987 elementdən 241-260 arası göstərilir.

Sual № 241

Simfizin aşağı kənarından oma qabarına kimi olan məsafə necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Uşaqlıq yolu müayinəsi ilə təyin edilir. Mütləq aseptika və antiseptika qaydalarına ciddi riayət etmək vacibdir. Normal çanaqda diaqonal konyuqata 12,5-13 sm olur. Bundan 1,5-2 sm çıxmaqla həqiqi konyuqata təyin olunur.

Sual № 242

Simfizin yuxarı kənarı ilə Mixayles rombunun yuxarı küncünə qədər olan məsafə necə adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Böyük çanağın ölçülərindən biridir. Qadın böyrü üstə uzadılır, altdakı ayaq bud-çanaq, diz oynağında bükülməklə çanaqölçənlə təyin edilir. Xarici konyuqatadan 9 sm çıxmaqla həqiqi konyuqatanı tapmaq mümkündür. 20-9=11 sm

Sual № 243

Normada mayalanma harada baş verir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41
Borular qoşa üzv olub uşaqlığın yuxarı küncündən başlayır, enli bağın üstü ilə çanağın yanlarına doğru gedərək enli hissə və sacaqlarla qurtarır. Mayalanma isə çox vaxt ampulyar hissədə baş verir və sonra mayalanmış döl yumurtası uşaqlığa düşür.

Sual № 244

Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü neçə sm - dir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 28
Kiçik çanaq boşluğunun enli hissəsinin köndələn ölçüsü sirkə kasalarının daxili səthinin ortaları arasındakı məsafədir.12,5sm.

Sual № 245

Qadın xarici cinsiyyət üzvlərinə aiddir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Qoşa boylama büküşlər olub cinsiyyət yarığını əhatə edirlər. Böyük cinsiyyət dodaqları öndən qasığın dərisinə keçir və tüklə örtülü olur. Arxadan isə nazilərək ortada birləşir və arxa bitişməni əmələ gətirir. Dərinliyində bartolin vəzisi yerləşir.

Sual № 246

Yumurtalığın rolu nədən ibarətdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Qadının həyatında əsas yeri onun aybaşı tsikli tutur, bu vaxt orqanizmdə, o cümlədən yumurtalıqlarda fizioloji proseslər gedir.Hipofizin qonadotrop hormonlarının təsiri nəticəsində yumurtalıq siklinin fazalarına uyğun hormonlar ifraz olunur.

Sual № 247

Hansı nahiyə aralıq adlanır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Böyük cinsiyyət dodaqları aşağıya doğru nazilir və ortada birləşərək arxa bitişməni əmələ gətirir. Belə ki, anal dəliklə uşaqlıq yolu arasında qalan hissə aralıq adlanır və doğuşda mühüm rol oynayır.

Sual № 248

Hipofizin arxa payının hormonu hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Hipofizdə ifraz olunan oksitosin hormonu doğuş vaxtı uşaqlığın tonusunun yüksəlməsində əsas rol oynayır. Ona görə də hamiləliyin sonunda onun ifrazı çoxalır. Mamalıqda isə oksitosindən uşaqlığın əzələsinin yığılmasını artırmaq məqsədi ilə istifadə edilir.

Sual № 249

Aşağıdakılardan hansı böyük çanağa aiddir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Böyük çanağın 4 ölçüsü var. Onlardan biri distantia-cristarumdur. Bu qalça sümüyü daraqları arasındakı ən uzaq məsafə olub, çanaqölçənlə təyin edilir. 28-29 sm-dir.

Sual № 250

Uşaqlıq harada yerləşir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq boşluglu daxili cinsiyyət üzvü olub armud şəkillidir və kiçik çanağın mərkəzində yerləşir, fizioloji hərəkətliliyə malikdir.

Sual № 251

Uşaqlıq topoqrafik cəhətdən harada yerləşir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq armud şəkilli, hamar, əzələvi cinsi üzv olub, topoqrafiyasına görə qonşu üzv olan sidik kisəsi və düz bağırsağın arasında olmaqla kiçik çanaqda antefleksio-verzio vəziyyətində yerləşir.

Sual № 252

Hansı məhlul izotonik sayılır?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh 147
0,9%-li NaCl izotonik məhluldur.

Sual № 253

Hemolitik xəstəliyin səbəbi nədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-302
15% qadınların qanı Rh(-) olur. Rezus mənfi hamilələrdə döldə hemolitik xəstəlik - əsasən sarılıq, qan azlığı və toxumaların ödemi ilə özünü göstərir. Ağır formada qaraciyər və dalağın böyüməsi, beynin ödemi, assit və s qeyd olunur.

Sual № 254

Cinsiyyət üzvlərinin hansında boylama büküşlər var?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Boru şəkilli əzələvi-elastik üzv olub kiçik çanağın mərkəzində yerləşir. Selikli qişasının ön və arxa divarında boylama büküş var. Doğuş vaxtı bu büküşlər əsas rol oynayır. Təkrar doğuşlardan sonra hamarlaşırlar.

Sual № 255

Uşaqlıq yolu harada yerləşir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29
Uşaqlıq yolu topoqrafik olaraq kiçik çanağın mərkəzində düz bağırsaqla sidik kanalı arasında yerləşir. Qızlıq pərdəsindən başlayır, uşaqlıq boynuna bitişən yerdə qurtarır.

Sual № 256

Aşağıdakılardan hansı qadın cinsiyyət hormonlarına aiddir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
Estrogen hormonu əsasən yumurtalıq tsiklinin I fazasında follikulun inkişafı ilə əlaqədar olaraq ifraz olunur.

Sual № 257

Böyük əmgək hansı sümüklərin arasında yerləşir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59
Dölün başı üz və kəllə hissələrdən ibarətdir. Kəllə bir neçə sümüklərdən, tikiş və əmgəkdən təşkil olunub. 2 təpə və 2 alın sümüyü arasında böyük əmgək yerləşir.

Sual № 258

Hamiləlik zamanı həqiqi konyuqata nəyə əsasən təyin olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Xarici konyuqatadan (simfizin yuxarı kənarı ilə Mixayles rombunun yuxarı kənarı arasında olan məsafədən ) 9 sm çıxaraq həqiqi konyuqata, yəni kiçik çanağın girəcəyinin düz ölçüsü təyin edilir. 20-9=11 sm

Sual № 259

Uşaqlıq borusunun uzunluğu neçə sm olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35
Uşaqlıq borusu kəndir şəkilli olub, uşaqlığın yan kənarından başlayır, enli bağın üstü ilə çanağın yan divarına doğru gedir. 10-12 sm

Sual № 260

Normada uşaqlığın vəziyyəti necədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Normada uşaqlıq hamar əzələvi üzv olub, kiçik çanağın mərkəzində cismi önə, uşaqlıq boynu arxaya olmaqla yerləşir. Onun bu vəziyyətinə cinsiyyət üzvlərinin bağ aparatı səbəb olur.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×