsa uşaq doğulduqdan dərhal döşə qoyulur.
Sual № 582
Raxit xəstəliyinin profilaktikasına nə vaxt başlamaq lazımdır?
Ədəbiyyat: Н.В.Ежова, Е.М.Русакова, Г.И.Кащеева «Педиатрия» Минск «Вышейшая школа» 2002 стр132
Raxitin profilaktikasına antenatal dövürdən yəni hamiləlik vaxtı başlamaq lazımdır. Ana gündəlik rejimini düzgün təşkil etməli təmiz havada çox olmalı vitaminlərlə mikroelementlərlə zəngin qida qəbul etməlidir. D Vitamini isə hamiləliyin axırıncı 2 ayında əgər hamiləlik yaz-payız vaxtına təsadüf edilərsə verilir.
Sual № 583
Tutmaşəkilli spazmatik öskürək hansı xəstəlik üçün xarakterikdir?
Ədəbiyyat: K.A.Исaeвa,Л.К.Бажenoвa.»Детские Болезни» Mockвa1986 , стр 440
Göyöskürək xəstəliyinin əsas simptomu tutmaşəkillli öskürəkdir.Tutma birdən başlayır bir-birinin ardınca arasıkəsilməz uzaqdan eşidilən səsli öskürək baş verir . Bəzən apnoe (tənəffüsün dayanması) olur və dərhal öskürək başlayır. Bu hala repriza deyilir.
Sual № 584
Spazmofiliya xəstəliyinin xarakter simptomu hansıdır?
Ədəbiyyat: Л.A.Исaeвa,Л.К.Бaжenoвa.»Детские Болезни» Mockвa1986, стр 406
Spazmofiliya xəstəliyi zamanı qıcolma baş verərsə ,xəstəyə təcili yardım göstərilməlidir. İlk növbədə xəstəyə naşatır spirti iylətməli və hava gəlməsini təmin etmək lazımdır. Sonra qıcolma əleyhinə prepatlardan istifadə etmək olar.
Sual № 585
Hansı xəstəlikdə uşaqlarda bədənin bütün əzələlərində tonik-klonik qıcolmalar olur?
Ədəbiyyat: ЛA.Исaeвa,Л.К.Бaжеnoвa.»Детские Болезни» Mockвa1986, стр 412
Spazmoliya xəstəliyinə uşaqlar arasında ən çox 6-18aylarda rast gəlinir.Xəstəliyin eklampsiya formasında bədənin bütün əzələrində tonik-klonik qlcolmalar olur.
Sual № 586
Uşaqları difteriya xəstəliyindən qorumaq üçün nə etməli?
Ədəbiyyat: Л.A.Исaevвa,Л.К.Бaжenovвa.»Детские Болезни» Mockva1986 , стр483
Uşaqları difteriya xəstəliyindən qorumaq üçün aktiv immunizasiya aparmaq lazımdır.
Sual № 587
Tibb bacısı yenidoğulmuşlara neçə dəfə patronaja getməlidir?
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987,стр88
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı yenidoğulmuşları həftədə 1 dəfə patronaj etməlidir.Patronajın əsas məqsədi:Tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına məlumat verir.
Sual № 588
Tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara neçə dəfə patronaja getməlidir?
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987,стр 89
Qəbul olunmuş qaydalara əsasən tibb bacısı 1 yaşdan 2 yaşa qədər uşaqlara ayda 1 dəfə patronaja getməlidir. Patronajın məqsədi: tibb bacısı anaya məsləhət verir, uşağın necə qidalandırıldığını görür, dərisinə, selikli qişasına baxır, uşağın inkişafına nəzarət edir və bu barədə sahə pediatrına xəbər verir
Sual № 589
Uşaqların profilaktik peyvənd kitabçası hansıdır?
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockвa1987,стр 90
Hər bir uşaq uşaq poliklinikasının qeydiyyatında olur.Uşaqları müəyyən xəstəliklərdən qorumaq ücün Dövlət tərəfindən təstiq olunmuş profilaktik peyvənd təqvimi var. Bu peyvəndlər isə f-063adlanan formada qeyd olunur.
Sual № 590
Uşaqların inkişaf kitabçası hansıdır?
Ədəbiyyat: Организация лечебно – профилактической помощи детям Mockva1987, стр 90
Uşaq doğum evindən evə yazıldıqdan sonra sahə pediatrı və sahə tibb bacısı tərəfindən nəzarətə götürülür. Uşağın fiziki və sinir-psixi inkişafı yoxlanılır. Lazım gəldikdə iaborator analizlər aparılır. Bütün bunlar isə uşağın inkişaf kitabcası sayılan 112 nömrəli formada qeyd olunur.: Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 14.1997-ci 61 saylı əmriОрганизация лечебно – профилактической помощи детям Mockva1987, стр 90
Sual № 591
Uşaqlarda böyük əmgək neçə ayında bağlanır?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 66
Uşaq doğularkən kəllə sümüklərinin birləşmə yerlərində olan kiçik əmgəklər bağlanlr. Alın və təpə sümükləri arasında olan böyük əmgək isə uşagın 12-15 ayında bağlanlr.
Sual № 592
Uşaqlarda gecə sidiyi saxlaya bilməmək necə adlanır ?
Ədəbiyyat: A.A.Əyyubova –Uşaq xəstəlikləri.Bakı. 2008,səh 269
Gecə sidiyi saxlaya bilməmək-enurez ən cox məktəbəqədər bəzən yeniyetmə dövrundə oğlanlarda daha çox baş verir. Enurezin əmələ gəlməsində böyrək xəstəlikləri və sinir sistemi tərəfindən psixi travma qorxu və s.səbəb ola bilər.
Sual № 593
Uşağı döşdən nə zaman ayırmaq məsləhətdir?
Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 75
Uşağın düzgün inkişafı üçün onu tələb olunan miqdarda qidalandırmaq lazımdır. Bunun ücün ən əlverişli üsul ana südüdür. Ana südü keyfiyyətcə dəyişir,1,5-2 yaşında uşağı döşdən ayırmaq lazım gəlir. Uşağı döşdən ilin soyuq vaxtı ayırmaq olar.
Sual № 594
Neçə həftəliyində doğulmuş uşaq vaxtında doğulmuş hesab edilir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 37.
Vaxtında doğulmuş uşaq ana bətnindəki inkişafın 38-42 həftəsini keçirmiş, funksional cəhətcə yetişmiş uşaqdır.Bu uşaqların çəkisi 3500-2400 qram arasında,boyları isə 48-52 sm arasında olur.
Sual № 595
Uşaq necə aylığında başını saxlamağa başlayır?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 26.
Fiziki və sinir-psixi normal sağlam inkişaf etmiş sağlam uşaq artıq 1-2 aylığında başını saxlamağa başlayır. 2 aylığında isə uşağı vertikal vəziyyətdə tutduqda başınıyaxşı saxlayır.
Sual № 596
Uşaq necə ayında sərbəst oturur?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 28.
Sağlam uşaq 6-7 aylığında sərbəst oturur,iməkləməyə başlayır.Sərbəst və asanlıqla qarnı üstündən arxası üstə cevrilir.
Sual № 597
Südəmər uşaqlarda bir dəqiqədə tənəffüs hərəkətlərinin sayı neçəyə bərabərdir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 59.
Südəmər uşaqlarda tənəffüsü uşaq yatdıqda və ya sakit vəziyyətdə olduqda sayırlar. Uşaqlarda tənəffüs qarışıq tipli olur. Südəmər uşağın tənəffüsünün sayı bir dəqiqədə 30-35 olur.
Sual № 598
Döş kifozu uşağın hansı ayında baş verir?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр 50.
Uşaqların sümüyü böyüklərinkinə nisbətən elastiki,yüngül olur, təzyiqin təsirindən tez əyilərək formasını dəyişir.Bu səbəbdən də uşaq 6 aylığında oturmağa başlayır və bu vaxt uşaqda döş kifozu əmələ gəlir.
Sual № 599
Uşaqlarda süd dişlərinin sayı hansı formula əsasə təyin olunur?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50
Uşaqlarda süd dişləri 6-7 aylığından çıxmağa başlayır.12 ayında uşağın neçə dişi olduğunu n-4 folmulundan istifadə edərək tapa bilərik(n-ayların sayıdır) 12-4=8. Deməli 12aylıq uşağın 8 dişi olur.
Sual № 600
Uşaqlar süd dişlərini hansı yaşda dəyişməyə başlayır?
Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр50.
Sağlam uşaqlarda süd dişləri uşağın 6-7 aylığından çıxmağa başlayır. 5-7 yaşında isə uşaq artıq süd dişlərini dəyişməyə başlayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?