Tibb bacısı

1.219 elementdən 1.161-1.180 arası göstərilir.

Sual № 1161

Kimyəvi zədələnmə ocağında ilk tibbi yardımın əsas tədbirlərinə aid deyil?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 122
Zirzəmilər kütləvi mühafizə vasitələrinə aiddir.

Sual № 1162

Bakterioloji ocağın ləğv olunması tədbirlərinə nə daxil deyil ?

  Ədəbiyyat: A.Musayev “Mülkü müdafiə tibb xidmətinin təşkili” Bakı 2008 səh 126
Sanator kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv olunması məqsədi ilə aparılmır.

Sual № 1163

Hansı zəhərli maddə sinir iflic edici təsirə malikdir?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 252
Sanator kurort müalicəsi xəstələrin reabilitasiyası məqsədilə aparılır. Bakterioloji ocağın ləğv olunması məqsədi ilə aparılmır.

Sual № 1164

Bunlardan hansı boğucu təsirli zəhərli maddələrdir?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
Zarin,zoman vi-iks sinir iflic edici təsirə malikdir.

Sual № 1165

Kəskin şüa xəstəliyi zamanı ilk tibbi yardım necə aparılır?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 247
Kəskin şüa xəstəliyi zamanı zərərçəkəni zədələnmə ocağından çıxarmaq, hissəvi sanitar təmizləmə aparmaq, içməyə 1 tab etapirazin vermək, şüalanmanın qarşısını almaq üçün – sistamin (6 tab bir dəfəyə vermək) lazımdır.Digər növ yardımlar ilk həkim və xüsusiləşmiş yardım zamanı göstərilir.

Sual № 1166

Boğucu təsirli zəhərli maddə fosgenlə zəhərləndikdə bu əlamərlərdən hansı müşahidə olunmur?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 259
Hallüsinasiyalar psixokimyəvi zəhərli maddələrlə zəhərləndikdə baş verir.

Sual № 1167

Ümumi təsirli, zəhərli maddələrlə zədələndikdə ilk tibbi yardım zamanı hansı tədbir aparılmır.

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 258
Antibiotiklər, desensibilizəedici preparatlar, transfuzion terapiya ixtisaslaşdırılmış yardım zamanı ocaqdan kənarda, tibb müəssisəsində təyin olunur və aparılır.

Sual № 1168

Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə hansı növ şok baş verir?

  Ədəbiyyat: Ф.И.Кoмаров «Военно-медицинская подготовка» Москва1989 стр 387
Travmatik şok – mexaniki travmalar zamanı baş verir.Hemorragik şok – massiv qanitirmələr zamanı yaranır. Kardiogen şok cərrahi müdaxilələr zamanı baş verir.Hipovolemik şok orqanizmin kəskin susuzlaşması nəticəsində yaranır. Qan qrupu və rezus-faktoru uyğun olmayan qan köçürdükdə isə hemotransfuzion şok baş verir.

Sual № 1169

Həyat əlamətlərinə bunlardan nə aid deyil?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 128
Gözün buynuz qişasının bulanması və quruması həyat əlamətlərinə aid deyil.

Sual № 1170

Yanıq xəstəliyinin müalicəsində aşağıdakı hansı dərman istifadə olunur?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
Yanıqlar zamanı kəskin ağrılar baş verdiyi üçün narkotik ağrıkəsici –promedol istifadə olunur.

Sual № 1171

Termiki yanıqlar zamanı zərdab hansı xəstəliyin profilaktikası məqsədilə vurulur?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 296-297
Termiki yanıqlar zamanı zərdab botulizm xəstəliyinin profilaktikası məqsədilə ağırlaşmaların, tonik və klonik qıcolmaların qarşısını almaq üçün vurulur.

Sual № 1172

Yanıq xəstəliyi bədənin neçə faizi yandıqda əmələ gəlir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 174-175
Bədənin 10%-ə qədər yanması zamanı yerli ağrı yaranır ,bu keçici reaksiya adlanır. Bədən səthinin 10%-dən artığı yanarsa bu yanıq xəstəliyi adlanır.

Sual № 1173

Yanıq xəstəliyi nəticəsində hansı şok əmələ gəlir?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 294-295
Yanıq şoku zamanı ürək döyüntülərinin azalması dövr edən qanın və plazmanın həcminin azalmasına gətirib çıxarır. Bu da hipovolemik şokla nəticələnir.

Sual № 1174

Termiki yanıqlar neçə dərəcəyə bölünür?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 291-292
Yanıqdan sonra toxuma qatlarında gedən dəyişikliyə görə yanıqlar 5 dərəcəyə bölünür I, II, III A, III B, IV.

Sual № 1175

Hansı yanıqlar səthi yanıqlara aiddir?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр
I,II.III A dərəcəli yanıqlar səthi yanıqlara aiddir. Bu zaman epitelial hüceyrənin sağ qalması hesabına dərinin epitelləşməsi mümkündür.

Sual № 1176

Yanıqların infuzion müalicəsində hansı növ məhlulllardan istifadə edilir?

  Ədəbiyyat: Е.М.Чазов «Неотложные состояния и екстренная медицинская помощь» стр.239-241 Москва 1988
Yanıqların infuzion müalicəsində ağırlaşmaların və zəhərlənmələrin qarşısını almaq üçün dezintoksikasion təsirli maddələr istifadə edilir.

Sual № 1177

Kəskin şüa xəstəliyində ən erkən rast gəlinən kliniki simptom hansıdır?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр 201-202
Dispeptik əlamətlər döş qəfəsi və qarın boşluğu üzvləri zədələndikdə daha tez baş verir.

Sual № 1178

Travma ikincili qanaxma hansı müddətdə əmələ gəlir?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 137
İkincili qanaxma travmadan bir müddət sonra baş verə bilər.Əməliyyat zamanı damar tikilir və qanaxma dayanır.

Sual № 1179

Donmadan neçə müddət sonra demarkasion xətt əmələ gəlir?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
Əvvəlcə dəri soyuq tünd rəngə çalır, 10-12 gündən sonra suluqlar meydana çıxır. Dəridə, əzələ qatında,sümüklərdə kömürləşmə gedir. Nəticədə sağlam toxuma ilə ölmüş toxuma arasında demarkasion xətt adlanan sərhəd əmələ gəlir.

Sual № 1180

Qanaxmanın hansı növündə köpüklü və al qırmızı qan müşahidə olunur?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
Köpüklü və al qırmızı qan ağciyər qanaxmasında bronx və toxumaların zədələnməsi nəticəsində əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×