Tibb bacısı

1.219 elementdən 821-840 arası göstərilir.

Sual № 821

Mədəyə zond salınarkən nə üçün püskürmə (aerozol) şəklində anesteziya etmək olmaz?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 65)
Anesteziya edici maddə udlağın selikli qişasını və dilin kökünü anesteziya edir, udma aktı pozulduğu üçün zondu udmaq mümkün olmur. Udma və qusma aktı refleksləri olmadığı üçün çox çətinliklər yaranır.

Sual № 822

Mədənin zondlanmasında hansı anesteziya növündən istifadə olunur?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 65)
Anestetik maddə refleksləri aradan qaldırdığı üçün heç bir anesteziya növündən istifadə edilmir.

Sual № 823

İmalə üçün istifadə olunmuş ucluqlar istifadədən sonra nə edilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 46)
3%-li xloramin məhlulunda 60 dəq saxlanılır, sonra axar su altında yuyulub qurudulur.

Sual № 824

İmalə üçün istifadə olunan ucluqlar neçə faizli xloramin məhlulunda dezinfeksiya olunur?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 47)
İmalədən sonra istifadə olunan ucluqlar 3%-li xloramin məhlulunda 60 dəqiqə dezinfeksiya edilir sonra axar su altında yuyularaq qurudulur.

Sual № 825

Qanköçürmədən sonra flakonda müayinə üçün saxlanılan qanın saxlanma müddəti nə qədərdir?

  Ədəbiyyat: Ümumi cərrahlıq. (səh 175)
Xəstədə heç bir reaksiya olmadıqda belə 24 saat ərzində köçürülən qandan 5-10ml flakonun dibində saxlanılır ki,gecikmiş reaksiyalar olarsa, reaksiyaların səbəbləri aydınlaşdırılsın.

Sual № 826

Anamnezində bu xəstəlikləri keçirmiş insanlar donor ola bilməz?

  Ədəbiyyat:Ümumi cərrahlıq.(səh 167)
Donorun qanı sifilisə, QİÇS (qazanılmış immun çatışmazlığı sindromu) infeksiyasına, brüselyoza, tülyaremiyaya, vərəmə, malyariyaya, hepatitlərə qarşı yoxlanılır. Hepatit xəstəliyi keçirdən insanlar donor ola bilməz.

Sual № 827

Hansı dərəcəli yanıqlar dərin yanıqlara aid edilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 281)
Yanıqların dərinliyi onların dərəcəsi ilə müəyyən edilir:I dərəcəli yanıqda dəri qızarır və şişir, II dərəcəli yanıqda-dərinin üzərində, içərisində açıq seroz maye olan suluqlar əmələ gəlir;III A dərəcəli yanıqda dərinin üst qatları nekrozlaşır. III B dərəcəli yanıqda dərinin bütün qatları nekrozlaşır.IV dərəcəli yanıqda bütün toxumalar hətta sümük toxuması da nekrozlaşır.I-III A dərəcəli yanıqlar səthi,III B_IV dərəcəli yanıqlara aid edilir.

Sual № 828

Yanıq xəstəliyinin 2 - ci fazası necə adlanır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 284)
Yanıq xəstəliyinin inkişafında 4 faza müəyyən edilir: 1.Yanıq şoku. 2. Toksemiya. 3. Septikotoksemiya. 4. Rekonvalesensiya. Toksemiya fazası 3-4-cü gündən sonra başlayıb 15 günə qədər davam edir. Şiddətli toksemiya və intoksikasiya ilə müşayiət olunur.

Sual № 829

Ətraf amputasiya olunduqdan sonra qalan güdülə hansı sarğı qoyulur?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 310)
Qayıdan sarğı dairəvi nahiyələrə, başa, amputasiyadan sonrakı güdülə qoyulur.

Sual № 830

Mastit nəyin iltihabıdır?

  Ədəbiyyat:Cərrahiyyə (səh 206)
Mastit ən çox doğuşdan sonra baş verir. Xəstəliyi törədən mikroblar stafilokoklar və streptokoklardır. Mikrob ən çox süd vəzisi giləsinin çatlarından daxil olur.Süd axarlarında durğunluğun olması bu prosesi sürətləndirir.

Sual № 831

Əməliyyat tibb bacısı planlı əməliyyatlara hazırlıq məqsədilə neçə saat əvvəl əməliyyat otağında olmalıdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 75)
Əməliyyat tibb bacısı əməliyyat otağına əməliyyatdan 1.5 saat tez gələrək, əməliyyat planına uyğun alətlər dəstini, steril sarğı materiallarını, alət- avadanlıqları və s. işə hazırlayır.

Sual № 832

Biksi doldurmazdan əvvəl nə ilə silmək lazımdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 45)
Biksi doldurmazdan əvvəl içərisi(daxli) və xarici 0.5%-li naşatır spirti ilə silinir.

Sual № 833

Hansı əməliyyatlarda xəstəyə Trendelenburq vəziyyəti verilir?

  Ədəbiyyat: Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 19)
Bu vəziyyətdə xəstənin başı aşağı, çanaq və ayaqları isə yuxarda olmalıdır. Trendelenburq vəziyyəti düz bağırsaq və cinsiyyət orqanlarında aparılan əməliyyatlarda istifadə edilir.

Sual № 834

Təzə yaranın xarakterizə edən kliniki simptomlar hansılardır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı(səh 342)
Klinik olaraq yaraların 3 xüsusiyyəti aşkar edilir: ağrı, yara ağzının açıq olması və qanaxma.

Sual № 835

Sınıqları təsbit (fiksə) etmək üçün hansı sarğıdan istifadə olunur?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı(səh 291) N.P.Paleyev Bakı-1991
Sınıqları təsbit (fiksə) etmək üçün gips sarğısı qoyulur. Gipc sarğısı bərkidikdən sonra sarğının fiksəedici xüsusiyyətini artırdığı üçün istifadə olunur.

Sual № 836

Planlı əməliyyata xəstə bilavasitə nə vaxt hazırlanır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 317)N.P.Paleyev Bakı-1991
Əməliyyatdan bir gün əvvəl xəstə tam sanitar işlənir, yataq ağları və alt paltarları dəyişdirilir. Əməliyyat günü əməliyyat sahəsi tüklərdən təmizlənir,və xəstə ac- qarına əməliyyat otağına gətirilir.

Sual № 837

Qalxanabənzər vəzidə aparılan əməliyyat necə adlanır?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 316)N.P.Paleyev Bakı-1991
Trieotoksiki uru olan xəstələrdə strumektomiya əməliyyatı aparılır.

Sual № 838

Zimnitski sınağı üçün xəstəyə neçə qab verilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 316)N.P.Paleyev Bakı-1991
Zimnitski üsulu ilə böyrəklərin funksiyasını öyrəndikdə xəstə adi pəhriz saxlayır və o, sutka ərzində hər 3 saatdan bir ifraz olunan sidiyi ayrıca qaba yığır. 8 qabdakı sidiyin hər birinin miqdarı və xüsusi çəkisi ayrıca təyin edilir.

Sual № 839

Drenaj və tamponları kim dəyişməlidir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324)N.P.Paleyev Bakı-1991
Drenajlar və tamponların işlədilməsi məhz həkim manipulyasiyası olduğu üçün, onların dəyişdirilməsi həkim tərəfindən yerinə yetirilməlidir.

Sual № 840

Sağlam insan hansı yaş həddində qan donoru ola bilər?

  Ədəbiyyat:Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2006-cı il 112 saylı qərarına əsasən 18-65 yaş arasında hər bir sağlam insan donor ola bilər. 65 yaşdan yuxarı ilkin donorluğa cəlb olunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×