Tibb bacısı
1.219 elementdən 921-940 arası göstərilir.
Sual № 921
Köçürülən qan hansı dərəcəyə qədər qızdırılmalıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 315
Bədən temperaturuna uyğun olması üçün köçürülən qan 37-38 C0-yə qədər qızdırılmalıdır.
Sual № 922
Buz qovuğu əməliyyat sahəsində nə qədər saxlanmalıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 287
Buz əriyənə qədər buz qovuğu əməliyyat sahəsində saxlanılır.
Sual № 923
Venadan qan götürərkən turna nə vaxt açılır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 28
İynə venadan turna açılmamış çıxarılarsa venadan qan xaric olar. Bunu nəzərə alıb iynəni çıxarmamış turnanı açmaq lazımdır.
Sual № 924
Hidradenit əmələ gəlməsində risk faktoru hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 135
Hidrodenit - tər vəzilərinin iltihabıdır. Bu vəzilərə infeksiya düşdükdə əmələ gəlir. Şəxsi gigiyenaya riayət etmədikdə hidrodenit əmələ gəlməsi riski çoxalır.
Sual № 925
Qazlı qanqrena infeksiyasına yoluxmuş xəstələr hansı palatada yatırlar?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 147
Qazlı qanqrenanın törədiciləri digər yaralara düşdükdə tezliklə yoluxma əmələ gətirir.Ona görə də belə xəstələr təcrid palatasında yatır və onların sarğısı da palatada aparılır və sarğı materialları sonra yandırılır.
Sual № 926
Bu patologiyaların hansında tetanus əleyhinə zərdab və anatoksin vurulur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 150
Bütün geniş sahəli təsadüfi yaraların hamısında passiv immunizasiya məqsədi ilə Bezredko üsulu ilə (sınaqlardan sonra) əzələ daxilinə 3000 BV tetanus əleyhinə zərdab və aktiv immunizasiya məqsədi ilə 0,5-1 ml anotoksin vurulur.
Sual № 927
Kəsilmiş yara üçün hansı xarakterikdir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 124
İti alətlərlə kəsilmiş yaralara xas olan əlamətlərdən biri, yara kənarlarının düz və hamar olmasıdır. Qan xaricə axır, irinləmə ehtimalı az olur.
Sual № 928
Endoskopik müayinədən əvvəl hansı anesteziya növündən istifadə olunur?
Ədəbiyyat: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii Moskva izdatelskiy dom QEOTAP-MED 2001. Səh. 179
Yerli olaraq udlaq nahiyyəsinə və dil kökünə 1%-li dikain sürtülür.
Sual № 929
Əməliyyatdan sonrakı gün cərrahi yaranın ilkin sarğısı necə aparılır?
Ədəbiyyat: B.X.Abasov. “Ümumi cərrahlıq”. Bakı 1985. Səh. 196
Əməliyyatdan sonrakı gün aseptik yara olduğu üçün üzəri yenidən yodonatla işlənir və quru aseptik sarğı qoyulur ki, yaraya infeksiya düşməsin.
Sual № 930
Yaralanma zamanı həkimə qədər göstərilən ilkin tibbi yardım hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Təsadüfi yaralanma zamanı yaraya ətraf mühitdən infeksiyanın düşəcəyini nəzərə alıb üzərinə aseptik sarğı qoyulur və qanaxmanın, qorxulu ağırlaşmaların baş verməməsi üçün ilk növbədə qanaxma hər hansı bir üsulla saxlanılır. Yaranın xarakterindən asılı olaraq travmatik şokun profilaktikası üçün ağrıkəsici işlədilir.
Sual № 931
Ağ ciyər qanaxmasında xəstəni hansı vəziyyətdə daşımaq olar?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 512
Ağciyər qanaxmasında xəstədə təngnəfəslik əmələ gəldiyi üçün, xəstə yarım oturaq vəziyyətdə daşınır.
Sual № 932
Yuxu arteriyası zədələnərsə qanaxmanı necə saxlamaq olar?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Yuxu arteriyası zədələrkən qan təzyiqlə axır və çox qısa müddətdə çoxlu qan itirməyə səbəb olduğuna görə ölümə səbəb olur. Bu səbəbdən də vaxt itirmədən yuxu arteriyası barmaqla VI boyun fəqərəsinin köndələn çıxıntısına sıxılır.
Sual № 933
Əməliyyat və sarğı otağının havasını mikrobsuzlaşdırmaq üçün nə edirlər ?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
Bütün üsulların hamsında əməliyyat və sarğı otağının havasında mikrob qalır, yalnız bakteriosid lampalarla şüalandırıldıqdan sonra mikroblar məhv olur.
Sual № 934
Əməliyyat bloku əsaslı olaraq neçə gündən bir təmizlənir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 41
Əməliyyat bloku həftədə bir dəfə böyük tibb bacısının qrafiki əsasında əməliyyat təyin olunmayan gün əsaslı olaraq təmizlənilir.
Sual № 935
Hava damcı infeksiyasının qarşısını almaq üçün tibb işçiləri nədən istifadə edirlər?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 25
Damcı infeksiyalarının qarşısını almaq üçün, əməliyyat işçirakçıları və tibb işçiləri maska taxmalıdır.
Sual № 936
Qida borusunun kimyəvi preparatla yanığında ilk tibbi yardım kimi nə etmək lazımdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 121
Kimyəvi maddəni kənarlaşdırmaq üçün zərəçəkənə ilıq su içirdilir və şokun qarşısını almaq üçün ağrı kəsici prepatar vurulur.
Sual № 937
Nəqliyyat şinalarından hansı məqsədlə istifadə eidilir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 110
Zərərçəkəni daşıyarkən bəzən sınmış sümük fraqmentləri yerini dəyişir bu da ətraf toxumalarının və qan damarlarının zədələnməsinə səbəb olur. Ona görə zədələnmiş nahiyə şinalar vasitəsi ilə imobilizasiya olunur.
Sual № 938
Çıxıqlar zamanı göstərilən ilk tibbi yardım hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 104
Çıxıqlar zamanı oynaq başı oynaq çüxurundan çıxır və oynaq kapsulasını zədələyərək yumşaq toxumaların arasına keçir.Bu zaman qanaxma, ağrı, şişkinlik əmələ gəlir, qarşısını almaq üçün oynağa soyuq kompres qoyulur, oynaq fiksasiya olunur və ağrıkəsici preparat verilir.
Sual № 939
Aşağı çənənin çıxığında oynağı fiksasiya etmək üçün hansı sarğı növündən istifadə olunur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 103
Enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Sapandvari sarğı sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Sual № 940
Tısbağavari sarğı hansı nahiyələrə qoyulur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 109
Tısbağavari sarğı diz və dirsək oynaqlarını sarımaq üçün münasibdir və qoyulma formasından asılı olaraq yaxınlaşan və uzaqlaşan forması var. Yaxınlaşan formada binti oynaqlardan yuxarıda və aşağıda dairəvi dolayıb oynaq çuxurunda çarpazlayır. Uzaqlaşan formada isə əksinə.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?