987 elementdən 281-300 arası göstərilir.

Sual № 281

Doğuşdan sonra hansı qadınlarda doğum yolları yoxlanılır?

1. Şəkərli diabeti olan qadınlarda
2. İlk doğanlarda
3. Təkrar doğanlarda
4. Ürək qüsuru olan qadınlarda
5. Sadalananların hamısında

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 100; B.И. Бодяжина. Акушерство. «Медицина», Москвa. 1985 səh 107-123
Bütün doğan qadınlarda uşaqlıq boynunda, uşaqlıq yolunda, cırıqlar, sıyrıqlar ola bilər. Onları müəyyən etmək üçün yoxlanılır, bəzən cırıqlar, sıyrıqlar işlənməsə zahılıq xəstəlikləri baş verə bilər.

Sual № 282

Hamilənin qidasında hansı maddələr üstünlük təşkil etməlidir?

1. Zülallar
2. Vitaminlər
3. Karbohidratlar
4. Yağlar
5. Xörək duzu

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
Hamilənin qidaları asan həzm olan, vitaminlərlə,zülallarla, meyvə-tərəvəzlə zəngin olmalıdır.

Sual № 283

Uşaqlığın daxili səthi doğuşdan neçə gün sonra bərpa olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 150
Normada uşaqlığın daxili səthi, yəni endometrium(cift birləşən yerdən başqa) 10 günə tam bərpa olunur.

Sual № 284

Uşaqlığın daxili səthi (cift bitişən yerlə birgə) doğuşdan neçə gün sonratam bərpa olunur?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 120; B.И. Бодяжина. Акушерство. «Медицина», Москвa. 1985 səh 150
Normada uşaqlığın daxili səthi, yəni endometrium cift bitişən yerlə birgə 20 günə tam bərpa olunur.

Sual № 285

Tək yumurta əkizlərində hansı əlamət eyni olur?

1. Ümumi xovlu və kapsulyar qişa
2. Müxtəlif qan qrupu
3. Eynicinsli olma
4. Dərinin rəngi
5. Çəki

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 115
Tək yumurta əkizlərində ümumi xovlu və kapsulyar qişa olur, çox zaman isə eyni cinsli doğulurlar.Cift bir dənə olur.

Sual № 286

Çanaq gəlişlərində hamilələr nə vaxt stasionara göndərilməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва, 1985səh172
Çanaq gəlişlərində hamilələr doğuşa 2 həftə qalmış stasionara göndərilməlidir ki,doğuşun hansı yolla başa catması haqqında qərar verilsin.

Sual № 287

Feldşer - mama məntəqəsinə (FMM) 30 yaşlı 37 - 38 həftəlik hamilə qadın müraciət etmişdir. Xarici müayinə zamanı çəkisi təqribən 4000 qr olan ,ayaq gəlişli döl müəyyən edilmişdir. Döğuşun normal başa çatdırılması (diri döl vermək şərtilə) üçün mamanın taktikası nədən ibarət olmalıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 343; B.И. Бодяжина. Акушерство.«Медицина», Москва. 1985 səh 324
Ayaq gəlişində dölün çəkisi 4000 qr-dan çox olarsa diri döl vermək üçün keysəriyyə kəsiyi əməliyyatı aparılmalıdır.

Sual № 288

Anemiyası olan hamilələrə təyin edilən preparatların tərkibində hansı kimyəvi element üstünlük təşkil edir?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 97
Anemiyası olan hamilələrə tərkibində dəmirin miqdarı çox olan preparatlar təyin olunur.

Sual № 289

Feldşer mama məntəqəsinə 27 yaşlı qadın 30-32 həftəlik hamiləliklə uşaqlıq yolundan qanaxma şikayəti ilə müraciət etmişdir.Ağrı yoxdur.Mama hansı patologiyadan şübhələnməlidir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh 2322; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 273
Mərkəzi cift gəlişində ağrısız qanaxma ilə müraciət edən qadınların doğuşu təbii yolla qurtara bilmədiyi üçün onlara keysəriyyə əməliyyatı aparılır.

Sual № 290

Əgər hamilə qadın məsləhəhətxanasına həkimin qəbuluna gəlməyibsə, mama nə vaxt patronaja getməlidir?

1. Həmin gün
2. 1 həftə ərzində
3. 1 ay ərzində
4. Səhəri gün
5. 10 gündən sonra

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 20
Qadın məsləhətxanasında mama sahə prinsipi üzrə işlədiyi üçün gəlməyən hamilə qadınları həmin gün, yaxud , səhəri gün patronaj edir.

Sual № 291

Həkim olmayan şəraitdə, zərurət yarandıqda mama hansı əməliyyatı icra edə bilər?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 217; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 172
Həkimin sayı azlıq təşkil edən doğum evlərində təmiz sağrı gəlişində doğuşu Sovyanov üsulu ilə idarə edə bilər.

Sual № 292

Hamilələr vitamin preparatlarını necə qəbul etməlidirlər?

  Ədəbiyyat: Z.M.Topçubaşova. Mamalıq və perinatologiyanın əsasları.Bakı-2009 səh 70; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 97
Dölün bətn daxilində normal inkişafı üçün vitamin həkimin təyinatı ilə qəbul edilir.

Sual № 293

Hansı qadınlarda cinsiyyət üzvlərinin iltihabı xəstəliklərinin yaranma riski yüksəkdir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 261; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 220
Daxili cinsiyyət üzvlərinə çoxlu müdaxilə edilərsə, iltihabi xəstəliklərin yaranma riski yüksəlir.

Sual № 294

Uşaqlığın əsas funksiyası hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Cinsi yetişkənlik dövründən sonra uşaqdoğma dövrü olduğu üçün normada hər 28 gündən bir aybaşı baş verir və uşaqlıq əsasən reproduktiv funksiya daşıyır

Sual № 295

Yumurtalığın funksiyası hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 35; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 29
Normada hər ay yumurtalıqda follikul yetişir, partlayır, sarı cism əmələ gəlir. Bu zaman hormonlar ifraz olunur.

Sual № 296

Hamiləliyin kiçik müddətinin təyinində aparılan daxili müayinə üsuluna nə aid deyil?.

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007səh67; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва.1985 səh 79
İmmunoloji müayinə daxili müayinəyə aid deyil.

Sual № 297

Aşağıdakılardan hansı qadın cinsiyyət üzvlərinə aid deyil ?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 26; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 12
Prostat vəzi kişi cinsiyyət vəzisidir.

Sual № 298

Mamalıqda əhəmiyyət daşıyan əmgəklərin sayı neçədir?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 59; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 67
Dölün başının kəllə hissəsi bir neçə sümükdən ibarətdir. Bunlar arasında tikişlər və əmgəklər var. Mamalıqda yalnız 2 əmgək (böyük və kiçik əmgək) əsasdır. Böyük əmgək 4 sümüyün (2 təpə+2 alın), kiçik əmgək 3 sümüyün (2 təpə+1 ənsə) arasında qalan boşluqdur.

Sual № 299

Başın açılmış gəlişlərinə aid deyil?

1. Alın gəlişi
2. Üz gəlişi
3. Ənsə gəlişi ön görkəm
4. Ön təpə gəlişi
5. Ənsə gəlişi arxa görkəm

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 96-98, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 254
Normada baş bükülü vəziyyətdə olduğu üçün döl ənsə gəlişi ön və arxa görkəmdə doğulur.

Sual № 300

Ön təpə gəlişində bələdçi (aparıcı) nöqtə hansıdır?

  Ədəbiyyat: H.F.Bağırova. Mamalıq.Bakı-2007 səh 76, 228; B.И. Бодяжина. Акушерство. «Медицина», Москва. 1985 səh 252
Böyük əmgək kiçik əmgəkdən aşağıda yerləşir, aparıcı nöqtə sayılır və baş düz ölçüsü ilə doğulur. (Ənsə qabarından burun kökünə kimi olan məsafədir)
whatsApp/phone: on +994702144544
email: info@ambulatoria.net
Whatsapp-a yazın!

Salam!

WhatsApp vasitəsi ilə yazışmaq üçün Siz həmin proqramın istifadəçisi olmalısınız!

Salam! Sizə necə kömək göstərə bilərəm?
×