987 elementdən 261-280 arası göstərilir.

Sual № 261

Uşaqlıq boynunun xarici dəliyi hara baxır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 18
Uşaqlıq boynu uşaqlığın aşağı nazik hissəsi olub uşaqlıq yoluna baxır. Silindrik formada olub xarici dəliyə doğru daralır.Daxilində kanal yerləşir. Uşaqlıq boynunun xarici dəliyi uşaqlıq yolunun yuxarı 1/3 hissəsinə açılır. Daxili dəlik isə uşaqlıq boynu önü nahiyəyə baxır.

Sual № 262

Kişi cinsiyyət hormonu hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26
Qadın orqanizmində testosteronun çox olması hirsudizmə (tüklənməyə) səbəb olur.

Sual № 263

Diaqonal konyuqata necə təyin olunur?

  Ədəbiyyat: 26H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 49
Simfizin aşağı kənarından oma qabarına qədər olan məsafədir.

Sual № 264

Hipofizin ön payının hormonuna hansı aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 30
Aybaşı tsiklində yumurtalıqda follikulun inkişafı hipofizin FSH təsiri nəticəsində baş verir. Hipofizin ön payının hormonuna estradiol aid deyil.

Sual № 265

Aşağıdakılardan hansı kiçik çanaq toxumasına aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 23
Uşaqlığın arxa səthindən uşaqlıq cisminin boynuna keçən yerdən başlayıb arxaya gedir, düz bağırsağı 2 tərəfdən əhatə edir və omanın ön səthinə bağlanır.

Sual № 266

Uşaqlıq siklinə nə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 33
Yumurtalıq tsiklinin III fazası olub, partlamış follikulun yerində əmələ gəlir və progesteron hormonu ifraz edir.

Sual № 267

Çanaq sümüyünə hansı bitişmə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 29; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 37
Bud sümüyünün başı sirkə kasasına oturur və hərəkətlidir.

Sual № 268

Çanağın keçirici oxu haradan keçir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 42
Kiçik çanağın düz ölçülərinin ortasından (mərkəzindən) keçən əyri oxdur. Çünki simfiz oma sümüyündən 3 dəfə kiçikdir. Döl başı da bu oxa uyğun irəliləyir.

Sual № 269

Aşağıdakılardan hansı kişi çanağına aiddir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985 səh. 44
Kişilərdə çanaq dar və hündürdür, oturaq qabarları arasındakı məsafə azdır, qasıq bucağı 70-750 -dir, büzdüm önə çox çıxır. Çanaq boşluğu balaca olub çıxacağa doğru dardır.

Sual № 270

Ciftin çəkisi necə qram olur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 41-100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 61
Normada cift oval ya da dairəvi olur. Doğuşun III dövründə uşaqlıq divarından cift və qişalar ayrılır və xaric olur. O, həm mərkəzdən , həm də kənari ayrılır. Ciftin ayrılma prosesi ciddi nəzarət altında olmalıdır. Ciftin çəkisi 500-600 qr olur.

Sual № 271

Dölün uzunluğunu təyin etmək üçün hansı sxemden istifadə edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 57; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 65
Doğulan dölün boyunun uzunluğu və çəkisini təyin etmək mümkündür. Qaaze sxemi hamiləliyin müddətindən (ayından) asılı olaraq buna imkan verir.

Sual № 272

Aşağıdakılardan hansı kəlləyə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq. Bakı-2007. səh 51; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 66
Dölün başının forması və ölçüsü mamalıqda əsas rol oynayır. Dölün başı üz və kəllədən ibarət olur. Üz hamiləliyin axırında tam formalaşmış olur.

Sual № 273

Açılma dövrünü idarə edərkən mama nə etməməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100-322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 320
Doğuşun ağırlaşmalarında bəzən II dövrü qısaltmaq məqsədi ilə çıxacaq və boşluq maşası qoyulur. Bu həkim tərəfindən idarə edilir.

Sual № 274

Apqar şkalası dedikdə nə nəzərdə tutulmur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 355
Döl doğularkən bəzi nahiyələrində pendirvari maddə olur. Əsasən kürəyində və büküşlərdə.

Sual № 275

Sağrı gəlişlərində doğuş şişi hara düşür?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217
Təmiz sağrı gəlişində ön sağrı irəlidə olduğu üçün doğum şişi onun üzərinə düşür.

Sual № 276

Dölün anomaliyalarına nə aid deyil?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 280-294; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 200
Dölün ana bətnində ölməsi bir çox səbəblərdən olur.Dölün ürək döyünməsi eşidilmir, tərpənmə hiss edilmir.

Sual № 277

Ciftin vaxtından qabaq tam ayrılmasında nə olmur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 234
Qusma mədə-bağırsaq traktından asılı olan şikayətdir. Ciftin vaxtından qabaq tam ayrılmasında kəskin qarın simptomu əmələ gəlir və qadının ölümünə səbəb olur..

Sual № 278

Prostoqlandinlər miometriumun yığılma qabiliyyətinə necə təsir edir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 89; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 123-138
Hamiləliyin sonunda doğuşa yaxın prostoqlandinlər yüksəlir ki, bu da uşaqlığın əzələ qatının yığılma qabiliyyətini artırır.

Sual № 279

Göbək ciyəsinin ana ucunun təqribən 10 sm-ə dək uzanması əlaməti hansı üsulla təyin edilir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh138
Göbək ciyəsinin ana ucunun təqribən 10 sm uzanmasına Alfeld əlaməti deyilir.

Sual № 280

Doğuş zamanı fizioloji qan itirmənin yuxarı sərhəddi qadının çəkisinin neçə faizini təşkil edir?

  Ədəbiyyat: B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 107-123
Doğuş zamanı fizioloji qanitirmə qadının çəkisinin 0,5%-ə qədəri həcmində ola bilər.
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×