Tibb bacısı

1.219 elementdən 841-860 arası göstərilir.

Sual № 841

Tetanus əleyhinə anatoksin hansı məqsədlə işlədilir?

  Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 219)
Bütün açıq zədələnmələrin hamısında xüsusilə yaralanma,yanıq və donmalarda xəstələrdə aktiv immunitet yaratmaq məqsədilə Bezretko üsulu ilə sınaqdan sonra 0.5-1 ml anatoksin vurulur.

Sual № 842

Eventerasiya nədir?

  Ədəbiyyat: Ədəbiyyat:Tibb bacısının məlumat kitabı.(səh 324)
Qarının üzərində sarğı birdən-birə seroz qanlı mayeyə bulaşarsa və onun altı şişmiş olarsa bu yara tikişlərinin açılmasını və bağırsaq ilgəyinin bayıra çıxmasını göstərir Bu cərrahlıqda eventerasiya adlanır.

Sual № 843

Əməliyyatda işlədilən sarğı materialı irinlə çirklənibsə nə etmək lazımdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 99)
Sarğı materialı irinlə çirklənibsə o yandırırlır, infeksiyanın yayılmasının qarşısını almaq üçün ancaq bu üsul istifadə olunur.

Sual № 844

Qastroskopiya zamanı hansı anestetik məhluldan istifadə edilir?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 152)
Udlağın selikli qişasını ağrısızlaşdırmaq və udma aktını reflektor olaraq aradan qaldırmaq üçün udlağa 1%-li dikain məhlulu sürtülür.

Sual № 845

Sorulan sintetik saplara hansı saplar aid edilir?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 69)
Vikril saplar toxumalar tərəfindən inkapsulyasiya edilərək tədricən sorulur.Müasir cərrahlıqda geniş istifadə olunur.

Sual № 846

Əməliyyat blokunda neçə qoruyucu zona vardır

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı(səh 4)
Əməlyyat blokunda üç qoruyucu zona ayırd edilir.Əməliyyat otağı,əməliyyat önü otaq, avtoklaf-sterilizasiya otağı (material otağı)

Sual № 847

Əməliyyat tibb bacısı əməliyyat zamanı iri salfetləri neçə dəfə saymalıdır?

  Ədəbiyyat:Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı (səh 234)
Əməliyyatda iri salfetlər 3dəfə: əməliyyatdan əvvəl, əməliyyat vaxtı və əməliyyatdan sonra sayılır. İri əməliyyatlarda adətən 10 ədəd iri salfet işlədilir.

Sual № 848

Toxumalar arasına qanın toplanması necə adlanır?

  Ədəbiyyat: N.R.Paleyev “Tibb bacısının məlumat kitabı”. Bakı 1991. Səh 306.
Yumşaq toxumaların qapalı zədələnməsi-əzilmə adlanır. Bu zaman kapilyarlar partlayır və toxuma arasına qan yığılır, bu hematoma adlanır.

Sual № 849

Barmaqlarda əməliyyat zamanı tətbiq olunan yerli anesteziya hansıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.279
Novokainin 1-2%li məhlulundan istifadə edib, müəyyən nahiyəni innervasiya edən bilavasitə sinir kötüyünə və ya ətraf toxumalara yeritməklə sinir keçiriciliyini müvəqqəti pozmaq olur .Bu ötürücü, məhəlli və ya oberst Lukaşeviç üsulu adlanır.

Sual № 850

Körpücük sümüyünün sınıqlarında hansı sarğı qoyulur ?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 295
Bazu oynağında immobilizasiya və yuxarı ətrafı bədənə fiksə edən dörd turdan ibarət sarğı ilə aparılır. Körpücük sümüyü sınaqlarında qoltuq altına bərk bir əşya qoyub, bazu oynağını yuxarı qaldırıb döş qəfəsindən bir qədər aralı saxlayıb, sonra bazunu bədənə sıxıb sarıyırlar.

Sual № 851

Döş qəfəsinin yaralanmalarında hermetiklik yaradan sarğı hansıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh 299.
Döş qəfəsi zədələnmələri içərisində ən qorxulu ağırlaşmalardan biri pnevmotoraksdır, yəni plevra boşluğuna hava yığılmasıdır. Ağciyər deşikdikdə hər dəfə nəfəs aldıqda, plevra boşluğuna dolan hava tədricən ağciyəri sıxışdırıır (atelktaz) yaranır. Güllə, qəlpə və bıçaq yaralarında plevra boşluğunda təzyiq atmosfer təzyiqindən aşağı olduğu üçün bura bayırdan hava daxil olur. Bunun qarşısını almaq üçün okkluzyon (hermetik) sarğı qoyulur.

Sual № 852

Bərk sarğılara hansı sarğı aiddir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Bədənin sınmış hissəsinə tam rahatlıq vermək üçün gips sarğılarından istifadə edilir.

Sual № 853

Flakonda qanın infeksiyalaşmasını göstərən əlamət hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 164
Qan infeksiyalaşdıqda təbəqələr arasında sərhəd itmir. Plazma bulanır, topalarla sapa və çöpəbənzər liflər və qan laxtaları rast gəlinir.

Sual № 854

Resus amili qanın hansı elementində yerləşir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 165
İnsanların 85%-nin eritrositlərində xüsusi antigen vardır. Belə şəxslərin qanı (Rh+) sayılır antigen olmayanlar isə (Rh-) hesab olunur.

Sual № 855

Narkozdan əvvəl xəstəyə premedikasiyanı kim təyin edir ?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 189
Premedikasiya xəstənin dərman preparatları ilə əməliyyata hazırlanmasıdır. (Əməliyatdan 40 dəqiqə əvvəl) həkim anestezioloq dərmanları təyin edir.1 ml 1%-li promedol 0.1%-li 1 ml atropin və 1 ml 1%-li dimedrol istifadə edilir.

Sual № 856

Yataq yaralarının profilaktikası üçün görülməyən tədbir hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 197
Ağciyərlərdə durğunluq və pnevmoniyanın profilaktikası üçün tənəffüs gimnastikası tətbiq edilir.Tənəffüs gimnastikası yataq yarasının profilaktikası məqsədilə aparılmır.

Sual № 857

Kəsilmiş təzə yaranın ən təhlükəli simptomu hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 312
Yaranın 3 əsas yerli simptomu var: ağrı, qanaxma və yara ağzı. Lakin ən təhlükəli simptom qanaxma hesab edilir.

Sual № 858

Cərrahi əməliyyatlar zamanı drenajlar nə üçün qoyulur?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 322
Drenajlar irinli yaraların müalicəsində yerli müalicə vasitəsi kimi işlədilir. Məqsəd yaraya drenaj qoymaqla qranulyasiyanın əmələ gəlmə prosesini sürətləndirməkdir.

Sual № 859

I-II dərəcəli termiki yanıq zamanı həkiməqədərki yardım hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
I-II dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bütün hallarda fərdi sarğı paketi və ya steril bintlə sarğı qoyulmalıdır. Ətraflarda I-II dərəcəli yanıqlar olduqda 10-15 dəqiqə axar soyuq su altında saxlanmalıdır.

Sual № 860

Limfadenit nəyin iltihabıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 348
Limfadenit limfatik vəzilərin iltihabıdır. Xəstədə limfadenit olan ətrafın filliyi (fil ayağı xəstəliyi) başlayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×