Tibb bacısı
1.219 elementdən 901-920 arası göstərilir.
Sual № 901
Fövqəladə əməliyyatdan əvvəl sanitar işlənmənin hansı növündən istifadə olunur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Fövqəladə əməliyyat o deməkir ki, əməliyyatın bir neçə dəqiqə gecikməsi belə ölümə səbəb olur. Bunu nəzərə alıb heç bir sanitar işlənmə aparılmır.
Sual № 902
Planlı əməliyyatdan əvvəl dərinin tüklərdən təmizlənməsi nə vaxt aparılır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Tüklərin uzana biləcəyini nəzə alıb ancaq əməliyyat günü səhər dəri tüklərdən təmizlənir. Tüklər daha əvvəl təmizlənərsə yenidən uzanır və bu da dəridə qıcıqlanma yaradır.
Sual № 903
Əməliyyatönü dövrün əsas məqsədi nədir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Əməliyyatönü dövrün əsas məqsədi əməliyyatın uğurla keçirilməsi və əməliyyatdan sonrakı ağrılaşmaların qarşısının alınmasıdır. Bu dövrdə yanaşı gedən xəstəliklər aşkarlanır, orqan və sistemlərin fəaliyyəti yoxlanılır və xəstə əməliyyata hazırlanır.
Sual № 904
Əməliyyatönü dövr nə vaxt qurtarır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Əməliyyata hazırlıq qurtardıqdan sonra əməliyyat başlanır və bu andan etibarən başlanan dövr əməliyyat dövrü adlanır. Əməliyyat başlandıqdan sonra əməliyyatönü dövr bitir.
Sual № 905
Növbəti gün saat 9.00- a planlaşdırılmış əməliyyat olunacaq xəstənin axırıncı qida qəbulu nə vaxt olmalıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Planlı əməliyyat zamanı növbəti gün saat 900 -a planlaşdırılmış əməliyyat olunacaq xəstə nahardan sonra saat 2000 qədər yüngül yemək (kəmşirin çay suxari ilə,mannı sıyığı və s)yeməlidir.
Sual № 906
Əməliyyatdan sonrakı dövrdə xəstə ilkin olaraq harada yerləşdirilir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 64
Əməliyyatdan sonra xəstənin vəziyyətinə dəqiq nəzarət etmək üçün, xəstə reanimasiya şöbəsində və ya əməliyyatdan sonrakı palatada yerləşdirilir və monitora qoşulur ki, qan dövranı və tənəffüs sisteminə dəqiqliklə nəzarət etmək mümkün olsun.
Sual № 907
Toxumaların tikilməsi əməliyyatın hansı dövrü sayılır?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 101
Patoloji proses aradan qaldırıldıqdan sonra toxumalar qat-qat tikilir. Bu da əməliyyatın sonu və ya tamamlanması dövrü adlanır.
Sual № 908
Qarın boşluğu orqanlarında aparılan əməliyyat zamanı xəstəyə hansı vəziyyət verilir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.279
Qarın boşluğunda əməliyyat aparılması zaman xəstənin ən düzgün vəziyyəti arxası üstə horizontal vəziyyətdir, çünki, bu zaman qarın boşluğu orqanlarının anatomik yerləşməsi və qarın divarı kəsildikdən sonra orqanlara daha qısa yolla çatmaq bu vəziyyəti tələb edir.
Sual № 909
Toxumaları aralayan alət hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
Toxumalar skalpellə kəsildikdən sonra Farabef qarmağı vasitəsi ilə aralanır ki, cərrahi yol bir qədər genişlənsin.
Sual № 910
Əməliyyatdan sonrakı dövrdə sidik ləngiməsinə qarşı aparılan tədbir hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 280
Əməliyyatdan sonra xəstədə operasion travmanın təsirindən sidik ləngiməsi ola bilir, bunu aradan qaldırmaq üçün tibb bacısı sidik kisəsinə kateter qoymalıdır.
Sual № 911
Boğulmuş yırtıqlarda ilkin olaraq tibb bacısı nə etməlidir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 244
Boğulmuş yıtıqlarda yırtıq kisəsinin içərisinə tutumundan çox orqan və ya toxumalar keçir və geriyə qayıda bilmədiyi üçün boğulur. Bu zaman kəskin ağrı,şişkinlik hətta peritonit və bağırsaq keçməməzliyi əlamətləri başlayır. Bəzən kisənin içərisindəki orqanlar nekrozlaşdığı üçün xəstə təcili hospitalizasiya edilməli və əməliyyat olunmalıdır.
Sual № 912
Mədə-bağırsaq qanaxması zamanı həkimə qədər hansı yardım göstərilir?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 337
Mədə-bağırsaq qanaxması zamanı qısa zaman ərzində xəstə çox qan itirir,kollaps və şok əmələ gələ bilər.Bu ağırlaşmaların qarşısını almaq üçün xəstəyə sakitlik verilir (hər bir hərəkət qanaxmanı artırır), qarın nahiyəsinə soyuq kompress, buz qovuğu qoyulur,qanın laxtalanmasını artıran preparat vurulur və hospitalizasiya edilir.
Sual № 913
Hemorroidal qanaxma zamanı ilk yardım hansıdır?
Ədəbiyyat: H.Sultanov “Cərrahiyyə”. Bakı 1997. Səh 226
Hər hansı bir müvəqqəti üsulla hemorraidal qanaxmanı saxlamaq mümkün olmadığı üçün xəstə təcili hospitalizasiya olunmalıdır.
Sual № 914
Əllərin pervomurla işlənməsi zamanı 5 lt hazır işçi məhlulundan neçə nəfər istifadə edə bilər?
Ədəbiyyat: В.И.Маслов «Малая хирургия» Москва «Медицина» 1988.səh.27.
5 lt işçi məhlulda 15 nəfərdən artıq şəxsin əlləri dezinfeksiya olunarsa məhlulun dezinfeksiya edici xüsusiyyəti azaldığı üçün keyfiyyətsiz hesab olunur və əllər steril olmur.
Sual № 915
Ürəyin qapalı massajı zamanı xəstənin uzadıldığı yer necə olmalıdır?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh. 121
Ürəyin qapalı masajı zamanı xəstənin uzadıldığı yer sərt olmazsa amortizasiya baş verər və bu da masajın keyfiyyətsiz olmasına gətirib çıxarar.
Sual № 916
Reanimasiya tədbirlərinin effektivlik əlaməti hansıdır?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 121
Reanimasiya tədbirləri düzgün aparılarsa 30 dəqiqə ərzində yuxu arteriyası üzərində nəbz vurğuları hiss olunur .Bu da qan dövranının bərpasını göstərir. Bəbəyin işığa reaksiyası bərpa olunur, bəbəklər daralır, bu da beyin toxumalarının qanla təchizatına dəlalət edir və sərbəst tənəffüs bərpa olunur.
Sual № 917
Klinik ölüm vəziyyətindən çıxarmaq üçün əsas tədbirlər hansıdır?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 125
Klinik ölümün bioloji ölümə keçməməsi üçün ilk növbədə həyati vacib orqanların xüsusilə də beyin hüceyrələrinin qanla və O2 –lə təcrizatını təmin etmək lazımdır. Bu məqsədlə tənəffüs yollarının keçiriciliyi bərpa olunur, eyni zamanda ürəyin qapalı masajı aparılır və süni tənəffüs verilir.
Sual № 918
Yetkin şəxslərdə ürəyin vasitəli massajı zamanı döş qəfəsinə təzyiq necə aparılır?
Ədəbiyyat: Ю.А.Нестеренко. «Хирургические болезни». – М.: Медицина, 1982. Səh 124
Ürəyin vasitəli masajı zamanı döş qəfəsinin içəriyə doğru 4-5 sm ekskursiya etməsi üçün sol əlin ovucunun proksimal hissəsinə sağ əlin ovcunu qoymaqla təyziq edilir. Bu təzyiq nəticəsində ürəyin mədəciklərindəki qan damarlara qovulur.
Sual № 919
Vena daxili infuziya zamanı hava emboliyasının qarşısını almaq üçün hansı profilaktik tədbir görülür?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 62
Birdəfəlik damcıladıcı sistemin icərisində hava olduqda hava emboliyası qorxusu olur, ona görə də sistemdən əvvəlcə hava qabarcıqları çıxarılır ki,belə ağırlaşma olmasın.
Sual № 920
Təmizləyici imalə zamanı xəstə hansı vəziyyətdə olamalıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh.41
Düz bağırsaq sol qalça çuxuru nahiyyəsində yerləşdiyi üçün mayenin daha asan bağırsağa qovulması məqsədilə xəstə sol tərəfi üstə sol ətraf qarına yığılmış vəziyyətdə olmalıdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?