Tibb bacısı
1.219 elementdən 1.101-1.120 arası göstərilir.
Sual № 1101
Binokulyar sarğı gözə nə məqsədlə qoyulur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 258
Gözə sakitlik vermək lazım gəldikdə binokulyar(hər iki gözə qoyulan) sarğıdan istifadə olunur. Belə ki, monokulyar (bir gözə qoyulan) sarğını qoymaqla buna nail olmaq mümkün deyil. Ancaq binokulyar sarğının 60 yaşdan yuxarı şəxslərə qoyulması məsləhət görülmür. Belə ki, onlarda baş beyin damarlarının sklerozu, orientasiyanın itməsi səksəkəyə və digər psixi pozğunluqların əmələ gəlməsinə səbəb olur. Binakulyar sarğı zamanı binti girdə dövrə ilə bərkidirlər, sonra onu ənsədən qulağın altına aparıb aşağıdan yuxarı çəp dövrə edərək gözü bir tərərfdən bağlayırlar. Sonra, binti başın ənsə nahiyəsinin ətrafına və alınan yuxarıda aşağı çəpinə aparıb o biri tərəfdən gözü bağlayırlar. Sonra binti qulaqdan aşağı ənsənin üzərindən köndələninə aparıb qarşı tərəfdə qulağın altından çıxarır növbəti qalxan çəp dövrə edirlər. Beləliklə, bintin növbə ilə çəp dövrələri edilir və tədricən hər iki gözə bağlanılır. Sarğını üfüqi dairəvi dövrələrlə bərkidirlər.
Sual № 1102
Gözün qurğuşunla zədələnməsi zamanı ilkin tibbi yardım nədən ibarətdir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 200
Gözün qurğuşunla zəhərlənməsi istehsalatda-filiz yataqlarında,kimyəvi zavodlarda işləyən şəxslər arasında baş verir.Qurğuşun politrop təsirə malik istehsalatda rast gəlinən zəhərdir.Gözün kəskin zədələnməsi zamanı görmənin müvəqqəti itməsi və göz əzələlərinin iflicinə səbəb olur.Xroniki zəhərlənmələr zamanı xarici düz əzələlərin parezi və nistaqm baş verir.Görmə itiliyi,işıq duyğusu bir qədər zəifləyir.Bu zaman ilkin tibbi yardıma təcili olaraq mədənin yuyulması,işlədici dərmanlardan istifadə etmək aiddir.Xəstəyə sonradan süd və yumurta sarısı içizdirilir.Bununla yanaşı sidikqovucu preparatlardan istifadə olunur.
Sual № 1103
Gözün selikli qişasının iltihabı necə adlanır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 97
Konyuktivanın iltihabı konyuktivit adlanır.Konyuktiva-nazik selikli qişa olub göz qapağının arxa səthini və göz almasının ön səthini örtür.Normada konyuktiva parıltılı, hamar,açıq-çəhrayı rəngdədir.
Sual № 1104
Gözün görmə sahəsinin müayinəsi nə adlanır?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 23
Görmə sahəsinin müayinəsi perimetriya adlanır.Bu xüsusi cihazın-perimetrin köməyi ilə aparılır.Bu cihazın vaistəsilə xüsusi blanklarda görmə sahəsinin qrafik təsvirini almaq mümkündür.
Sual № 1105
Gözə sarğı hansı halda qoyulur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 257
Gözə sarğı yaralanmalar zamanı müdafiə məqsədi ilə qoyulur.
Sual № 1106
Qlaukomanın profilaktik tədbirlərinə nə aiddir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 162
Qlaukomalı xəstələrə,həmçinin 40 yaşından yuxarı şəxslərə profilaktik məqsədlə 6 aydan bir həkim-oftalmoloqa göz daxili təzyiqi yoxlamaq üçün müraciət etmək lazımdır.
Sual № 1107
Görmə itiliyi aşağıdakılardan hansının köməyi ilə müayinə edilir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 19
Görmə itiliyi 5 m məsafədə rus oftolmoloqu S.S.Qolovinin hazırladığı xüsusi cədvəlin köməyi ilə müayinə olunur. Cədvəldə 12 sıra hərflər və ya şəkillər təsvir olunmuşdur.Görmə itiliyi əvvəl sağ sonra isə sol gözdə yoxlanılır.
Sual № 1108
Polixromatik cədvəlin köməyi ilə gözün hansı funksiyası müayinə olunur?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 22
Gözün rəng duyumunu müayinə etmək üçün Y.B.Rabkinin xüsusi polixromatik cədvəlindən istifadə olunur.Cədvəldə müxtəlif füqurların kombinə olunmuş formasından ibarət şəkil-testlər var.Normal rəng duyumu olan şəxslər müayinə zamanı asanlıqla şəkilləri rənginə görə ayıra bilirlər.Rəng duyumu pozulan şəxslər isə müayinə zamanı rəngin tonlarını ayıra bilmirlər.Şəkillərdə normal rəng duyumu olan insanlardan fərqli olaraq müxtəlif fiqurlar görürlər.
Sual № 1109
Gözün dəlib keçən yaralanmalarında parenteral olaraq xəstəyə hansı preparatın yeridilməsi vacibdir?
Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 189
Dəlib keçən yaralanmalar zamanı ilkin tibbi yardım məqsədi ilə əzələ daxilinə geniş spekterinə malik antibiotiklərdən bir dəfəlik dozası yeridilir.Sonra isə xəstənin gözünə sarğı qoyularaq xəstəxanaya çatdırılır.
Sual № 1110
Burunun müayinəsi necə adlanır?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 21
Burun boşluğunu müayinə metodu rinaskopiya adlanır. Ön rinoskopiya burun güzgüsü vasitəsilə, arxa rinoskopiya isə burun-qırtlaq güzgüsü və şpateli ilə aparılır.Rinoskopiya zamanı burunun selikli qişasının rənginə,sekresiyanın miqdarına və xarakterinə,burun balıqqulaqlarının və burunla tənəffüsün vəziyyətinə diqqət yetirilir.
Sual № 1111
Burun qanaxması zamanı ilk tibbi yardım hansıdır?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Burun qanaxmasını dayandırmaq mümkün olmadıqda uzunluğu 70-100 sm olan tənzif tamponu hemostatik maddədə isladaraq burunun ön tamponadasını etmək lazımdır. Tamponun maksimum saxlanma müddəti 48 saatdır.
Sual № 1112
Burun boşluğundan yaxma nə məqsədlə götürülür?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 23
Burun boşluğundan yaxmanın götürülməsi bakterioloji tədqiqat üçün material almaq məqsədilə həyata keçirilir. Kəskin iltihabı proseslərə və ya burun difteriyasına şübhə olduqda burun boşluğundan yaxma götürülür.
Sual № 1113
Buruna yumşaq sarğının hansı növü qoyulur?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 280
Buruna qoyulan sarğı sapandvarı sarğıdır. Bu sarğı üzün çıxıntı hissələrinə qoyulur (buruna, çənəyə, ənsəyə) Sapandvarı sarğı parçadan olan yumşaq sarğılara aiddir. Orta hissəsindən başqa hər iki ucu, boylama istiqamətdə kəsilmiş , enli lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir.
Sual № 1114
Burun ciblərindən irinin xaric edilməsi hansı qayda ilə aparılır?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 325
Burun ciblərindən irinin xaric edilməsinin 3 qaydası var; fınxırmaqla, elektrosorucunun köməyilə, yuyulmaqla punksiya.
Sual № 1115
Arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı tamponu hansı məhlulda islatmaq olmaz?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Efedrin arterial təzyiqi artırdığına görə arterial hipertenziyalı xəstələrdə burun qanaxmaları zamanı istifadə edilmir.
Sual № 1116
Xarici burunun yüngül dərəcəli donması zamanı ilkin tibbi yardım nədir?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 26
Xarici burunun donması aşağı temperaturun uzun müddətli təsiri nəticəsində rast gəlinir. Yüngül dərəcəli donmalarda dəri ağarır və hissiyyat itir. Xarici burunun donması zamanı ilkin tibbi yardım qan təchizatının bərpa olunmasından ibarətdir. Bu məqsədlə dəri spitrdə isladılmış tamponla, sonra isə quru olaraq sürtülür. Dəri qızışdırılan zaman göy-qırmızı rəng alır,şişkinlik,ağrı və qaşınma müşahidə edilir.
Sual № 1117
Burun qanaxmalarında başa hansı vəziyyət verilir ?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 32
Burun qanaxmalarında ilkin tibbi yardıma aşağıdakılar aiddir; xəstəyə başı önə yüngül əyilmiş vəziyyət verilir,buruna soyuq kompres,ənsəyə buz qovuqcuğu qoyulur,burun girəcəyinə hemostatik maddələrdə(hidrogen-peroksid,adrenalin və s.)isladılmış pambıq tampon yeridilir,xəstənin əlinə ləyən verilir.
Sual № 1118
Burun boşluğunda yad cism olduqda təhlükəli ağırlaşma nədir?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 43
Burun boşluğunda yad cismin olması zamanı təhlükəli ağırlaşma yad cismlə aspisiyadir. Ona görə yad cismin xaric edilməsi mütləq həkim tərəfindən xüsusi qarmaqla və ya Hartmaq tutqacı və ya küt Lanqe qarmağı vasitəsilə həyata keçirilir.
Sual № 1119
Badamcıq lakunalarının yuyulmasına göstəriş hansıdır?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 100
Xroniki tonzilit konservativ müalicəsi kompleks şəkildə həyata keçirilir- ümumi və yerli müalicə. Yerli müalicə badamcıq lakunalarının antiseptik maddələrlə (furasilin, yodonal, dioksidin) yuyulması aiddir. Müalicə üsulu 10-15 proseduradan ibarətdir.Bu məqsədlə dərman maddəsi şprisə yığılır. Xəstəyə prosedura zamanı nəfəsini saxlamaq təklif olunur. Dil orta xəttdə sol əllə şpatel ilə fiksasiya olunur. Sağ əllə şprisi götürülür ,lakunalar yuyulur.Yuyulma bir neçə dəfə təkrar olunur.
Sual № 1120
Haymor cibinin iltihabı necə adlanır?
Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 56
Haymor sözünün axırına “İt” şəkilçisi əlavə olunduqda iltihabı bildirir.Haymor cibinin iltihabı haymorit adlanır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?