Tibb bacısı

1.219 elementdən 141-160 arası göstərilir.

Sual № 141

Tibbi bankaları hansı nahiyəyə qoymaq olmaz?

  Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.113. “Təhsil”. Bakı 1998
Bankalar  əzələ və dərialtı piy qatı yaxşı inkişaf etmiş, sümük hündürlükləri olmayan nahiyələrə qoyulur. Onurğaya banka qoyulduqda banka onurğa beyni mayesinin hərəkətinə mənfi təsir etdiyindən bu nahiyəyə banka qoymaq məqsədə uyğun deyil.

Sual № 142

Şəkərli diabet zamanı qanda nə müşahidə edilir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilı “Tibb bacısının məlumat kitabı” .Səh. 158 “ Çıraq” 2008.
“Hiper” latınca çox, “emiya” qan deməkdir, “qlik” şəkilçisi isə şəkər sözünü bildirir. Şəkərli diabet zamanı insulin hormonu çatışmadığına görə qlükoza qlikogenə cevrilə bilmir və nəticədə qanda  hiperqlikemiya olur.

Sual № 143

Dərman maddələrinin vena daxilinə yeridilməsinin əsas üstünlüyü nədən ibarətdir?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 182-186. “Maarif” 1974
Orqanizmə yeridilmə yollarından asılı olmayaraq bütün dərman preparatları toxumalara qan vasitəsilə təsir göstərir. Dərman maddəsinin venadaxilinə yeridilməsi birbaşa toxumalara çatdığı üçün daha tez təsir göstərir.

Sual № 144

Qara ciyər sirrozu olan xəstəyə tibb bacısı hansı yeməyi qadağan etməlidir ?

  Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 151. “Çıraq” 2008.

Sual № 145

Qastroskopiya müayinəsinin aparılması üçün xəstə müayinəyə necə gəlməlidir?

  Ədəbiyyat: N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 28 “Çıraq” 2008.

Sual № 146

Endemik urun profilaktikası üçün hansı məhsullar yodlaşdırılır?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh. 117. “Çıraq” 2008

Sual № 147

Qanın ümumi analizində nəyi müəyyən etmək olmur?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 27 “Çıraq” 2008

Sual № 148

UYT (ultra yüksək tezlikli) cərəyan ilə müalicə zamanı xəstə nə hiss edir?

  Ədəbiyyat:Y.İ. Pasınkov. Umumi fizioterapiya. Səh.112 “Maarif” Bakı 1980

Sual № 149

Abdominal punksiyadan sonra xəstənin qarnını nə üçün dəsmalla sıxırlar?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 81-82. “Çıraq” 1991
Qarın boşluğundakı maye damar təzyiqinin qalxmasına səbəb olur və bu mayeni birdən – birə xaric edildikdə kəskin damar çatışmazlığı(kollaps) baş verər və xəstə bayıla bilər.

Sual № 150

Masaj qaydalarına uyğun gəlməyən nədir?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.278 “Maarif” Bakı 2008

Sual № 151

Masaj zamanı dərinin qıcıqlanmaması üçün aşağıdakılardan hansını istifadə etmək olmaz?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.279 . “Maarif” bakı 2008

Sual № 152

Bədən temperaturu hansı dərəcəyə qalxdıqda xəstənin huşu pozula bilər (C°)?

  Ədəbiyyat: Qaqunova Y.Y “Xəstələrə ümumi qulluq”. Səh 125. “Maarif” 1974

Sual № 153

Hipoqlikemik koma zamanı nəyin vena daxilinə yeridilməsi təxirəsalınmaz yardımdan ibarətdir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.162 “Çıraq” 2008

Sual № 154

Yoluxmuş iynə ilə öz əlini zədələyən tibb bacısı nəyi düz etmir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh.56 “Azərnəşr” Bakı 1984

Sual № 155

İsti vannaları hansı halda tətbiq etmək olmaz?

  Ədəbiyyat: C.N. Hacıyev. R.Y.Əliyev. Xəstələrə qulluq. Səh.105 “Təhsil” Bakı1998
Yüksək hərarətə qızdırmanın II-ci dövründə təsadüf edilir. Xəstənin damarları istinin təsirindən genəlir, istilik əmələgəlmə və istilik vermə artır, xəstə çox tərləyir, ona isti olur. İsti vannaların tətbiqi damargenəldici təsir göstərir.Bu da xəstədə kollapsa səbəb olduğundan əks-göstəriş sayılır.

Sual № 156

Uremik koma zamanı xəstənin nəfəsindən hansı iy gəlir?

  Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122
Uremiya-orqanizmin ağır intoksikasiyası olub, böyrəklər tərəfindən azot şlaklarının xaric olmasının çətinləşməsi zamanı əmələ gəlir. Uremiya zamanı qanda zülalların parçalanma məhsulları olan – sidik cövhəri, sidik turşusu, kreatinin toplanır və bu zaman xəstənin nəfəsindən ammonyak iyi gəlir. Ədəbiyyat: В.М.Боголюбов. «Внутренние болезни». «Медицина». Москва 1983 . Səh. 122

Sual № 157

Hansı halda masaj etmək olmaz?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272. “Maarif” Bakı 1980
Limfanın mühafizə rolunu nəzərə alaraq, bədənə keçən mikroorqanizmləri tutub özündə saxlaması nəticəsində şişmiş limfa düyünlərinin massajı əks-göstərişdir. Ədəbiyyat: Y.İ.Pasınkov. Ümumi fizioterapiya. Səh.272.  “Maarif” Bakı 1980

Sual № 158

Bunlardan hansı masajın əsas metodu deyil?

  Ədəbiyyat:Y.İ.Pasınkov. Ümumi fizioterapiya .Səh.274 “Maarif” Bakı 1980
Basmalama masajın əsas metodlarından biri olan kəsmələmə masajının bir növüdür. Əlin masajı zamanı ağrı və ödem olduqda basmalama tətbiq edilir.

Sual № 159

Hirudoterapiya nədir?

  Ədəbiyyat:N.R. Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı” .Səh.39 “Çıraq” 2008
Latınca zəli  “Hirudenia “ adlanır və zəlinin tüpürcəyinin tərkibində hirudin adlanan, laxtalanmanı azaldan maddə vardır, ona görə də zəli ilə müalicə hirudoterapiya adlanır.

Sual № 160

Plevral punksiya zamanı aşağıda göstərilənlərdən hansı tibb bacısının funksiyasına aid deyil?

  Ədəbiyyat:N.R.Paleyevin redaktəsi ilə “Tibb bacısının məlumat kitabı”. Səh. 74 “Çıraq” 2008
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×