Mama
987 elementdən 201-220 arası göstərilir.
Sual № 201
Hansı yanaşı xəstəliklərdə ən çox hamiləliyin gecikmiş ağırlaşmalarına rast gəlinir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh157-159
Keçirilmiş infeksion xəstəliklər nəticəsində hamiləlik zamanı sidik yollarının xəstəlikləri, əsasən də nefrit hamiləliyin gedişinə, xəstənin vəziyyətinə öz təsirini göstərir.
Sual № 202
Ciftin hansı anomaliyasında doğuş vaxtı qanaxma ehtimalı çoxdur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 237-285
Normada cift oval və dairəvi olur. Bəzən isə əlavə paycıqlar olur. Onlar cift damarları ilə əlaqəli olduğu üçün doğuş zamanı paycığın uşaqlığın içində qalması, qanaxmanın olmasına, doğuşdan sonrakı septiki xəstəliklərə səbəb olur. Doğulan cift mütləq yoxlanmalıdır.
Sual № 203
Göbək ciyəsinin hansı anomaliyasında döl üçün təhlükə daha çox ola bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 286
Buna hamiləliyin ilk vaxtlarında dölün hərəkəti səbəb olur. Doğuş zamanı göbək ciyəsinin həqiqi düyünü dartıldığı üçün döl üçün asfiksiya təhlükəsi yaranır və dölün ölümü baş verə bilər.
Sual № 204
Cift öz inkişafını hamiləliyin hansı müddətinə kimi davam etdirir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61
Cift yavaş-yavaş inkişaf etdiyi üçün bu işi hamiləlik sarı cismi 16 həftəyə kimi öz üzərinə götürür.
Sual № 205
Dölyanı mayenin tərkibi nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41
Hamiləliyin axırında dölyani mayenin miqdarı 1-1,5 l ola bilər. Əsasən amnion qişanın epitelinin , qismən ananın qan damarlarının və dölün böyrəyinin ifrazat məhsulları dölyani mayenin əmələ gəlməsində iştirak edir. Bu bir çox fizioloji əhəmiyyət kəsb edir.
Sual № 206
Doğuş zamanı döl yanı mayenin əsas rolu nədən ibarətdir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41
Dölyani maye dölün sərbəst hərəkətini, inkişafını təmin etdiyi kimi, göbək ciyəsini sıxılmaqdan qoruyur, həm də doğuş zamanı döl qişası dölyanı maye ilə dolduğu üçün uşaqlıq boynunun tam açılmasını təmin edir.
Sual № 207
Qadın cinsiyyət hormonu hansıdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
FSH təsiri nəticəsində yumurtalıq tsiklinin I fazasında ifraz olunan hormon estrogendir (follikulin).
Sual № 208
Rezus uyğunsuzluq nə vaxt baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 302
Qadınların 15%-nin qanında Rh (-) olur. Ananın qanında Rh (-), atanın qanında Rh (+) olarsa döldə rezus uyğunsuzluğu baş verir. Çünki döl atanın qanını alır, təkrari hamiləlikdə isə ananın qanında anticismlər çoxalır.
Sual № 209
Uşaqlıq boynunun çatmamazlığı ilə bağlı düşüklər ən çox neçənci həftədə baş verir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
Özbaşına düşüklərə səbəb abortdan, operativ doğuşdan sonra daxili dəlik və uşaqlıq boynu önu nahiyyənin dairəvi əzələsinin zədələnməsi nəticəsində uşaqlıq boynu kanalının çatışmazlığının inkişaf etməsidir. Hamiləliyin çox vaxt 16-18 həftədə pozulması baş verir.
Sual № 210
Progesteron çatmamazlığı ilə baş verən hamiləlikdə düşük təhlükəsi olduqda hansı dərman təyin olunur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 168
Cift tam formalaşmadığı üçün sarı cisim 16 həftəyə kimi onun funksiyasını yerinə yetirir. Ona görə də hamiləliyin pozulmasına təhlükə olduqda sarı cismin hormonları (dyufaston) hamiləliyin saxlanması üçün təyin olunur.
Sual № 211
Güclü doğum fəaliyyətində nə olmur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 207
Doğan qadının sinir oyanıqlığı yüksək olduqda güclü, tez və ağrılı doğum sancısı zamanı susuz dövr çox çəkmir və doğuş baş verir. Doğuşun müddəti 1-3 saat çəkir. Bəzən doğuş doğum evindən kənarda baş verir.
Sual № 212
Nəm oksigen hansı məqsədlə işlənə bilər?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 354
Bir çox səbəblərdən O2 çatışmazlığı dölün hipoksiyasına səbəb olur. Ona görə də nəm O2 dölün ürək vurğularını yaxşılaşdırır. Hər 5 dəqiqədən bir 10 dəqiqə müddətinə verilir.
Sual № 213
Hansı hamilə qadınların doğuşunu təbii doğum yolu ilə başa çatdırmaq olar?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 180
Vaxtı ötmüş hamiləlikdə dölyani maye axmayıbsa,döl iri deyilsə doğuşu təbii doğum yolu ilə başa çatdırmaq olar.
Sual № 214
Hamilələrdə sidik ifrazının ağrılı olması nəyi göstərir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 157
Hamilələrdə sidik kisəsinin iltihabında onun uşaqlıq, yaxud doğuş zamanı başla basılması onun ödeminə səbəb ola bilər. Bu vaxt ağrılı sidik ifrazı qeyd olunur.
Sual № 215
Uşaqlıq boynunun açıqlıq dərəcəsi necə təyin olunur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 73-76
Doğuş zamanı bəzi hallar istisna olmaqla mütləq doğum yollarının vəziyyəti haqqında məlumat əldə etmək üçün daxili müayinə aparılır.
Sual № 216
Deskvamasiya fazasından sonra hansı faza gəlir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
Aybaşının uşaqlıq tsiklində yumurtalığın fazalarına uyğun proses gedir və uşaqlığın selikli qişasının funksional qatı soyulur, yəni deskvamasiyaya uğrayır. Sonra onun bərpası, yəni regenerasiya prosesi gedir.
Sual № 217
Normal çanağın həqiqi konyuqatası neçə sm - dir?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Oma qabarından qasıq birləşməsinin üst kənarına kimi olan məsafədir.
Sual № 218
Yarımçıq və normal yeni doğulmuşlar arasındakı sərhəd neçə qramdır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 177
1000qr-dan 2500 qr-a qədər doğulan uşaqlar yarımçıq, 2500 qr-dan yuxarı doğulan uşaqlar normal çəkili sayılır.
Sual № 219
Hamiləliyi təyin etmək üçün sidikdə əsasən nə yoxlanılır?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 67
Xüsusi testlər vasitəsilə sidikdə xorionik qonadotropinin olması təyin olunur.
Sual № 220
Hamiləlik vaxtı dəridə çapıqların əmələ gəlməsi nəyin hesabına olur?
Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 61
Hamiləlik vaxtı dəridə özünə məxsus dəyişiklik baş verir. Hamilə uşaqlıq böyüdükcə qarının divarı dartılır, dərinin elastikliyi zəif olan yerlərdə çapıq əmələ gəlir.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Salam!
WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!
Həkim
Yardimci
+994702144544
İT mütəxəssis
Texniki Dəstək
+994702144544
Call us to +994702144544 from 09:00hs a 20:00hs
Salam! Sizə necə kömək göstərə bilərəm?