Tibb bacısı

1.219 elementdən 801-820 arası göstərilir.

Sual № 801

Xəstənin həkimin iştirakı ilə daşınması zamanı feldşerin yeri harada olmalıdır?

  Ədəbiyyat: B. D. Komarov. (səh - 23)

Sual № 802

Köpüşük nədir?

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 18)
Birincili morfoloji elementlər
8 birincili morfoloji element var: ləkə (macula), düyüncük (papula), qabarcıq (tuberculum), düyün (nodus), köpüşük (urtica), qovuqcuq (vezicula), qovuq (bulla), irincik (pustula)
Köpüşük (urtica) - boşluqsuz,kəskin iltihabi, dəri səviyyəsindən qalxan elementdir,-dermanın məməcikli qatının məhdud kəskin iltihabı nəticəsində əmələ gəlir. Ağımtıldan çəhrayımtıl-qırmızı rənglərə malikdir.Noxud ölçüsündən ovuc içi və daha böyük ölçülərdə olur. Köpüşüyün aşağıdakı növləri var: numulyar, lentikulyar, nəhəng, hörüyəbənzər, zolağabənzər. Köpüşüklər qaşınma ilə müşayiət olunur, xüsusən qaşınma vaxtı periferik inkişafa meyillidir, tez itirlər (bir neçə saat ərzində), özündən sonra iz qoymurlar. Köpüşüklər övrədə, Dürinq dermatitində, uşaq qaşınma xəstəliyində,flebotodermiyada rast gəlinir

Sual № 803

Qartmaq nədir?

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 20)

Sual № 804

Epidermis və derma arasında az miqdarda maye toplanması ilə xarakterizə olunur.

  Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123)
Qovuqcuq (vezicula) - epidermisdə eksudat toplanması nəticəsində əmələ gələn şəffaf seroz möhtəviyyatlı boşluqlu kəskin iltihabi elementdir.Qovuqcuqlar epidermaldaxili (epidermisin qatları arasmda yerləşirlər),subepidermal (epidermisin altında yerləşirlər), yunktional (epidermislə derma arsmda sərhəddə yerləşirlər-sərhədçi) ola bilirlər. Ölçüləri sancaq başından noxud böyüklüyünə qədərdir. Forması yarımkürə şəklindədir. Qovuqcuqlar izoləolunmuş (tənha) və ya qruplarla (herpesşəkilli) yerləşə bilirlər. Qovuqcuqlar təkamül prosesi nəticəsində deşilib eroziya əmələ gətirirlər və ya quruyub qartmaqla örtülürlər,düşəndə yerində piqmentli və ya hiperpiqmentli ləkələr qalır ki,onlar da sonradan iz qoymadan itirlər. Qovuqcuqlar sadə herpesdə,kəmərləyici dəmrovda,ekzemada, Dürinqin herpesşəkilli dermatitində müşahidə olunur.

Sual № 805

Eroziya hansı səpkilərdən sonra əmələ gələ bilər?

  Ədəbiyyat: Кожные и венерические болезни. Руководство для врачей. Под редакцией Ю. К. Скрипкина, М. , Медицина, 1995, т. 1. (səh. 123)

Sual № 806

Pedikulyoz törədicisinin hansı mikroorqanizmlərə aid olduğunu göstərin.

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 134)

Sual № 807

Sadə herpesin müalicəsində daha effektlidir:

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 88)

Sual № 808

Vezikul (qovuqcuq) əmələ gəlməsi və sulanma aşağıdakılardan hansı üçün xarakterikdir?

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 43)

Sual № 809

Ekzema xəstəliyinin müalicəsində istifadə olunmur.

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 43)

Sual № 810

Qonoreyanın inkubasiya dövrü orta hesabla neçə gündür?

  Ədəbiyyat: Б. И. Зудин. Кожные и венерические болезни. Москва - «Медицина» 1990 (səh. 215)

Sual № 811

10 % - li məhlul hazırlamaq üçün nə qədər xlorlu əhəng götürmək lazımdır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh.199-200)
ПОСЛЕДОВАТЕЛЬНОСТЬ ДЕЙСТВИЙ:
1. Наберите 1 кг сухой извести и поместите ее в емкость из тем¬ного стекла.
2. Залейте небольшим количеством воды комнатной температуры.
3. Размешайте деревянной палочкой до кашицеобразного состояния, чтобы не было комков.
4. Долейте до 10 литров.
5. Оставьте смесь на 24 часа.
6. Прикрепите к емкости бирку.
7. Через 24 часа осветленную часть раствора слейте в другую темную емкость.
8. Прикрепите к этой емкости бирку с датой приготовления и распишитесь.
9. Осадок выбросьте в канализацию. ДОПОЛНИТЕЛЬНАЯ

Sual № 812

Əməliyyatdan sonra alətləri yuyucu məhlulda neçə dəqiqə saxlamaq lazımdır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 284)

Sual № 813

Qanköçürmədən sonra tibb bacısı hansı göstəricilərə fikir verməlidir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 352)
Qan köçürmə qurtardıqdan sonra xəstə 2 saat uzanmalı, ilk 4 saatda A/T, nəbz, diurezə və tempratura ciddi nəzarət edilməlidir.

Sual № 814

Hansı mərhələ infeksiyalaşmış yaranın 1-ci fazanı əks etdirir?

  Ədəbiyyat: Ədəbiyyat:Ümumi cərrahlıq. B.X.Abasov Bakı-1987. (səh 317)
İnfeksiyalaşmış yaranın birinci fazası hidrotasiya, ikinci fazası isə dehidrotasiya adlanır. Hidrotasiya fazasında damarların genişlənməsi, qızartı, ödem, ağrı, damar keçiriciliyinin pozulması, toxumaların infiltrasiyası baş verir.

Sual № 815

Elektrotravmalarda ilk görüləcək vacib tədbir hansıdır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı. (səh 573)

Sual № 816

Zədələnmələrdə hansı müddət ərzində soyuq qoymaq lazımdır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı. (səh 351)
İlk yardım kimi ilk gün ərzində əzilmiş yerə sıxıcı sarğı, buz qovuğu, soyuq kompres qoymaq lazımdır,qansızmanı və ağrını azaltmaq üçün zədələnmiş nahiyyəyə dinclik vermək lazımdır.

Sual № 817

Tetanus əleyhinə zərdabın durulaşdırılmış dəri içi sınağı üçün işlədilən nisbəti:

  Ədəbiyyat:H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 150).
Tetanus əleyhinə zərdabın vurulma təlimatında göstərilmişdir: Tetanus əleyhinə zərdab 1/500 nisbətində Bezredko üsulu ilə 3 sınaqdan sonra əzələ daxilinə vurulur.

Sual № 818

Yarada olan spesifik qoxunu azaltmaq üçün hansı antiseptik məhlul işlədilir?

  Ədəbiyyat:Ümumi cərrahlıq.(səh 60)
0.1-0.05%-li kalium-permonqanat məhlulu ilə çürüntülü, irinli, yaraları yuyarkən yaxşı nəticə verir, yaranın qoxusunu aradan qaldırır.

Sual № 819

Anaerob infeksiyaların törədiciləri hansılardır?

  Ədəbiyyat:Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. (səh 147).
Klostridilər oksigensiz mühitdə yaşayaraq inkişaf edən, spor əmələ gətirən mikroorqanizmlərdir. 4 növü var: Cl. oedematiens, Cl.perfringens, Cl. septrcum və Cl. histolyticum.Çox vaxt xəstəliyin inkişafında bu bakteriyaların bir neçəsi iştirak edir.

Sual № 820

Hipertonik imalə üçün natrium-xlorun neçə faizli məhlulu işlədilir:

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı. (səh 47)
Hipertonik imalə peristaltikanı birdən-birə artırmadan bağırsaqları yumşaldır. Natrium-xlorun 10-li hipertonik məhlulundan ilıq halda 100-200ml imalə üçün işlədilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×