Tibb bacısı

1.219 elementdən 1.021-1.040 arası göstərilir.

Sual № 1021

Kimyəvi antiseptikada nədən istifadə olunur?

1) Spirtlər;
2) Vaksinlər;
3) Səthi aktiv maddələr;
4) Antibiotiklər;
5) Oksidləşdiricilər;
6) Proteolitik fermentlər

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.22
Kimyəvi antiseptikada istifadə olunan maddələr kimyəvi dezinfeksiyaedicilər,antiseptiklər və kimyəvi terapevtik maddələr olmaqla üç qrupa bölünür. Kimyəvi dezinfeksiyaedicilərdən alətlərin, döşəmələrin, divarların, tibbi əşyaların dezinfeksiyasında istifadə olunur. Antiseptiklərdən əllərin işlənməsində, yaraların yuyulmasında istifadə olunur. Kimyəvi terapevtik maddələr orqanizmində olan bakteriyalara bakteriostatik və bakteriosid təsir göstərir. Spirtlər, səthi aktiv maddələr antiseptikllərə aiddir.

Sual № 1022

Cərrahi metal alətlərin sterilizasiyasının daha mükəmməl üsulu hansıdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.15
Cərrahi metal alətlərin daha mükəmməl sterilizasiya üsulu qaynar quru hava ilə xüsusi quruducu şkaflarda həyata keçirilir.Sterilizasiya 0,5-1 saat ərzində 180-220 C temperaturda quruducu şkaflarda aparılır.

Sual № 1023

Əllərin C-4(pervomur) məhlulunda işlənməsinə nə qədər vaxt lazımdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
C-4 (pervomur) məhlulunun tərkibi qarışqa turşusu,hidrogen peroksid və suyun qarışığından ibarətdir.Bu qarışıq güclü antiseptik maddə olub dəri üzərində nazik təbəqə əmələ gətirir.2.4%-li məhlul tökülmüş xüsusi ləyənlərdə əllər 1 dəqiqə müddətində işləndikdən sonra steril dəsmalla qurudulur.

Sual № 1024

Əllərin xlorheksidin biqlyukonatın spirtli məhlulu ilə işlənməsinə nə qədər vaxt lazımdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.16
Əllərin işlənməsində xlorheksidin biqlükonatın 0.5%-li spirtli məhlulundan istifadə olunur.Əllər sabunla axar ilıq su altında yuyulduqdan sonra steril salfetlə silinir.Sonra xlorheksidin biqlükonat məhlulunda isladılmış steril salfetlə 3 dəq.ərzində işlənilir.

Sual № 1025

Cərrahiyədə ekzogen infeksiya hansı yollarla yayılır?

1) Hava-damcı
2) Limfogen
3) Kontakt
4) İmplantasiya yolu ilə
5) Hematogen

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.19
Cərrahiyədə ekzogen infeksiya orqanizmə üç əsas yol ilə daxil ola bilər:hava damcı, kontakt və implantasion. Hava damcı infeksiyası toz hissıcikləri və damcı-qabarcıqları ilə yayılır. Kontakt infeksiyaya səbəb cərrahın əlləri,sarğı materialları və ağlar,cərrahi alətlərdir.İnplantasion infeksiyanın mənbəyi tikiş sapları,plastik materiallar və protezlərdir.

Sual № 1026

Yaranın yuyulmasında kalium permanqanatın neçə faizli məhlulundan istifadə olunur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.23
Kalium permanqanat antiseptik maddə olub oksidləşdiricilər qrupuna aiddir.Bu preparat xaricə istifadə üçündür.Cərrahi praktikada 0.1%-li məhlulundan irinli yaraların yuyulmasında istifadə olunur.

Sual № 1027

Palliativ əməliyyatın aparılmasında məqsəd nədir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.115
Palliativ əməliyyat xəstənin vəziyyətini yüngülləşdirmək məqsədilə həyata keçirilir.Belə əməliyyatlar daha çox onkoloji xəstələrdə aparılır.Palliativ əməliyyat xəstənin ömrünü bir qədər uzadır,həyat fəaliyyətini yaxşılaşdırır.

Sual № 1028

Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona hansı vəziyyət verilməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Xəstəni periferik venanın kateterizasiyasına hazırladıqda ona arxası üstə uzanmış vəziyyət verilir.

Sual № 1029

Periferik vena üçün kateterin seçimində tibb bacısı nəyi nəzərə almır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.203
Periferik vena üçün kateter seçimində tibb bacısı xəstənin fizioloji vəziyyətini yox, venanın diamterini,yeridilən mayenin sürətini,yeridilən mayenin tərkibini və kateterin venada qalma müddətini ciddi nəzərə almalıdır.

Sual № 1030

Periferik venada kateterin yeri neçə saatdan bir dəyişilməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venada ağırlaşmaların qarşısını almaq məqsədilə kateterin yeri 48-72 saatdan bir dəyişilməlidir.

Sual № 1031

Periferik venaya kateter qoyulduqdan sonra damarda hansı ağırlaşmaya rast gəlmək olur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
Periferik venadaki kateterə düzgün qulluq olmadıqda,aseptika və antiseptika qaydalarına düzgün riayət etmədikdə,kateterin yeri vaxtında dəyişdirilmədikdə venanın cərrahi infeksiyası-flebit kimi ağırlaşmaya rast gəlinir.

Sual № 1032

Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin profilaktikası üçün nədən istifadə olunur?

1) Troksevazin;
2) Levamikol;
3) Tripsin;
4) Traumel;
5) Sintomisin;
6) Heparin

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.207
Periferik venaya kateter qoyulduqdan sonra tromboflebitin əmələ gəlməsinin qarşısını almaq məqsədilə vena üzərinə punksiya olunan yerdən bir qədər yuxarıda nazik qat tromflebik məlhəmlərdən sürtmək lazımdır(traumel,traksevazin,heparin).

Sual № 1033

Periferik venadaki kateterdən dərman maddəsi yeridildikdə orqanizmdə baş verən ümumi ağırlaşma hansıdır?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.89
Periferik venadaki kateterdən infuziyalar zamanı yeridilən dərman madəsinə qarşı baş verən ağırlaşmalardan biri allergik reaksiyalardır.Allergik reaksiyaların ağırlığı müxtəlif olub,yüngül dərəcədən anaflaktik şoka qədər inkişaf edə bilər.Bu zaman arterial təzyiqin kəskin aşağı enməsi,bronxların spazmı,nəbzin tezləşməsi müşahidə olunur.Belə xəstələt narahat olur,tənəffüsün çətinləşməsindən şikayət edirlər.

Sual № 1034

Mərkəzi venalara kateterin yeridilməsi nə vaxt həyata keçirilir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.212
Koma vəziyyətində olan xəstələri parenteral qidalandırmaq üçün uzun müddət vena daxilinə dərman maddələrinin yeridilməsi lazım gəlir.Bu məqsəd ilə mərkəzi venalara kateterin qoyulması həyata keçirilir.

Sual № 1035

Periferik venanın punksiyasında kateterin iynəsi neçə dərəcəli bucaq altında yeridilməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venanın punksiyasında kateterin iynəsi 15-30 dərəcəli bucaq altında yerdilməlidir.Bu zaman indikator kamerasında qanın görünməsi iynənin venada olduğunu bildirir.

Sual № 1036

Periferik venanın punksiyasında iynənin kəsiyi dəri səthinə münasibətdə hansı istiqamətə yönəldilməlidir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Vena punksiya olunan zaman tibb bacısı iynənin kəsiyini dəri səthinə münasibətdə yuxarı istiqamətə yönəltməlidir.

Sual № 1037

Periferik venaya kateter yeridilən zaman iynə-stilet daxili konyula ilə minimum hansı məsafəyə yeridilir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.205
Periferik venaya kateter yeridilən zaman tibb bacısı iynə-stileti daxili kanyula ilə minimum 5 ml. məsafəyə yeritməlidir.

Sual № 1038

Sidik kisəsinin kateterizasiyası dedikdə nə başa düşülür?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
Urologiyada geniş yayılmış instrumental proseduralardan biri də sidik kisəsinin kateterizasiyasıdır. Bu zaman kateter sidik kanalı ilə sidik kisəsinə yeridilir.Adətən sidik ləngiməsi zamanı sidik kisəsinin boşaldılması,analiz üçün sidiyin götürülməsi və həkimin təyinatına əsasən kateterdən dərman maddələrinin yeridilməsi məqsədilə aparılır.

Sual № 1039

Sistostomalı xəstələrdə sidik kisəsi neçə ml. furasilin məhlulu ilə yuyulur?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.435
Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin məhlulu istifadə olunur.

Sual № 1040

Kişilərdə kateter sidik kanlına hansı məsafəyə qədər yeridilir?

  Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.437
Sistostomalı xəstələrdə sidik kisəsinin yuyulması zamanı 500-1000 ml. 1:5000 nisbətində furasilin məhlulu istifadə olunur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×