Tibb bacısı

1.219 elementdən 1.121-1.140 arası göstərilir.

Sual № 1121

Udlağın müayinəsi necə adlanır?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 68
Udlağın alın reflektoru və qırtlaq gözgüsü ilə müayinəsi farinqoskopiya adlanır. Farinqoskopiya zamanı yumşaq damağın hərəkətliliyi ,ağız boşluğunun və udlağın selikli qişasının rəngi,qövslərin və damaq badamcıqlarının vəziyyəti müayinə olunur.

Sual № 1122

Qırtlağın müayinəsi necə adlanır?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 116
Qırtlağın larinqoskop vasitəsi ilə müayinəsi larinqoskopiya adlanır. Larinqoskopiyada səs yarığının genişliyi selikli qişanın rəngi səs büküşlərinin rəngi,qırtlaq boşluğu müayinə olunur.

Sual № 1123

Qulağın müayinəsi necə adlanır?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 159.
Otoskop vasitəsilə qulağın müayinəsi otoskopiya adlanır. Otoskopiya zamanı xarici qulaq keçəcəyi və təbil pərdəsi müayinə olunur.

Sual № 1124

Xarici qulağa hansı aiddir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 142.
Xarici qulaq qulaq seyvanından və xarici qulaq keçəcəyindən təşkil olunur. Xarici və orta qulaq arasında təbil pərdəsi yerləşir.

Sual № 1125

Qulağa damızdırılan maye neçə dərəcə temperaturda olmalıdır ?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 305.
Dərman maddəsi tökülməzdən əvvəl 50-60 dərəcə su hamamında bədən temperaturuna qədər (36-37) qızdırılmalıdır.

Sual № 1126

Xarici qulaq keçəcəyindən yad cisim nəyin köməkliyi ilə xaric edilir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 300.
Jane şprisinə 37 C0-də qızdırılmış maye yığılaraq xarici qulaq keçəcəyi yuyulur və yad cism xaric edilir.

Sual № 1127

Xarici qulağın təmizlənməsi necə həyata keçirilir?

1) Qulaq zondu;
2) Konik pinset;
3) Jane şprisi;
4) Qulaq qıfı:
5) Elektrosorucu;
6) Atravmatik pipetka
7) Dərman maddəsi
8. Şüşə çubuq

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 329.
Xarici qulağın təmizlənməsinin 3 üsulu var1)qulaq zondu ilə,2)Jane şprisi ilə,3)elektrosorucu ilə.

Sual № 1128

Xarici qulaq keçəcəyindən qanaxma zamanı ilkin tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 170
Xarici qulaq keçəcəyinin zədələnmələri səthi və dərin olur.Səthi travmalar dərinin zədələnməsi ilə,dərin travmalar isə qığırdaq və sümük toxunmasının zədələnməsi ilə müşahidə olunur. Xaric qulaq keçəcəyinin dərisinin zədələnməsi məişət xarakterli olub, çox vaxt təbil pərdəsinin travması ilə nəticələnir.Buna əsasən uşaqlarda oyun zamanı,böyüklərdə kibrit çöpü,sancaq və s. ilə qulağı təmizlədikdə,yad cismi xaric etdikdə rast gəlinir. Xaric qulaq keçəcəyindən qanaxma olduqda qulaq keçəcəyinə steril pambıq kürəcik yeridərək xəstəni otorinolarinqloqun baxışına göndərmək lazımdır.

Sual № 1129

Xarici qulaq keçəcəyinin yuyulması nə ilə həyata keçirilir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Xarici qulaq keçəcəyinin yuyulması jane şprisi ilə həyata keçirilir.Jane şprisinə 35-37°C temperaturda su və ya furasilin məhlulu yığılır.Xəstə işıq mənbəyinin yaınında oturdulur.Xəstənin çiyni dəsmal ilə örtülür və qulağının altına tutmaq üçün böyrək şəkilli ləyən verilir. Sol əllə qulaq seyvanı arxaya və yuxarı dartılır.Sağ əllə şprisin ucluğu xarici qulaq keçəcəyinə yeridilir. Xarici qulaq keçəcəyinin yuxarı arxa divarı boyunca təzyiqlə maye yeridilir.Yuyulmuş suya nəzarət etmək lazımdır.Proseduradan sonra qulaq keçəcəyi tam qurudulur.Sonda istifadə olunan materiallar dezinfeksiya edilir.

Sual № 1130

Qulaq seyvanın hematoması zamanı ilkin tibbi yardım nədən ibarətdir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Qulaq seyvanının hematoması zədələnmə nəticəsində dəri örtüklərinin tamlığının pozulmaması ilə gedən, qığırdaq və qığırdaq üstlüyü arasındakı sahədə baş verən qansızmadır. Bu zaman ilkin tibbi yardım buz qovuqcuğunun və sıxıcı sarğının qoyulmasından ibarətdir. Sonradan həkimin konsultasiyası vacibdir. Əgər vaxtında düzgün yardım göstərilməzsə hematomanın infeksiyalaşması,qığırdaq və qığırdaq üstlüyünün iltihabı baş verə bilər.

Sual № 1131

Qulağa qoyulan qızdırıcı kompress necə təsir göstərir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Qızdırıcı kompress sadə fizioterapevtik prosedura olub müəyyən müddət ərzində qan damarlarını genişləndirir.Bu isə dəri və dərialtı toxumalarda qan dövranını artırır. Nəticədə ağrıkəsici effektə və iltihabı prossesin sorulmasına səbəb olur.

Sual № 1132

Kəskin otit nəyin iltihabıdır?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Kəskin otit orta qulağın iltihabına deyilir.Qulağa daxil olan infeksiyaya orqanizmin reaksiyası törədicinin(mikrobun) virulentliyindən və xəstənin müqavimət qüvvəsindən asılıdır.Kəskin otitin inkişafına əvvəllər keçirilmiş qulaq xəstəlikləri,ağır infeksiyalar, xroniki xəstəliklər, mübadilə pozluqları,alerqik vəziyyət, soyuqlama və s. təsir göstərir.

Sual № 1133

Qulaq kiri tixacı nə ilə xaric edilir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Qulaq kiri tıxacı jane şprisi vaistəsilə xaric edilir.Bu məqsədlə jane şprisinə 37°C qədər qızdırılmış 3%-li bor turşusu və ya 2%-li natrium-bikarbonat məhlulu yığılır. Qulaq seyvanını yuxarı dartdıqdan sonra su axını qulaq keçəcəyinin arxa divarı ilə yeridilir.Kiri yuyarkən maye axını ayrı-ayrı porsiyalarla,təkanla yönəldilir. Qulaq kiri xaric edilən kmi qulaq keçəcəyi zondun ucuna bürünmüş pambıqla qurudur və pambıq qoyulur;xəstəyə, 1-2 saatdan sonra pambığı qulağından çıxartmaq tapşırılır.

Sual № 1134

Haymor cibinin punksiyası zamanı nədən istifadə olunur?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Haymor cibinin punksiyasında Kulikov iynəsindən istifadə olunur.

Sual № 1135

Burundan yad cism nə ilə xaric edilir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Burundan yad cismin xaric edilməsi xüsusi qarmaq dəsti ilə xaric edilir.Girdə formalı yad cismlərin xaric edilməsi isə küt Lange qarmağı vaistəsilə həyata keçirilir.

Sual № 1136

Traxeotomiya nədir?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Traxeotomiya-traxeyanın(nəfəs borusunun) kəsilməsidir.Latınca traxeo-nəfəs borusu, tomiya-kəsmək deməkdir.

Sual № 1137

Kəskin tonzilitdə nə müşahidə olunur?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр
Kəskin tonzillit ümumi infeksion allergik xəstəlik olub damaq badamcıqlarının limfa toxumasının iltihabı prosesidir.Kəskin tonzillit zamanı xəstədə udma zamanı ağrı, subfebril temperatur,boğazda quruluq və qıcıqlanma müşahidə olunur.

Sual № 1138

Kirpiklərin və göz qapaqlarının təmizlənməsi necə aparılır

  Ədəbiyyat: И.Н.Шаповалова «Справочник по глазным болезням» для среднего медицинского персонала, Феникс 2000, стр 237
Kipriklərin və göz qapaqlarının təmizlənməsi xaricdən içəriyə doğru ehtiyatla aparılmalıdır. Bu zaman kir buruna doğru furasilin məhlulunda isladılmış pambıq kürəciklə gözün xarici bucağına doğru hərəkət etdirilərək xaric edilir. Qurumuş ifrazatdan bir-birinə yapışmış kip əvvəlcə bir neçə dəfə pambıq kürəciklə isladılır,sonra isə göz qapaqlarının silinməsində olduğu kimi bir neçə dəfəyə xaric edilir.Gözün təmizlənməsi qurtardıqdan sonra göz qapaqları steril tənzif tamponla qurudulur.

Sual № 1139

Burun boşluğundan qartmağı xaric etmək üçün nədən istifadə olunur?

  Ədəbiyyat: С.В.Ананьева «Болезни уха, горла, носа» Феникс 2002. Учебное пособие для среднего медработника, стр 271
Burun boşluğundan qartmağın xaric edilməsi vazelin və ya bitki yağlarının köməyi ilə həyata keçirilir. Xəstə işıq mənbəyindən sağda oturdulur. Əvvəlcədən proseduranın aparılması üçün lazım olan əşyalar hazırlanır. Tibb bacısı əllərinin yuyur, qurudur, əlcək geyinir,pipetkaya vazelin yağı yığır. Xəstənin burnunun ucunu bir qədər qaldırılaraq hər iki burun boşluğuna qartmağı yumşaltmaq üçün 2-3 damcı vazelin yağı damızdırılır.Burun keçəcəyinə burun güzgüsü yeridərək boşluqdakı möhtəviyyat ucunda pambıq olan zondla xaric edilir.

Sual № 1140

Göz təcrübəsində işlənən sulfanilamid preparatı hansıdır?

  Ədəbiyyat: E.Ağayev, İ.Rəhimov “Farmakologiya”. Bakı 2005. Səh 492
Promedol narkotik maddə olduğu üçün onun daşınması və əsgərlər tərəfindən istifadəsi qadağandır.Lazım gəldikdə həkim və ya feldşer tərəfindən 1 ml – 2% li promеdol məhlulu ağrı və şokun qarşısını almaq üçün əzələ daxilinə və ya venaya yeridilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×