Tibb bacısı
1.219 elementdən 961-980 arası göstərilir.
Sual № 961
Döş qəfəsi yaralanmaları zamanı hansı hermetik sarğı istifadə edilir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 197
Döş qəfəsi yaralanmaları zamanı döş divarında plevra boşluğuna keçən dəlik olduqda hava döş divarı yarasından plevra boşluğuna daxil olur ki, bu da “pnevmotoraks” adlanır. Bu zaman həmin dəliyi qapamaq üçün hermerik sarğı lazım gəlir :bu sarğı okkuluzion sarğı adlanır.
Sual № 962
Qış fəslində Esmarx turnasının saxlanma müddəti nə qədərdir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 77
Qış fəslində soyuğun təsirindən damarlarda spazm yarandığı üçün turnadan aşağı hissədə toxumalarda qidalanma pozğunluğu daha tez baş verə bilər. Buna görə qış fəslində Esmarx turnası yaya nisbətən daha az müddət, 1-1,5 saat (yay fəslində 2 saat saxlanıla bilər).
Sual № 963
Yerli anesteziyanın üstün cəhətləri hansılardır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 58
Yerli anesteziya zamanı anesteziyaedici maddə yerli olaraq əməliyyat aparılacaq sahəyə yeridilir və yalnız həmin sahə anesteziya olunduğu üçün uzun müddətli əməliyyat hazırlığı lazım gəlmir.
Sual № 964
İnfiltrasiya anesteziyası zamanı hansı preparat istifadə edilir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 60
İnfiltrasion anesteziyada əməliyyat nahiyyəsində toxumalara qat-qat 0,5%-0,25% -li novakain məhlulu yeridilir.
Sual № 965
Onurğa beyin anesteziyasından sonra xəstənin daşınması hansı vəziyyətdə olmalıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 62
Onurğa beyni anesteziyası kiçik çanaqda və aşağı ətraflarda aparılan əməliyyatlar zamanı icra edilir.Anesteziyadan sonra xəstədə arterial təzyiq aşağı düşdüyünə görə xəstələr dərhal uzandırılmalıdır.
Sual № 966
İki atmosfer təzyiqdə ağların avtoklavda strelizasiya müddəti nə qədərdir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
Ağlar 2 atmosfer təzyiqdə, 132o C temperaturda 20 dəqiqə sterilizasiya olunmalıdır.
Sual № 967
Ağların steriliyinə ən dəqiq nəzarət üsulu hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 29
Ən etibarlı və dəqiq üsul bakterioloji nəzarət üsuludur. Bu üsulda sterilizasiya olunmuş materiallardan nümunə götürülərək bakterioloji laboratoriyaya göndərilir və əkmə yolu ilə nəzarət aparılır.
Sual № 968
Sterilizasiyanın fiziki üsuluna hansı aiddir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 30
Avtoklavlaşdırma zamanı yüksək temperatur və təzyiqlə (buxarla), yəni fiziki amillərlə sterilizasiya aparıldığına görə bu üsul sterilizasiyanın fiziki növünə aiddir.
Sual № 969
Əməliyyat sahəsinin işlənməsində hansı antiseptik məhluldan istifadə olunur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Əməliyyat sahəsinin işlənməsində halloid qrupuna aid kimyəvi aseptik maddə olan yodonatdan istifadə olunur.
Sual № 970
Əllərin işlənməsində hansı antiseptik maddədən istifadə edilir?
Ədəbiyyat: В.Г.Стецюк «Сестринское дело в хирургии». Səh. 46
Əllərin müasir işlənməsində pervomur məhlulundan istifadə olunur. Məhlul 33%-li hidrogen-peroksidlə, 100%-li qarışqa turşusunun qarışığıdır. Əllər mexaniki işləmədən sonra 2,4%-li pervomur məhlulunda bir dəqiqə müddətində saxlanılır. Üsul tezliyinə görə çox əlverişlidir. Pervomur məhlulu C-4 qarışığı da adlanır.
Sual № 971
Tikiş materialını yağsızlaşdırmaq üçün hansı məhlulda saxlayırlar?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 32
Tikiş sapları sterilizasiyadan əvvəl yağsızlaşdırmaq üçün efirdə saxlanılır.
Sual № 972
Quruducu şkafda sterilizasiyaya nəzarət üçün nədən istifadə olunur?
Ədəbiyyat: Y.A.Nesterenko “Cərrahi xəstəliklər”. Moskva 1983. Səh. 42
Quruducu şkafda 180-220C0-də alətlər sterilizasiya olunur. Sterilizasiyaya nəzarət üsulu tiomoçevinın yüksək temperaturda rənginin dəyişməsinə əaslanır.
Sual № 973
Halloidlər qrupuna hansı aiddir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 21
Yod halloid qrupuna aid olan kimyəvi element olduğuna görə, yod birləşməli antiseptiklər halloidlər qrupuna aid edilir.
Sual № 974
Arterial qanaxma üçün xarakterik əlamət hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Arteriyanın divarının zədələnməsi zamanı yaranan qanaxma arterial qanaxma adlanır. Arteriya damarlarında axan qan arterial qandır, al qırmızı rəngdədir. Həmçinin qan ürəkdən birbaşa arteriyalara qovulduğuna görə nəbzlə sinxron, yəni nəbzvari olur. Deməli arterial qanaxmanın xarakter əlaməti nəbzvari al rəngdə qanın axmasıdır.
Sual № 975
Daxili qanaxmanın xarakter əlaməti hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 73
Daxili qanaxma zamanı qan boşluqlara-yəni, qarın boşluğu, döş boşluğu və s. həmçinin, borulu orqanların mənfəzinə axır. Bu zaman dövriyyədə olan qanın ümumi həcmi azaldığına görə dəri örtüyü avazıyır.
Sual № 976
Arterial qanaxmanın müvəqqəti dayandırılmasında hansı üsuldan istifadə olunur?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 76
Arterial qanaxmalar zamanı qan gur və sürətlə axdığına görə xəstə tez bir zamanda çoxlu qan itirə bilər ki, bu da xəstənin ölümü ilə nəticələnə bilər. Həyati təhlükənin qarşısını almaq və xəstəni tibb müəssisəsinə çatdırana qədər vaxt itirməmək məqsədilə qanaxmanı müvəqqəti dayandırılmaq üçün damarları yumruqla və ya barmaqla yaxındakı sklet sümüklərinə sıxmaq lazımdır.
Sual № 977
Onkologiyada ən etibarlı diaqnostik üsul hansıdır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 165
Histoloji üsulda biopsiyada və ya əməliyyat zamanı kənarlaşdırılmış şiş toxumasından götürülən material üzərində hüceyrə səviyyəsində mikroskopik laborator müayinə aparılır. Buna görə də bu üsul onkologiyada ən etibarlı diaqnostik üsul sayılır.
Sual № 978
Metastaz nədir?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Bəd xassəli şiş toxumasının hüceyrələri qan və limfa dövranı ilə digər orqan və toxumalara aparılır. Nəticədə şişin başqa orqan və toxumalara yayılması baş verir ki, bu metastaz adlanır.
Sual № 979
Bədxassəli şişlərin radikal müalicəsi nə vaxt mümkündür?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 163
Bəd xassəli şişlərin radikal müalicəsi, yəni şişin ətraf toxumalar və limfa düyünləri ilə birlikdə götürülməsi metastaz yaranmadıqda aparılmalıdır. I mərhələdə metastaz yoxdur, II mərhələdə isə yaxın (ətraf) limfa düyünlərində olduğuna görə bədxassəli şişlərin radikal müalicəsi I-II mərhələdə mümkündür.
Sual № 980
Kalkulyoz xolesistitdə ağrı necə başlayır?
Ədəbiyyat: H.A.Sultanov “Cərrahiyyə”. Bakı 1997. «Azərbaycan» nəşriyyatı. Səh. 234
Xolesistit öd kisəsinin iltihabi xəstəliyidir. Kalkulyoz xolesistit isə öd kisəsində daşların olması ilə gedən iltihabi xəstəlikdir. Öd kisəsi sağ qabırğa altında yerləşir. Daşlı və ya kalkulyoz xolesistitdə tutmaşəkilli, şiddətli, qəfləti ağrılar sağ qabırğa altından başlayır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?