Tibb bacısı
1.219 elementdən 981-1.000 arası göstərilir.
Sual № 981
Mədə xorası üçün xəstənin xarakterik vəziyyəti hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Mədə xorası ağrıları zamanı xəstə ayaqlarını qarnına yığdıqda, qarın əzələlərinin gərilməsi azalır və bu da ağrının intensivliyinin azalmasına səbəb olur.
Sual № 982
Mexaniki antiseptikaya aiddir:
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 343
Bütün təsadüfi yaralar bakteriyalarla çirkləndiyinə görə 12 saatdan gec olmayaraq I-li cərrahi işlənməlidir (üz, boyun və əldən başqa). İşlənmə əl və alətlərlə aparıldığına görə bu üsul mexaniki işlənmə adlanır.
Sual № 983
Uzunmüddətli sıxılma sindromu zamanı ilk yardıma aid olmayan əlamət hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 344
Ətrafların qızdırılması uzun müddətli sıxılma sindromu zamanı aparılan ilk yardıma aid deyil. Ətrafların qızdırılması zamanı sıxılmış toxumalarda yığılmış toksinlər qana sorularaq intoksikasiya yaratdığı üçün qətiyyən ətrafı qızdırmaq olmaz.
Sual № 984
Yumşaq toxumaların zədələnməsində ilk yardım hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.366
Yumşaq toxumaların zədələnməsində hematomanın yaranmaması üçün həmin nahiyyəyə soyuq (buz qovuğu,soyuq kompres) və zədələnmiş dəri örtüyündən daxilə infeksiya keçməməsi üçün sarğı qoymaq lazımdır.
Sual № 985
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı nə etməlidir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh.209
Kəskin qarın simptomuna şübhə varsa tibb bacısı dərhal soyuq qoymalı və xəstəni stasionara göndərməlidir.
Sual № 986
Körpücük sümüyü zədələnmələrində hansı sarğıdan istifadə olunur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 298
Körpücük sümüyü zədələnmələrində “Dezo” sarğısından istifadə olunur.
Sual № 987
Çanaq zədələnmələri zamanı xəstə hansı vəziyyətdə daşınmalıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 300.
Çanaq zədələnmələrində xəstə arxası üstə ayaqları aralanmış, ayaqları arasına yumşaq döşəkcə qoyularaq (qurbağa vəziyyəti) daşınmalıdır.
Sual № 988
Tısbağavari sarğı yuxarı ətrafın hansı zədələnmələrində qoyulur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 310
Tısbağavari sarğı yuxarı ətrafın dirsək oynağı zədələnmələrində qoyulur.
Sual № 989
Gips sarğısı qoyulmuş xəstələrdə şiddətli ağrı olarsa tibb bacısı nə etməli?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 291
Gips sarğısı qoyulmuş xəstədə şiddətli ağrı olarsa tibb bacısı həkimə məlumat verməlidir.
Sual № 990
“Diteriks” şinası ilk yardım kimi hansı sınıqlarda qoyulur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
“Diterexs” şinası 3 hissədən ibarətdir: Birinci boyuna müvafiq qoltuq altı şuxura yerləşdirilərək tış tərəfdən, ikinci hissə qasıq nahiyyəsinə, üçüncü hissə isə ayaq nahiyyəsinə təsbit edilir. İlk yardım kimi aşağı ətraf sınıqlarında qoyulur.
Sual № 991
Sınıqlar zamanı şokun profilaktikası üçün həkimə qədər ilk yardım zamanı nə etmək olmaz?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 289
Sınıqlar zamanı şokun profilaktikası üçün ilk yardımda xəstəni hərəkət etdirmək olmaz.
Sual № 992
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə tibb bacısı hansı aləti verməlidir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə” .Səh. 42
Əməliyyat zamanı qanaxmanı müvəqqəti saxlamaq məqsədilə zədələnmiş damara sıxıcı qoymaq lazım gəldiyinə görə tibb bacısı “damar sıxıcısı”nı verməlidir.
Sual № 993
Gün ərzində əməliyyat otağı necə dəfə yığışdırılmalıdır?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə” .Səh. 41
Əməliyyat otağı gün ərzində bir neçə dəfə, hər gərək olduqca yığışdırılmalıdır.
Sual № 994
Diz oynağının əzilməsində ilk yardım hansıdır?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Diz oynağının əzilmələrində hematomanın əmələ gəlməsinin qarşısını almaq üçün ilk yardım kimi soyuq və sıxıcı sarğı qoymaq lazımdır.
Sual № 995
Aşağı ətrafların borulu sümüklərinin sınığı zamanı hadisə yeridə ilk yardım nədən ibarətdir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 301
Borulu sümüklərin sınığı varsa hadisə yerində ətrafı nəqliyyat şinası və əl altında olan vasitə ilə immoblizasiya etmək lazımdır.
Sual № 996
Hansı sarğı növü paltar və ayaqqabı üzərindən qoyulur?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 312
Ayaqqabı və paltarı soyundurduqda sınmış sımük fraqmentlərinin yerini dəyişməməsi üçün nəqliyyat şinası ilə sarğılar ayyaqabı və paltar üzərindən qoyulur.
Sual № 997
Qanəvəzediciləri köçürülərkən hansı fəsadlar törənir?
Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 354
Qanəvəzediciləri köçürülərkən orqanizmdə allergik,pirogen toksiki reaksiyalar və inyeksiya nahiyyəsində müxtəlif yerli reaksiyalar yarana bilər.
Sual № 998
Bioloji antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Zərdablar canlı orqanizmdən alındığına görə onlardan istifadə bioloji antiseptikaya aiddir.
Sual № 999
Fiziki antiseptikaya hansı aiddir?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 19
Yaraların drenajlanması fiziki antiseptikaya aiddir. Drenajlar vasitəsilə yara möhtəviyyatı xaric edilir.
Sual № 1000
Əl barmaqlarının zədələnmələri zamanı hansı sarğı növündən istifadə olunur?
Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Əl barmaqları zədələnərkən bütün barmaqları sarımaq üçün “Cəngavər əlcəyi” formasında sarğıdan istifadə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?