Tibb bacısı

1.219 elementdən 861-880 arası göstərilir.

Sual № 861

Yaş qanqrena zamanı ilk tibb yardım hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 459
Yaş qanqrena çox vaxt daxili orqanlarda:boğulmuş yırtıqda, bağırsaq keçməməzliyində, aşağı ətraf qan damarlarının kəskin trombemboliyasında, ağır yaralanmadan ,qan dövranının kəskin pozulmasından sonra əmələ gəlir.Toxumalarda parçalanmış məhsullar orqanizmə sorularaq ağır intoksikasiya törədir ki,bu quru qanqrenada olmur.

Sual № 862

Məhdud irinlik necə adlanır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 339
Abses irinləmə deməkdir. Abses məhdudlaşmış iltihabi irinlik olub toxumaların əriyərək əmələ gətirdiyi boşluğun içərisinə irinin dolmasıdır.

Sual № 863

Əməliyyatdan sonrakı dövr, neçə fazaya bölünür?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 194
Əməliyyatdan sonrakı dövr 3 fazaya bölünür: 1-ci faza-erkən, 3-5 gün, 2-ci faza-xəstənin stasionardan çıxdığı günə qədər, 3-cü faza əmək qabiliyyəti bərpa olunana qədər olan dövrdür.

Sual № 864

Əməliyyatdan sonra xəstəyə qulluğun məqsədi nədir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 196
Tam aseptik şəraitdə toxumalarla ehtiyatlı hərəkət edərək anatomik şərh olunan bu dövr bütövlükdə regenerasiya prosesini sürətləndirməyə yönəldilir.

Sual № 865

Qanın laxtalanma müddəti normada neçə dəqiqədir?

  Ədəbiyyat: H.A.Sultanov,Cərrahiyyə Bakı-1997.Səh.75
Qanın laxtalanma müddəti normada 5 dəqiqədir. Xəstənin qanı laxtalanmadıqda və ya laxtalanma qabiliyyəti aşağı olduqda qanaxma öz-özünə dayanmır.Bu hemofiliya xəstəliyi olub,yalnız kişilərə məxsus olan xəstəlikdir.qanın laxtalanma qabiliyyətinin aşağı düçməsi virus hepatitinə yoluxmuş xəstələrdə müşahidə edilir.Laxtalanmanın normaya salınması üçün dərmanlardan istifadə edilir.

Sual № 866

II dərəcəli donma üçün xarakterik əlamət hansıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
Dəri avazıyır, şişir içərisində şəffaf maye olan suluqlar əmələ gəir.Sarğılar gec-gec dəyişilməli, donmuş yerə isidici sarğı qoyulur.

Sual № 867

Pnevmotoraks nədir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 233
Döş qəfəsinə havanın daxil olması pnevmotoraks adlanır. Dəri altı küt travmalar zamanı qabırğaların yerini dəyişən qəlpəli sınıqları ağciyər parenximasını və plevranı zədələyir: bu zaman pnevmotoraks əmələ gəlir. Pnevmotoraks 3 formada:qapalı,açıq və qapaqlı (klapanlı) olur.

Sual № 868

Çanaq sümüklərinin sınığı zamanı ən təhlükəli sınıq hansı hesab olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 299
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir.Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən az 2 yerdən qırılır.Bir tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır.Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar zədələnir.

Sual № 869

Yanığın ən geniş yayılmış növü hansıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 293
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.

Sual № 870

Dəridə suluqların əmələ gəlməsi neçənci dərəcəli yanığa aiddir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 292
Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnməyən izolyasiya olunmuş(təcrid edilmiş) sınıqlara əzələlərin birləşdiyi yerdə sümük fraqmentlərinin qopması,qalça sümüyünün qanadının və omanın sınıqları aiddir. Büzdüm fəqərələri hərəkətli olduğundan büzdüm fəqərələrinin sınıqlarına demək olar ki, rast gəlinmir.Çıxıqlarına və burxulmalarına rast gəlinir.Çanaq həlqəsinin tamlığının pozulması ilə nəticələnən sınıqlar üçün “Həlqə şəklində qoğal “(правило бублика)qaydası səciyyəvidir. “Həlqə şəklində qoğal” ən az 2 yerdən qırılır.Bir tərəfdə qasıq və oturaq sümüklərindən birinin və ya hər ikisinin sınığı varsa onda digər tərəfdə də mütləq çanaq həlqəsinin başqa lokalizasiyalı zədələnməsini(əks tərəfdə ön yarımhəlqənin sümüklərinin zədələnməsi,simfizin və ya oma-qalça bağının cırılması) axtarmaq lazımdır.Çanaq sümüklərinin (qasıq, oturaq, qalça) həm ayrıca sınıqlarına, həm də bir neçə sümüyün eyni vaxtda sınıqlarına təsadüf edilir. Nəticədə çanağın tamlığı pozulur və çanaqdaxili orqanlar zədələnir.

Sual № 871

Sınıqların repozisiyası harada və nə vaxt aparılmalıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 268
Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızmar dəmir parçasından və s. baş verir. Termiki yanıqlardan sonra yanıq xəstəliyi əmələ gəlir.

Sual № 872

Bazu oynağının çıxığında ilk tibbi yardım məqsədilə hansı şina qoyulur?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 266
II-dərəcəli yanıqlarda suluqlar əmələ gəlir, içərisində seroz maye olur. Dərinin epidermisi soyulur və arasına seroz maye yığılır. Bu epidermisin yanmasını göstərir.

Sual № 873

Kəllə beyin travmaları zamanı ilk tibbi yardım göstərilərkən xəstə hansı vəziyyətdə olmalıdır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 358
Repozisiya-sınmış sümük fraqmentlərinin düzgün vəziyyətdə fiksasiyasından, sınıq sümük parçalarının tam birləşərək döyənək əmələ gələnə qədər yerini sabitləşdirmək deməkdir.

Sual № 874

Hansısa bir ətrafın donması zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287
Universal pilləli dəmir Kramer şinası immobilizasiya və ətrafa sakitlik vermək üçün işlədilir.

Sual № 875

Uzunmüddətli sıxılma sindromu zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 346
Əzilmiş yerdən yuxarı, venaları sıxan (çox sıxmaq olmaz) turna qoyulur. Əzilmiş ətraf novokainlə blokada edilib buz qovuğu ilə soyudulur.

Sual № 876

Açıq pnevmotoraks zamanı ilk tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 235
Açıq pnevmatoraks zamanı hava döş qəfəsinə daxil olub, yaradan da xaric olur. Yara tənəffüsdə iştirak edir. Plevrapulmonal şokun qarşısını almaq üçün, hermetik okkuluzyon sarğı qoyulur.

Sual № 877

Qabırğaların sınığı zamanı xəstəni hansı vəziyyətdə daşımaq olar?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 305
Dartan leykoplastır sarğısı sınmış qabırğalara qoyulur. Eni 5 sm zolaqlar xəstənin nəfəsvermə vəziyyətində onurğa sütunundan başlayaraq öndən orta xəttə qədər qabırğa boyunca qoyulur. Xəstə yarımoturaq vəziyyətdə daşınır.

Sual № 878

Qanın maksimal saxlanma müddəti neçə gündür?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Konservləşmiş qan 21 günə qədər +4-6º temperaturda saxlandıqda yararlığını itirmir.

Sual № 879

Donor qanı soyuducuda hansı temperaturda saxlanmalıdır?

  Ədəbiyyat: B.X.Abasov, «Ümumi cərrahlıq». Bakı 1987. Səh. 163
Donor qanı, qan əvəzedicilər, zərdab və vaksinlər+ 4-6 C0-də saxlanılır.

Sual № 880

Aralıq nahiyyəsində hansı sarğı növündən istifadə olunur?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.307
Aralıq nahiyəsində aparılan əməliyyatlardan sonra, aralıq nahiyəsinin travmalarında və irinli yaraların müalicəsində T-şəkilli sarğı qoyulur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×