Tibb bacısı

1.219 elementdən 1.001-1.020 arası göstərilir.

Sual № 1001

Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı nə etməlidir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Qan köçürən zaman xəstənin halı pisləşirsə tibb bacısı dərhal qan köçürməni dayandırıb əlavə qorxulu fəsadlar(transfuzion şok) əmələ gəlməsininin qarşısını almaq üçün həkimi çağırmalıdır.

Sual № 1002

Diz oynağının zədələnməsi zamanı hansı sarğı qoyulur?

  Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”. Səh. 97
Diz oynağının zədələnməsi zamanı tısbağavari sarğı qoyulur. Bu sarğının 2 forması mövcuddur: yaxınlaşan və uzaqlaşan.

Sual № 1003

Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti nədən ibarətdir?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh. 287.
Əməliyyatdan sonrakı dövrdə tibb bacısının müstəqil hərəkəti özünə qulluqda xəstəyə yardım etməkdən ibarətdir.

Sual № 1004

Təxirəsalınmaz əməliyyatdan əvvəl sanitar işlənmə harada aparılır?

  Ədəbiyyat: N.R.Paleyev «Tibb bacısının məlumat kitabı». Bakı 1991. Səh.
Təxirəsalınmaz əməliyyatda əməliyyat sahəsinin təmizlənməsi əməliyyat stolununda aparılır.

Sual № 1005

Bint sarğısı qoymazdan əvvəl tibb bacısı nəyə nəzər yetirməlidir?

  Ədəbiyyat: H.Sultanov. “Cərrahiyyə”.1997 Səh. 97
Bint sarğısı qoymamışdan əvəl tibb bacısı patoloji prosesin xarakterinə fikir verməlidir.

Sual № 1006

Inhalyasiya anesteziyası zamanı dərman maddələri hara yeridilir?

  Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-207
İnhalyasion anesteziyada dərman maddələri tənəffüs yollarına narkoz aparatı vasitəsilə yeridilir.Bu zaman qaz və ya maye halında olan anestetik maddələrdən istifadə olunur. Ümumi anesteziyada dərman maddələri tənəffüs yolları ilə yeridilərək xəstənin mərkəzi sinir sistemini müvəqqəti tormozlayır.

Sual № 1007

Anestezist tibb bacısının vəzifələrinə nə aid deyil?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.242
Əməliyyat otağının temperaturuna nəzarət etmək anestezist tibb bacısının səlahiyyətinə aid deyil.Bu əməliyyat blokunun böyük tibb bacısının vəzifəsidir.

Sual № 1008

Punksiya nədir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.101
Punksiya boşluqların,orqan və toxumaların yoğun iynə və ya troakarla deşilməsidir. Tibb bacısı xəstəni proseduraya hazırlayır, punksiya zamanı ona verilən vəziyyəti müəyyən edir,lazımı alətləri, dərman maddələrini hazırlayır, həkimə manipulyasiya zamanı kömək edir.Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.101

Sual № 1009

Qastrostoma ətrafındakı dərini qorumaq məqsədi ilə nədən istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
Qastrostomadan xaric olan möhtəviyyatın qıcıqlandırıcı təsirini nəzərə alaraq hər dəfə sarğı zamanı stoma ətrafı dəri xüsusi pasta-lassar pastası ilə işənilir.Bu pasta iltihab əleyhinə təsirə malikdir.Prosedura zamanı stoma ətrafı dəri 0.1-0.5%-li kalium –permanqanat məhlulunda isladılmış kürəciklə işlənilir və sonra quru steril kürəciklə qurudulur.Steril şpatel vasitəsi ilə lassar pastası 0.5 sm. qalınlıqda dəriyə sürtülür.

Sual № 1010

Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə nəyi məsləhət görür?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.373
Kolostomalı xəstələrdə meteorizmin qarşısını almaq məqsədilə tibb bacısı xəstəyə aktivləşmiş kömürü və ya çobanyastığı dəmləməsini qəbul etməyi məsləhət görür.

Sual № 1011

Əməliyyat sahəsi nə ilə işlənilir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.97
Əməliyyat sahəsi cərrahın işlədiyi nahiyə olduğu üçün steril olmalıdır. .Əməliyyat sahəsi tükdən təmizləndikdən sonra antiseptik məhlullarla-xlorheksidin biqlükonat,yodonat və yodopironla işlənilir.Xlorheksidin biqlükonat 20%-li sulu məhlul şəklində buraxılır.Əməliyyat sahəsinin işlənməsi üçün preparat 1:40 nisbətində 70%-li spirtdə həll olunaraq 0.5%-li spirtli məhllu hazırlanır.

Sual № 1012

Immobilizasiya nədir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.179
İmmmobilizasiya-müxtəlif əşyaların köməyi ilə bədənin zədələnmiş hissəsini hərəkətsizləşdirməkdir.İmmobilizasiyadan sümük sınıqlarında,çıxıqlarda, oynaqların zədələnməsində, sinirlərin, damarların və yumşaq toxumaların geniş yaralanmalarında, ətraflarda gedən iltihabı prosseslərdə istifadə olunur.

Sual № 1013

Nəqliyyat immobolizasiyasında nədən istifadə olunmur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.174
İmmobilizasiya iki cür olur:nəqliyyat və müalicəvi.Nəqliyyat immobilizasiyası xəstənin daşınması zamanı bədənin zədələnmiş hissəsinə və ya zədələnmiş orqana müvəqqəti olaraq maksimum sakitlik vermək deməkdir.Nəqliyyat immobilizasiyası ləçəkvari sarğının, pnevmatik şinanın,Kramer şinası,Diterixs şinasının,bəzən isə əl altında olan vasitələrin-taxta,karton parçasının köməyi ilə həyata keçirilir.Beler şinasından isə nəqliyyat immobilizasiyasında yox,müalicəvi immobilizasiyada istifadə olunur.

Sual № 1014

Sorulmayan sintetik tikiş materialı hansıdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulmayan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli sorulmayan tikiş materiallarına ipək,pambıq saplar aiddir.Sintetik mənşəli tikiş materialına lavsan,neylon,dakron,poliester,poliamid aiddir.Bu tikiş materialları əməliyyatdan 5-8 gün sonra sökülür.

Sual № 1015

Sorulan təbii tikiş materialı hansıdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Sorulan tikiş materialları təbii və sintetik mənşəli olur.Təbii mənşəli tikiş materialına sadə və xromlaşmış ketqut;sintetik mənşəli tikiş materialına poliqlekapron,polidiaksananon,turş poliqlikol aiddir.Bu tikiş materiallarını sökmək lazım deyil.Onlar orqanizmdə 40-90 gün müddətinə fermentativ təsirə məruz qalaraq sorulur.

Sual № 1016

Hansı sorulan sintetik saplar oftalmologiyada istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.118
Oftalmologiyada istifadə olunan sorulan sintetik saplara poliqlekapron,polidiaksanon,turş poliqlikol aiddir.Bu saplar sökülmür,toxumada 10-30 günə qədər saxlanılır; 40-90 gün müddətinə orqanizmdə fermentativ təsirə məruz qalaraq sorulur.

Sual № 1017

Toxumanı kəsən alətlərə nə aiddir?

1) Skalpel;
2) Pinset;
3) Qayçı;
4) Kornsanq;
5) Mişar;
6) Payer jomu

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Toxumanı kəsən alətlərə skalpellər(qarıncıqlı və itiuclu),qayçılar(düz,əyri,iti və küt uclu),bıçaqlar(rezeksion və amputasion), mişarlar, kəlbətin, raspator, çəkic, yoğun iynələr, troakar, frezlər, osteotom aiddir.

Sual № 1018

Bütün cərrahi alətlər neçə qrupa bölünür?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.119
Bütün cərrahi alətlər ümumi və xüsusi olmaqla iki qrupa bölünür.Ümumi alətlərdən bütün əməliyyatlarda istıfadə olunur.Xüsusi alətlərdən isə oftalmologiyada, otolarinqologiyada,neyrocərrahiyyədə, kardiologiya və pulmonologiyada, ginekologiya və urologiyada müxtəlif növ əməliyyatların gedişatında istifadə olunur.

Sual № 1019

Yaranın cərrahi işlənməsində hidrogen peroksidin neçə faizli məhlulundan istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Hidrogen peroksid kimyəvi antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir. Hidrogen peroksidin 3%-li məhlulundan irinli və çirklənmiş yaraların yuyulmasında, səthi qanaxmalarda istifadə olunur. 6%, 10%, 30%, 33% məhlullarından dezinfeksiyaedici kimi istifadə olunur.

Sual № 1020

Bioloji antiseptikaya nə aiidir?

1) Antibiotiklər;
2) Səthi-aktiv maddələr;
3) Vaksinlər;
4) Immunoqlobulinlər;
5) Oksidləşdiricilər;
6) Turşular

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.24
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×