Tibb bacısı
1.219 elementdən 941-960 arası göstərilir.
Sual № 941
Sapandvari sarğını hansı nahiyələrə qoyurlar?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı.Çıraq nəşriyyatı 2008. səh.276.
Sapandvari sarğıda enli bintin ucları iki hissəyə ayrılır və əks tərəflərdə bağlanır. Bu sarğı aşağı çənəyə, buruna, başa qoyulur.
Sual № 942
Diş çəkildikdən sonra qanaxmanı saxlamaq üçün nədən istifadə edirlər?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 75
Çəkilən dişin yuvasına 3%-li hidrogen-peroksid məhlulunda isladılmış steril tənzif kürəcik qoyulur. Qanaxmanı müvəqqəti saxlamağın bu üslundan burun və uşaqlıq yolu qanaxmalarında da istifadə olunur.
Sual № 943
Endoskopiyada işlədilən optik ucluqlar necə sterilizasiya edilir?
Ədəbiyyat: M.M.Abakumov.Moskva-1985 (səh.67)
Endoskopik apararların optik ucluqları istinin təsirindən xarab olduğu üçün qabın içərisinə formalin tabletkaları atılır və ucluqlar onun üzərindən asılaraq sterilizasiya olunur.
Sual № 944
İsti hava axını ilə işləyən quruducu şkafda optimal t°-nə qədər olur?
Ədəbiyyat: V.P.Abakumov. “Əməliyyat və sarğı tibb bacısının məlumat kitabı”. Moskva 1985. Səh 42
Bu şkafların üzərində t°-göstərən şkala olur. t°-180°-yə qalxdıqdan sonra sterilizasiyanın vaxtı hesablanır və 40 dəqiqə sterilizasiya olur.
Sual № 945
Sterilləşdirilmiş tikiş sapları işlədilənə qədər necə saxlanılır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Ketqut və ipək tikiş sapları sterilizasiyadan sonra xüsusi şüşələrdə 70°-li etil spirtində saxlanılır.
Sual № 946
Dezinfeksiya nədir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 182
Dezinfeksiya infeksiyanın yayılmasının qarşısının almaq üçün dezinfeksiyaedici maddələrin köməyi ilə patogen mikrobların zərərsizləşdirilməsinə və məhv edilməsinə deyilir.
Sual № 947
Sterilizasiya nədir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
Sterilizasiya müxtəlif üsullaların (yüksək temperaturun, buxarın, ionlaşmış şüaların) təsirindən bütün mikroorqanizmlərin və onların sporlarının məhvidir.
Sual № 948
Antiseptika nədir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Antiseptika-yaraya düşmüş mikrobların məhv edilməsi üçün görülən tədbirlər kompleksidir. Antiseptikanın 4 növü var: mexaniki, fiziki, kimyəvi və bioloji. Ədəbiyyat:N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Sual № 949
Aseptika nədir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 241
Mikroblar yaraya ekzogen və endogen yolla düşür. Mikrobların yaraya düşməsinin qarşısını almaq üçün yaraya toxunacaq bütün əşyalar sterilizasiya olunur, aseptik şərait yaradılır.
Sual № 950
Əməliyyatda iştirak edən tibb heyəti hansı geyimdə olmalıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Əməliyyatda iştirak edən tibb heyəti steril xalat, kalpak, maska və baxildə olmalıdır.
Sual № 951
Tez bərkiməsi üçün gipsli langeti hansı temperaturlu suda islatmaq lazımdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
Gips soyuq suda bir qədər gec bərkiyir.Tez bərkiməsi üçün gips langet ilıq və duzlu suda isladılır.
Sual № 952
Bud sınıqlarında neçə qatlı langet hazırlamaq lazımdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 259
Bud sınıqlarında 6-8 qatdan ibarət gips langeti hazırlanır. Budun əzələləri güclü olduğu üçün nazik qatlı gips sarğısı qoyularsa sınıq qəlpələri yerini dəyişə bilər.
Sual № 953
Biksin universal yığımı necə olmalıdır?
Ədəbiyyat: М.С.Брукман «Руководство к практическим занятиям по хирургии». М:Медицина 1983. Səh. 32
Bir əməliyyat üçün lazımolan satğı materiallrı,əməliyyat ağları və əməliyyatın iştirakçılarının paltarları bir biksə yığılır.
Sual № 954
Qanın uyğunlaşma sınağı planlı hemotransfuziya zamanı necə aparılır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 2008. Səh. 314
Resipientdən 2-3 ml qan götürülərək üzərinə 4%-li natrium-sitrat sentrafuqadan keçirilir. Alınan zərdabın üzərinə 2-3 damcı köçürüləcək qan əlavə edilir və aqqlutinasiya reaksiyasının alınmasına nəzarət edilir.
Sual № 955
Şüa yanıqları zamanı ilk tibbi yardım necə başlanılır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
Dəri şüalandıqda qızarmış və qıcıqlanmış sahə çoxlu miqdarda su ilə yuyulur,sonra isə dozimetr ilə radiasiyanın dərəcəsi ölçülür.
Sual № 956
Yalnız bir sarğı otağı varsa yaraların sarınma ardıcıllığı necə olmalıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 45
Bütün təmiz aseptik yaraların sarğısı təlimata uyğun olaraq əvvəlcə aparılır. Sonra isə irinli yaralar sarınır. İşin axrında dezinfeksiya işlərindən sonra bakteriosid lampa ilə şüalandırılır.
Sual № 957
Arterial turna düzgün qoyulduqda nə baş verir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Arterial turna düzgün qoyulubsa qanaxma dayanır və turnadan aşağı periferik nəbz vurğusu itir.
Sual № 958
Əllərini əməliyyata hazırlamış cərraha əməliyyat paltarını kim geyindirir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 120
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra cərrahın sterilliyinin pozulmaması üçün onu yalnız steril xalat, kalpak və əlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilər.
Sual № 959
Qarnın ön divarı yaralanmış zərərçəkəni necə daşımaq məqsədə uyğundur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 128
Cərrahın əlləri əməliyyata hazırlandıqdan sonra cərrahın sterilliyinin pozulmaması üçün onu yalnız steril xalat, kalpak və əlcək geyinmiş əməliyyat tibb bacısı geyinirə bilər.
Sual № 960
Kolostoma qoyulmuş xəstəyə tibb bacısı nəyi başa salmalıdır?
Ədəbiyyat: B.Q. Steçyuk.Sestrinskoe delo v xirurqii
Yoğun bağırsağın keçməməzliyində və zədələnmələrində,düz bağırsağın xərçəngində əməliyyatdan sonra sol qalça nahiyəsinə palliativ məqsədlə kolostoma qoyulur. Tibb bacısı xəstəyə kolostamaya qulluq etməyi, və nəcis yığılan torbanı dəyişməyi başa salır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?