Tibb bacısı

1.219 elementdən 1.181-1.200 arası göstərilir.

Sual № 1181

Qansaxlayıcı turna düzgün qoyulduqda ətraflarda hansı dəyişiklər baş verir?

  Ədəbiyyat: B.X.Abasov “Ümumi cərrahlıq” Bakı 1987 səh 309-310
Köpüklü və al qırmızı qan ağciyər qanaxmasında bronx və toxumaların zədələnməsi nəticəsində əmələ gəlir.

Sual № 1182

Hansı qanaxmalarda bərk sarğı qoyulur?

  Ədəbiyyat: В.М.Рябочкина,.Г.И.Назаренко «Медицина катастроф» Москва 1996 стр
Venoz qanaxmalarda qanın təzyiqi aşağı olduğundan , qan zəif surətlə axır. Yara yerinə bir neçə qat bint qoyulur və bərk bağlanır.

Sual № 1183

Psixomotor oyanıqlıq zamanı xəstəyə təxirəsalınmaz yardım üçün hansı preparatdan istifadə olunur?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.

Sual № 1184

Bir çox psixi xəstələrdə yeməkdən imtina və yedizdirməyə müqavimət zamanı tibb bacısının taktikası:

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.467
Donmuş nahiyyə spirtlə isladılmış pambıqla ehtiyatla silinir, yüngül masaj edilir. Məqsəd həmin nahiyyədə temperatur və qan dövranı bərpa etməkdir.

Sual № 1185

Miqren xəstəliyi necə başlayır?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
Aminazin psixomotor oyanmanı aradan qaldırır, sedativ, adrenolitik təsir göstərir.

Sual № 1186

Psixoterapiya nədir?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.470
Psixoterapiya müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir etmə deməkdir. Xəstəyə psixoterapevtik təsir göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və nəzakətli davranışın böyük əhəmiyyəti vardır.

Sual № 1187

Tibb işçilərinin ehtiyatsızlığı nəticəsində müşahidə olunan psixi pozuntu nədir?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.476
Tibb bacısının vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.

Sual № 1188

Kəskin beyin-qan dövranının pozuntusu zamanı yataq rejiminə neçə gün müddətinə riayət olunur?

  Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 126
Psixoterapiya müalicə məqsədi ilə xətənin psixikasına sözlə təsir etmə deməkdir. Xəstəyə psixoterapevtik təsir göstərilməsində tibb bacısının rolu çox böyükdür. Bu işdə xəstələrlə təmkinli və nəzakətli davranışın böyük əhəmiyyəti vardır.

Sual № 1189

Meningit xəstəliyini təsdiqləyən müayinə üsulu hansıdır?

  Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 152
Tibb bacısının vaxtında və yerində edilmiş qeyd və göstərişi xəstəyə müsbət təsir göstərdiyi halda ehtiyatsızlıqla dediyi söz onun vəziyyətini dəyişə bilər və bu ehtiyatsızlıq nəticəsində yaranan reaktiv hal yatrogeniya adlanır.

Sual № 1190

Miqren tutması zamanı ilk tibbi yardım hansıdır?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.462
Miqren tutması bir neçə saatdan bir-iki sutkaya qədər davam edə bilər. Miqren tutması zamanı xəstəni yarıqaranlıq, havası dəyişdirilmiş, sakit bir yerdə yerləşdirmək lazımdır.

Sual № 1191

Üçlü sinirin nevralgiyası zamanı ağrı tutması nə qədər davam edir?

  Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 237
Üçlü sinirin periferik hissəsinin zədələnməsi qıcıqlanma əlamətləri əzabverici ağrı sindromu ilə təzahür edir .Üzün bir yarısında tutmalar şəklində başlayan şiddətli ağrılardan ibarət olub, bir neçə saniyədən-1-2 dəqiqəyə qədər davam edir.

Sual № 1192

Epilepsiya üçün xarakter əlamət nədir?

  Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Səh 211
Epilepsiya yunanca“Epilambano” sözündən götürülüb, “tuturam”, “yaxalayıram” deməkdir. Xəstəlik qıcolma tutması ilə müşahudə olunur.

Sual № 1193

Adi epileptik tutma nə qədər davam edir?

  Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 213
Epilepsiya beyinin tədricən şiddətlənən xəstəliyidir və şəxsiyyətin dəyişkənlikləri ilə əksər hallarda güclü qıcolma tutması ilə müşaiyət olunur və bu vəziyyət bir neçə dəqiqə-5-6 qədiqəyə kimi davam edir.

Sual № 1194

Fobiya nədir?

  Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 46
Şəxsin iradəsindən asılı olmayaraq meydana çıxan, lakin xəstə tərəfindən tənqidi münasibət bəslənilən arzuolunmaz qorxulara fobiya deyilir.

Sual № 1195

Epileptik status zamanı mexaniki asfiksiyanın qarşısını almaq üçün tibb bacısının taktikası:

  Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 220
Epilepsiya beyinin tədricən şiddətlənən xəstəliyidir və şəxsiyyətin dəyişkənlikləri ilə əksər hallarda güclü qıcolma tutması ilə müşaiyət olunur və bu vəziyyət bir neçə dəqiqə-5-6 qədiqəyə kimi davam edir.

Sual № 1196

Hemorragik insult zamanı təxirəsalınmaz yardım:

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh. 560
İnsult-beyni qanla təchiz edən arteriyalar sistemində qan dövranının kəskin pozuntusudur. Insult qəfləti, ani olaraq inkişaf edir və qansızmanın qarşısını almaq məqsədi ilə xəstəni uzatmaq,tənəffüs yollarını təmizləmək;diş protezi varsa onu xaric etmək lazımdır.

Sual № 1197

Qeyd edilən preparatlardan narkotik qrupuna aid olanı hansıdır?

  Ədəbiyyat: N. İsmayılov: “Psixiatriya”. Bakı 1992. Səh 309
Morfi opi çətənəsindən alınan preparatdır. Bu maddəyə asılılıq tez yaranır.

Sual № 1198

Stasionarda xəstənin vəziyyəti qəfildən dəyişib. Psixomotor oyanıqlıq qeyd olunur. Ünsiyyətə daxil olmur, ətrafdakılara və özünə zərər yetirir. Tibb bacısı nə etməlidir?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.453
Psixomotor oyanıqlıq - bir çox psixi xəstəliklər çərçivəsində inkişaf edərək təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan kəskin cərəyan edən xəstəlikdir. Bu həyəcanlı reaksiya zamanı onlar özləri və ətrafdakı şəxslər üçün təhlükəli ola bilər. Əlavə müalicə tədbirlərinin görülməsi üçün tibb bacısı xəstənin vəziyyətindəki dəyişiklik barədə həkimə xəbər verməlidir

Sual № 1199

Afaziya nədir?

  Ədəbiyyat: R.Şirəliyeva: “Sinir xəstəlikləri”. Bakı 2003. Səh 103
Beyin qabığı ilə əlaqədar nitq pozuntusu afaziya adlanır.

Sual № 1200

İsterik tutma zamanı tibb işçisinin taktikası necə olmalıdır?

  Ədəbiyyat: N .R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı”. Bakı 1990. Səh.458
İsteriya psixikanın, hissiyyat və hərəki sferanın psixi travma nəticəsində baş verən keçici pozuntusudur. İsterik tutma xəstənin arzu və istəyini əks etdirən məzmunda olur, nümayiş xarakteri daşıyır. Tutma zamanı yıxıldıqda heç bir zədə almır. İsterik tutma zamanı xəstəni yumşaq bir yerə uzatmalı, kənar şəxsləri uzaqlaşdırmaq lazımdır.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×