Tibb bacısı
1.219 elementdən 1.041-1.060 arası göstərilir.
Sual № 1041
Qadınlarda kateter sidik kanalına hansı məsafəyə qədər yeridilir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.436
Kişilərdə sidik kanalının uzunluğu 19-20 sm.-dir.Əgər kateterdən sidik gəlirsə demək kateter sidik kisəsindədir.
Sual № 1042
Qastrostomalı xəstənin qidalandırılması gündə neçə dəfə həyata keçirilir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.402
Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox olmamalıdır.
Sual № 1043
Autoimmoblizasiya nədir?
Ədəbiyyat: И.В.Яромич “Сестренское дело” для учащихся медицинских училищ и колледжей, среднего мед. персонала. “Высшейшая школа”, 2003 стр.292
Qastrostomalı xəstələrdə qastrostomadan mədəyə kalorili,tez həzm olunan,həlimşəkilli konsistensiyada qida maddələr yeridilir.Xəstələrin qidalanması 4-6 dəfədən az və ya çox olmamalıdır.
Sual № 1044
Sidik kisəsinə qoyulan sistostomadan sonra tibb bacısı xəstəyə nəyi başa salmalıdır?
Ədəbiyyat: И.В.Яромич “Сестренское дело” для учащихся медицинских училищ и колледжей, среднего мед. персонала. “Высшейшая школа”, 2003 стр.292
Autoimmobilizasiya zədələnmiş nahiyənin sağlam tərəfə təsbit olunmasıdır.Yuxarı ətrafın zədələnməsi zamanı onu gövdəyə bintlə sarımaq və ya ləçəkvari sarğı ilə fiksə etmək lazımdır.Aşağı ətrafın zədələnməsində zədələnmiş ətraf sağlam tərəfə fiksasiya olunmalıdır.
Sual № 1045
Borulu drenajlar istifadədən əvvəl nə ilə yuyulmalıdır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
Sidik-ifrazat sistemində aparılmış əməliyyatdan sonra tibb bacısının işinə xəstəyə sistostomaya qulluğu öyrətmək aiddir.
Sual № 1046
Yaradan,boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması necə adlanır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.114
Bütün drenajlar mütləq steril olmalı və bir dəfə istifadə üçün nəzərdə tutulmalıdır. Borulu drenajlar istifadədən əvvəl 0.9%-li natrium xlorid məhlulu ilə yuyulmalıdır.
Sual № 1047
Yanıqlar zamanı ilkin tibbi yardıma aşağıdakılardan hansı aid deyil ?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.226
Yaradan, boşluqlardan möhtəviyyatın xaric edilməsi və dərman maddələri ilə yuyulması drenajlanma adlanır. Drenajlanma tənzif və borulu drenajların vasitəsilə həyata keçirilir. Drenajlanma üç cür olur: passiv, aktiv və aspirasion-şırınqa yolu ilə.
Sual № 1048
Yanığı olan xəstələr sarğıya necə hazırlanır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.257
Yanıqlar zamanı ilkin tibbi yardıma xəstəni qusdurmağa cəhd etmək yox,termiki amilin dəriyə təsirini dayandırmaq,yanmış sahəni soyutmaq,aseptik sarğını qoymaq və ağrısızlaşdırmaq aiddir.
Sual № 1049
Drenaja nə aiddir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.108
Texniki yanıqlar zamanı xəstəni sarğıya hazırlamaq üçün yerli və ya ümumi vannalardan istifadə olunur.Antiseptiklərlə yerli və ümumi vannaların qəbulu sarğı zamanı toxumaların zədələnməsini və ağrı hissiyatını azaldır.
Sual № 1050
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün nə etməlidir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
Drenajlanma drenajların köməyi ilə həyata keçirilir.Drenajlara bunlar aiddir:trundalar,tamponlar;yastı rezin,borulu və qarışıq drenajlar aiddir.Trunda tənzifdən olan drenaja aiddir.
Sual № 1051
Xəstənin fizioloji sakitliyini təmin etmək üçün tibb bacısı nə etməlidir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.162
Aşağı ətrafın tromboflebiti zamanı tibb bacısı iltihab nahiyəsindəki ağrını azaltmaq üçün iltihab olan nahiyədə hərəkətsizliyi təmin etməli,həkimin təyinatı ilə ağrıkəsicilər yeritməlidir.
Sual № 1052
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım zamanı nədən istifadə etmək olmaz?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.343
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz,çünki,ağrıkısicilərin yeridilməsi xəstəliyin klinik şəklini təhrif edə bilər. Bu zaman xəstəyə horizontal vəziyyət verməli, qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.
Sual № 1053
Əməliyyatdan sonrakı ağırlaşmaya hansı aid deyil?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.129
“Kəskin qarın” sindromunda ilkin tibbi yardım məqsədilə ağrikəsicilərdən istifadə etmək olmaz,çünki,ağrıkısicilərin yeridilməsi xəstəliyin klinik şəklini təhrif edə bilər. Bu zaman xəstəyə horizontal vəziyyət verməli, qarın nahiyəsinə buz qovuğu qoyaraq təcili sürətdə xəstəxanaya çatdırılmalıdır.
Sual № 1054
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı saxlamaq məqsədilə tibb bacısı nə etməlidir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии» (Среднее профессиональное образование), Феникс, 2008 стр.77
Əməliyyatdan sonrakı ağırlaşmaya yaranın çapıqlaşması aid deyil.Yaranın çapıqlaşması yaranın sağalmasını göstərir.Ağrı şoku, yaradan qanaxma,tikişlərin aralanması, yara ətrafındakı qızartının baş verməsi əməliyyatdan sonrakı ağırlaşmaya aiddir.
Sual № 1055
Üz-çənə nahiyəsinin zədələnməsində tibb bacısı ağız boşluğuna qulluq zamanı hansı məhluldan istifadə edir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.455
Yerli anesteziaydan sonra əməliyyat sahəsində qanaxmanı və ağrını azaltmaq məqsədilə tibb bacısı əməliyyat sahəsinə buz qovuğunu qoymalıdır.
Sual № 1056
Qastrostomaya qulluq tibb bacısı tərəfindən gündə neçə dəfə aparılmalıdır?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.403
Kalium permanqanat kimyəvi antiseptik maddə olub,0.1%-li məhlulundan dəri və selikli qişaların yuyulmasında istifadə olunur.Ağız boşluğuna qulluq zamanı tibb bacısı 0.1%-li kalium permanqanat məhlulundan istifadə etməlidir.
Sual № 1057
Reanimasiya tədbirləri zamanı dil kökünün qatlanmaması üçün xəstənin başına hansı vəziyyət verilir?
Ədəbiyyat: R.Əkbərov.İlk Tibbi yardım.-Baki:Mütərcim,2001.səh.116
Qastrostomalı xəstələrdə hər qidalanmadan sonra stoma ətrafı nahiyə tibb bacısı tərəfindən təmizlənməlidir. Stoma ətrafındakı dəri 0.1%-li kalium permanqanat məhlulunda isladılmış kürəcik ilə təmizlənilir və quru steril kürəciklə qurudulur. Sonra steril şpatel vasitəsilə 0.5sm. qalınlıqda lassar pastası sürtülür. Pastanın üzərinə steril salfet qoyularaq stoma sarınır.
Sual № 1058
Müalicəvi immobilizasiyaya nə aiddir?
Ədəbiyyat: Н.В.Барыкина, О.В.Чернова «Сестринское дело в хирургии, практикум» (Среднее профессиональное образование), Феникс, 2008 стр.191
Reanimasion tədbirlər zamanı dil kökünün qatlanmaması üçün xəstəni arxası üstə uzadıb ehtiyyatla başını arxaya əymək və çənəni qaldırmaq lazımdır.Ağız boşluğunda yad cismin olmadığına ,dil tənəffüsə maneəçilik etmədiyinə əmin olmaq lazımdır.Tənəffüs bir də yoxlanılır.Əgər tənəffüs yoxdursa,süni tənəffüs verməyə başlamaq lazımdır.
Sual № 1059
Natamam gips sarğısına hansı aiddir?
Ədəbiyyat: Н.В.Барыкина «Травматология для медицинских колледжей», Феникс, 2007 стр-84
Müalicəvi immobilizasiya məqsədilə bərk gips sarğısından istifadə olunur.Gips sarğısını hazırlamaq üçün quru gips tozundan istifadə olunur.Gips sarğısı əl ilə hazırlanır və ya aptekdən hazır qablaşdırılmış şəkildə alınır.
Sual № 1060
Yenidoğulmuş oğlan uşağında sidik kanalının uzunluğu neçə sm olur?
Ədəbiyyat:Y. P. Bisyarina . Uşaqların anatom - fizioloji xüsisiyyətləri. səh. 177
Gips sarğısı natamam və tam gips sarğılarına ayrılır.Natamam gips sarğısına longet gips sarğısı və gips çarpayısı aiddir.Tam gips sarğılarına dairəvi,pəncərəli,gips korseti,gips yaxalığı və s.aiddir.Longet gips sarğısı natamam sarğı olub,ətrafın müəyyən hissəsini(yan,ön,arxa)örtür.Gips longeti10-25 sm enlilikdə bintdən 6-8 qat hazırlanır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?