Mama
987 elementdən 1-20 arası göstərilir.
Sual № 1
Xarici mamalıq müayinəsinin I üsulu ilə nə təyin edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Hər iki əlin ovucları uşaqlıq dibində yerləşdirilir və ehtiyatla uşaqlıq dibinin hündürdə durma səviyyəsi təyin edilir.
Sual № 2
Xarici mamalıq müayinəsinin II üsulu ilə nə təyin edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Əllər uşaqlığın yan tərəflərində yerləşdirilir, dölün kürəyi, xırda hissələri təyin edilir. Dölün kürəyinin harada yerləşməsindən asılı olaraq vəziyyət və mövqe təyin edilir.
Sual № 3
Xarici mamalıq müayinəsinin III üsulu ilə nə təyin edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Mamanın sağ əli qasıq nahiyəsi üzərinə qoyularaq gələcək hissə və onun kiçik çanağa münasibəti təyin edilir.
Sual № 4
Xarici mamalıq müayinəsinin IV üsulu ilə nə təyin edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Mamanın üzü qadının ayaqlarına baxmaqla, hər iki əlin ovucları uşaqlığın aşağı seqmentinin sağ və sol tərəfinə yerləşdirərək ehtiyatla gələcək hissə və onun kiçik çanaq müstəvilərinə olan münasibəti təyin edilir
Sual № 5
Dölün kürəyinin uşaqlığın ön və arxa divarına olan münasibətinə nə deyilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Dölün kürəyinin uşaqlığın ön və arxa divarına olan münasibətinə görkəm deyilir.
Sual № 6
Döl oxunun uşaqlıq oxuna olan münasibəti hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76. M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 100
Döl oxunun uşaqlıq oxuna olan münasibətinə görə vəziyyət təyin edilir (boylama, köndələn, çəp).
Sual № 7
Promontoriumla qasıq simfizinin aşağı kənarı arasında olan məsafə necə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 26; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
Daxili müayinə ilə diaqonal konyuqata təyin edilir, buna əsasən kiçik çanağın girəcəyinin düz ölçüsü tapılır. 12,5 - 13 sm
Sual № 8
Kiçik çanaq boşluğunun enli hissəsinin düz ölçüsü neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 27
Simfizin daxili səthinin ortasından II-III oma fəqərələrinə qədər olan məsafədir. 12,5 sm
Sual № 9
Qalça sümüklərinin ön yuxarı tinləri arasındakı məsafə neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Qalça sümüklərinin ön yuxarı tinləri arasındakı məsafə böyük çanağın xarici ölçüsü olub - distantia spinarum adlanır. 25 - 26 sm-dir.
Sual № 10
Qalça sümüklərinin daraqları arasındakı ən uzaq məsafə neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Qalça sümüklərinin daraqları arasındakı ən uzaq məsafə böyük çanağın xarici ölçüsü olub - distantia cristarum adlanır.28 - 29 sm-dir.
Sual № 11
Kiçik çanaq boşluğunun dar hissəsinin düz ölçüsü neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 26
Oma -büzdüm birləşməsindən qasıq simfizinin aşağı kənarına qədər olan məsafədir. 11,5 sm
Sual № 12
Qasıq simfizinin yuxarı kənarı ilə omaüstü çuxurunun arasında olan məsafə neçə sm - dir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Böyük çanağın xarici konyuqatasıdır. Bundan 9 sm çıxdıqda kiçik çanağın girəcəyinin düz ölçüsü tapılır. 20 - 21 sm
Sual № 13
Diaqonal konyuqata hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 79; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Daxili müayinə əsasında təyin edilir - oma burnu ilə qasıq simfizinin aşağı kənarı arasında olan ölçüdür. 12, 5 - 13 sm
Sual № 14
Çanağın hansı ölçüsü 20 - 21 sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Qasıq simfizinin yuxarı kənarı ilə omaüstü çuxurun arasında olan məsafədir. Xarici konyuqata 20-21 sm-dir.
Sual № 15
Böyük çanağın normal ölçüləri hansılardır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Distantia spinarum, cristarum, trochanterica, conyuqata-externa çanaqölçənlə təyin edilir, xarici konyuqataya əsasən isə həqiqi conyuqata təyin edilir. 25 – 28 – 31 – 20 – 11
Sual № 16
Həqiqi konyuqata hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 26
Həqiqi konyuqata- oma burnundan qasıq simfizinin iç səthinin ən yüksək nöqtəsinə qədər olan məsafədir.11 sm
Sual № 17
Bud sümüklərinin böyük burmaları arasında olan məsafə neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 78; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 32
Bud sümüklərinin böyük burmaları arasında olan məsafə ( distantia troxanterica) -30 – 31 sm olub, çanaqölçənlə təyin edilir.
Sual № 18
Kiçik çanaq çıxacağının düz ölçüsü neçə sm-ə bərabərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
Bu ölçü büzdümün zirvəsindən qasıq simfizinin aşağı kənarına qədər olan məsafədir, bu sm-lə və ya çanaqölçənlə təyin edilir. Doğuş vaxtı büzdüm geriyə açıldığı üçün çıxacağın düz ölçüsü 1,5-2 sm böyüyür. 9,5 – (11,5) sm
Sual № 19
Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü neçə sm-dir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
Sirkə kasalarının zirvələri arasında olan məsafədir. 12,5 sm
Sual № 20
Kiçik çanaq çıxacağının köndələn ölçüsü hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 28; Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 28
Oturaq qabarlarının( ic səthləri) arasında olan məsafədir. 11 sm
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?