Tibb bacısı

1.219 elementdən 1.141-1.160 arası göstərilir.

Sual № 1141

İlk tibbi yardım harada göstərilir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
Zədələnmə ocağında nə qədər tez və düzgün yardım göstərilərsə ölüm və əlilliyin sayı bir o qədər az olar. İlk tibbi yardım öz – özünə və digərinə olmaqla qarşılıqlı şəkildə yerinə yetirilir.

Sual № 1142

Uzunmüddətli sıxılma sindromunun daha çox rast gəlinən ağırlaşması hansıdır?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-127
Toksiki şoka ən ağır travmalarda və müxtəlif fəlakət növlərində rast gəlinir. Zədələnmiş bədən nahiyəsi sıxılmadan azad edildikdən sonra bir sıra toksiki maddələr qana sorulur. Qanda əzələ mioqlobininin miqdarı artır. Toksiki şok əmələ gəlir.

Sual № 1143

“Diqqət hamının nəzərinə” həyacan siqnalı nə ilə verilir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.25-26
İnsanlar 2-3 dəq müddətində səsgücləndirici ilə verilən siqnala uyğun olaraq baş verə biləcək hadisəyə hazırlaşmalıdır.

Sual № 1144

Fəlakətlər təbabəti işinin əsasını hansı qurum təşkil edir?

  Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 11 – 12 Bakı - 2008
Təcili tibbi yardım briqadası əsasən yaralı və xəstələrə ilk tibbi yardım göstərməli və növbəti təxliyyə prosesinə hazırlamalıdır.

Sual № 1145

Fövqəladə fəlakətlər zamanı fəlakət tibb xidmətinin əsas vəzifələrindən biri hansıdır?

  Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh.14-19
Fəlakətlər zamanı ilk həkim yardımı tez və surətli aparılmalıdır. Zərərçəkən tam müalicə almaq üçün köçürmə mərhələsinə hazırlanmalıdır.

Sual № 1146

Fəlakət ocağında hospitala qədər hansı tibbi yardım göstərilir?

  Ədəbiyyat: A.Musayev “ Mülki Müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 100-101 Bakı - 2008
Fəlakət ocağında ilk tibbi yardım göstərilir. Tez və keyfiyyətli ilk tibbi yardımın göstərilməsi əlillik və ölüm hallarının sayını azaldır.

Sual № 1147

Uzunmüddətli sıxılma sindromunun aşağıdakı növü yoxdur?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.124-125
Ani sıxılma uzunmüddətli olmadığı üçün kompresiyanın uzunmüddətli növünə aid edilə bilməz.

Sual № 1148

Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə nə aid deyildir?

  Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ” səh. 111-113 Bakı - 2008
Kimyəvi zədələnmə ocağında qanaxma baş vermədiyi üçün qanaxmanın daimi dayandırılması kimyəvi zədələnmə ocağında aprılan ilk yardıma aid deyil. İlk tibbi yardım öz – özünə və yoldaşına qarşılıqlı yardım qaydasında aparılır.

Sual № 1149

Əhalinin kütləvi qırğın silahlarından qorunma üsulları hansıdır?

  Ədəbiyyat: A.Musayev. “ Mülki müdafiə tibbi xidmətinin təşkili ”. Səh. 81 – 85 Bakı - 2008
Zərərçəkən əhalinin təcili olaraq təxliyyə edilməsi, sığınacaqlara yerləşdirilməsi və ilk tibbi yardımın göstərilməsi onların həyatda qalma ehtimalını daha da artırır. Əhalinin kollektiv şəkildə mühafizəsi üçün əvvəlcədən tikilmiş, sığıncaqlardan, metro və tunellərdən istifadə olunur.

Sual № 1150

Ətrafın sıxılması zamanı ilk tibbi yardım necə göstərilir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.126-128
Qanaxmaların və toksiki maddələrin qana sorulmasının və baş verəcək ağrı şokunun qarşısını almaq məqsədilə ətrafın sıxılması zamanı periferiyadan mərkəzə doğru sıxıcı sarğı qoyulur və ağrıkəsicilər yeridilir.

Sual № 1151

Əlaltı vasitələrdən istifadə etməklə zədələnmə ocağında hansı növ tibbi yardım göstərilir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр.73-76
İlk tibbi yardım zədələnmə ocağında qanaxmanın və ağrının qarşısını almaq üçün aparılır. İlk tibbi yardım dəqiq və hərtərəfli düzgün aparıldıqda ölümün və ağırlaşmaların sayı azalır.

Sual № 1152

Sudaboğulan şəxsə ilk tibbi yardım hansı ardıcıllıqla göstərilməlidir?

1) Sudan çıxarmaq və ağız boşluğundan yad cisimləri xaric etmək;
2) Ağ ciyərlərin süni ventilyasiyası;
3) Ürəyin qapalı masajı;
4) Bədənin isidilməsi;
5) Dərman müalicəsi;
6) Ürəyin açıq masajı

  Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.465-466 Москва 1988
Suda boğulan şəxsə yardım göstərilərkən ilk növbədə tənəffüs yollarının keçiriciliyi bərpa edilməlidir:Şəxs sudan çıxarlır,ağız boşluğundakı yad cismlər xaric edilir, süni tənəffüs verilir,ürəyin qapalı masajı həyata keçirilir.

Sual № 1153

Hansı zəhərləyici maddələrlə zəhərlənmə zamanı dəridə “boz hipoksiya” əmələ gəlir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 208-210
Fosgenlə ilk zəhərlənmə nəticəsində ürək-damar sisteminin fəaliyyəti zəifləyir və hipoksiya getdikcə artır,dərinin rəngi bozarır.

Sual № 1154

Dezaktivasiya nədir?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 318-319
Dezaktivasiya – radiaktiv maddələrin təmizlənməsidir.

Sual № 1155

Yüngül dərəcəli yanıqlara hansı yanıqlar aiddir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 173-174
I,II,III A dərəcəli yanıqlar –yüngül dərəcəli yanıqlar aiddir. Ağır dərəcəli yanıqlara isə III B və IV dərəcəli yanıqlar aiddir.

Sual № 1156

Əhalinin kütləvi qırğın silahlarından mühafizə zamanı nədən istifadə edilmir?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 81
Ona görə də kütləvi qırğın silahlarında istifadə zamanı əlehqazlardan istifadə edilmir.

Sual № 1157

Nüvə zədələnməsi ocaqlarında göstərilən ilk tibbi yardıma hansı aid deyil ?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh102
Arterial qanaxmanın daimi dayandırılması ilk tibbi yardıma aid deyil, ilk həkim yardımına aiddir.

Sual № 1158

Təbii fəlakətlərə hansı aid deyil ?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 31-34
Terrorizm təbii fəlakətlərə aid deyil,sosial fəlakətlərə aiddir.

Sual № 1159

Bunlardan hansı əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 81
Əhalinin evlərdə, binalarda gizlədilməsi çox təhlükəli olduğundan bu üsul əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üsullarına aid deyil.

Sual № 1160

Fərdi mühafizə vasitələrinə bunlardan nə aid deyil?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 92
Radiasiyaya qarşı daldanacaqlar kütləvi mühafizə vasitələridir. Müasir dövrdə əhalinin kütləvi qırğın silahlarından mühafizəsi üçün istifadə edilir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×