987 elementdən 221-240 arası göstərilir.

Sual № 221

Hamiləlik təqviminə görə qadın bütün hamiləliyi müddətində neçə dəfə oftalmoloq və terapevtin müayinəsində olmalıdır?

  Ədəbiyyat: Hamiləliyin təqvimi.F.Əliyeva -Bakı-2004 səh 12
Hamiləlik zamanı qadın oftolmoloq və terapevtin müayinəsində 2 dəfə (7-8 və 31-32-ci həftədə) olur.

Sual № 222

Doğuş zamanı hansı ağrısızlaşdırmaq üsullarından istifadə edilir?

  Ədəbiyyat: Hamiləlik təqvimi. F.Əliyeva -Bakı-2004 səh 86
Doğuş zamanı qeyd olunan ağrısızlaşdırma üsullarından istifadə edilir.

Sual № 223

Zahılıq palatalarının cari və əsaslı təmizləmə işləri neçə dəfə aparılmalıdır?

  Ədəbiyyat: Zahılıq palatalarının təmizləmə işləri cari - gündə 3 dəfə , əsaslı-həftədə 1dəfə aparılmalıdır 124 saylı əmrə əsasən

Sual № 224

Təcili yardım maşınında doğan qadın hansı şöbəyə qəbul olunmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh
Əgər qadının doğuşu doğum evindən kənarda olubsa, onda belə qadınlar şübhəli yaxud ikinci mamalıq şöbəsinə yerləşdirilir.

Sual № 225

Kəskin qan itirmədə nə edilmir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 253
Kəskin qan itirmədə beyinə qan axması üçün çarpayının baş hissəsi əksinə aşağı salınmalıdır.

Sual № 226

Doğuşdan sonra “ördək yerişi” nə vaxt baş verir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 290
Ağır doğuşlarda, əsasən maşalar qoyulan zaman qasıq bitişməsi dartınır, zədələnir. Xəstədə simfiz nahiyəsində ,əsasən də hərəkət zamanı ağrı olur (ördək yerişi).

Sual № 227

Aralığın I dərəcəli cırılmasında nə zədələnir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 242
Bəzən döl başı doğularkən,doğuşu düzgün idarə etmədikdə, maşa qoyularkən aralığın cırılması baş verir. Cırılmanın xarakteri müəyyən edilir və tikiş qoyulur.

Sual № 228

Abort vaxtı hansı narkozdan istifadə edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 308
Qadının sinir sistemindən asılı olaraq süni abortlarda, bəzən rigid uşaqlıq boynu olanda, uşaqlıq boşluğu qaşınanda lazım gələrsə vena daxili narkozdan istifadə edilir ki, ağrı hissiyatı olmasın.

Sual № 229

Planlı əməliyyatda mama ilk növbədə nə edir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 303
Cərrahi əməliyyat olunacaq qadınlar əvvəlcədən hazırlanmalıdırlar. Qadının planlı əməliyyat olması üçün, bağırsaq sistemi qabaqcadan təmizlənir və sidik kisəsi kateterlə boşaldılır.

Sual № 230

Aşağıdakılardan hansı doğuşdan sonrakı ağırlaşmaya aid deyil?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 191
Preeklampsiya hamiləliyin II yarısının ağırlaşmasıdır. Belə qadınlar risk qrupuna aid olduqları üçün xüsusi diqqət tələb edirlər. Doğuşun əvvəlcədən necə qurtarması haqqında məlumatlandırılırlar.

Sual № 231

Doğum evində işləyən mamanınəsas iş prinsipi hansıdır?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 4
Qadın məsləhətxanalarında işləyən mamalar hamilələri erkən qeydiyyata almaqla, patronaj işi aparırlar. Doğum evində işləyən mamanın əsas iş prinsipi

Sual № 232

Kənd yerlərində yaşayan qadınlara ilk mama – ginekoloji yardım harada göstərilir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 4
Təkmilləşmiş doğum evlərindən uzaqda yaşayan hamilə qadınlara ilk mama – ginekoloji yardım feldşer-mama məntəqələrində göstərilir və ginekoloji xəstələr mamalar tərəfindən qeydiyyata götürülür, nəzarətdə saxlanılır, rayon xəstəxanalarının doğum, ginekoloji yaxud da cərrahi şöbələrinə göndərilirlər.

Sual № 233

Əllər Spasokukoski – Kosergin üsulu ilə işləndikdə hansı məhluldan istifadə edilir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 104-105
Doğuşu idarə edərkən ,əməliyyatlar zamanı həkim və mama əllərinin sterilliyini təmin etməlidir. Bunun üçün bir neçə üsul var. Spasokukotski-Koçergin üsulunda 0,5%-li amonyakdan istifadə edilir.

Sual № 234

Doğuşdan qabaq əllərin dərisi hansı antiseptik məhlulla işlənir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 104
Doğuşu idarə edərkən əllərin steril olması əsas şərtlərdən biridir. Bunun üçün bir neçə üsul olsa da doğuşda aseptika və antiseptika qaydalarına ciddi riayət olunur. Eyni zamanda əllər tez-tez xlorheksidinlə işlənir. Çünki əllərdə müxtəlif mikroblar ola bilər. İnfeksiya isə doğum yolları ilə yayılır.

Sual № 235

Əlləri Alfeld üsulu ilə yuduqda nədən istifadə edilir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 104
Doğuş zamanı septiki infeksiyanın qarşısını almaq üçün bir neçə üsulla əllər dezinfeksiya edilir. Ona görə də qadının doğum yollarına toxunan hər şey steril olmalıdır. O cümlədən əllər. Bu üsulda 2 şotkadan istifadə edilir..

Sual № 236

Uşaqlıq yolunun mühitinin Ph–normada neçədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq yolu möhtəviyyatının hesabına öz-özünü təmizləmə qabiliyyəti mövcuddur. Qadınlarda uşaqlıq yolunun təmizlik dərəcəsi, Rh-mühitinin normal olması (3,8-4,5) əsas götürülür. Çünki infeksiyanın yayılması orqanizmin müqavimətinin aşağı düşməsi və mikrobun virulentliyinin artmasından asılıdır.

Sual № 237

Uşaqlıq yolunun I təmizlik dərəcəsində nə olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq yolunun təmizlik dərəcəsi əsas şərtlərdən hesab olunur. Belə ki, yaxmada 4 təmizlik dərəcəsi təyin edilir. I dərəcə normal sayılır reaksiya turş olur. Çünki Doderleyn çöpləri çox olur, mikrob olmur. Belə qadınlar praktik sağlam sayılır.

Sual № 238

Uşaqlıq yolu necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq yolu daxili cinsiyyət üzvlərinə aiddir, əzələvi-elastik üzvdür, boru şəkillidir. Vagina adlanır. Qızlıq pərdəsindən başlayır və uşaqlıq boynunun ona birləşən yerinə kimi davam edir.

Sual № 239

Uşaqlıq-uşaqlıq arteriyasından başqa hansı arteriya ilə də qanla təchiz olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Yumurtalıq arteriyası da qoşa olub qarın aortasından ayrılır ,enli bağın yuxarı hissəsinə çatır. Yumurtalıq və borulara şaxələr verdikdən sonra uşaqlıq arteriyası ilə anostomoz təşkil edir.

Sual № 240

Aybaşı vaxtı hansı qat qopub düşür?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
Aybaşının I günündən növbəti aybaşının I gününə qədər qadının orqanizmində bir çox dəyişikliklər baş verir. O cümlədən uşaqlıqda. Belə ki, 21-35 gündən bir uşaqlığın selikli qişasının funksional qatı dağılaraq qopub damarlardan axan qanla birlikdə xaric olur. Bu aybaşının sonunu göstərir. 3-5 gün çəkir. Sonra qat bərpa olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×