Tibb bacısı

1.219 elementdən 641-660 arası göstərilir.

Sual № 641

Uşaqda mədə xorası zamanı qida rasionundan nə çıxarılır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 374

Sual № 642

Uşaqda mədə bağırsaq qanaxması zamanı tibb bacısının ilk tədbiri nədir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 ст. 381
Uşaqda mədə bağırsaq qanaxması qorxulu bir vəziyyət olduğu üçüntibb bacısı bu zaman ilk tədbiriolaraq, uşağı tez bir zamanda stasionara çatdırmalıdır. Çünki, belə xəstəyə təcili həkim yardımı göstərilməlidir.

Sual № 643

Uşaqda defekasiya aktını ləngidən qidalar hansılardır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 cтр. 74
Çox şirniyyat qəbulu qida həzmini çətinləşdirdiyinə görə defekasiya aktını ləngidir.

Sual № 644

Uşaqda defekasiya aktını normallaşdıran qidalar hansılardır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 75
Tünd ədviyyatlı, turş, duzlu qidalar bağırsağın daxili mühitini pozur, defekasiya aktını, ləngidir. Qara çörək və tərəvəzin tərkibində hüceyrə lifləri olduğuna görə defekasiya aktını normallaşdırır.

Sual № 645

Vaxtından əvvəl doğulmuş uşaq üçün ən ideal dəyərli qida nədir?

  Ədəbiyyat: N.Tağıyev “Neanatologiya ”Bakı 2007 səh 124
Ana südü uşaq üçün dəyərli və əvəz edilməz bir qidadır, tərkibinə görə orqanizm tərəfindən asan mənimsənilir. Bağırsağın normal mikroflorasını qoruyur.

Sual № 646

Hamiləliyin neçə həftəsindən əvvəl doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ””Bakı” 2007 səh 126
Normal hamiləlik 39-41 həftəyə qədər olan hamiləlikdir. Bu dövrdə doğulan uşaq ana bətnində inkişaf edərək funksional cəhətdən yetişmiş uşaq olur. 37 həftədən əvvəl doğulan uşaq isə funksional cəhətdən yetişməmiş, vaxtından əvvəl doğulmuş uşaq sayılır.

Sual № 647

Yeni doğulma dövründə sepsisə səbəb olan giriş qapısı hansıdır?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı 2007 səh 126
Yenidoğulmuşlarda sepsis :hər hansı bir mənbədən mikrobun qan və limfa axınına daxil olmasındır. Yenidoğulmuşda giriş qapısınının əsasını göbək yarası təşkil edir. Aseptika, antiseptikaya qaydalarına əməl etmədikdə yenidoğulmuşun göbək güdülü infeksiyalaşır və sepsis əmələ gəlir.

Sual № 648

Aşağıdakılardan hansı yeni doğulmuşun hemolitik xəstəliyində orqanizmə toksiki təsir edir?

  Ədəbiyyat: N.Tağıyev “Neonatologiya ” Bakı-2007 səh 305
Yenidoğulmuşların hemolitik xəstəliyində qanda qeyri-düz bilirubinin miqdarı çoxalır. O da orqanizmə toksik təsir edir.

Sual № 649

Uşaqda birinci dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 28
Hipotrofiya arıqlama deməkdir, səbəbi müxtəlifdir. –anada süd azlığı- hipoqalaktiya, keyfiyyətsiz bir tərəfli qidalanma, pis qulluq, xroniki xəstəliklər (vərəm dizenteriya və s.) 1 dərəcəli hipotrofiyada çəki itkisi 10-15% olur. Uşağın ümumi vəziyyəti qənaətbəxş olur. Dəri bir qədər avazıyır ,yuxu, iştaha pozğunluğu müşahidə olunur.

Sual № 650

Uşaqda II dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir.?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 84
II dərəcəli hipotrofiyada çəki 15-30% azalır, belə uşaqda dəri və selikli qişalar avazıyır, uşağın sifəti, qarnında və ətraflarında piy qatı azalır. Uşaq passivləşir, yuxu və iştahası pozulur, immuniteti zəifləyir, belə uşaqlar tez-tez infeksion xəstəliklərlə xəstələnirlər.

Sual № 651

Uşaqda III dərəcəli hipotrofiyada çəki itkisi neçə % təşkil edir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 86
III dərəcəli hipotrafiyada çəki 30-40% itir. Buna distrofiya da deyilir. Belə uşaq çox passiv olur, qan azlığı, dəri və selikli qişaların avazıması olur, immunitet çox, zəifləyir ,uşaq tez-tez xəstələnir, İnfeksiyalara tez yoluxur. Bütün bədəndə piy qatı azalmış olur.

Sual № 652

Südəmər uşaqda qazanılma hipotrofiyanın əsas səbəbi nədir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90
Hipotrofiya arıqlamadır, səbələri müxtəlifdir. Pis qidalanma, pis qulluq, xroniki xəstəliklər və s. Əsas səbəblərdən biri anada, süd azlığı- hipoqalaktiyadır.

Sual № 653

Aşağıdakılardan hansı xromosom xəstəliyidir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 səh 352
Daun autosom tipli irsi xromosom xəstəliyidir. Xəstəlik 15,21,22-ci xromosomlarda olan patologiya ilə əlaqədar olaraq əmələ gəlir. Bu xəstəliyin xarakterik simptomları olur. Belə uşaqların boyu qısa, gözləri xırda, qulaqları qeyri simmetrik, ağızı yarım açıq, başı böyük olur. Ağıl zəifliyi xəstəliyin xarakterik əlamətidir.

Sual № 654

Təbii qidalanan sağlam uşağa əlavə qida hansı aydan verilir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 99
6 ay uşağın qida təlabatını ana südü tam ödəyir. Sonra orqanizmin təlabatı artdığı üçün ana südü ilə bərabər uşağı 6-cı aydan əlavə qidalar da verilir.

Sual № 655

Hansı çəkidə doğulan uşaq vaxtından əvvəl doğulmuş sayılır.?

  Ədəbiyyat: N. Tağıyev” Neonatologiya””Bakı” 2007 səh 125
Vaxtından əvvəldoğulmuş uşağın çəkisi 2500 və ondan az olur. Bunun əsas səbəbi hamiləlik dövrünün başa çatmamasıdır. Çünki hamiləliyin axırıncı 2 ayında dölün ana bətnində fiziki cəhətdən böyüməsi başa çatır.

Sual № 656

Uşaqda burun – udlaq keçəcəyinin iltihabı necə adlanır?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 202
Uşaqda burun udlaq keçəcəyinin iltihabı nazofaringit adlanır. Anatomik fizioloji xüsusiyyətə görə burunda iltihab olduqda prosesə burun udlaq keçəcəyi də qoşulur,bu səbəbdən də uşaqlarda nazofaringitə çox rast gəlinir.

Sual № 657

Uşaqda bronxial astma nə ilə xarakterizə olunur.?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 190
Bronxial astma infeksion allergik xəstəlikdir. Xəstəlik zamanı bronxlarda spazm baş verir, xəstədə nəfəsvermə aktı çətinləşir.bu da boğulma tutmalarına səbəb olur.

Sual № 658

Südəmər uşaqda rinitin ağırlaşması nədir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəliklər” “Bakı”2008 səh 180
Südəmər yaş dövründə burunla orta qulaq arasında olan Efstax borusu qısa və enli olduğuna görə rinit (burunun selikli qişasının iltihabı) zamanı infeksiya asanlıqla orta qulağa keçərək otit əmələ gətirir.

Sual № 659

Uşaqda kəskin otitin əsas əlaməti nədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 191

Sual № 660

Revmatik poliartitdə hansı oynaqlar daha çox zədələnir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 228
Revmatik poliartitin ən çox oynaqları zədələyir.Revmatik poliartiritdə əsasən böyük oynaqlar zədələnir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×