Tibb bacısı
1.219 elementdən 1.081-1.100 arası göstərilir.
Sual № 1081
Aşağıda sadalananlardan hansı göz xəstəliklərinin müayinəsi proseduruna aiddir.?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 240
Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur. Yaxma və əkmə üçün material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.
Sual № 1082
Normada gözdaxili təzyiq neçə mm c. sütununa bərabərdir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258-259
Gözün yuyulmasını həyata keçirtmədən əvvəl tibb bacısı konyuktival kisədə bərk cismin olmamasına əmin olmalıdır. Bunun üçün tənzif kürəciklər, pambıq tampondan istifadə edərək konyuktival kisədən bərk cisim xaric olunur.
Sual № 1083
Konyuktivadan yad cism nə ilə xaric edilir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 178
Konyuktivanın səthi zədələnmələrinə kiçik yad cisimlərin(toz hissəcikləri)göz qapağının toxumasına düşməsi aiddir.Toz dənəciyi konyuktivaya toxunduqda kəskin ağrı və güclü göz yaşı axması müşahidə olunur.Əgər yad cisim aşağı göz qapağının arxasındadırsa o, gözü tez-tez qıpdırmaqla göz yaşı ilə xaric olur.Əgər yad cisim xaric olunmursa onda ilıq suda və ya fizioloji məhlulda isladılmış nəm pambıq tampon və ya bərk nəm kürəciklə xaric edilir.Yad cismin xaric edilməsini küçədə aparmaq lazım gələrsə onda onu təmiz yaylığın ucu ilə həyata keçirtmək mümkündür.
Sual № 1084
Qırtlaq xəstəlikləri zamanı müşahidə edilən əsas simptom hansıdır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 77
Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözü qırpma üçün çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir.
Sual № 1085
Gözün dəlib keçən yaralanmalarında xəstəyə hansı vəziyyət verilir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
Dəlib keçən yaralanmalarda xəstəni sanitar nəqliyyat vasitəsilə sağlam göz tərəfdə yanı üstə hospitalizasiya etmək lazımdır.
Sual № 1086
Gözün termomexaniki zədələnmələrində ilkin tibbi yardım nədən ibarətdir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 193
Göz almasının termomexaniki zədələnməsi partlayışlar zamanı baş verir.Buna görədə çox vaxt zədələnmələr kontuziya ilə müşahidə edilir.Bu ilkin olaraq gözdə ağrılar, işıqdan qorxma, göz yaşının artması, görmə itiliyinin kəskin zəifləməsi ilə müşahidə olunduğu üçün xəstənin hər iki gözünə sarğı qoyub, daxilə ağrıkəsici həb verərək xəstəxanaya çatdırmaq lazımdır.
Sual № 1087
Oftolmoloji cərrahi alətlərin sterilizasiyası hansı üsulla aparılır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 224
Sterilizasiyadan əvvəl spirtli-efir qarışığında yağsızlaşdırdıqdan sonar quruducu şkafda 140°temperaturda 1 saat müddətində oftalmoloji cərrahi alətlər sterilizasiya olunur.
Sual № 1088
Göz kabinetində iştirak edən tibb bacısı nəyi bacarmalıdır ?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр218
Göz kabinetində işləyən tibb bacısı xəstələrin ambulator qəbulunda iştirak etdiyi üçün müayinə üsullarını, müalicə proseduraları və manipulyasiyaları bacarmalı, həmçinin zədələnmələr zamanı ilkin tibbi yardım göstərməyi bilməlidir.
Sual № 1089
Gözün davamlı yuyulması hansı hallarda həyata keçirilir ?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 238
Gözün uzun müddətli yuyulması kimyəvi yanıqlar zamanı həyata keçirilir. Bu məqsədlə yuyulmaq üçün istifadə olunan məhlula birləşdirilən nazik rezin şlanqdan istifadə olunur.
Sual № 1090
Kirpiklərin və göz qapağının təmizlənməsində hansı məhluldan istifadə olunur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 236
Gözün təmizlənməsi kipriklərin və göz qapaqlarının antiseptik məhlullarda (0,02%-li furasilin,0,1%-li kalium permanqanat) isladılmış tənzif və ya pambıq kürəciklə silinməsindən başlayır.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapağı steril tənzif tamponla qurudulur.
Sual № 1091
Görmə itiliyi neçə metr məsafədə yoxlanılır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur.Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur. Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.Müayinə olunan şəxs cədvəldən 5m məsafədə otuzdurulur.Görmə itiliyini yoxladıqda cədvəlin aşağı sətirlərindən başlayaraq tədricən iri işarələr olan sətrə keçirilirGörmə itiliyi görülən sıraya uyğun götürülür.Əgər yuxarı sıranın ən böyük hərflərinin 5m məsafədə görmək mümkün deyilsə,onda yoxlaılan şəxsin görmə itiliyi 1,0-dən azdır.
Sual № 1092
Göz daxili təzyiqin artması hansı xəstəlikdə müşahidə olunur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 151
Göz daxili təzyiqin daim artması gözdə (torlu qişa və görmə siniri diskində)atrofik dəyişikliklərə səbəb olur.Bu da görmə funksiyasının və görmənin tam itməsinə gətirib çıxarır.Qlaukoma xəstəliyi göz daxili təzyiqlə sıx əlaqədar olub, əsasən göz almasında göz nəmliyinin miqdarının dəyişməsi ilə əlaqədardır.
Sual № 1093
Göz daxili təzyiqin ölçülməsi necə adlanır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 35-36
Göz daxili təzyiqin ölçülməsi üçün daha dəqiq və geniş yayılmış üsul tonometriyadır. Bu üsul 1984-cü ildə rus alimi A.N.Maklakov tərəfindən işlənib hazırlanmışdır. Müayinə zamanı Maklakovun 5, 7.5, 10, 15 qr-lıq çəkili tonometr dəstindən istifadə olunur.
Sual № 1094
Gözün turşu ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
Turşu ilə yanıqlar zamanı turşunun təsirini neytrallaşdırmaq üçün10-20 dəqiqə müddətində 2 %-li natrium-hidrokarbonat-qələvi məhlulundan istifadə edərək konyuktival boşluq davamlı yuyulmalıdır.Bu məqsədlə nazik rezin baloncuq istifadə olunur. Yuyulma üçün götürülən məhlulun qabına rezin şlanq birləşdirilərək xəstənin başından bir qədər yuxarıda tutmaqla gözün davamlı yuyulması həyata keçirilir.
Sual № 1095
Gözün qələvi ilə yanıqları zamanı hansı maddələrlə gözü yumaq lazımdır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 192
Gözün qələvilərlə yanığı zamanı qələvinin təsirini neytrallaşdırmaq üçün 10-20 dəqiqə müddətində 2 %-li bor turşusundan istifadə edilərək konyuktival boşluq davamlı yuyulmalıdır.
Sual № 1096
Konyuktivitlər zamanı gözə nə məqsədlə sarğı qoyulmur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
Kəskin konyuktivitlərdə gözə sarğı qoyulmur. Burada məqsəd buynuz qişada mikro floranın inkişafı üçün əlverişli şəraitin yaranmasının qarşısını almaqdır. Əsasən gözə sarğılar müdafiə məqsədi ilə xəstənin müalicə profilaktika müəssisəsinə daşınmasında, travmalar zamanı təxirəsalınmaz yardım məqsədi ilə, əməliyyatdan sonra, narahat xəstələrə qoyulur.
Sual № 1097
Konyuktivadan yaxma hansı əşya ilə götürülür ?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 30
Konyuktivadan yaxma pambıq tamponun köməyi ilə götürülür. Bu prosedura göz almasında aparılan əməliyyatdan əvvəl konyuktivanın sterilliyini yoxlamaq üçün həyata keçirilir.Götürülən möhtəviyyat nazik qat şəklində əşya şüşəsinə yayılaraq havada qurudulur. Yaxma və əkmə üçün material laboratoriyaya bakterioloji müayinəyə göndəriş vərəqəsi ilə çatdırılır.
Sual № 1098
Konyuktival kisəyə yad cism düşdükdə tibb bacısı gözün yuyulmasından əvvəl nə etməlidir ?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 237
Gözün yuyulmasını həyata keçirtmədən əvvəl tibb bacısı konyuktival kisədə bərk cismin olmamasına əmin olmalıdır. Bunun üçün tənzif kürəciklər, pambıq tampondan istifadə edərək konyuktival kisədən bərk cisim xaric olunur.
Sual № 1099
Gözün ağlı qişasının iltihabı necə adlanır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 133
Ağlı qişa latınca “sklera” adlanır. İt-şəkilçisi iltihabı bildirbiyinə görə, sklerit ağlı qişanın iltihabına deyilir.И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 133
Sual № 1100
Hansı hallarda gözə sarğı qoyulmur ?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 101
Gözə sarğının qoyulması bir sıra hallarda mənfi təsir göstərir. Belə ki, mikroblar və viruslar tərəfindən törədilən konyuktivitlərdə görə sarğı qoyulmur. Konyuktivitlər zamanı sarğı mikrobların və virusların inkişafı üçün əlverişli şərait yaradır. Sarğı gözü qırpma üçün çətinlik törədir. Bunun nəticəsində göz yaşının konyuktivial boşluqdan xaric olması pozulduğuna görə konyuktivial kisənin ifrazatdan təmizlənməsi çətinləşir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?