Tibb bacısı

1.219 elementdən 681-700 arası göstərilir.

Sual № 681

Yenidoğulmuşlarda tərliliyin səbəbi nədir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” 2007 səh 52
Yenidoğulmuşa pis qulluq etdikdə,uşağı çox isti saxladıqda dəridə tərlilik (dəridə səpgili qızartı) əmələ gəlir.

Sual № 682

Uşaqda mədənin təcili yuyulmasına göstəriş nədir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 90
Qida zəhərlənməsi mədənin təcili yuyulmasına göstərişdir. Qida zəhərlənməsinə səbəb mikrobun toksinidir. Toksini isə bədəndən tez xaric etmək lazımdır.

Sual № 683

Kəskin böyrək ağrısında yardım üçün hansı preparatdan istifadə edilir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270
Kəskin böyrək ağrısında spazmı aradan qaldırmaq üçün noşpa və baralgindən istifadə olunur.Bu preparatlar spazmı və ağrını tez aradan qaldırır.

Sual № 684

Yeni doğulmuşa hansı hepatitə qarşı peyvənd vurulur?

  Ədəbiyyat: Təcrübədə immunlaşdırma Modul 2 Bakı 2008
Yenidoğulmuşlara doğuşdan sonrakı ilk 12 saat ərzində pepatit B-yə qarşı peyvənd budun ön səthinə dəri altına vurulur.

Sual № 685

Profilkatik peyvənd hansı otaqda vurulmalıdır?

  Ədəbiyyat: “Təcrübədə immunlaşdırma “Modul 1 Bakı 2008,səh 15
Profilaktik peyvəndlər infeksion xəstəliklərin qarşısını almaq üçün,infeksiyanın yayılmaması üçün peyvənd ancaq peyvənd otağında vurulur.

Sual № 686

Salmanelyozla yoluxma mənbəyi aşağıdakılardan hansı ola bilər?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 562
Salmonelyoz infeksion bağırsaq xəstəliyidir, törədicisi salmonellalardır. İnfeksiya mənbəyi yoluxmuş qida və sudur.

Sual № 687

Uşaqlarda mədənin yuyulmasına əks göstəriş nədir?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 91
Müxtəlif mənşəli zəhərlənmələrdə, kəskin qastritdə - uşaqda tez-tez qusma , qaytarma olan hallarda ilk yardım mədənin yuyulmasıdır. Mədə qanaxması zamanı mədənin yuyulması əks göstərişdir.

Sual № 688

Yenidoğulmuşun dərisinin ilkin təmizlənməsi necə aparılır?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 60
Yenidoğulmuşun dərisi çox zərif və incə olduğu üçün tez zədələnə bilir. Ona görə yenidoğulmuşun dərisini steril bitki yağı ilə təmizləmək məsləhətdir.

Sual № 689

Yenidoğulmuşlarda Apqar şkalası ilə nə qiymətləndirilir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” Bakı”2007 səh 48
Uşaq doğularkən onun vəziyyətini qiymətləndirmək üçün Apqar şkalasından istifadə olunur. Bu zaman uşaqda ürəyin fəaliyyətinə, tənəffüsün tezliyinə, dərinin rənginə, əzələ tonusu və reflekslərə fikir verilir. Hər əlamətə 2 bal verilərək uşağın vəziyyəti qiymətləndirilir.

Sual № 690

Südəmər yaşda süni qidalanmaya keçilməsinə göstəriş nədir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 156
Südəmər yaşda intensiv böyümə düzgün və keyfiyyətli qidalanmaya əsaslanır. Ən dəyərli qidalar bu yaşda ana südüdür. Ancaq ana südü müəyyən səbəblərdən olmadıqda uşağın qida inqridientlərinə olan təlabatını ödəmək üçün ana südünə uyğun olan südlü qarışıqlardan- adaptasiya olunmuş qidalardan istifadə olunur . Buna göstəriş ana südünün olmamasıdır.

Sual № 691

Selikli qanlı nəcis hansı xəstəlik üçün xarakterdir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 558
Dizenteriya bağırsaq infeksiyasıdır. Xəstəliyin əsas əlaməti selikli, qanlı nəcis ifrazı, qusma,tenezmlərdir.Xəstəlik zamanı yoğun bağırsağın selikli qişasında iltihabı proses olur, xoralar əmələ gəlir ,bu da selikli qanlı nəcis ifrazına səbəb olur.

Sual № 692

Eskikoz və toksikiz hansı infeksion xəstəlik üçün xarakterikdir?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 565
Dizenteriya infeksion bağırsaq xəstəliyidir. Xəstəliyin xarakterik simptomu qusma,ishal,qarında tutma şəklində ağrılardır. Qusma və ishal nəticəsində bədən çoxlu su itirir – eksikoz əmələ gəlir.

Sual № 693

Uşaqda sutkalıq sidiyin azalması necə adlanır?

  Ədəbiyyat: A.A.Əyyubova “Uşaq xəstəlikləri” Bakı 2008 səh 270
Sidik ifrazat orqanlarənən xəstəlikləri zamanı sidik ifrazının pozulması xarakterik əlamətdir. Xəstəlik zamanı böyrəyin süzmə qabiliyyəti pozulur və sidik ifrazı azalır. Oliqouriya əmələ gəlir.

Sual № 694

Tibb müəssisələrində,hepatit B və C–nin yoluxma yolları hansılardır?

  Ədəbiyyat: Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 548
İnfeksiyalar orqanizmə müxtəlif yollarla (hava damcı,kontakt, fekal-oral və s.yollarla ) daxil olur. Yuxarıda qeyd edilən infeksiyaların isə ən əsas yoluxma yolu parenteral yoluxmadır.(inyeksiya vasitəsi ilə). İnyeksiya edərkən aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən çox ciddi əməl edilməlidir. Aseptika və antiseptika qaydalarına tibb bacısı tərəfindən əməl edilmədikdə Hepatit B və Hepatit C –yə yoluxma baş verə bilər.

Sual № 695

Təmizləyici imalə edilərkən yeni doğulmuşun vəziyyəti necə olmalıdır?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya””Bakı” 2007 səh 75
Təmizləyici imalə aparmaq üçün xəstə sol böyrü üstə kuşetkaya və ya çarpayının kənarına yaxın uzadırılır, o ayaqlqrını qarnına sıxıb dizdən qatlayır.

Sual № 696

Yenidoğulmuşda bişməcə bədənin hansı hissələrində müşahidə edilir?

  Ədəbiyyat: N. Tağıyev “Neonatologiya” “Bakı”2007 səh 175
Yenidoğulmuşun dərisi zərif və incə olub,piy vəziləri də yaxşı inkişaf etmiş olur. Dəri bişməcələri uşağı gec-gec çımizdirdikdə, isti saxladıqda əmələ gəlir .Ona görə də uşağa düzgün gigiyenik qulluq edilməlidir.

Sual № 697

Hemofiliya necə xəstəlik sayılır?

  Ədəbiyyat: Ədəbiyyat:Л.Ф.Исаева, Л.К.Баженова «Детские болезни » Москва 1986 стр 358
Hemofiliya qanda laxtalanma amillərinin çatmaması nəticəsində əmələ gələn irsi qan xəstəliyidir. Belə uşaqların qanı gec laxtalanır,qanaxmaya meyilli olur.

Sual № 698

Rezusu mənfi anadan doğulacaq uşaqda hemolitik xəstəliyin qarşısını almaq üçün anaya nə köçürülür?

  Ədəbiyyat: Tağıyev N Neonatologiya.Bakı 2007.səh.269
Для предупреждения рождения ребенка с гемоли­тической болезнью новорожденных всем женщинам, имеющим резус-отрицательный фактор крови, в первый день после аборта (или после родов) рекомендуется введение анти-О-глобулина в количестве 250-300 мкг, который способствует быстрой элиминации эритроцитов ребенка из крови матери, предотвращая синтез резус-антител матерью

Sual № 699

Həll edilmiş BCJ, qızılca, məxmərək, parotit vaksinlərinin istifadə müddəti nə qədərdir?

  Ədəbiyyat:Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 23 Tarix: 20.02.2014 17:35:40

Sual № 700

İmmun çatışmazlığı virusuna yoluxmuş uşaqlarda hansı yaşda qızılca əleyhinə peyvəndin aparılması düzgündür?

  Ədəbiyyat: Təcrübədə İmmunlaşdırma. Modul - 2 Bakı 2010 səh. 25
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×