Mama
987 elementdən 181-200 arası göstərilir.
Sual № 181
Uşaqlıq boşluğu əllə yoxlandıqdan sonra nə təyin edirlər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 332
Antibiotik və uşaqlığı yığan dərmanlar qanaxmanın qarşısını almaq və gələcək septiki xəstəliklərin profilaktikası məqsədi ilə təyin edilir.
Sual № 182
Hipotonik qanaxma zamanı ilk növbədə nə etmək lazımdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 256
Qanaxmalarda doğuşun ilk saatlarında uşaqlıq pis yığılır. Uşaqlığın yığılmasını bərpa etməklə yanaşı posthemorragık anemiya ilə mübarizə aparılmalıdır.
Sual № 183
İrinli - mastitdə zahı qadınların müalicəsi hansı şöbədə aparılsa yaxşıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261
Doğuşdan sonrakı mastit qəfildən yüksək temperatur ilə başlanır. Cərrahiyə şöbəsində irinli- mastitdə irinlik açılır, ocaq təmizlənir, antibiotik təyin edilir.
Sual № 184
Qadının öz arzusu ilə hamiləliyin pozulması neçə həftəyə kimi mümkündür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
Hamiləliyin süni pozulması qadının öz arzusu ilə 12 həftəyə qədər aparılır.
Sual № 185
Tibbi göstəriş əsasında hamiləliyin pozulması neçənci həftədə mümkündür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308-313
Ananın təhlükəsizliyi üçün hamiləliyin bütün müddətlərində, tibbi göstəriş əsasında hamiləliyi stasionar şəraitində pozmaq olar.
Sual № 186
Doğum yollarını doğuşa hazırlayan hala nə aid deyil?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 338
Kraniotomiya ən çox ölü döldə aparılır. Döl başının deşilməsi, beyinin dağıdılaraq xaric edilməsi və başın kranioklastla çıxarılmasıdır.
Sual № 187
Kənari və yan cift gəlişlərində qanaxma olarsa nə etməli?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 232
Kənari və yan cift gəlişlərində qanaxma olarsa doğuşun gedişindən asılı olaraq amniotomiya (su kisəsi süni açılır) aparılır.
Sual № 188
Uşaqlıq yolunun selikli qişasının sianozu nəyi göstərir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67
Güzgülərlə müayinə zamanı uşaqlıq boynunun göyərməsi – orada olan venaların qan təhcizatının güclənməsi hesabına baş verir.
Sual № 189
Son nə deməkdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 93
Doğuşun III dövrü adından məlum olduğu kimi son dövrü (cift, göbək ciyəsi və qişalar) adlanır və gözləmə yolu ilə idarə edilir.
Sual № 190
Daxili müayinə neçə saatdan bir təkrarlana bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73
Daxili müayinə (4saatdan bir) edərkən aseptika-antiseptika qaydalarına riayət edilməlidir. Əks halda infeksiyanın xaricdən daxilə yeritmə ehtimalı var. Tez-tez daxili müayinə etmək olmaz. Lakin göstəriş olduqda etmək vacibdir.
Sual № 191
Uşaqlıqdan kənar hamiləlik vaxtı nə etmək lazımdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 186
Boru hamiləliyinin pozulması zamanı daxili qanaxma baş verir. “Kəskin qarın” əmələ gəlir. Həyati göstərişlə cərrahi müdaxilə edilir.
Sual № 192
Erkən zahılıq dövrünün davamiyyəti nə qədərdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120
Son dövrü qurtardıqdan sonra doğan qadın və yeni doğulmuş doğum otağında 2 saat mamanın nəzarəti altında qalmalıdır. Mama qadının ümumi vəziyyətinə, uşaqlığın yığılmasına və s. nəzarət edir.
Sual № 193
Perineotomiya kimlərə edilir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 317
Aralığı hündür ,çırılma təhlükəsi olan qadınlarda döldə asfiksiya təhlükəsi yaranarsa perineotomiya icra edilir.
Sual № 194
Dəri- baş maşası nə vaxt qoyulur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 319
Ölü yarımçıq döl zamanı qanaxma olarsa, uşaqlıq boynu 4-5 sm açıq olan halda dəri- baş maşası qoyulur.
Sual № 195
Ciftin əllə ayrılması nə vaxt ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237
Uşaqlığa daxil edilmiş əl həmişə infeksiyanın yayılma təhlükəsini artırır. Bundan sonra bəzən zahılıq dövrünün xəstəlikləri baş verir.Ciftin hissəvi ayrılmasında xarici ganaxmada göstəriş olduqda,aseptika və antiseptika qaydalarına ciddi riayət etməklə ciftin əllə ayrılması aparılır.
Sual № 196
Doğuşdan sonra infeksion xarakterli olmayan xəstəlik hansıdır?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 301
Patoloji cift gəlişlərində, uşaqlığın atoniyasında ,bəzi mamalıq əməliyyatlarında doğuşdan sonra uşaqlığın açıq qalmış venalarına hava daxil olur, ürəyə və ağciyər arteriyalarına çatır, ani ölüm baş verir.
Sual № 197
Doğuşdan sonrakı septiki xəstəliklərin I etapına nə aiddir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261
Doğuşdan sonra uşaqlığın daxili səthinin iltihablaşması özünü 3-4 gün sonra göstərir. Subinvolyusiya baş verir. Loxi bulanıq qanlı ,anaeorob infeksiya qarışarsa, iyli olur. Loxiometr əmələ gəlir.
Sual № 198
Köndələn vəziyyət I mövqe?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 225
Dölün boylama oxu uşaqlığın boylama oxunu düz bucaq altında kəsir, köndələn vəziyyətdə mövqe başa görə təyin edilir. Sol həmişə birincidir.
Sual № 199
Natamam abort dedikdə nə başa düşülür?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
Əgər döl yumurtasının qalıqları uşaqlıqda qalarsa, qanaxma davam edir. Daxili və xarici dəlik açıq olur. Uşaqlıq hamiləliyin müddətinə uyğun gəlmir, kiçik olur. Konsistensiyası yumşaq olur. Müdaxilə tələb edir.
Sual № 200
Uşaqlığın hansı anomaliyalarında sonsuzluğa rast gəlinir?
Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 216
Qadın sozluğu bir çox səbəblərdən baş verir. Eyni zamanda uşaqlığın ölçülərinin normadan kiçik olması-infantil uşaqlıq.Belə qadınlarda aybaşı funksiyası pozulur, hamilə qalma şansı nadir olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?