Tibb bacısı

1.219 elementdən 661-680 arası göstərilir.

Sual № 661

Uşaqda ac qarına selikli və turş iyli qusma hansı xəstəlikdə çox olur?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 82
Qastrit mədənin selikli qişasının iltihabıdır. Qastrit zamanı mədənin selik ifrazı çoxalır, turşuluq pozulur və qidanın həzmi çətinləşir. Xəstəliyin ən xarakterik simptomu selikli və turş iyli qusmadır.

Sual № 662

Qızılca infeksiyasında səpgi neçəngi gün əmələ gəlir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр. 488
Qızılca kəskin infeksion xəstəlikdir. Xəstəlik kataral əlamətlərlə başlayır.. 4-5-ci gün səpgi əmələ gəlir.

Sual № 663

Epidemik parotitin törədicisi nədir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 503
Epidemik parotit kəskin infeksion xəstəlikdir. Əsas iltihabi proses qulaqdibi vəzilərdə gedir, törədicisi viruslardır.

Sual № 664

Hepatit B-nin infeksiya mənbəyi hansıdır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 547
Hepatit B infeksion xəstəlikdir. Xəstəlik əsasən parenteral yolla yoluxur.İnfeksiya mənbəyi isə xəstə insanlardır.

Sual № 665

Vərəm çöpləri orqanizmə hansı yolla daxil olur?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 248
Vərəm xroniki infeksion xəstəlikdir. İnfeksiya mənbəyi xəstə insan və xəstə heyvandır. Törədicisi vərəm çöpləridir. Yuxarı tənəffüs yolları ilə yoluxma baş verir.

Sual № 666

Uşaqda vərəmin ən çox zədələdiyi orqanı hansıdır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 249
Vərəm infeksion xəstəlikdır. Xəstəlik hava-damcı yolu vasitəsilə - yuxarı tənəffüs yolları ilə yoluxur. Ən çox zədələndiyi orqan ağciyərlərdir.

Sual № 667

Südəmər uşağa əlavə qidanın verilməsində məqsəd böyüyən orqanizmin hansı təlabatının ödənilməsidir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 100
Südəmər uşaq 6 ay ana südü ilə qidalanır. Ana südü uşağın bütün qida inqridientlərinə olan təlabatını ödəyir.6 aydan sonra isə böyüyən orqanizmin qida təlabatını ödəmək üçün uşağa əlavə qida təyin edilir.

Sual № 668

Yenidoğulmuşlarda boyun orta uzunluğu neçə sm təşkil edir?

  Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “Bakı”2007 səh 39
Vaxtında yenidoğulan uşaqda boyun uzunluğu 45 sm-dən yuxarı 48-50-52 sm təşkil edir ki, bu yenidoğulmuşa məxsus normal boy hesab edilir.

Sual № 669

Südəmər uşağı meyvə şirəsi nə ilə təmin edir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
Südəmər uşağa meyvə şirəsi 2-3 aylığından verilir. Meyvə şirəsi uşağı daha çox vitaminlərlə təmin edir.

Sual № 670

Südəmər uşağı yumurta sarısı əsasən nə ilə təmin edir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 101
Yumurta sarısı uşağı əsasən D vitamini ilə təmin edir.

Sual № 671

Uşağın qanında şəkəri yoxlamaq üçün qan nə vaxt götürülür?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” “Bakı”2008 səh 333
Qanda şəkəri yoxlamaq üçün qan səhər acqarına barmaqdan göturülür. Çünki, qidalanmadan sonra qanın tərkibi bir qədər dəyişə bilər və nəticə düzgün olmaz.

Sual № 672

Zimnitski sınağında sutkalıq sidik neçə saatdan bir yığılır?.

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri””Bakı” 2008 səh 267
Zimnitski sınağı böyrək xəstəlikıərində aparılan ən dəqiq sınaqlardan biridir.Bunun üçün sutkalıq sidik hər 3 saatdan bir yığılır.Yığılmış sidiyin xüsusi çəkisi,gecə və gündüz sidiyinin fərqi və sutkalıq sidiyin miqdarı təyin edilir.

Sual № 673

Qastroenterit zamanı mədənin yuyulmasında məqsəd nədir?

  Ədəbiyyat: A.A. Əyyubova “Uşaq xəstəlikləri” Bakı”2008 səh 88
Qastroenterit mədə və nazik bağırsağın müştərək iltihabı olub, müxtəlif zəhərlənmələr nəticəsində əmələ gəlir. Bu zaman mədənin yuyulmasında məqsəd toksini bədəndən tez xaric etməkdir.

Sual № 674

Neçənci ayında uşaq anasını başqalarından seçir?

  Ədəbiyyat: N. Tağıyev” Neonatologiya “”Bakı”2007 səh 42
Uşaq anadan olandan sonra xarici mühiti hiss orqanları vasitəsilə qavramağa başlayır. Məs: eşitmə,görmə, qoxu dad bilmə və s. Qoxu hissiyyatı 4-cü aydan əmələ gəlir və uşaq anasını iyinə görə tanıyır, başqalarından seçir.

Sual № 675

Uşaqlarda helmintozun törədicisi nədir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
Helmintoz uşaqlar arasında çox təsadüf edilən xəstəlikdir. Törədicisi parazit qurdlardır. Qurdlar orqanizmə gigiyenik qaydalara riayət etmədikdə daxil olur. Çirklənmiş qida, meyvə- tərəvəz, qaynanmamış su ilə yoluxma baş verir.

Sual № 676

Südəmər uşağın qida rasionuna ət qiyməsi nə vaxt daxil edilir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 102
Uşaq böyüdükcə onun qida rasionu dəyişir, orqanizmin təlabatı artır.Ona görə də uşağın qidası müxtəlif tərkibli olmalıdır. 9-cu aydan uşağın qidasına ət qiyməsi daxil edilir.

Sual № 677

Uşaqda bağırsaq keçməməzliyinə daha çox hansı parazit səbəb olur?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 586
Uşaqda çox təsadüf edilən askarid qurdunun uzunluğu 20-25 sm qədər olur. Qurdun süfrəsi bağırsaq divarından qana keçir bədəndə miqrasiya edərək bir sıra ağırlaşmalar verə bilər. Bəzən də qurdun özü bağırsaqda yığılaraq bağırsaq keşməməzliyinə səbəb olur.

Sual № 678

Uşaqlarda sidiyin ümumi müayinəsi üçün hansı sidik götürülür?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008”Bakı” səh 270
Uşaqda sidik götürməzdən əvvəl çalışmaq lazımdır ki, götürülən sidiyə heç nə qarışmasın, sonra ilk sidik atılır, orta porsiya müayinə üçün götürülür.

Sual № 679

Dəri bişməcəsinin profilaktikası üçün dəri nə ilə təmizlənir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 175
Körpə uşağa düzgün qulluq etmədikdə büküşlərdə və sağrıda bişməcələr əmələ gəlir. Onun olmaması üçün uşağın dərisini hər gün steril bitki yağı ilə silmək lazımdır.

Sual № 680

Yeni doğulmuşlarda dəri bişməcələrinin səbəbi nədir?

  Ədəbiyyat: N. Tağıyev “Neontologiya” 2007 səh 178
Yenidoğulmuşun dərisi yumşaq və yağlı olur, ona görə uşağın dərisini təmiz və quru saxlamaq lazımdır. Yenidoğulmuşun dərisinə pis qulluq etdikdə dəri bişməcəsi əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×