Tibb bacısı

1.219 elementdən 601-620 arası göstərilir.

Sual № 601

Normal cəkili sağlam uşağa birinci əlavə yemək olaraq nə verilir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. Москва 1986 стр104
Əlavə yemək uşağa böyüməkdə olan uşaq orqanizminin zülallara,yağlara,karbohidratlara olan tələbatını ödəmək üçün verilir.Birinci əlavə yemək uşağa 5 aylığından tərəvəz püresi şəklində verilir.

Sual № 602

6 ayliq uşağa İkinci əlavə qida kimi nə verilir?

  Ədəbiyyat: Москва Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр105
Исаев "Дутские болезни": Второй прикорм назначают в 6 мес. в виде каши(манная и др.) или овощного пюре, если не было использовано в виде первого прикорма

Sual № 603

Süni qidalanan uşağa ana südünü əvəzedici kimi nə vermək olar?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр108
Südlü qarışıqların tərkibi ana südünə yaxınlaşdırılmış olur və uşaq orqamizminin tələbatını ödəyir.Ona görə də ana südü catışmadıqda südlü qarışıqlardan istifadə edilir.

Sual № 604

Şəkərli diabetlə xəstə olan uşağın qidasından nə çıxarılır?

  Ədəbiyyat: ЛА.Исаева.Л.А.Баженова .Деские болезни. Москва 1986 стр449
Şəkərli diabet zamanı pəhriz əsasdır.Pəhriz elə olmalıdır ki,uşağın fizioloji tələbatını ödəsin.Şəkərli diabet zamanı qanda şəkərin miqdarını artırmamaq məqsədilə uşağın qidasından konfet clxarılır.

Sual № 605

Yoluxucu xəstəlik keçirmiş uşaqda hansı formada immunitet yaranır?

  Ədəbiyyat: Təcrübədə immunlaşdırma.Modul 1.Bakı 2010.,səh 17
Xəstəlikləri tam ləgv etmək, yaxud onlarla xəstələnmə hallarını azaltmaq məqsədilə uşaqların immunizasiyası aparılır. İmmunizasiyadan və yoluxucu xəstəliklərlə xəstələndikdən sonra uşaqda aktiv, təbii immunitet yaranır.

Sual № 606

Kəskin respirator virus infeksiyasından sonra uşaqlarda daha çox hansı ağırlaşma baş verə bilər?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 986 стр211
Pnevmoniya xəstəliyi 3 yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir.Xəstəliyin etioloji faktorlarından biri qrip virusudur.Ona görə də qriplə xəstələnən uşaqların bir çoxunda xəstəliyin ağırlaşması kımı pnevmoniya baş verir

Sual № 607

Uşaq yaşlarında anemiyanın hansı formalarına daha çox rast gəlinir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 177.
Uşaqlar keyfiyyətli qidalanmadıqda,yəni qida ilə orqanizmə lazım olan miqdarda dəmir daxil olmadıqda dəmirdefisitli anemiya əmələ gəlir.Eyni zamanda bir çox xəstəliklər zamanı ( yoluxucu xəstəliklər,raxit,hipotrofiya və s.) dəmirin orqanizmə sorulması pozulur. Nəticədə dəmidefisitli anemiya əmələ gəlir.

Sual № 608

Yarımçıq doğulmuş uşaqlarda hansı əmgək açıq olur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
28 həftə ilə 38 həftə arasında doğulan,çəkisi 2500 qr-dan az ,boyu isə 45 sm-dən az olan uşaq yarımçıqdoğulmuş hesab edilir.Vəziyyəti Apqar şkalasına görə 3 bal ilə qiymətləndirilən,çəkisi 1500 qr-dan az,boyu isə 35 sm-dən az olan yarımçıqdoğulmuş uşaqda böyük,kiçik və yan əmgəklər açıq olur.

Sual № 609

Yenidoğulmuşlarda ağır asfiksiya Apqar şkalasına görə necə balla qiymətləndirilir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 119..
Yenidoğulmuşlarda asfiksiyanı 3 dərəcəyə ayrılır-yüngül,orta ağır və ağır.Apqar şkalasına görə uşağın vəziyyəti 1-3 balla qiymətləndirilərsə, bu ağır asfiksiya sayılır.

Sual № 610

Boyunun uzunluğu neçə santimetr olan uşaq yarımçıqdoğulmuş sayılır?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни. 1986 стр 113.
28-38 həftəliyində doğulmuş çəkisi 2500 qr-dan ,boyu 45 sm-dən kiçik olan uşaq yarımçıqdoğulmuş sayılır.

Sual № 611

Bişməcənin qarşısını almaq ücün yenidoğulmuşun dərisi nə ilə təmizlənir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 29
Yenidoğulmuşu günaşırı qaynanmış su ilə çimizdirmək lazımdır.Yenidoğulmuşun dərisi çox zərif və tez zədələnən olur.Uşağı yuduqdan sonra onun dərisini steril bitki yağı ilə silmək lazımdır.

Sual № 612

Yenidoğulmuşun göbək qalığı adətən neçənci gün düşür?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 30.
Uşaq doğulduqdan sonra 2 saat ərzində göbək işlənilir, sıxıcı qoyulur. Göbək qalığı quru saxlanılır. Sağalmış göbək qalığı 4-5 ci gün düşür.

Sual № 613

Tibb bacısı poliklinikadan kənarda uşaqda larinqospazm olduğunu görərsə,nə etməlidir?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 201
Larinqospazm səs yarığının daralması, qırtlağın stenozu deməkdir. Bu zaman uşaqda tənəffüsün dayanması baş verir. Belə vəziyyətdə uşağa ilk yardım göstərilməzsə, uşaq boğula bilər. Ona görə tibb bacısı uşağı təcili olaraq xəstəxanaya göndərməlidir.

Sual № 614

Vərəmin bütün formalarında uşaqda hansı əlamət müşahidə olunur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 248.
Vərəm xəstəliyinə uşaqlar bütün yaşlarda yoluxa bilərlər.Vərəmin bütün formalarında uşaqlarda intoksikasiya əlamətləri olur. Vərəm xəstəliyinə yoluxmuş uşaq əsəbi olur,yuxsu pozulur,zəiflik,iştahanın azalması, baş ağrısı olur. Belə xəstələrdə temperatur subfebril olur.Uşaq çox tərləyir,çəkisi az artır.

Sual № 615

Yenidoğulmuş sağlam uşağa BSJ vaksini neçənci gün vurulur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 257.

Sual № 616

Yenidoğulmuşlarda kefalohematoma zamanı qansızma harada olur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр125.
Kefalohematoma doğuş zədələrinə aiddir. Yenidoğulmuş uşaqda kefalohematoma, yəni qansızma sümüklə sümüküstlüyü arasında olur, alın-ənsə-gicgah nahiyəsində yerləşir, 2-3 həftədən sonra tamailə sorulur.

Sual № 617

Qanda şəkəri yoxlamaq üçün uşağı laboratoriyaya nə vaxt göndərmək lazımdır?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 450.
Uşaqlarda qanda şəkəri yoxlamaq üçün uşağı laboratoriyaya acqarına göndərmək lazımdır.

Sual № 618

Su çiçəyi ilə xəstələnmiş uşaqla kontakda olan 3 yaşa qədər uşaq neçənci gündən izolə olunmalıdır?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 500.
Su çiçəyi xəstəliyinin inkubasion dövrü 2-3 həftə olur.Xəstəliyi virus törədir.Xəstəlik hava- damcı yolu ilə yayılır. Xəstə uşaq xəstəliyin 9-10-cu günündən sonra yoluxucu olur. Ona görə xəstə uşaqla kontakda olan 3 yaşa qədər uşaqlar xəstələnmənin 11-ci günündən 21-ci gününədək izolə olunurlar.

Sual № 619

Su çiçəyi səpgilərini işləmək üçün hansı məhluldan istifadə olunur?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 501
Su çiçəyi xəstəliyinin xarakterik xüsusiyyəyi odur ki, bədənin hər yerində,hətta saçın içərisindədə müxtəlif formalı (ləkə, papula, vezikula) təzə və qabıqlamış səpgilər olur. İkincili infeksiyanın qarşısını almaq üçün bu səpgilər brilyant yaşılı abısı ilə işlənilir.

Sual № 620

Uşaqda kəskin otit olduqda tibb bacısı hansı proseduru apara bilər?

  Ədəbiyyat: Л.А.Исаева.Л.А.Баженова .Детские болезни.1986 стр 116
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×